106
məhsuldarlıq aşağı düşür, məhsulun əmtəəlik keyfiyyəti pisləşir.
Pomidor bitkisi qida çatışmazlığına, mühitin reaksiyasına (pH)
və ətraf mühitin meteoroloji amillərinə çox həssasdır. Açıq və örtü-
lü sahədə geniş əkin sahələrində becərildiyindən bu faktorlar ətraflı
öyrənilməli, torpaq, su və meteoroloji faktorlar ətraflı öyrənildikdən
sonra pomidor istehsalı ilə məşğul olmaq olar. Torpağın makro və
mikroelementlərlə təminatının və suvarma suyunun ion tərkibi ana-
liz edilərək dəqiq informasiya əldə olunması əhəmiyyətlidir.
Humus çatışmazlığı
Humus torpağın elə bir qatıdır ki, bu hissədə kök sistemi bitki
üçün lazım olan qida maddələrini tapır. Humusun səviyyəsi bitkinin
normal inkişafında başlıca əhəmiyyətə malikdir. Əgər torpaq hu-
musla zəngindirsə, bitkilərin inkişafı və məhsuldarlığı yüksək sə-
viyyədə olacaq. Humusun tərkibi müxtəlif komponentlərdən iba-
rətdir. Başlıca hissəni spesifik və ya xüsusi humuslu üzvi maddələr
təşkil edir. Bu sıraya daxil olan fulvoturşular, humin turşuları və
azad humin maddələrdir ki, humus təbəqəsinin tərkibinin 80-90%-ni
təşkil edir. Bu maddələr sərbəst və birləşmələr halında mövcuddur.
Humusun digər hissəsi sellüloza, liqnin, aminturşuları, saxaridlər və
b. üzvi maddələr, parçalanmamış bitki və heyvan qalıqlarından
ibarətdir. Bu hissə humusun 10-15%-ni təşkil edir.
Torpağın humus qatında bitkilərin başlıca qida mənbəyi humin
maddələrdir. Bunlar humin turşuları, fulvoturşular və onların duz-
ları, sərbəst huminlərdir. Fulvatların kalium, natrium, kalsium və
maqnezium duzları suda həll olur və torpaqda turş reaksiya əmələ
gətirir, mineral birləşmələri parçalayaraq podzollaşma yaradır.
Humin turşuları azot tərkibli üzvi maddələrdir. Qələvi və qələvi tor-
paq metalları ilə birləşərək humat duzları əmələ gətirir. Yaranmış
humat duzları bitkilər tərəfindən yaxşı mənimsənilir. Humin turşu-
larının miqdarının yüksək olması torpağın yüksək keyfiyyətinin
başlıca göstəricisidir. Onlar torpağın mənimsənilməsini yüksəldir,
torpaqda qida elementlərinin toplanmasını, su saxlamasını təmin
edir və hiqroskopikliyini artırır. Humusu az olan torpaqlarda meyvə,
107
tərəvəz, üzüm, taxıl və s. bitkilərin becərilməsi zamanı humin mad-
dələri ilə əlavə yemləmə tədbirləri aparılır. Qələvi və qələvi torpaq
metallarının humin duzları ilə qumsal və gillicəli torpaqlarda əlavə
yemləmənin aparılması məhsulun keyfiyyətinin və məhsuldarlığın
yüksəlməsinə, dad və tamın yaxşılaşmasına səbəb olur. Bitkilərin
zəif inkişafı zamanı vegetasiya dövründə humin maddələri ilə əlavə
yemləmənin verilməsi ilə ümumi zəifliyi aradan qaldırmaq olar.
Azot çatışmazlığı
Bitkinin qida elementləri sırasında makroelementlər qrupuna
(N, P, K) daxil olmaqla, mühüm həyatı proseslərdə: maddələr mü-
badiləsində, boy və inkişafın tənzimlənməsində bilavasitə iştirak
edir. Azot torpağın qida maddələrində çatmadıqda bitkilərin boy və
inkişafı zəifləyir, yarpaqlar tədricən yaşıl rənglərini itirir və saralır.
Cavan yarpaqlar belə hallarda normal ölçülərinə çata bilmir. Zoğ-
ların budaqlanması iti bucaqlı olması ilə seçilir. Yaşlı yarpaqlar
vaxtından qabaq funksiyasını itirir və saralıb tökülür.
Üzüm yarpaqlarında azot çatışmazlığı xloroz əlaməti ilə müşa-
hidə olunur. Yarpaqların rəngi sarımtıl-yaşıl və kiçik ölçülü olur,
tez tökülür. Saplaq və yarpağın əsas damarları özünəməxsus qırmızı
rəngi ilə diqqəti cəlb edir. Yarpağın damar ətrafı nisbətən yaşıl rəngi
ilə seçilir.
Meyvə ağaclarında azot çatışmazlığı olduqda meyvələr həddən
artıq kiçik və quru olur. Məhsuldarlıq kəskin aşağı düşür, meyvələr
tez tökülür, daşınma və saxlanmaya davamsız olduğundan tez bir
zamanda məhsulun əsas hissəsi xarab olur. Alma ağacında azot ça-
tışmadıqda yarpaqlar normal ölçülərə çatmır, yaşıl yarpaqlar vaxtın-
dan qabaq quruyur və tökülür.
Azot çatışmazlığının başlıca səbəbləri torpağın vaxtlı-vaxtında
alaqlardan təmizlənməməsi, cərgəaralarının dərin şumlanmaması,
selləmə suvarmadan istifadə, torpağın turşulaşması, torpağa üzvi və
mineral gübrələrin verilməməsi, yemləmə vasitələrindən istifadə
olunmamasıdır.
İlkin yazda yeni əmələ gələn budaqların inkişafının tam olma-
108
ması, yeni zoğlar üzərində çiçək tumurcuqlarının az əmələ gəlməsi
də azot çatışmazlığından yaranır. Pomidor bitkisində azot çatışmaz-
lığı aşağı və orta yarus yarpaqlarının əvvəlcə açıq-yaşıl, sonradan
sarımtıl-yaşıl rəng alması, sonda saralaraq tez qocalması və tökül-
məsi ilə müşahidə edilir.
Bəzən, azotun həddindən çox olması və ya birtərəfli olmaqla
normadan artıq verilməsi də, bitkinin normal inkişafını əngəlləyir.
Torpağa yemləmə verilməzdən əvvəl onun tərkibi analiz olunmalı-
dır. Makro və mikroelementlərin miqdarı haqqında məlumat olduq-
dan sonra hansı miqdarda gübrə verilməsi təyin edilə bilər.
Azot çatışmazlığının aradan qaldırılması üçün torpağa çürümüş
peyin verilməsi ilkin şərtlərdəndir. Peyin qış və ilkin yazda verdikdə
daha yaxşı səmərə verir. Azot tərkibli Ammofos, Diammofos, Nitr-
ofoska, Ammonium-şorası, qarışıq gübrələrdən Urojay (30:30:30)
preparatı 20:20:20 istifadə etməklə vegetasiya dövründə azot çatış-
mazlığı aradan qaldırıla bilər. Bitkilərdə azotun səviyyəsinin bərpa
olunması üçün dəmir (Fe) və Molibden (Mo) elementlərinin səviy-
yəsi normal olmalıdır.
Fe və Mo elementlərinin çatışmazlığı meyvə ağaclarında azo-
tun həddindən artıq yığılmasına səbəb olur. Torpağın azotla yem-
ləndirilməsində su çatışmazlığı olarsa, meyvə ağaclarının boy və
inkişafında artım yox, əksinə inkişafın dayanması müşahidə edilir
(Şəkil 56).
Fosfor çatışmazlığı
Fosfor (F) bitkinin fotosintez prosesində nüvə enerjisinin
ötürülməsini aktivləşdirməkdə, maddələr mübadiləsinin yüksəldil-
məsində, qeyri-üzvi fosforun üzvi maddələrin tərkibinə keçərək
enerji mənbəyi olan Adenazin-trifosfat (ATF) turşusunun əmələ gəl-
məsində mühüm əhəmiyyətə malikdir. ATF-nin hüceyrədə biosintez
proseslərində, enerji mübadiləsində və bitkinin normal inkişafında
rolu əvəzolunmazdır. ATF və ADF (adenozindifosfat turşusu) qrupu
maddələrin toplanması bitkinin kimyəvi enerjisinin (potensialının)
artmasına səbəb olur. Bitkilərdə fosfor tərkibli maddələrdən asetil-
Dostları ilə paylaş: |