Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

59 
məsi üçün optimal hesab olunur.  
Xəstəliyin məhsuldarlığa vurduğu ziyanı əmələ gətirən faktor-
lar buğdada olduğu kimidir. Kütləvi yayılma zamanı  məhsul itkisi 
8-12%-ə çata bilər. Kimyəvi mübarizə  məqsədilə buğda bitkisində 
istifadə edilən eyni adlı preparatlardan istifadə olunur (Şəkil 13). 
 
Bərk və yaxud daş sürmə 
 
Törədicisi Ustilago hordei Kell. et Swinq. təsnifata görə Basi-
diomycota  şöbəsinin,  Ustilaginomycetes sinifinin, Ustilaginales  sı-
rasının,  Ustilaginaceae  fəsiləsinin,  Ustilago cinsinin nümayindəsi-
dir. Bu xəstəlik bitkilərin sünbülləməsi dövründə baş verir və geniş 
yayılır. Xəstəliyə tutulmuş sünbüllərin qılçıqlarından başqa, qalan 
bütün hissələri üzəri şəffaf nazik pərdə ilə örtülü qara-qonur rəngli
teliospor kütləsindən ibarət olur. Teliosporlar adətən bir-birinə möh-
kəm yapışıqlı olduğu və asanlıqla qopmadığı üçün «daş sürmə» ad-
lanır. Onlar yalnız taxıl biçini və  toxumun təmizlənməsi zamanı toz 
şəklində yayılır və sağlam dənləri sirayətləndirir (Şəkil 14). 
Səpin zamanı toxumla birlikdə onun üzərində olan teliosporlar 
da, buğda bitkisində olduğu kimi, cücərib bazidi və diploid mitsellər 
əmələ  gətirirlər. Bu mitsellər bitki cücərtilərinin  divarını deşərək 
onun inkişaf nöqtəsinə daxil olur və gövdə boyunca sünbülləmə 
mərhələsinə  qədər inkişaf edir. Sonradan sünbülün bütün hissələri 
parçalanır, dən əvəzinə göbələyin teliospor kütləsinə çevrilir. Telio-
sporlar oval, dəyirmi və ya birqədər uzunsov formada, açıq-qonur 
və zeytun rəngində, 3,6-7,5 mkm böyüklükdədirlər. 
Göbələyin cücərməsi üçün torpaqda nəmlişliyin 60-70% olması 
optimal hesab edilir, temperatur həddi isə minumum 5ºC, optimum 
20ºC, maksimum 35ºC-dir. 
Hazırda xəstəliyin ayrı-ayrı ekoloji-coğrafi zonalarda müəyyən 
sortlarda  uyğunlaşmış bir çox fizioloji rasları mövcuddur. 
Arpanın bərk sürməsinin məhsuldarlığa vurduğu ziyan yalnız 
sünbüllərin  birbaşa tələf olmasından deyil, həm də  əldə olunmuş 
toxum materialının cücərmə qabiliyyətinin aşağı düşməsindən ibarət 


60 
olur. Xəstəliyə qarşı mübarizə tədbiri görülməzsə, onun vurduğu zi-
yan 8-20% və bəzən də artıq ola bilər. 
Xəstəliklə sirayətlənmiş (0,4%) arpa dəninin mal-qaraya veril-
məsi zamanı ürək fəaliyyətinin dəyişməsi, iştahın pozulması, xırıltı, 
südün azalması, xırda buynuzlu heyvanlarda isə ölüm halları müşa-
hidə edilir. 
Mübarizə  tədbirləri. Bu məqsədlə rayonlaşmış  xəstəliyə da-
vamlı sortlardan istifadə edilməli, səpin üçün ayrılmış elit toxum 
materialında xəstəliyin intensivliyi  0,1%-dən çox olmamalıdır. To-
xum materialı içərisində  bərk halda yayılmış sürmə topalarının tə-
mizlənməsinə xüsusi diqqət yetirilməlidir. 
Toxum materialının səpindən 1,5-2 ay qabaq və ya səpinqabağı 
sistem təsirə malik olan 60%-li Raksil (0,5 l/ton),  2,5%-li Permis 
(1,2 l/ton), 40%-li Vitavaks 200-FF (3 l/ton), preparatları ilə  dər-
manlanması xəstəliyə qarşı mübarizədə ən etibarlı tədbir hesab edi-
lir.  İşçi məhsulun hazırlanması zamanı hər bir preparatın 1 ton to-
xum üçün müəyyən edilmiş normasına 10 litr su qatılır. 
 
Cırtdan pas xəstəliyi 
 
Törədicisi  Puccinia hordei Otth. təsnifata görə Basidiomycota 
şöbəsinin,  Pucciniomycetes sinifinin, Pucciniales  sırasının,  Pucci-
niaceae fəsiləsinin, Puccinia cinsinin nümayindəsidir.  
Cırtdan pas xəstəliyinə arpanın becərildiyi bütün regionlarda 
rast gəlinir. Xəstəlik  ən çox payızda aparılmış erkən səpinlərdə  və 
biçilmiş arpa sahələrində  əmələ  gələn cücərtilər üzərində yayılır. 
Təbii iqlim şəraitinin mülayim keçməsi göbələyin inkişaf etməsi 
üçün  əlverişli  şərait yaradır. Abşeronda və  Cənubi Muğanda qeyd 
olunan  şəraitdə  cırtdan pasın bütün qış uzunu yayılması tez-tez 
müşahidə olunur. 
Xəstəliyin ilkin əlaməti yarpaqlar və ya yarpaq qını üzərində  
dağınıq şəkildə açıq-sarı rəngli xırda uredosporların əmələ gəlməsi-
dir. Bir qədər sonra yarpaqların alt hissəsində göbələyin qara rəngli 
teleytosporları (qışlama sporları) əmələ gəlir. Teleytosporlar 1-2 hü-


61 
ceyrəli, uzunsov, sancaqvarı qonur rəngdə, 25-30 × 16-18 mkm bö-
yüklükdə olur. İnkubasiya dövrü 7-8 gündür. Puccinia hordei Otth 
2 evli göbələk hesab edilir. Göbələyin etsidi mərhələsi, yəni etsidi-
sporları Xıncılosu (Ornithogalum) bitkisi üzərində, uredo və teleyto 
mərhələləri isə arpa üzərində əmələ gəlir. Xəstəlik xıncılosu bitkisi 
çox olan yerlərdə çox güclü və kütləvi  şəkildə yayılır, çox vaxt 
onun olmadığı şəraitdə də inkişaf edir. Göbələyin uredosporları bir 
damla rütubət və 10-20°C temperaturda yaxşı cücərir (Şəkil 15). 
Uredosporlar qışı, payızlıq arpa bitki qalıqları üzərində yaxşı 
keçirir və erkən yazda xəstəliyin yenidən yayılmasını təmin edir. 
Arpanın cırtdan pas xəstəliyi digər pas xəstəlikləri ilə müqayi-
sədə məhsula bir qədər az ziyan vurur, ancaq güclü yoluxduğu bitki-
lərin qışa davamlılığını xeyli aşağı salır. 
Mübarizə  tədbirləri. Yığımdan sonra sahə kövşən qalıqların-
dan təmizlənməli və  dərin yay şumu aparılmalıdır. Xəstəliyin  əsas 
ehtiyat mənbəyi olan xıncılotu bitkisinin sahələrdən təmizlənməsinə 
xüsusi diqqət yetirilməlidir. 
Buğda bitkisində pas xəstəliklərinə qarşı tətbiq edilən preparat-
lardan cırtdan pasa qarşı kimyəvi mübarizə məqsədilə istifadə oluna 
bilər. 
 
Rinxosporioz 
 
Xəstəliyin törədicisi  Rhynchosporium graminicola Oudem. 
təsnifata görə  Ascomycota  şöbəsinin,  maya göbələkləri  sinifinin, 
Rhynchosporium cinsinin nümayindəsidir. Xəstəlik arpanı, çovdar 
və taxıllar fəsiləsinə aid bir çox ot bitkilərini sirayətləndirir. 
Rütubətli illərdə xüsusilə geniş yayılır. Yarpağın hər iki üzündə, 
yarpaq qınında,  ətrafları qara rənglə haşiyələnən, mərkəzi hissəsi 
ağımsov olan iri ləkələr əmələ gətirir. Xəstəlik güclü inkişaf etdikdə 
yarpaqlar tamamilə qaralıb tökülür. Göbələk yarpağın alt hissəsində 
inkişaf edən konidilər vasitəsilə yayılır. Bir qədər əyri, uclardan küt 
olan konidilər 2 hüceyrədən ibarətdir. Xəstəliyin inkubasiya dövrü 
5-14 gün çəkir. Göbələk payızlıq çovdar, arpa cücərtiləri, toxum və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə