Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə20/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   16   17   18   19   20   21   22   23   ...   128

61 
 
Misal olaraq, İranda Zaqros dağlarında Teşt və Neyriz göllərinin sahillə-
rində duz qabıqlarını göstərmək olar ki, onlar da KFŞ-də bir sıra açıq rəngli  
zolaqlar  kimi  müşahidə  olunur  (şəkil 20).
 
Müxtəlif mexaniki tərkibli torpaqlar spektral parlaqlığına görə  fərqlənir. 
Humid zonalarda qumlu torpaqlar şəkillərdə adətən gilli və gilli-qumlu  torpaq-
lara nisbətən daha açıq çalara malik olur. Arid zonalarda kövrək, qumlu və gilli-
qumlu torpaqlar deflyasiyaya daha çox məruz qalır ki, bunun  nəticəsində  də 
onlar humusla zəngin olan xirda dənəli fraksiyaları itirir,  rəngsizləşir  və  açıq  
çalarla  əks  olunur. 
Deşifrələmə zamanı  çılpaq torpaqların  əsas  əlamətləri fototəsvirin çaları 
və şəkli hesab olunur. Düzən ərazilərdə inkişaf edən, aydın görünən makrorel-
yefsiz və eynicinsli dördüncü dövr çöküntülərinin qalın qatı ilə mürəkkəbləşən   
torpaq örtüyü fototəsvirin eyni çaları  və  hər hansı bir rəsmin olmaması ilə  
xarakterizə olunur. Torpaq örtüyünün istənilən qeyri-bircinsliliyi torpaq  əmələ-
gətirən süxurların maddi tərkibinin xarakteri ilə müəyyən olunaraq, şəkillərdə  
müxtəlif  rəsmlərlə  ötürülür  (şəkil 21). 
 
Şəkil 21. KŞ-n deşifrələmə materiallarına görə torpaq xəritəsinin  dəqiqləşdiril-
məsinin  nəticələri  (V.İ.Kravsovaya  görə): 
A -  KFŞ;  B – torpaq  xəritəsinin  bir  hissəsi;  C – KŞ-n  deşifrələnməsinin  nəticələri:  1 – kültorpaq  zəif  
səməniləşmiş; 2– tünd şabalıdı; 3– tünd şabalıdı (gilli qumlu); 4 – şabalıdı; 5 – şabalıdı şoran; 6– çəmən-
şabalıdı şoran; 7– şoranliqlar; 8– çəmən şoranlıqlar; 9– dərin və orta şoranlaşmış çəmən-səhra  şoran-
ları; 10 – çəmən-bataqlıq şorakətvarı; 11- çəmən-bataqlıq şoranları. 


62 
 
İnsanın mühəndisi fəaliyyəti.  Landşaftın antropogen komponentlərini  
yaradan insanın mühəndisi fəaliyyəti KFŞ-dən alınan geoloji informasiyaların  
həcmini  azaldır. Lakin  geoloji  deşifrələmədə insanın  mühəndisi  fəaliyyətinin 
nəticələrinin şəkillərdə əksini mütləq nəzərə almaq lazımdır. Bu, onunla əlaqə-
dardır ki, fototəsvirlərdə düzxətli elementlərin (yolların, şumlanmış torpaqların 
və s.) indikasion əhəmiyyətinin qiymətləndirilməsində ciddi çətinliklər mey-
dana çıxa bilər. Deşifrələmə zamanı səhvlərə yol verməmək üçün  antropogen  
elementləri tapıb eyniləşdirmək və onların yayılma sahələrini müəyyən etmək  
lazımdır. 
Antropogen təsirin formasından və istifadə olunan indikatorların tərkibin-
dən  asılı  olaraq,  antropogen  landşaftın  üç  kateqoriya  elementi  ayrılır: 
1.Planalma ilə eyni zamanda inkişaf edən və mövcud olan antropogen  
elementlər - birbaşa  əlamətlərlə oxunur və onlara yanğın, tüstü məşəlləri,  
dənizin  səthində neft ləkələri, şumlanmış torpaqlar  (şəkil 22, 23) aiddir. 
 
Şəkil 22. KŞ-də (“Cemini)  landşaftın  antropogen  elementləri: Nil  çayının  
yuxarı  axarında  (Sudan)  suvarılan  torpaqlar  və  drenaj  sistemləri. 
 
Şəkil 23. KŞ-də (“Cemini)  landşaftın  antropogen  elementləri: Asuan  
bəndinin  tikilməsindən  sonra  Nil  çayının  aşağı  axarında  su  anbarı. 


63 
 
2.Yaxın keçmişəaid mənşəli antropogen landşaftlar - əsas etibarilə, dola-
yı indikatorlarla oxunur. Onlara torpağın su və külək eroziyasının izlərinin,  
təkrar  şoranlaşmış  torpaqların  təsvirləri  aiddir. 
3.Uzun zaman ərzində yaranmış,  əsas etibarilə, məntiqi indikatorlarla  
tanınan  qədim  antropogen  landşaftlar. 
Kosmik üsullar antropogen landşaftın müxtəlif elementlərinin öyrənilmə-
sində istifadə edilə bilər: 1) sənaye və şəhər qurğuları; 2) kənd təsərrüfatı sahələri 
və  şumlanmış sahələr; 3) meşə  təsərrüfatı sahələri, tala; 4) suvarılan və köhnə 
suvarılan torpaqlar, su təsərrüfatı qurğuları (bax şəkil 22,23);
 
5) su eroziyası 
formaları; 6) külək eroziyası formaları; 7) meşə  və ot yanğınları; 8) uyun  
çirklənməsi;  9) havanın  çirklənməsi. 
Geoloji deifrələmədə bu elementlərin nəzərə alınması vacibdir. Landşaf-
tın antropogen elementlərinin dəqiq öyrənilməsi hidrogeoloji və mühəndisi-
geoloji tədqiqatlarda da zəruridir. 
Təbii  ərazi kompleksləri.  Örtülü rayonlarda geoloji qurğuların təyini  
landşaftın fototəsvirləri vasitəsilə mümkündür. Landşaftin elementləri hesab  
olunan təbii  ərazi kompleksləri fototəsvirin özünəməxsus rəsmi (şəkli) ilə xa-
rakterizə olunur. Onların sərhədləri şəkillər üzrə relyefin stereoskopik  öyrənil-
məsi və landşaftın digər komponentlərinin fototəsvirlərinin analizi nəticəsində  
dəqiqləşdirilir. 
Landşaftın daha kiçik hissəsi - fasiya hesab olunur. Bu elə  təbii  ərazi  
kompleksidir ki, onun bütün uzunluğu boyu səth süxurlarının eyni litologiyası, 
relyefin və  nəmliyin eyni xarakteri, vahid mikroiqlim, vahid torpaq növü və  
vahid biosenoz qorunub saxlanılır. 
Fasiya adətən mikroforma və ya 0,05 km
2
 ölçülü mezorelyef  elementin-
dən ibarət olur. Genetik, dinamik və ərazi cəhətdən əlaqəli fasiyalardan ibarət  
qanunauyğun qurulmuş sistem kimi özünü büruzə verən təbii ərazi  kompleks-
ləri  ətraf mühitdən fərqlənən sahə (məsələn, çöllükdə meşə, bataqlıq və s.) 
adlanır. Adətən ətraf mühitdən fərqlənən sahələr relyefin hər hansı bir mezofor-
ması əsasında formalaşır. Qarşılıqlı əlaqəli, ətraf mühitdən fərqlənən sahələrin 
qanunauyğun birliyi - yeri (rayonu), yerlərin (rayonların) birliyi isə, müəyyən  
tipləri morfologiyasına, genezisinə və onu təşkil edən süxurların tərkibinə görə  
eynicinsli olan relyefin hüdudlarında formalaşan landşaftı əmələ gətirir. Land-
şaftın daha kiçik elementlərinin fasiya və  ətraf mühitdən fərqlənən sahələrin  
ayrılması zamanı istifadə olunan əsas əlamətlər mikro- və mezorelyefin forma-
ları hesab olunur ki, onlar da fasiya və ətraf mühitdən fərqlənən sahələrin  ilkin  
təsnifatı üçün əsas hesab olunur. Bu əlamətə görə onların ayrılması üçün  
xarakter mikrorelyef, xırda eroziya  şəbəkəsinin  şəkli (rəsmi), bitki aləminin 
qanunauyğun növbələşməsi,  şumlanmış sahələrin sərhədlərinin quruluşu və  
digər əlamətlər istifadə olunur ki, bu da özünəməxsus və təkrarolunmaz fototəs-
virlər yaradır. Onların eynicinsliliyi landşaftın bu növlərinin eyni tipə aid  oldu-
ğunu göstərir. Düzən relyef şəraitində  təbii  ərazi komplekslərinin sərhədləri  


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə