Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə13/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

 
53 
sövq edər. O gözlərə günahların gözəl olduğunu göstərər və 
insanı arxayın edib deyər ki: “Allah onsuz da bağışlayandır”.  
Bu haqda Qurani-Kərimdə belə buyurulur: Fatir-5-“Ey 
insanlar, Allahın vədi haqdır. Onda dünya həyatı  və çox 
hiyləgər olan şeytan Allahın mərhəmət və  
əfvedici olduğunu irəli sürərək sizi aldatmasın.” 
Ğaffar, ərəbcə "Bir şeyi örtmək, islah etmək, gizlətmək, 
bir şeyi qabına qoyub üzərini örtmək" anlamına gələn "Ğafə-
ra" kökündən törəmiş bir isimdir. "Davamlı olaraq əfv edən, 
təkrar edilən günahları təkrar-təkrar əfv edən" anlamına gəlir.  
Allah yaxşılıq və gözəli ortaya çıxaran, pisliyi və çirkinin 
üzərini örtəndir. Günahlar, çirkinliklər cümləsindəndir.  
Bu İsmi şərif Qurani-Kərimdə 5 dəfə keçmişdir. "Mütləq 
ki, Mən, tövbə edən, inanan və yararlı iş görən, sonra (beləcə) 
doğru yolda gedən kimsəni bağışlaram.”Bəqərə-182 “Əlbəttə, 
Allah bağışlayan, mərhəmət edəndir. (39/53) 
Bəlkə də Allahın çox əfvedici gözəl ismi olan “əl-Ğaffar” 
insanlar üçün bir ümid qapısıdır.  İnsan özünü həmişə 
günahkar görüb, saflanmaq duyğusu ilə çırpınar. Bunun üçün 
Allahın“ət-Təvvəb” ismi-şərifinə  sığınaq, etdiyimiz bütün 
yaxşı  əməllər gözümüzdə  dəyərsizləşər. Hər gün yalnız 
özünün qüsur və  xətalarını arayar və bunlar üçün tövbə 
edərik. Keçmiş günahlar üçün çox peşman olarıq. Sadəcə 
olaraq Allahın “əl-Ğaffar” isminə güvənərik. Bir də ki, Allah 
bəndələrinin günahlarını bəndənin qəlbində həqiqi peşmanlıq 
hissi duyduqda bağışlayır. Bəzi insanlar düşünürlər ki: “Mən 
çox böyük günahlar işlətmişəm və Allah bunları əfv etməz”, 
belə düşünmək şeytanın bir vəsvəsəsidir və bu fikir yanlışdır. 
Çünki Quranda bu haqda bir çox ayələr vardır ki, tövbə etmək 
heç vaxt gec deyildir.  
Tövbə insanı öz nəfsi istəklərindən qurtararaq Allaha qul 
olmağın doğru yolunu göstərir. Nəfsinin əsiri olaraq azğınla-
şıb günah işlədən insanlar özbaşına olduqlarını və həyatlarını 
 
54
istədikləri kimi yaşaya biləcəklərini sanırlar.  Əslində isə 
günahlar insanın yaradılış  məqsədi ilə  tərs düşdüyü zaman 
ruhda da bir çox xəstəliklər və narahatlıqların yaranmasına 
səbəb olur. Belə insan öz rahatlığını itirmişdir. Günahlar ona 
sarılmış və müxtəlif sıxıntılara məruz qoymuşdur. Tövbə edib 
Allahın  əmr və qadağalarına riayət edənlərin isə vicdanları 
rahatdır. Ruhları hüzur içindədir.  
1. Bir müsəlman, cümə namazından sonra 100 dəfə“Ya 
Ğaffaru”ismi-  şərifini oxusa, Allahın  əfvini, bağışlamasını 
qazanar.  
2. Ruzisində bərəkət, malında və övladında xeyir görmək 
istəyən gündə 70 dəfə ”Əstəğfurullahə innəhu kənə Ğaffara” 
deyə zikr etsə, arzusuna çatmış olar.  
3. Hicri qəməri ayının son cümə gecəsi “Ya Ğaffar” 
ismini 1281 dəfə oxusa zalımın  şərindən və zülmündə 
qurtarar.  
4. Dava-dalaş  və qarışıqlıq vaxtında “əl-Ğaffar” ismini 
oxumaq davanı yatırdar və sakitlik yaradar.  
5.”əl-Ğaffar” ismini zikr edən kimsəni Allah çətinlik və 
acızlikdən qoruyar, günahlarını əfv edər. Qorxu və sevgisini o 
insanın qəlbinə salar.  
Duası: ”Ya Ğaffar! Gizli düşmənçiliklərimi bilən Sənsən. 
Göz yaşlarıma dəyər verən Sənsən. Bilirəm rəhmət dənizini 
cümlə günahlar bulandıra bilməz. Rəhmətinlə  təmizlə, 
bağılşla məni.  Əfvinə  sığınıram, Ya Rəbb! Xeyirli elmindən 
ayırma bizi.” 
 
 
əl-Qahhər 306 -Yenilməyən, yeganə qalib, hər yerə, hər 
şeyə istədiyi qədər hökmü çatan, tək qalib və hakimdir.  
“Ya Qahhər”ismi-şərifini oxuyan müsəlman, nəfsi 
həvəsinin və şeytanın şərindən amanda olub, təmiz bir qəlbə 


 
55 
nail olar. Dünya sevgisindən qəlbi uzaqlaşar, düşmənə qələbə 
çalıb, zülmdən əmin olar.  
O Qahhar olan Rəbbimiz milyardlarca ulduzu, yeddi qat 
goy və yer üzünü qərinələrdir ki, dövr etdirir. Heç biri onun 
cızdığı xətdən və qoyduğu qanundan kənara çıxa bilməz. “Ya 
Qahhər, Ya Qahhər” deyərək  əsən fırtınalar, dağlardaki mil-
yardlarla ağacların çürüyən, quruyan, budaqlarını təmizləyər. 
əl-Qahhər deyərək coşan dənizlər, dənizlərdəki çirkabları üzə 
çıxarıb təmizlər və canlılara can verər. Əgər aslanda və ilanda 
Allahın Qahhər ismi təcəlli etməsəydi, insanlar aslanı 
uzunqulaq edərdilər, ilanı isə yükünü bağlamaq üçün ip. Əgər 
Qahhər ismi qəhrəman insanlarda təcəlli etməsəydi, insanlıq 
zalımların  əlində zülüm-zülüm ağlayardı. Qəhrəman müsəl-
man Allahın Qahhər isminə iman gətirməzdən əvvəl öz nəf-
sinə qalib gələr, sonra isə zalımlara qarşı qalxar.” 
Qalib gələn,  əmri altına alan mənalarına gələn ”əl 
Qahhər” ismi Qurani-Kərimdə 
 6 yerdə keçmişdir.  
ər-Rad 16-“De ki: “Allah hər  şeyin yaradıcısıdır. O 
təkdir, Qahhərdır, her şey əmri altındadır”.  
əl-Qahhər–ismi iki tərəfi də kəsən qılınc deməkdir. İstə-
diyi kimsəni qəhr edən, məhv edən deməkdir.  
əl-Qahr” ismi isə Quranda iki dəfə keçmişdir. Firon və 
adamları özlərini əl-Qahr” olan Allahın ismilə adlandırırdılar 
və “biz onlara (iman edənlərə) qalib gələcəyik”, - deyirdilər. 
Lakin özləri qəhr (məğlub) oldular. (əl-Əraf 127) 
1. Nəfsi azğın olanlar və günaha girənlər” Ya Qahhər” 
əsmasını oxuyarlarsa, nəsfi- əmmarənin, şəhvətin şərlərindən 
qurtararlar. Övliyaların çoxu bu əsma ilə ölüb dirilirlər. 
Onların çalışdıqları ən son əsma "Ya Qahhər"dır.  
2. Yenə bu məqsədlə bir neçə adam tərəfindən 93636 
dəfə “Ya Qahhər” ismi zikr edilir.  
Beyti: Racəvtukə ya Ğaffaru fəqbəl li təvbəti,  
 
56
Biqahrikə ya Qahhəru şeytani əhzilə.  
Mənası: Səndən umuram Ya Ğaffar! Tövbəmi, bütün gü-
nahlardan dönüşümü qəbul et! Qəhrinlə  şeytanı  məni aldat-
mağa qoyma. Şeytanı rəzil, rüsvay et, Ey Qahhər!” 
 
 
əl-Vahhəb -14-Bizə  tərəfındən rəhmət bağışla. Lütfü ən 
bol olan Sənsən mənasındadır. "Qarşılıqsız bol-bol verən. 
Əvəzsiz, qarşılıqsız ehsan edəndir.  
1. Cümə günündə “Ya Vahhab”ismini zəfəranla yazıb və 
hər gün günəş doğarkən 196 dəfə “Ya Vahhəb” deyə zikr 
etsəniz Allah çoxlu nemətlər bəxş edər. Borcdan, sıxıntıdan, 
qurtarmaq və mülk, övlad sahibi olmaq istəyən , dünya və 
axirət nemətlərinə çatmaq istəyən bu ismi zikr etməlidir.  
Bağışlayan, bəxş edən, qarşılıqsız verən mənalarına gələn 
əl-Vahhab ismi Qurani-Kərimdə üç yerdə keçmişdir. (Sad 9, 
35) 
Bizə övladlar bəxş edən, quru torpaqdan bizə yemək-
içmək, ruzi bəxş edən Allahın  əl-Vahhəb isminə iman gəti-
rənlər: Ali İmran 8: - “Ey Rəbbimiz, bizə hidayət verdikdən 
sonra qəlblərimizi başqa səmtə çevirmə  və bizə qatında 
rəhmət ver. Sən qarşılıqsız verənsən”-deyə dua edərlər. Alla-
hın Vəhhab isminin təcəllisinin  ən böyük nümunəsi Hz. Əli 
haqqında nazil olmuş,  İnsan surəsindəki bu ayədir: “Onlar 
(Möminlər) sevmələrinə ramən yeməklərini fağıra, yetimə və 
əsirə yedirərlər. “Biz ancaq Allah rızası üçün yedirdirik. Siz-
dən bir qarşılıq və təşəkkür istəmirik”- deyirlər. (İnsan 8-9) 
1. Ürək damarları üçün Vahhab ismi-şərifi zikr edilir “Ya 
Vahhab” ismi-şərifini kim hər gün 14 dəfə oxumağa davam 
etsə, bütün yaradılmışların cümləsindən arxayın olar. 
Namazlarda zikr etsə, ruzisi bol və zəngin olar.  
Beyti: Bi haqqıkə Ya Vahhəbu hilmən və hikmətən,  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə