69
tərəfindən reqlamentləşdirilir. Lakin hesabın fəaliyyət mexanizmi isə hər bir
kommersiya bankının özü tərəfindən, bank və müştəri arasında bağlanılan
hesablaşma – kassa xidməti müqaviləsi ilə müəyyənləşir.
Bu müqaviləyə əsasən bank öz üzərinə müəyyən öhdəliklər götürmüş olur ki,
onlar aşağıdakılardır:
• Bankın lisenziyasında göstərilən bütün əməliyyat növlərinin müştərinin
hesabında aparılması;
• Müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin saxlanmasını
təmin etmək;
• Müştərinin tələbi ilə nağdsız hesablaşmaların həyata keçirilməsi
məqsədi ilə hesabından pul vəsaitlərini silinməsi ilə aparılan
ə
məliyyatlar;
• Müştəriyə onun hesabından çıxarış vermək.
Kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi,
saxlanması və qorunması üzrə əməliyyatların məcmusu, inkassasiya isə nağd pul
və və digər qiymətlilərin (qiymətli kağızlar, qiymətli metallar və daş – qaşlar, zinət
əş
yaları) olduğu yerdən təyinat yerinə daşınmasıdır. Nağd pulun və ya digər
qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs nkassatordur.
Müəssisələrin əhali ilə hesablaşmaları zamanı qəbul etdikləri nağd pullar
mütləq qaydada nəzarət – kassa maşınlarının tətbiqi ilə həyata keçirilir.
Müəssisələr öz kassalarında bankın, müəssisənin rəhbərliyi ilə razılaşdırılmış limiti
həddində nağd pul vəsaitləri saxlaya bilərlər. Limitdən artıq pul vəsaitləri qalığı isə
öz növbəsində mütləq müəssisəyə xidmət göstərən banka geri qaytarılmalıdır.
Kassada nağd pul qalığı limitinin müəyyən edilməsi, onun mədaxilinin banka
təqdim olunma müddəti, mədaxildən istifadə qaydalarının müəyyənləşməsi,
müəssisənin 1-ci kvartalın əvvəlində banka təqdim etdiyi xüsusi hesabında bank
tərəfindən müəyyənləşdirilib göstərilir. Bu ərizə formasında müəssisə 3 aylıq pul
daxilolmalarının həcmini, təxmini xərclərini və günlük orta mədaxilini, mədaxilin
70
banka təqdim olunma ardıcıllığını və müddətini, kassa qalığı limitini göstərir.
Müəssisənin kassasında nağd pul qalığı limiti onun fəaliyyətinin xüsusiyyəti və
mədaxilin inkassasiyası ilə müəyyənləşdirilir.Daimi pul mədaxili olan və hər iş
gününün axırında bu vəsaitləri mütləq şəkildə təhvil verən müəssisələr üçün limit,
müəssisənin növbəti iş gününün axırında bu vəsaitləri mütləq şəkildə təhvil verən
müəssisələr üçün limit, müəssisənin növbəti iş günü normal fəaliyyətdə olması
üçün lazım olan hədd ilə müəyyənləşir. Müəssisənin kassasına daxil olan pul
vəsaitlərini növbəti iş günü təhvil verən müəssisələr üçün isə limit orta günlük
mədaxildən çox olmamalıdır. Daimi pul mədaxili olmayan müəssisələr üçün isə
limit orta günlük xərclərlər müəyyənləşir. Limitdən artıq bütün pul vəsaitləri təsdiq
olunmuş ardıcıllıqla, müəyyənləşdirilmiş müddətə banklardakı hesablarda
saxlanılmalıdır.
Nağd pullar bankın gündüz (əməliyyat günü ərzində nağd pul və digər
qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassası) və axşam (əməliyyat
günündən sonra nağd pul və digər qiymətlilərin qəbulunu həyata keçirən mədaxil
kassası) kassalarına, inkassatorlara və növbəti addım olaraq banka təqdim olunmaq
üçün müəssisələrin nəzdində vahid kassalara təhvil verilir. Nağd pulların təhvil
verilməsinin vaxtı – vaxtında və bütövlükdə yerinə yetirilməsi bankın iqtisadçıları
tərəfindən həyata keçirilir.Cari nəzarət iqtisadçılar tərəfindən kassa planı əsasında
nəzarət cədvəli, bunun ardınca isə müəssisələrin kassa əməliyyatlarının aparılması
Qaydalarına uyğun tələblərə riayət edilməsi əsasında aparılır. Əgər müəssisə,
təşkilat və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyətləri
zamanı kassa əməliyyatlarının aparılması haqqında qanuna müvafiq olaraq
fəaliyyət göstəməzlərsə, o zaman onlardan qanunauyğun şəkildə maliyyə
cavabdehliyi tələb olunur.
Nağd pul və digər qiymətlilərlə işləyən işçilərlə tam maddi məsuliyyət
haqqında müqavilə bağlanmalıdır. Bankların rəhbərlikləri kassaların mühafizəsini
təmin etmək üçün lazımi şərait yaratmalıdırlar. Nağd pul və digər qiymətlilərin
71
qorunması üçün məsul olan və qiymətlilərlə işləyən şəxslər müvafiq möhürlər,
plombirlər və adlı ştamplar ilə təchiz olunmalıdırlar.
Kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab
verən və xüsusi təchiz edilmiş yer olan kassa qovşağına aşağıdakı sahələr aid
edilir: pul saxlanana yer; anbarqabağı sahə; kassaların yerləşdiyi sahə; pulun
sayılması üçün sahə.
Pul saxlanan yer aşağıdakı texniki tələblərə cavab verməlidir:
1.
Oda davamlı dəmir seyflərlə təchiz olunmalı;
2.
Yanğın və təhlükəsizlik tələblərinə cavab verməli;
3.
Yanğın və siqnalizasiya qurğuları ilə təchiz olunmalı;
4.
24 saat ərzində silahli mühafizə olunmalı (qeyri iş saatlarında
elektron mühafizə sistemləri polis idarəsinin pultuna qoşulması istisna
olmaqla);
5.
Günün sonunda kassada pul saxlamayan kredit təşkilatı muzdu
mühafizəçilər tərəfindən qoruna bilər;
6.
Tavanı təcrid olunmalı;
7.
Hündürlüyü döşəmədən daxili tavana qədər 2,7 metrdən az
olmamalı;
8.
Divarların qalınlığı 40 santimetrdən az olmamalı;
9.
Döşəmənin qalınlığı 60 santimetrlik beton qatından ibarət
olmalı, damı isə 75 kiloqram kvadrat metrlik yükə davam gətirməli;
10.
Alt hissədə boşluğ və ya zirzəmi olmamalı;
11.
ki qapı ilə bağlanmalı: birinci qapı dəmir barmaqlıqdan
hazırlanmalı, bir daxili kilidlə bağlanmalı, ikinci bayır qapı dəmirdən
hazırlanmalı və iki kilidlə bağlanmalıdır.
Pul saxlanan yer üç açarla əməliyyat gününün əvvəlində açılmalıdır və
ə
məliyyat gününün sonunda bağlanmalıdır. Bu açarlar aşağıdakı şəxslərdə
olmalıdır (axşam kassasının saxlanğıcı istisna olmaqla):
Dostları ilə paylaş: |