Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

 
46 
gözəl bəy, öz tərcümeyi-halı barədə müəllifi olduğu «Qarabağ-
namə»də müəyyən məlumat vermişdir (54, s.6,16,89). 
Mirzə  Adıgözəl  bəy  «Qarabağnamə»sini  1845-ci  ildə 
yazmışdır.  Əsərdə  1736-cı  ildən  başlayaraq  1828-ci  ilə  kimi 
Qarabağın siyasi tarixi əhatə  edilir. 1845-ci ildə «Zakavkazskiy 
vest
nik»  qəzetinin  13  və  14-cü  saylarında  Qarabağ  xanlığının 
tarixinə  dair  imzasız  iki  məqalə  çap  olunmuşdur.  Məqalələrdə 
təsvir  olunan  hadisələrin  ardıcıllığı  və  onlara  verilən  obyektiv 
qiymət  göstərir  ki,  bunlar  Mirzə  Adıgözəl  bəyin  «Qarabağna-
məsi»nin qısa icmalıdır (6, s.9). 
Maraqlı  bir  cəhəti  də  qeyd  etmək  lazımdır  ki,  Mirzə 
Adıgözəl  bəyin  «Qarabağnaməsi»ni  onun  diktəsi  ilə  qarabağlı 
şair Hüseyn Salari yazmışdır. Salari əsər boyu təsvir olunan ha-
disələr haqqında  beyt və bəndlər yazaraq əsəri daha da zəngin-
ləşdirmişdir.  Çox  güman  ki,  əsərin  diktə  yolu  ilə  Hüseyn  Sa-
larinin  yazması  Mirzə  Adıgözəl  bəyin  qocalığı  ilə  əlaqədar  ol-
muşdur. Hələlik bu mülahizə tam sübuta yetirilməmişdir (6, s.9). 
Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»si  Azərbaycan 
dilində  Qarabağ  tarixi  barəsində  yazılan  ilk  əsərdir.  Əsərin 
orijinalı Tiflis şəhərinin ümumi kitabxanasında saxlanılır. Mirzə 
Adıgözəl bəy Qarabağ xanlığında baş vermiş siyasi, iqtisadi və 
mədəni    hadisələrlə  yanaşı, alban xristian  xəmsə  məlikləri  və 
onların mənşəyi haqqında çox maraqlı məlumat verir. Onun bu 
etnik  qruplar  haqqında  məlumatı  bir  sıra  elmi  ədəbiyyatda  öz 
əksini  tapmadığından,  onlar  haqqında  Mirzə  Adıgözəl  bəyin 
qeydlərinin verilməsi məqsədəmüvafiq olardı. Müəllif «Xəmsə» 
adı  ilə  tanınan  mahalların  məlikləri  haqqında  yazır:  «Bu 
mahalların  biri  Dizaqdır.  Məlikləri  Məlik  Yegan  adlanır.  O, 
Loridən  qaçıb  gəlmiş,  Nadir  şahın  səltənəti  dövründə  və  onun 
əmrilə məliklik  taxtına oturub hörmət qazanmışdır. 
İkincisi  –  Vərəndədir.  Məlikləri  Məlik  Şahnəzərlilər  ol-
muşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar 
sahibidirlər.  Əsilləri də Göycə əsilzadələrindəndir.  Sonra ora-
dan  Qarabağa  gəlib  Qarabağda  Vərəndə  mahalının  məliklik 
camından sərxoş olmuşlar. 


 
47 
Üçüncüsü  Xaçındır.  Məlikləri  Həsən  Cəlalıyan  övladı-
dır… Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu 
mahalın  müstəqil  bir  məliyi  olmamışdır.  Buna  görə,  məliklik 
pərisi hər an bir şəxsin məclisinin saqisi olmuş və hər bir vaxt 
bir hərifi sərxoş etmişdir. Axırda mərhum Pənah xan Cavanşirin 
dövlət  günəşi  və  şövkət  bayrağı  rəyasət  üfüqündən  baş  vurub 
Qarabağ  vilayətinin  bütün  sahəsini  cəlal  və  dəbdəbə  ilə 
işıqlandırdı.  Bu  zaman  xınzırıstanlı  məlik  Mirzə  xan  özünün 
gözəl  iradə  və  sədaqətli  əqidəsinə  görə,  bu  əbədi  dövlət 
məmurlarının  əmrilə  məliklik  sikkəsini  gümüş  kimi  saf  olan 
adına kəsdirdi. Ondan sonra da oğlu Məlik Allahverdi və nəvəsi 
Məlik  Qəhrəman  «hər  kəsin  növbəti  beş  gündür»  misrasını 
məzmunca məliklik bayrağını göylərə qaldırdılar. 
Dördüncü  – 
Çiləbörd  mahalıdır.  Məlikləri  Allahquludur. 
Əsilləri  Maqavizdən  gəlmədir.  Bunlar  gəlib  Çiləbörddə  məlik 
olmuş,  Tərtər  çayının  ortasında  vage  ən  möhkəm  bir 
məmləkətdə  yerləşmişlər.  Çox  çətin  bir  yolu  olan  Cermux 
(rəvayətə  görə,  Çiləbördün  müxtəsər  adıdır)  qalasını  özlərinə 
məskən, sığınacaq və mənzil etmişlər… 
Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsil-
ləri Şirvandan gəlmədirlər. Bir müddət Talış kəndində sakin ol-
muşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişlər. Sonralar 
Məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur.» 
(54, s.36-38). 
Ə.Hüseynzadənin  yazdığına  görə,  V.N.Leviatov  Mirzə 
Adıgözəl bəyin «Qarabağnamə»sini təhlil edərkən səhvə də yol 
vermiş,  Mirzə  Adıgözəl  bəyin  və  Mirzə  Camal  Qarabağinin 
«Qarabağnamə»lərinin yazılma tarixini səhv salmış, heç bir əsas 
olmadan b
elə  bir  mühakimə  irəli  sürmüşdür  ki,  guya  Mirzə 
Adıgözəl  bəy  «Qarabağnamə»sini  yazarkən  Mirzə  Camal  bəy 
Qarabağinin  «Qarabağ  tarixi»ndən  istifadə  etmişdir.  Lakin 
əsərin mətni ilə tanışlıqdan sonra məlum olur ki, Mirzə Adıgözəl 
bəy öz əsərini Mirzə Camal bəy Cavanşirdən iki il əvvəl - 1845-
ci  ildə  yazmışdır.  Mirzə  Camal  Cavanşir  isə  «Qarabağ  tarixi» 
əsərini 1847-ci ildə yazıb başa çatdırmışdır (33, s.32; 55, s.106).  


 
48 
İ.P.Petruşevski də Mirzə Adıgözəl bəyin «Qarabağnamə» 
adlı  salnaməsini  təxminən  1847-ci  ildə  tərtib  etməsini  qeyd 
etməklə səhvə yol vermişdir (123, s.48). 
Qeyd  etmək  lazımdır  ki,  Mirzə  Adıgözəl  bəy  və  Mirzə 
Camal bəy Cavanşir öz «Qarabağnamə»lərində istifadə etdikləri 
mənbələrin  hamısını  göstərmişlər.  Hər  iki  əsərin  mətni 
tutuşdurulduqda məlum olur ki, əsərlərdə təsvir edilən hadisələr 
eyni  plan  üzrə  verilir,  hər  ikisində  əsasən  eyni  faktlar  təsvir 
olunur.  Əgər  belədirsə  onda  Mirzə  Camal  Cavanşir  «Qarabağ 
tarixi»  salnaməsini  yazarkən  Mirzə  Adıgözəl  bəyin 
«Qarabağnamə»sindən  istifadə  edə  bilərdi.  Fikrimizcə,  hər  iki 
müəllif öz əsərini müstəqil şəkildə yazmışlar. 
Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»sinin  üzü  1848-ci 
ildə  Tiflisdə  Azərbaycan  şairi  Mirzə  Şəfi  Vazeh  tərəfindən 
nəstəliq-şikəstə xətti ilə nəfis şəkildə köçürülmüşdür.  
Hazırda  isə,  həmin  əlyazması  Peterburq  şəhərindəki 
Şərqşünaslıq  İnstitutunun  kitabxanasında  saxlanılmaqdadır  (6, 
s.1011). 
Tarixi  araşdırmalar  sübut  edir  ki,  Mirzə  Adıgözəl  bəyin 
«Qarabağnamə»si  Peterburqa  şərqşünas  Xanıkovun  təşəbbüsü 
ilə göndərilmişdir (6, s.11). 
Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»si  on  iki    fəsildən 
və  «Əsərin    müəllifi  kapitan  Mirzə  Adıgözəl  bəyin  tərcümeyi-
halı» adlı sonuncu xüsusi bölmədən ibarətdir. Bu qiymətli əsərin 
hər  bir  fəsli  Azərbaycan  tarixşünaslığında  özünəməxsus  yer 
tutur. 
1826-1828-
ci  illər  Rusiya-İran  müharibəsini  Azərbaycan 
tarixşünaslığında  ilk  dəfə  Mirzə  Adıgözəl  bəy    təsvir  etmişdir. 
Tarixçi 1826-1828-
ci  illərin  Rusiya-İran  müharibəsinin  ən 
mühüm 
hadisələrini  araşdırmış  və  onları  xronoloji  ardıcıllıqla 
qeyd etmişdir (54, s.59-89; 109, s.26). 
Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»sində  ruspərəstlik 
aydın surətdə  hiss olunur. O, rus-İran müharibələrinin səbəb və 
nəticələri  açıqlamır,  1804-1813  və  1826-1828-ci  illər  rus-İran 
müharibələrinin  soyğunçu,  qarətçi,  işğalçı  və  müstəmləkəçi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə