Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

 
52 
onların əsərləri sadə dildə yazılmaqla, dərin məzmuna malikdir.   
3. «
Qarabağnamələr»də Qarabağ xanlığının banisi Sarıcali 
oymağından  olan  Pənahəli  xanın  və  onun  oğlu  İbrahimxəlil 
xanın şəxsiyyətlərinə, dövlət quruculuğuna tarixi baxımdan real 
qiymət verilir.  
XIX əsrin 50-ci illərində Mirzə Camalın oğlu Rzaqulu bəy 
də «Pənah xan və İbrahim xanın Qarabağda  hakimiyyətləri və o 
zamanın  hadisələri»  adlı  salnamə  yazmışdır.  Əslində  o,  atası 
Mirzə  Camal  Cavanşirin  «Qarabağ  tarixi»nin  faktlarını  sadəcə 
xülasə  edərək  onu    yeni  əlavə  olunmuş  mülahizə  və  faktlarla 
zənginləşdirmişdir.  Rzaqulu bəy  Mirzə Camal oğlunun  əsəri 
ilk  
dəfə Nazim Axundov tərəfindən «Qarabağnamələr»in  ikinci 
kitabına    daxil  edilmiş  və  ona  ön  söz  yazılmışdır  (67,  s.205-
246). Bundan əlavə N.Axundov «Qarabağ salnamələri» əsərində 
Rzaqulu bəyin əsərini geniş təhlil etmişdir (6, s.14). 
Bizim dövrümüzədək gəlib çatmış və hələlik bizə məlum 
olan  «Qarabağnamə»lərin  müəlliflərindən  biri  də  Əhməd  bəy 
Cavanşirdir (1828-1903). Bu müəllifinin tərcümeyi-halı və əsəri 
haqqında  ilk  dəfə  Ə.B.Şükürzadə  mətbuatda  geniş  məqalə  ilə 
çıxış etmiş və onu geniş təhlil etmişdir (17, s.150-156). 
Əhməd  bəy  Cavanşirin  Qarabağ  xanlığının  tarixinə  dair 
1883-
cü  ildə  yazdığı  «Qarabağ  xanlığının  1747-1805-ci  illərdə 
siyasi  vəziyyətinə  dair»  əsəri  «Kavkaz»  qəzetində  çap 
edilmişdir.  Əsər  barədə  tarix  ədəbiyyatında  müəyyən  fikirlər 
söylənilmişdir.  Qeyd  edək  ki,  Əhməd  bəy  Cavanşir  Şimali 
Azərbaycanın  Rusiya  tərəfindən  istilasına  müsbət  münasibət 
bəslədiyi  üçün  (bu,  onun  əsərindən  də  aydın  görünür  -  Y.H.) 
Azərbaycanda  çar  Rusiyasının  inzibati-mülki  tədbirlərinin 
həyata keçirilməsində şəxsən iştirak etmişdir (33, s. 139). 
Müəllif  «Qarabağ  xanlığının  1747-1805-ci  illərdə  siyasi 
vəziyyətinə dair» əsərini Mirzə Adıgözəl bəy, Mirzə Camal və 
Mirmehdi  Xəzani  kimi  Qarabağ  tarixçilərinə  əsasən  yazdığını 
etiraf edir (33, s.139). 
Əhməd bəy Cavanşirin «Qarabağnamə»si ilk dəfə 1884-
cü  ildə  Tiflisdə,  sonra  1901-ci  ildə  Şuşada  və  1961-ci ildə  isə 


 
53 
Bakıda  Azərbaycan  SSR  EA  tərəfindən  rus  və  Azərbaycan 
dillərində çap edilmişdir (7, s.405). 
«Qarabağnamələr»in müəlliflərindən biri də Mirzə Yusif 
(Nersesov) Qarabağidir. O, 1798-ci ildə anadan olmuş, 1860-cı 
ildə  ölmüşdür.  Mirzə  Yusif  Qarabağinin  «Tarixi-safi»  əsəri 
1804-1828-
ci  illər  Rusiya-İran  müharibələrinin  və  Azərbaycan 
tarixinin  müəyyən  səhifələrinin  öyrənilməsində  qiymətli 
mənbələrdən biridir. «Tarixi-safi» XX əsrin 30-cu illərinə kimi 
tarixçilərimizə  məlum  deyildi.  Bu  əsər  haqqında  bizə  ilk  dəfə 
Əli Əjdər Səidzadə məlumat verilmişdir (33, s.88). 
Biz «Tarixi-
safi»nin  məzmunu  haqqında  (çox  müxtəsər 
də  olsa) ilk məlumata  «XIX  əsrin  ikinci  yarısında  Azərbaycan 
tarixşünaslığı»  adlı  məqalədə  və  həmin  məqalə  müəlliflərinin 
iştirakı  ilə  yazılmış  «XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində 
Azərbaycanda  tarix  elminin  inkişafı»  adlı  əsərdə  qarşılaşırıq 
(108,  s.236;  46).  Göstərilən  hər  iki  əsərdə  müəlliflər  Mirzə 
Yusifin  müxtəsər  tərcümeyi-halını  verdikdən  sonra  «Tarix-
safi»nin qısa məzmunundan söhbət açırlar. 
Mi
rzə  Yusif  Qarabağinin  əsərinin  yeganə  nüsxəsi 
Gürcüstan  EA  yanında  S.N.Canişia  adına  Dövlət  Muzeyinin 
əlyazmaları  fondunda  saxlanılır.  Fars  dilində  yazılan  bu  əsər 
Qarabağın  1745-1828-ci  illər  arasındakı  tarixindən  bəhs  edir 
(33, s.16). 
Müəllifin  ziddiyyətli  və  yanlış  fikirləri  «Tarixi-safi»nin 
ayrı-ayrı  fəsillərində  özünü  aydın  göstərir.  Ə.Hüseynzadə 
göstərilən  əsərində  Mirzə  Yusifin  «Tarixi-safi»  əsəri  barədə 
ətraflı  şərh  verilmiş  və  onun  millətçilik  mövqeyi  təhlil 
olunmuşdur. 
Müəllif 
«Tarixi-safi»də 
Qarabağın 
və 
Azərbaycanın  bütün  Aran  ərazisinin  vaxtilə  «Böyük 
Ermənistana» məxsus olduğunu iddia edir. Maraqlı burasıdır ki, 
Mirzə Yusif Qarabaği Azərbaycanın qədim şəhəri, Aranın anası 
hesab  olunan  Bərdənin  tərənnüm  və  təsvirinə  dair  Nizami 
Gəncəvidən  məşhur  parçaları  misal  gətirirsə  də  tarixi  həqiqəti 
söyləməyi  caiz  bilmir  (33,  s.16).  O,  tarixə  baxışda  qəddar 
millətçi  M.Çimçiyanın  tam  təsiri  altında  olduğunu  nümayiş 


 
54 
etdirir. 
Professor  Nazim  Axundov  da  «Qarabağ  salnamələri» 
əsərində  Mirzə  Yusifin  «Tarixi-safi»  əsərində  yol  verdiyi 
saxtakarlıqları  cəsarətlə,  tutarlı  şəkildə  tənqid  etmiş  və  ona 
aydınlıq gətirmişdir. Son olaraq deməliyik ki, bütün qüsurlarına 
baxmayaraq, «Tarixi-safi»nin son - 
IX  fəsli  Rusiya-İran 
müharibələrini  öyrənmək  nöqteyi-nəzərindən  əhəmiyyətli 
mənbələrdən sayılmalıdır. 
İlk  «Qarabağnamə»  adlı  əsərin  müəllifi  Mirzə  Adıgözəl 
bəydən sonra, Qarabağ tarixinə həsr edilən Azərbaycan dilində 
yazılmış növbəti əsərin müəllifi Mirmehdi Xəzanidir. O, 1819-
cu  ildə  anadan  olmuş,  1894-cü  ildə  vəfat  etmişdir. Mirmehdi 
Xəzani  «Kitabi-tarixi-Qarabağ»  əsərində  1747-ci  ildən  1828-ci 
ilə  kimi  olan  tarixi  hadisələr  təsvir  olunur.  Əsər  ilk  dəfə 
«Qarabağnamə»lərin  ikinci  kitabında  Nazim  Axundov 
tərəfindən  çap  edilmiş  və  ona  ön  söz  yazılmışdır  (53,  s.94). 
Mirmehdi X
əzaninin  «Kitabi-tarixi-Qarabağ»  kitabından  ilk 
dəfə mənbə kimi V.N.Leviatov istifadə etmişdir (33, s.16). 
Mirmehdi  Xəzaninin  əsəri  ilə  ilk  dəfə  bizi  tanış  edən 
Həsən İmanovdur. O, Azərbaycan tarixşünaslığına həsr edilmiş 
bir məqalədə Xəzaninin öz əsərini Mirzə Adıgözəl bəyilə Mirzə 
Camalın «Qarabağnamələrin»dən köçürüb yazdığını irəli sürür, 
ona  görə  də  haqsız  olaraq,  bu  əsərin  əhəmiyyətsiz  olduğunu 
qeyd edir (109, s.8). 
Həsən  İmanov  da  V.N.Leviatov  kimi  Mirmehdi  Xəzani-
nin əsərinə yaxşı bələd olmadığı üçün belə bir qənaətə gəlmişdir 
ki,  guya  o,  Mirzə  Adıgözəl  bəyin  əsərindən  köçürmədir. 
Halbuki, Qarabağın tarixinə həsr olunmuş ikinci əsərin müəllifi 
Mirzə  Camaldır.  V.N.Leviatov  yazır:  «Mirzə  Adıgözəl  bəydən 
sonra  Qarabağın  tarixini  yazan  Mirmehdi  Xəzani,  öz  əsərinin 
birinci  fəslini  Qarabağın  coğrafiyasının  təsvirinə  həsr  etmiş  və 
bununla  da  Mirzə  Adıgözəl  bəyin  əsərində  qalmış  boşluğu 
qismən doldurmuşdur» (6, s.19). 
Qeyd edək ki, həmin boşluğu artıq Mirzə Camal Qarabaği 
doldurmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə