8
nifrət sənayesidir. Çağımızda hamı və hər kəs bu sənaye nazirliyinin
başqanı (naziri) olmaq istərdi. Anti-insaniliyin gəlişməsi doğuşda cinsləri
nəzarətdə saxlamaqdır, klonlama, orqan alveri və qaçaqmalçılığı
məhşəridir; robotların musiqi yazması, rəsm çəkməsi, körpələrə dayəlik
etməsidir; sol gözün sağ gözə, sağ əlin sola al qırmızı xəyanəti və
kimsədən “gözün üstə qaşın var” eşitməməsidir; cinsi azlıqların öz qanun-
larını çoxluğa diktə etməsidir və bütün bunları “Avropa insan haqları və
azadlıqlarının” beynəlxalq səviyyədə qoruması, dəstəkləməsidir.
Bu haqlar topluma katarsis haqqı tanımır... Ona görə də...
Sonuc: total simasızlıq – insani, milli, dövləti, bəşəri; “bacarana baş
qurban”, “hamı hamıya qarşı” kimi səslənən və dünənə qədər pislənən
fəlsəfələrin ağarması, normalaşmasıdır. Toplumda coxçeşidli sivil hey-
vanlığın hakim mövqeyə çıxmasıdır...
Bunu dünyanın azmanları, “super gücləri” belə önləyə bilmirlər, məs.,
“sıravi”, passiv Ocaqçı qədər də. Çünki güclər, “superləri” ilə birlikdə, üz-
üzə yatan canavar sürüsüdür.
Ata bunun önlənməsi yolunu canlı, konkret, ayrı-ayrı insanlarla iş
aparmaqda və onları bir qurumda birləşdirməkdə görürdü – özündəki ca-
navarlığı, tülkülüyü, ilanlığı, əqrəbliyi öldürən fərdlərin əlbirliyində – ta
ruhani dövlətə qədər.
İnam Ata bunu incələməklə, buna fərdi dahi qırımı və inandırıcılığıyla
“yox” deməklə yetərlənmədi. İncələyənləri incələdi. (Ondan qalmış qalaq-
qalaq konspekt dəftərləri – Onun axtarışları, əsərləri kimiydi). “Ayrılaq”
dedi Ata: “Cəmiyyətdən, şər gedişdən. Mütləqə İnam üstə, öz inamımız
üstə qurulaq, Ocaqlaşaq, Ailələşək. Tamam yeni dünya gərək, tamam
yeni insan gərək, tamam yeni qan gərək!” – dedi.
Burada söhbət nədən, kimdən gedir? İnam Ocağının Evladı
(Zərdüştçülüyün ilkin öyrətməni, Buddaçılığın bhikşusu, İsaçılığın aposto-
lu, İslamın İmamı...) bunun üzərində baş sındırmalıdır, Mütləqə İnam
Ocağı isə qırmalara və qıranlara qarşı ruhani mübarizə aparmalıdır; öz
mübarizəsini Uluyurdda Ruhani Dövlətlə başa çatdırana qədər. İnam
Atanın (Asif Atanın) ideyası budur, çağırışı bunadır.
Atanın Evlad, Ocaq üzərindəki işi belə bir kutsal quruculuqdur – ruhani
döyşçünü, insanı qurmaqdır. Və onun idarə edəcəyi qurumu qurmaqdır.
Ata bunun daşıyıcılarını və gerçəyə gətirənlərini yaratmaq üçün
çalışırdı. Sıravi, sadə, hətta aşağı adamlar arasından. Onları Özünün
qurduğu sistemdə Özünün düşündüyü işlərə buyurur, icraların gedişini və
hər məqam üçün sonucunu yoxlayır, dəyərləndirirdi. Ən uca, ən incə,
ucu-bucağı görünməyən, ortada örnəyi, bənzəri olmayan işlərə sıravi,
sadə, hətta aşağı (savadsız, istedadsız) adamları, ulusal meydanda bu
yöndə tarixi təcrübəsi, biliyi, bütövlükdə müstəqil idraki-ruhani iş aparmaq
9
alışqanlığı olmayan bir ulusun (millətin) mənsublarına, ucdantutma yox-
sul, çox yoxsul ailələrdən gəlmiş oğlan və qızlara belə iş buyurmaq; on-
lardan uğur gözləmək həm ilk yaradıcı xislətidir, düzünə qalsa, həm də
yaşamamaq deməkdi. (Ata da yaşamırdı... 1982-ci il sentyabrın 23-də
Safruhla söhbətində Özü belə deyirdi: “Mən yaşamıram, mən mübarizə
aparıram”. (Başlanğıc”, s.29). Ocaq Evladlarından ən yaşlısı, ən savadlısı
o vaxtlar mən idim. Ata mənə Ocağın ilk “Ata Günü” Mərasiminin
gedişatını (ssenari) yazmağı tapşırmışdı (“Başlanğıc”, s. 232), mən bu
ibtidai işi bacarmadım, onu yaşı hələ 20-yə çatmamış başqa bir Ocaqçı
(Elxan-Əsil) yazdı.
Atanın Safruh (Evlad) quruculuğundan daha bir xırdaca cızqı
(24.XII.1982): “Bu gün işə gedəndə Şaumyan (indiki Xətai) adına
mədəniyyət sarayının qabağında avtobusdan düşüb yolun qalanını ayaq-
la getdim. İşdən çıxanda isə evə qədər... ayaqla gəldim... Yol boyu Atanın
ideyaları başımda dolaşırdı. Düşünürdüm ki, saxta işlərdən, yalanlardan,
qondarmaçılıqdan, xırdalıqdan, ikiüzlülükdən və bu kimi başqa qüsur-
lardan yaxa qurtarmalıyam” (“Başlanğıc”, s. 43). Bu (V) Bitiqdə təqdim
olunan Bəlgələrdə Atanın Evladlara dair ən uca Sözü kimi, ən acı qınağı
da Safruha yönəlikdir. Bununla belə, Asif Ata Ömrünün ölməz şah əsəri
olan Mütləqə İnam Yolunun (Evladlar arasında) baş yazarı, Atanın ilk (və
hələlik tək) bioqrafı oldum. “Ata Səcdəsində” kitabımın başqa bir adı da
“Safruhun yaradılması”dır. İndi təqdim olunan Bitiqdə Atanın bu
yaradıcılığa çəkdiyi əməyin üzücülüyü aydın görünür.
Bugündən baxanda görürəm ki, mən yaranmamışam, yarana
bilməmişəm, mən yalnız yonulmuşam və O, məni Özünün qurduğu
Məbədin bir yerinə tir kimi qoyub, mən orada öz üzərimə düşən yükü
çəkirəm; mən Onun bu cür yonub-yaratdıqlarından biriyəm. Onlarca
başqa Evladlara da bu cür əməklər çəkib. Onlara dair Bəlgələr bu Bitiqdə!
Qısaltmalarla bir-iki örnək:
LEQAL FƏALİYYƏT HAQQINDA
Amalımıza Mütləq Sədaqət ruhunda, İnam naminə, Xalqın xeyrinə
leqal fəaliyyətdə bulunmaq – rəsmi təsir vasitələrindən, “icazəli”
görüşlərdən, Mühazirələrdən, Müsahibələrdən və s. istifadə etmək.
Şərt: Mətbuat, Radio, Televizor, Tədris Şərini daim, ardıcıl, barışmaz
ifşa etmək.
3 Dözüm günü, Ata Ayı, 8-ci il. (bu nəşr, səh. 157).
QƏLBİ ÜÇÜN
“Ata Günü”nə qədər Amalımızın Tərənnümünü yazırsan. (Ata haqqın-
da Sözlə bərabər).