Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

52 
kövşənin sahədə qalması və səthi becərmə onun təkrar inkişafı üçün 
əlverişli şərait yaradır. 
Kökçürümə  xəstəliklərinə qarşı davamlı sortların seçilməsi 
praktiki cəhətdən böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazım-
dırki, bu xəstəliklərə qarşı tam davamlı sortlar məlum deyil, lakin 
nisbi davamlılığı olan sortlar mövcuddur. Azərbaycan şəraitində ra-
yonlaşmış «Əkinçi-84», «Mirbəşir-128», perspektivli «Ruzi» və di-
gər sort nümunələri kökçürüməyə qarşı nisbi davamlılığa malikdir. 
Şəki-Zaqatala bölgəsində kökçürüməsinin inkişafına stimul 
verən əsas amillərdən biri də, təbii yağıntıların çox düşməsi ilə əla-
qədar bir çox taxıl alaqlarının, xüsusilə də yabanı vələmir, türpəng 
və qamışın güclü yayılmasıdır. Bu alaqlara qarşı Lintur (150-180 
qr/ha) və Topik (300-350 qr/ha) preparatlarının hər ikisi eyni vaxta 
qarışdırdıqdan sonra  250 litr suda (1 hektar üçün) həll edib, çiləmə 
aparılmalıdır. Çiləmə havanın temperaturu 10°C olduqda aparılır. 
Çiləmədən sonra 2 saat müddətində yağış düşməzsə, tədbir baş tut-
muş hesab edilir. Artıq qeyd etdiyimiz kimi, kökçürüməsi xəstəliyi 
həm də toxum vasitəsilə (Ofiobolus müstəsna olmaqla) yayılır. Ona 
görədə xəstəliklərə qarşı toxum materialının dərmanlanması ən zər-
uri tədbirlərdən biri hesab edilir. Bunun üçün 75%-li Vitavaks 200 
(3 kq/t), 6%-li Raksil (0,5 l/t), 3%-li Dvidend (2 l/t) preparatla-
rından istifadə olunur. Dərmanın hər bir işlədilən zaman qeyd edilən 
normalarda 8-10 litr su əlavə edilməlidir. 
Bitkilərin vegetasiyası dövründə  xəstəlik müşahidə edilərsə, 
50%-li Benlat (0,3-0,6 kq/ha), 50%-li Fundazol (2-3 kq/ha)  prepa-
ratlarından biri ilə çiləmə (hektara 250-300 litr su götürülür) aparıl-
malıdır. 
 
Buğdanın bakterial xəstəlikləri 
 
Qara ləkəli bakterioz 
 
Törədicisi  Xanthomonas translucens Dawson təsnifata görə 
Protebacteria  şöbəsinin Gamma Proteobateria sinifinin, Xantho-


53 
monadales  sırasının, Xanthomonadaceae fəsiləsinin,  Xanthomonas 
cinsinin nümayindəsidir. Arpa bitkisi də bu xəstəliyə tutulur. Xəs-
təliyə bitkinin bütün yerüstü orqanlarında: yarpaq, gövdə, sünbül və 
dənində  təsadüf olunur. Buğdanın xəstəliyə tutulmuş    yarpaq  və 
gövdəsi üzərində əmələ gələn xırda, sulu ləkələr getdikcə böyüyərək 
qara-qonur rəngli iri ləkələrə çevrilir. Xəstəliyin xarekterik əlaməti 
sünbül pulcuqlarının uc hissəsinin, bəzən də bütün pulcuğun və 
qılçıqların qaralmasıdır. Xəstəliyin güclü yayılması zamanı sünbü-
lün bütün hissəsi tam qaraldığı üçün xəstəlik qara bakterioz adı 
almışdır. Xəstə sünbüllərdə çox yüngül dənlər əmələ gəlir ki, bəzən 
dən də bakterial ekssudatın qurulması  nəticəsində sarı lentvarı 
ləkələr müşahidə edilir. 
Bakteriyanın inkişafı üçün 20-30°C temperatur optimal hesab 
olunur, 50°C-də tələf olur. 
Bakteriyaların bitkidən-bitkiyə sirayətlənməsi bir damla yağış, 
həşəratlar bəzən də külək vasitəsilə (xəstə sünbüllərin bir-birinə 
dəyməsi) yayılır. Rütubətli illərdə bakteriyanın inkişafı  və kütləvi 
yayılma imkanı daha yüksək olur. 
Bitki qalıqları çürüyəndə onlardakı bakteriyalar da tələf olur. 
Bakteriya ilə xəstələnmiş toxumları səpdikdə onun bir hissəsi tələf 
olsa da, bir hissəsi sağ qalır. Ancaq sağ qalmış bitkilərin qidalanma 
sistemində diffuz şəkildə yayılmış bakteriyalar sonrakı inkişafda  
onların tələf olmasına səbəb olur. 
Vegetasiya dövründə bitki cücərtilərinin tələf olması, xəstəliyin 
təsiri nəticəsində yarpaq səthinin kiçilməsi, tənəffüs və buxarlanma-
nın artması nəticəsində  bitkinin çox enerji sərf etməsi,  taxılın mə-
hsuldarlığının aşağı düşməsinə öz təsirini göstərir. Qeyd olunan fak-
torlar nəticəsində məhsuldarlığa dəyən ziyanla yanaşı, həm də əldə 
olunmuş  məhsulun keyfiyyətidə olduqca aşağı düşür. Qara  ləkəli 
bakterioz xəstəliyinə Azərbaycanda çox az hallarda dağətəyi və 
dağlıq bölgələrdə  (Şəki-Zaqatala, Quba, Qusar, Şamaxı) təsadüf 
olunur (Şəkil 9). 
 
