Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

67

 



 

göy  yosun, bütün bu  mühitin başının tacı  olan füsunkar Göy  göl 

məhz  şairin  nəzərində  yeni  biçimlə  cilvələnərək  bədii  obrazlar 

kimi  canlanmış,  gözəlliyi  saya  gəlməyən  gölün  şəninə  beləcə 

axar-baxarlı misralara çevrilmişdir: 

 

Kəsin eyş-nuşi, gələnlər, susun! 

Dumandan yorğanı, döşəyi yosun 

Bir yorğun pəri var, bir az uyusun, 

Uyusun dağların maralı Göy göl! 

 

Göy gölü görənlər yaxşı bilirlər ki, onun sahillərini qucmuş 



saysız-hesabsız ağaclar içində ən ucaları şamlardır. Şair təxəyyü-

lü  şamların  beləcə  boy  atıb  yüksəlməsini  də  ancaq  gözəllik  alə-

mində  dərk  olunan,  yalnız  gözəllik  qanunları  əsasında  izah  edilə 

bilən çox incə bir rəmzlə bağlayır. Ə.Cavada görə şamlar zümrüd 

gözlü Göy gölə vurulmuşlar .Lakin ətrafdakı digər ağacların şəlli-

yarpaqlı  budaqları  şamların  sevgi  və  minnətdarlıq  duyğusu  ilə 

gölün  gözəlliklərinə  baxmasına  mane  olur.  Odur  ki,  şamlar  sev-

gili  gölü  göz  dolusu  görmək  üçün,  başqa  ağacların  hamısından 

fərqli olaraq, gərdən çəkib daha ucalara boy atmışlar! 

Göy  göl Ə.Cavad üçün sadəcə bir sututar, yaxud bir qədər 

də geniş mənada coğrafi obyekt deyildi. Bu nadir təbiət hadisəsi-

ni şair doğma Gəncənin, bütün Azərbaycanın - Vətənin rəmzi ki-

mi tərənnüm etmişdi və bu rəmz, bu vətən obrazı onun şair təxəy-

yülündə  əbədilik  yer  tutmuşdu.  Adını  çəkdiyi  üçün  qara-borana 

düşdüyü  Göy  göl  şair  həbsxanada  olanda  da,  çoxlu  cəfalar  çək-

diyinə  baxmayaraq,  onu  tərk  etməmişdi.  Bu  münasibətlə  yada 

salım ki, vətənin sevgili timsalında tərənnümü Ə.Cavadın lirikası 

üçün  yeganə  hadisə  deyildi.  Sonrakı  illərdə  də  onun  əsərlərində 

həmin obraza təsadüf edilir: 

 

 

68



 

 

...Assınlar məni, 



Kəssinlər məni, 

Qoy türmələrə 

Bassınlar məni! 

 

Neynirəm könlü? 

Neynirəm dili? 

Səndən yazmasam 

Neynirəm əli? 

 

Nəsən, kimsən sən? 

Nisgilimsən sən. 

Qoy açıq deyim: 

Sevgilimsən sən! 

 

Ə.Cavadın yeni mövzularda işini, çəkdiyi yaradıcılıq əzab-



larını oğlu Niyazi Axundzadə belə xatırlayır: “Çox vaxt ürəyində 

pöhrələnən mövzulardan, hiss və duyğulardan qaçmaq məcburiy-

yətində qalırdı, istəyirdi ki, dövrün tələblərinə cavab verən bir şey 

yazsın,  bu  da  onu  yolundan  sapdırır,  çaşdırır,  zorla,  güclə  nəsə 

yazır, “Kür” şeri kimi yenə atəşə tutulurdu. Həvəslə, ilhamla yaza 

biləcəklərini isə sonraya saxlayırdı. Beləliklə gör nə qədər şer, nə 

qədər əsər eləcə qəlbində qaldı, üzə çıxmadı. Təəssüf, yenə təəs-

süf!”  (“Sən  ağlama,  mən  ağlaram”  səh.  200).  Bu  dərin  təəssüfə 

biz də qoşulur və güman edirik ki, oğlunun bu sözləri Ə.Cavadın 

sovet  dövründə  yazdığı  bəzi  əsərləri  düzgün  qavrayıb  obyektiv 

qiymətləndirməyə kömək edir. 

20-30-cu  illərdəki  bir  sıra  əsərlərində  də  Ə.Cavad  bir  lirik 

kimi öz əsas mövzularına, yazı tərzinə, üslubuna sadiqdir. O, ye-

nə də məhəbbəti, gözəlliyi, Azərbaycanın təbiətini tərənnüm edir, 

hicran yanğısından, nakam sevgidən, arzu və istəklərinin mühitin 



 

69

 



 

sərt daşlarına dəyib parçalanmasından acı-acı şikayətlənir. “Pəri-

zadə”, “Unudulmuş sevda”, “Sən ağlama”, “Nə yazım?”, “Gözəl 

qadın”,  “Aya”,  “Madonnaya”,  “Maxmurova  üçün”,  nəhayət  yu-

xarıda barəsində bir qədər müfəssəl bəhs olunmuş “Göy göl” şer-

ləri bu qəbildəndir. Bu əsərlər ilk növbədə dərin səmimiyyəti, ifa-

də tərzi, şeriyyətilə fərqlənir: 

 

Mən deyən yox, fələk deyən oldusa, 

Əsdi yellər, gül yanağın soldusa, 

Dərd əlindən ala gözlər doldusa, 

Sən ağlama, mən ağlaram, gözəlim! 

 

Ə.Cavadın 20-ci illərin əvvəllərinə aid əsərlərinin bir qismi 



onun Quba qəzasında, Qusarın  Xuluq  kəndində  müəllimlik  çağı-

nın məhsuludur. Bilavasitə qoynunda sakin olduğu ellərdən, kənd 

müəlliminin məişət qayğılarından, əlbəttə, məhəbbətdən yazmaq-

la  yanaşı  şair  ucqar  bir  Azərbaycan  kəndindən  imkan  taparaq 

dünya miqyasında baş verən hadisələrə də münasibətini bildirirdi. 

Onun qəlbi Xuluqdan çox-çox uzaqlarda türk övladlarının başına 

gələn  faciələrdən  qövr  edir,  qələmindən  “Volqa  aclarına”,  “Və-

təndaş”,  “Nə  üçündür?”  kimi  vətəndaş  ruhlu,  insanpərvər  amallı 

şerlər çıxırdı. 

Nizami  muzeyində  qorunan  bu  şerlərin  birincisində  “İdil 

boylarında”, yəni Volqa çayının sahillərində böyük bir fəlakət baş 

verdiyi,  insanların  acından  kütləvi  surətdə  qırıldığı  haqqında 

həyəcan təbili vurulur. Şerdən göründüyü kimi, burada artıq ölən 

ölmüş, qalan qadınların acından döşləri qurumuş, kişilərin qolları 

gücsüzlükdən yanlarına düşmüşdür. Hər yanda: 

 

Beşiklər nəşəsiz, qucaqlar boşdur, 



Biçarə annələr candan olmuşdur. 

 

70



 

 

İkinci şerdə isə şair öz həmvətənlərinin insanlıq duyğuları-



na  müraciət  edərək  onları,  zərərdidə  qardaş  və  bacılarının  halına 

acımağa, dərdinə qalmağa, acları fəlakətdən qurtarmaq üçün əmə-

li işə, fəaliyyətə, ellikcə köməyə çağırır: 

 

Kim yardım etməzsə öz qardaşına, 



Fəlakət qayğısı çökər başına. 

...Sənin də borcun var, sən də insansın, 

Sənin də qəlbində bir alov yansın, 

Çünki İdil boyu nə var, sənindir, 

O ac qalan qırğız, tatar sənindir. 

...Vətəndaş, şərik ol onun dərdinə, 

O göz yaşları ki, axar, sənindir. 

 

Bütün  günü,  dediyim  kimi,  məktəbin  ehtiyacları,  şagirdlə-



rinin, öz  evinin  qayğıları ilə çalışan Ə.Cavad  hərdən şair xəyalı-

nın  şahpərində  yüksəlir,  yaşadığı  mühit  də  buraya  daxil  olmaqla 

bütün  dünyanın,  bəşəriyyətin  taleyini  düşünür.  Şair  son  on  ildə 

yaşadığı, şahidi  olduğu insan faciələrinə xitam  verilməsini, həm-

vətənlərinin  müharibələrdən,  o  cümlədən  də  inqilablardan  uzaq, 

dinc,  asudə  və  azad  yaşamalarını  arzulayır.  “Nə  üçündür?”  şe-

rində olduğu kimi: 

 

Mən, doğrusu, daim gülmək istərəm, 



Nə öldürmək, nə də ölmək istərəm. 

Artıq yetər yer üzündə axan qan, 

Yetər artıq bu göz yaşı, bu hicran!.. 

 

Mən istərəm yaşıllıqlar solmasın, 

Sevdaların sonu hicran olmasın. 

Qurumasın gözəl üzdə tər danə, 

Nə ağlasın bülbül, nə də pərvanə... 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə