Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

 
36 
tutdu.  Muğan  səhrasında  və  Ağdamda  ov  etdi,  Araz  çayının 
kənarında  məskən  saldı.  Çayın  üzərində  qayıqlardan  körpü 
saldılar  və  sağ-salamat  çayı  keçdi  və  Arran  Qarabağını  özünə 
məskən seçdi (Bax: “Zəfərnamə”. səh. 60). 
Əmir  Teymur  1399-1400-cü  ilin  qışında  -  Qarabağ 
qələbə  əzmli  ordunun  iqamətgahına  çevrildiyi  vaxt  Gürcüstana 
hərbi yürüş planlaşdırdı... Bu zaman Gürcüstana gedən mühəssil 
(vergi toplayan) geri qayıtdı. Məlik Georgi (Gürcüstan hakimi - 
Y.H.)  öz  qardaşını  çoxlu  mal-dövlət  və  vəsaitlə,  hər  cür  töhfə, 
hədiyyə, ov heyvanları, ərəb atları ilə İslam pənahı olan dərgaha 
göndərmişdi. Məlik Georginin qardaşı əmirlərin köməyi ilə ətək 
öpməyə nail oldu, hədiyyələr verib, qardaşının xahişini çatdırdı. 
Sahibqıran  Məlik  Georginin  günahlarını  bağışlayaraq  buyurdu: 
“Qardaşına  çatdır  ki,  aman  verdim  və  bu  ölkədən  yürüş 
üzəngisini  geri  çəkirəm,  o  şərtlə  ki,  bundan  sonra  öz  həddini 
bilsin,  müsəlmanlarla  ədəblə  davransın,  onların  qanunlarına 
əməl  etsin,  heç  bir  vəchlə  islam  əhlini  təşvişə  salmağı  ağlına 
gətirməsin...” (“Zəfərnamə”, səh. 67.) 
Əmir  Teymur  1402-ci  il  fevral  ayının  16-da  Qarabağa 
gələrək  burda  məskən  salmış  və  həmin  ilin  mart  ayının  12-də 
Şəmkirə getmişdi. “Zəfərnamə”də deyilir: “Inşa etmək, qurmaq 
dünyanın böyük tədbirlərindən, bəni-Adəmin mühüm işlərindən 
sayılır.  Sahibqıranın  ali  məqsədi  dünyanın  və  aləm  əhlinin 
xeyrinə  cəhd  göstərmək  olduğundan  istər  məskən  saldığı  və 
istərsə də səfərdə olduğu vaxtlarda hardasa az müddətdə düşərgə 
salıb  qaldıqda  məmləkətlər  bəzəyinin  (Əmir  Teymurun)  fikri 
xeyirli  binaların  inşasına  cəlb  olunurdu.  O  cümlədən,  günəş 
sayəli düşərgənin zəfərli cəmşidi payız bürcünə tərəf dönəndə və 
g
ünəş şöləli (Sahibqıran) Qarabağ qışlağına gələndə Beyləqanın 
təmir  olunması  arzusu  mübarək  qəlbində  baş  qaldırdı.  Şəhər 
uzun  müddətdən  bəri  elə  viran  hala  düşmüşdü  ki,  nə 
binalarından əsər qalmışdı və nə də orda həşəratdan başqa canlı 
gözə dəyirdi. 
...Soy
uq  mövsüm  olmasına  baxmayaraq,  yarlıq  verildi, 
mahir  mühəndislər,  işbilən  memarlar  şəhərin  xəndək,  qala 


 
37 
divarları, dörd bazar, çoxlu evlər, hamam, saray, bostan yerləri 
və sahələrinin planını hazırladılar. Plana əsasən ərazini böldülər, 
iplə  işarə  etdilər  və  onları  şahzadələr  və  əmirlər  arasında 
payladılar.  Qoşun  əhli  böyük  həvəslə  işə  başladı.  Həmin 
binaların  hamısını  bişmiş  kərpicdən  tikib,  bir  ay  müddətində 
başa çatdırdılar. Şəhər barısının uzunluğu böyük arşın ilə 2400 
arşın, divarın eni 11 arşın, hündürlüyü 15 arşına yaxın, xəndəyin 
eni  30  arşın,  onun  dərinliyi  20  arşına  yaxın  idi.  Hasarın  dörd 
tərəfindən hər birində mötəbər bürclər qaldırdılar, ortalarında isə 
başqa  bürclər  tikdilər.  İki  tərəfində  iki  darvaza  qoydular.  Hər 
yerində  şərəfə  (əzan  yeri),  deşik  (divar  üstü)  və  mazğal 
(səngəndaz)  düzəltdilər.  Əmir  Teymurun  göstərişi  bir  ay 
müddətində  həyata  keçirildi.  İlahinin  köməyi  ilə  Sahibqıranın 
zəkası  olmadan  bu  qədər  işləri  qısa  müddət  ərzində  yerinə 
yetirmək  mümkün  deyildi.  Bir  ay  ərzində  Beyləqan  orta  əsr 
şəhərləri içərisində özünəlayiq yaşayış məskəninə çevrildi. 
Sözsüz  ki,  Əmir  Teymur  olduqca  qəzəbli  şəxsiyyət  idi. 
O, bəzən məhəbbətin üzərinə qəzəb və kin çiləyib, cahanı alt-üst 
edərdi,  razılıq  vaxtı  rəhm  etmək  üçün  lütflə  danışdıqda  aləm 
onun sözlərindən və əməllərindən bəzənərdi (səh.74). Beyləqan 
bərpa edilib gözəlləşdirildikdən sonra Əmir Teymur etibar etdiyi 
Bəhram  şahı  Beyləqanın  mühafizi  vəzifəsinə  təyin  etmişdi. 
Sahibqıranın  şəxsi  göstərişi  ilə  Beyləqandan  keçməklə  Araz 
çayından arx çəkilməsi həyata keçirildi. Arx bir ay müddətində 
çəkilib, başa çatdırıldı. 
Qarabağ qışlağında baş verən hadisələrdən biri də Əmir 
Teymurun  ən  əziz  və  sevimli  adamı  olan  Seyid  Bərkənin 
gözlənilmədən xəstələnməsi və vəfat etməsi idi. Əmir Teymurun 
göstərişi  ilə  onun  cənazəsi  Səmərqəndə  aparıldı.  O,  bu  ağır 
itkinin  təsiri  altına  düşdü,  qəm-qüssə  ona  hakim  kəsildi.  Onun 
əhvali-ruhiyyəsini  aradan  qaldırmaq  üçün  ov  məşğuliyyəti 
keçirmək  qərara  alındı.  Bu  məqsədlə  Əmir  Teymur  Ağdaş 
ərazisinə gedərək ov etməklə məşğul oldu. 
Tarixi mənbələrdə qeyd olunur ki, Əmir Teymur 1404-cü 
il iyulun 19-
da  Rum  və  Şam  yürüşlərini  başa  çatdırıb, 


 
38 
Səmərqəndə  qayıtdı.  Onun  paytaxta  gəlişi  böyük  bayram 
şənliklərinə səbəb oldu. 
Əmir  Teymur  uğurlu  hərbi  yürüşlərdən  vəcdə  gələrək 
düşünürdü ki, göydə Allah tək olduğu kimi yerdə də hakim tək 
olmalıdır.  O,  Allaha  dərindən  inanırdı,  həmişə  yanında  Quran 
gəzdirirdi.  Ustadı  Seyid  Bərkə  Əmir  Teymurun  ən  yaxın 
məsləhətçisi  idi.  O,  hərbi  yürüşlərdən  əvvəl  və  ya  yazdığı 
məktublarda ilk olaraq “Mən, Allahın qulu Teymur” sözləri ilə 
başlayardı.  İşğal  etdiyi  ölkələrdə  alimlərə,  sənətkarlara  və 
tacirlərə toxunmazdı. 
Əmir  Teymur  Çinə  hərbi  yürüş  etmək  üçün  hazırlıq 
görürdü. 1405-
ci  ilin  soyuq  fevral  gecələrindən  biri  idi.  Asiya 
qitəsinin  yarısından  çoxunu  fəth  etmiş  69  yaşlı  Əmir  Teymur 
qədim  Otrar  şəhərində  amansız  ölümlə  mübarizə  aparırdı. 
Inanırdı  ki,  həkimi  Fəzlullah  onu  ölümün  pəncəsindən  xilas 
edəcək.  Məhz  ona  görə  də  Çinə  hərbi  səfərin  təxirə  salınması 
haqqında təklifləri qətiyyətlə rədd edirdi. Əmir Teymur həmişə 
olduğu  kimi  yenə  də  Allahdan  bu  səfərin  də  zəfərlə  başa 
çatdırılması üçün dualar edir və ondan möhlət diləyirdi... 
1405-
ci  ilin  fevral  ayının  17-də  səhər  həkim  Fəzlullah 
özündə  cəsarət  tapıb,  Əmir  Teymura  həqiqəti  söyləyə  bildi. 
Həkim  göz  yaşları  tökərək  Əmir  Teymura  dedi  ki,  vəsiyyətini 
etsin, yoxsa, gec olar... Əmir Teymur işıqlı həyatla əbədi olaraq 
vidalaşdı...  O,  ölüm  ərəfəsində  yalnız  bir  neçə  söz  deyə  bildi: 
“Məni  Seyid  Bərkənin  ayağı  altında  dəfn  edin...  Bir  də  ki,  nə 
olursa-
olsun, qılıncı əlinizdə möhkəm tutun... Zəifliyi qəlbinizə 
yaxın  buraxmayın.  Zəiflik  ağlınızı  çaşdırar,  ruhunuzu  məhv 
edər,  məqsədinizin  həyata  keçirilməsinə  böyük  əzmlə  çalışın. 
Eşidirsiniz? Zəif olan məqsədinə çata bilməz!..”  
Əmir  Teymurun  vəfatından  sonra  onun  oğlanları  və 
nəvələri arasında hakimiyyət uğrunda mübarizə başlandı. Onun 
varisi  olan  Pir  Məhəmməd  bu  mübarizənin  qarşısını  ala 
bilmədi... (Y.Hüseynov«Şuşa» qəzeti, 31 iyul 2012, №14.) 
1501-
ci ildə Azərbaycan Səfəvilər dövlətinin yaranması, 
Azərbaycan torpaqlarının mərkəzləşməsinin əsasını qoydu və bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə