6
Az 2
Nəşrə hazırlayanlar:
SAFRUH, Mütləqə İnam Ocağının Ruhani Başçısı
İŞIQLI ATALI, Mütləqə İnam Ocağının Yükümlüsü
YOLRUH ATALI, Mütləqə İnam Ocağının Evladı
İNAM ATA (Asif Ata). ON KUTSAL BİTİQ
(On Müqəddəs Kitab)
(Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı)
KUTSAL QURUCULUQ (Beşinci Bitiq)
(Atakənd. İnam Evi. 35-il).
Bakı, “Qanun” nəşriyyatı, 2013, 472 səh.
Yaradıcısının Adı ilə “İnam Ata Sivilizasiyası”, mahiyyətinə görə
“Mütləqə
İnam
Sivilizasiyası”,
ulus’al
kimliyinə
görə
“Türk
Sivilizasiyası” adı ilə yeni ümumbəşər sivilizasiyası yaranmasına
səbəb olacağı düşünülən dünyabaxışın fəlsəfəsi və ruhaniyyatı
təqdim olunur.
“Kutsal Quruculuq” – İnamın beş Müqəddəs Kitabını özündə
birləşdirir: “Yol. Ata Sözü”, “Sədaqət”, ”Ruhani Sənədlər”, ”Ruhani
Hökmlər” və ”Müqəddəs Kəlamlar”.
ISBN 978-9952-26-632-0
© Yolruh Atalı (İmaməliyev Soltan Qalib oğlu), 2013
© Qanun, 2013
7
Mütləqim, Müqəddəsim, Peyğəmbərim
İnam Ataya Ali Səcdəylə!
Önsöz: KUTSAL QURUCULUQ
Onun Quruculuğu Sizif işiydi – Sizifin növbəti Nuhçuluğuydu...
Kutsal (Müqəddəs) Quruculuqla bağlı düşüncə və qayğılarımı kağıza
danışmağa başlayıram.
Haqqında danışmaq istədiyim Quruculuq yalnız İnam Atanın Əməyi
olduğuna görə yox, özü – bütövlükdə müqəddəsdir – kutsaldır, çünki o
əmək insanın əzəli, əbədi yaradıcısı və gərəyidir.
O Əmək insanın yaradıcısıdır! (O Əməyin insanın yaradıcılığı olması
bundan az önəmlidir, çünki insanın başqa yaradıcılıqlarından biridir).
İnsanı isə, demək olar, hər dövrdə, məs., yüz–iki yüz ildə bir yenidən
yaratmaq lazım gəlir.
Ata Ocağı yaradır – qurur; Ocaq – Xalqın öz dəyərləri (Yeddi İçsəs)
üzərində (yenidən) qurulmasına yardımçı olur. (Ocaq – Evladlar birliyi,
gələcəyin Ruhsal Birliyi, Mütləqə İnam sisteminin Dördüncü İdeyası;
Evladlar – xalqın yenidən yaranması gedişinin öyrətmənləri, carçıları,
yönətmənləri).
Bunun (Bir İnsanın başqalarını yaratma çabasının) icraçısı, faili –
Ruhani İradə, səbəbi – insanın həmin dövrdə müşahidə olunan böhran
keçirməsi, çöküşüdür.
Bütün humanitar sahə bunu nəzəri həll eləyir. Toplumu, zamanı, in-
sanı getdikcə daha dərindən öyrənməklə həll eləyir. Ancaq o həllərin ən
doğrusu tapılanda belə, problem həll olunmur, çünki nəzəri həllin
yaradıcısı, dahisi olur, daşıyıcısı və faili (həyata keçirəni) olmur. Dü-
nyanın, dünyada ədalətin, doğrunun, ləyaqətin, hətta bunlara sadəcə
sayğının gündən-günə geri getməsi bunu göstərir. Nəzəriyyə, düha,
istedad, bəzək (dizayn), sərgi (nümayiş), hətta maddi bolluq yaranır,...
pardaxlanır, cilalanır, göz qamaşdırır. İnsan isə, (ən aşağı pillədəki
insan birliyi olan) ailə isə, millət isə,
dövlət isə... gündən-günə geri gedir, mənəvi aşınmaların qarşısında aciz
qalırlar.
Anti-insanilik inkişaf eləyir, gəlişir, üstümüzə yeriyir – özünün bütün
parlaq (gerçəkdən parlaq) uğurlarıyla! Nəyə dəyər (və ya dəyməz),
məsələn, burada oturub Avstraliya banklarından pul çəkmək! Rerkordlar
kitabına düşmək! Kimin ağzı var soruşsun o rekordçu hansı yuvanın
quşudur?! Anti-insaniliyin gəlişməsi – göyərtəsində yüzlərcə qırıcı təyyarə
olan hərb gəmisidir, pilotsuz qırıcıdır; “pilotsuz qırıcı” – “qırıb qırılmayan”
deməkdir, bunun üstünlüyü – qırılanın “başqası” olmasıdır. Bu, insana