 
 


54 
Bakterial qonur ləkəlik  
 
Törədicisi  Pseudomonas aurofaciens Stapp. Bakteriyasıdır və 
təsnifata görə Protebacteria şöbəsinin Gamma Proteobateria 
sinifinin, Pseudomonadales sırasının, Pseudomonadaceae fəsilə-
sinin, Pseudomonas cinsinin nümayindəsidir. Xəstəliyə ən çox buğ-
da və çovdar, bəzi hallarda vələmir bitkiləri də sirayətlənirlər. Xəs-
təliyin  əlamətləri bitkilərin yarpaq, gövdə  və  dənlərində müşahidə 
edilir. Yarpaqlarda əvvəlcə sulu, daha sonra isə qonur ləkələr əmələ 
gəlir, sünbül və sünbül pulcuqlarının  əsası (sünbülcüklərin sünbül 
oxuna birləşdiyi yer) və dənin rüşeymi tamamilə qaralır. Bitkilərin 
güclü sirayətlənməsi gövdələrin qısa qalması, yarpaqların quruması, 
koleoptilanın qaralması və dənin çəhrayı rəng alması ilə xarakterizə 
olunur (Şəkil 10). 
Bakteriya 2-37°C temperaturda inkişaf edə bilir, optimal tem-
peratur isə 25-27°C-dir. 48-50°C də 10 dəqiqə müddətində  tələf 
olur. Günəş şüasına həssas, soyuğa nisbətən davamlıdır. Bazal bak-
terioz temperaturun aşağı, nisbi rütubətin yüksək olduğu illərdə 
daha geniş yayılır. 
Bakterioz xəstəliyinin vurduğu ziyan onun inkişafı ilə bağlıdır. 
İnkişafı  zəif olduqda ziyanda aşağı  səviyyədə olur. Azərbaycanda 
yayılması qeydə alınsa da kütləvi xarakter daşımır. 
Mübarizə tədbirləri. Bakterial xəstəliklərin törədicisi ilə sira-
yətlənmiş  əkin sahəsinə 2-3 il taxıl əkilməsinə yol verilməməlidir. 
Yoluxmuş  əkin sahələri taxıl yığımı zamanı axırda biçilməlidir. 
Cari ildə səpin aparılacaq əkin sahələri keçən il bakteriyalarla güclü 
yoluxmuş taxıl sahələrindən 300-500 metr aralıda olmalı, xəstə-
liklərə davamlı sələflərin seçilməsinə xüsusi diqqət yetirilməlidir. 
Məhsul yığıldıqdan sonra bitki qalıqlarının sahədən təmizlən-
məli, dərin  şum aparılmalıdır, kalium və fosfor tərkibli mineral 
gübrələrin səpinqabağı şum altına verilməlidir. 
Bakterial xəstəlikləri yayan sorucu həşaratlara qarşı inseksid-
lərdən (Bi-58, Desis, Hekolan və s.) istifadə olunmalıdır. Toxum 
materialının Raksil preparatı ilə dərmanlanması səmərəlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə