Microsoft Word Кitab-yunis hazir. Doc


istilahları  səciyyəvidir.  XV  əsrdə  alban  xristian  əyyanları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

 
30 
istilahları  səciyyəvidir.  XV  əsrdə  alban  xristian  əyyanları 
məlik istilahını … xüsusi məqsədlə qəbul etmişlər və bu hal 
onların  özlərini  ermənilərdən  fərqləndirmək  istəyinin 
nəticəsi olmuşdur» (13, s. 46) 
Qarabağ  müxtəlif  əsrlərdə  bu  və  ya  digər  dövlətlərin 
tərkibində olmuş və həmin dövlətlərin siyasi, iqtisadi, sosial və 
mədəni inkişafı ilə sıx bağlı olmuşdur. Belə ki, «Qarabağ tarixi 

etnoqrafik  əyalət  kimi  əvvəlcə  Alban  dövlətinin  tərkibinə 
daxil  olmuş,  sonra  bütün  Azərbaycanla  birlikdə  ərəb 
Xila
fətinin  əsarəti  altına  düşmüş,  ərəb  imperiyasının 
süqutundan sonra IX-
X əsrlərdə Sacilər dövlətinin, X əsrdə 
Səlairlər,  XI-XII  əsrlərdə  Şəddadilər,  XII-XIII  əsrlərdə 
Atabəy-Eldəgizlər,  XIII  əsrin  ikinci  yarısından  XIV  əsrə 
qədər  Hülakülər  (Elxanilər)  dövlətinin,  XV  əsrdə 
Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tərfkibinə  daxil 
olmuşdur. (9, s. 8) 
Bu  deyilənlər  sübut  edir  ki,  Qarabağ  əzəli  Azərbaycan 
torpağı olaraq, onunla birlikdə siyasi hadifsələrə qatılmışdır.  
Əmir  Teymurun  Azərbaycana  yürüşlərində  Qarabağ 
xüsusi  yer  tutur.  Həmin  yürüşlərdə  böyük  türk  sərkərdəsinin 
Qarabağda istirahəti, quruculuq və abadlıq işləri aparması tarixin 
yaddaşında həkk olunmuşdur.  
Ona  görə  də  Əmir  Teymurun  Azərbaycana  yürüşlərinə 
bir qədər geniş yer verilməsi daha məqsədə müvafiq olardı. 
XIV  əsrin  əvvəlləri  tariximiz  tarixşünaslığımızda 
mürəkkəb  dövr  kimi  səciyyələndirilir.  Dövrün  hadisələri 
zənginliyi ilə bir-birindən fərqlənirdi və bu hadisələr bütün Şərqi 
lərzəyə  salan  Əmir  Teymurun  siyasi  həyata  başlaması  ilə  sıx 
bağlı  idi.  Azərbaycan  Makedoniyalı  İsgəndər,  Yuli  Sezar, 
Napoleon  Bonapart  kimi  sərkərdələrlə  eyniləşdirilən,  dünyanın 
görkəmli  sərkərdəsi  və  dövlət  xadimi,  “İkinci  Çingiz” 
adlandırılan və Avropa ölkələrində Tamerlan adı ilə də tanınan 
Əmir Teymurun əsas fəaliyyət meydanına çevrilmişdi. 
Əmir  Teymur  1336-cı  ildə  Amur-Dərya  ilə  Sır-Dərya 
çayları  arasındakı  Mavəraünnəhrdə,  Xacə  İlqar  adlı  kənddə 


 
31 
anadan  olmuşdur.  Atası  Turcay  Barlas  bəylərindən  idi.  O, 
yaşıdları  arasında  çevikliyi,  mərdliyi,  cəsurluğu  ilə  fərqlənirdi. 
At 
çapmaqda, ox atmaqda ad çıxarmışdı. Gənc yaşlarından hərbi 
yürüşlərdə iştirak edər, döyüş meydanında istədiyinə nail olmaq 
üçün  bütün  maneələri  dəf  edərdi.  Öz  gələcəyinə  də  daxilən 
inanırdı.  Əmir  Teymur  taleyinin  zirvəsinə çatdığı  dövrdə  fərəh 
hissi  ilə  deyirdi:  “Mən  on  iki  yaşımda  olarkən  özüm  də 
fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaşımda at 
çapmaq  və  ovçuluqda  olan  məharətim  barədə  hərtərəfli 
düşünməyə və nəticələr çıxarmağa başladım. Əksər vaxtımı 
Qurani-
Kərimi oxumağa, şahmat oynamağa və at çapmağa 
həsr etdim”
Monqol  xanı  Tucluq  Teymur  Mavəraünnəhri  ələ 
keçirdikdən sonra 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin 
etmişdi.  O,  nüfuzlu  bir  türk  əmirinin  qızı  ilə  evlənmiş, 
Mavəraünnəhrin  hakimi  İlyas  Xocaya  qulluq  etmişdir.  Lakin 
ona qulluq 
etməyi  özünə  sığışdırmayan  Əmir  Teymur  qaynı 
Hüseynlə birlikdə İlyas Xocaya qarşı mübarizəyə başladı. Ancaq 
Hüseyn Teymura xəyanət etdi. O, başa düşdü ki, Hüseynə etibar 
etmək  olmaz,  çünki  qaynı  özü  üçün  əsas  rəqib  olan  Teymuru 
aradan götürmək istəyirdi. 
İlyas Xoca monqol xanlarının hakimiyyətinə qarşı çıxan 
sərbadilərin  (“sərbadi”  fars  sözüdür,  mənası  “dara  çəkilənlər” 
deməkdir)  müqaviməti  ilə  qarşılaşdı.  1366-cı  ilin  yazında 
Teymur  və  Hüseyn  Səmərqənd  ətrafında  sərbadilərin  başçısı 
Mövlanzadəni  tutdular.  Lakin  Teymur  Mövlanzadəni  azad 
etdirdi.  Teymur  və  Hüseyn  Səmərqəndi  tutub,  şəhərə  daxil 
oldular.  Hakimiyyət  uğrunda  aparılan  mübarizə  torpaq 
sahiblərinin,  tacirlərin,  din  xadimlərinin  narazılığına  səbəb 
olurdu.  Bunu  Teymur  da  yaxşı  dərk  edirdi.  Ona  görə  də  vəd 
edirdi ki, hakimiyyətə gəlsə, vahid dövlət yaradacaq və ölkədə 
hərc-mərcliyə  son  qoyacaq.  Eyni  zamanda  hökmdar  taxtında 
əyləşməyə də tələsmirdi. Çünki Çingiz xanın soyundan deyildi. 
Ona  görə  də  Teymur  hökmdar  taxtına  həmin  soydan  olan 
Soyurqatmış xanı əyləşdirdi. 


 
32 
Teymurun  övladı  öləndən  sonra  onun  Hüseynə  qarşı 
münasibəti düşmənçiliyə çevrildi. Hüseyn Bəlx qalasına köçdü, 
xəzinəni  də  bura  gətirib,  qalanın  müdafiəsini  gücləndirdi.  Belə 
şəraitdə Teymur Hüseynin güclənməsinə dözə bilməzdi. Teymur 
Bəlx  qalasına  hücum  etmək  və  rəqibini  aradan  götürmək 
qərarına gəldi. 
Tarixçilərin  yazdığına  görə  Bəlxə  hücum  ərəfəsində 
Teymurun  mötəbər  adamı  -  məkkəli  üləma  Seyid  Bərkə  bu 
döyüşün Teymur üçün uğurlu olacağını demiş və ona öz əli ilə 
hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi. 1370-ci il aprel 
ayının  9-da  Bəlxə  toplaşan  minbaşıların  və  tümən  başçılarının 
qurultayında  Teymur  türk  ənənələrinə  uyğun  ağ  keçə  üzərində 
yuxarıya  qaldırıldı  və  üləma  Seyid  Bərkənin  oxuduğu  Quran 
ayəsindən  sonra  Mavərünnəhr  ölkəsinin  əmiri elan olundu. 
Beləliklə də, dərin zəkaya və möhkəm iradəyə malik olan Əmir 
Teymur  istək  və  arzularına  çatdı  və  Səmərqəndi  ölkəsinin 
paytaxtı  elan  etdi.  Dərhal  da  tənəzzülə  uğramış  ölkəni  inkişaf 
etdirməyə və qayda-qanun yaratmağa başladı. 
Yuxarıda  dediyimiz  kimi,  Əmir  Teymur  Çingiz  xan 
nəslindən  olmadığı  üçün  “xan”  titulu  qəbul  etmədi.  Əmir 
Teymur  kimi  də  qaldı.  O,  ömrünün  57  ilini  at  belində  hərbi 
səfərlərdə keçirdi və 27 ölkənin xaqanı oldu. 
Əmir  Teymur  Azərbaycana  üç  dəfə  -  1386-1387-ci, 
1392-1395-ci 
və  1399-1405-ci  illərdə  hərbi  yürüş  etmişdir. 
Yalnız  belə  bir  tarixi  faktı  göstərmək  kifayət  edər  ki,  onun 
birinci  yürüşü  ilə  ikinci  yürüşü  arasındakı  dövrlərdə 
Azərbaycanın paytaxtı Təbriz şəhəri feodal ara müharibələrinin 
qanlı  meydanına  çevrilmişdi.  Bu  mübarizəni  Əmir  Teymurun 
Təbrizdəki  əmirləri  ilə  yanaşı,  cəlairi  Sultan  Əhməd  və  onun 
Əlincə  qalasındakı  əmirləri,  Təbrizin  daxili  əmirləri,  Marağa 
hakimi Yadigar şah, Mahmud Xalxali, Qara Yusif Qaraqoyunlu 
və  başqaları  aparırdılar.  1485-1492-ci  illərdə  Təbrizə  22  dəfə 
dağıdıcı hücum edilmişdi. 
XIV əsrin 80-90-cı illəri tarixdə Azərbaycan üçün daha 
ağır  dövr  kimi  qalmışdır.  Bu  dövr  Əmir  Teymurla  Qızıl  Orda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə