Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   2   3   4   5   6   7   8   9   ...   25

 

18

Bu və ya digər zonanın yaradılması zamanı ortaya çıxan vacib məsələlərdən 



biri  də  onların  yerləşdirilməsi  ilə  əlaqədardır.  Bu  zaman  müəyyən  şərtlər  və 

tələblər irəli sürülür ki, onların sırasına da əsasən aşağıdakılar daxildir: 

•xarici  və  daxili  bazarlara  çıxmağa  imkan  yaradan  əlverişli  nəqliyyat-

coğrafi yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu; 

•  inkişaf  etmiş  istehsal  potensialının,  istehsal  və  sosial  infrastruktur 

növlərinin mövcudluğu; 

•qiymətli təbii-resurs potensialı. 

Buna  görə  də  azad  iqtisadi  zonaların  yaradılması  üçün  daha  əlverişli 

ə

razilər bir qayda olaraq, xarici ölkələrlə sərhədyanı mövqeyə malik olur, həmçinin 



burada  dəniz  ticarəti  limanları  və  magistral  nəqliyyat  şəbəkələri  (dəmiryolu, 

avtomobil  yolu,  aeroportlar)  yerləşir  ki,  bu  da  həmin  ərazini  sənaye,  elmi  və 

mədəni  mərkəzlərlə,  daha  qiymətli  təbii  resursların  cəmləşdiyi  regionlarla 

qovuşdurur.   

zonası tipində 

xüsusi rejimli 

zonalar 

(güzəştlər 

10 000-ə 

qədər tətbiq 

edilir) 

müəyyən bir 

hissəsi üçün 

mütləqdir 

maliyyə, 

vergi 


Argentina ("Odlu 

torpaq") 

c) xüsusi iqtisadi 

zonalar 


 

Inzibati-ərazi 

vahidləri 

çərçivəsində 

(şəhər, rayon) 

Xüsusi zona 

ə

razisində 



yerləşən ayrı-

ayrı lokal 

zonalar üçün 

mütləqdir  

      

Gömrük, 


maliyyə, 

vergi 


Rusiya (Kalininqrad 

vilayəti, digər ərazilər)  

           



 

19

I.2.  xrac-istehsal zonaları azad iqtisadi zonaların başlıca növü kimi 

Ayrı-ayrı  hallarda  azad  iqtisadi  zonaların  yaradılması  üçün  əvvəlcədən 

inkişaf  etmiş  sənayeyə,  istehsal  və  sosial  infrastruktura  malik  olmayan,  lakin  bir 

sıra  uzunmüddətli  dövlət  proqramlarının  həyata  keçirilməsi  üçün  imkan  yaradan, 

təsərrüfat  baxımından  yeni  mənimsənilmiş  əlverişli  ərazilərin  seçilməsi  də 

məqsədəuyğun hesab edilir.   

A Z-i  yaradarkən  adətən  mütəxəssislər  aşağıdakı  suallara  cavab  tapmağa 

çalışırlar: 

•  nkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir; 

•  Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir; 

•  Hansı layihələr öncə həyata keçirilməlidir və bunun üçün hansı maliyyə 

mənbələri cəlb edilməlidir; 

•  Taktiki və strateji addımlar nədən ibarət olmalıdır; 

•  Zonanın inkişafı üçün tədbirlər nə cür təşkil olunmalıdır. 

Azad  iqtisadi  zonaların  müxtəlif  növlərinin  fəaliyyət  göstərməsində  vacib 

aspektlərdən  biri  yerli  və  xarici  investorlar  üçün  tətbiq  ediləcək  güzəştlər 

sistemidir.  Vergi  güzəştləri  investor  üçün  daha  çox  əhəmiyyət  kəsb  edir,  belə  ki, 

bazar iqtisadiyyatı ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz 

mənfəətlərinin  təxminən  yarısından  məhrum  olurlar.  Bu  vergilərin  içərisində  isə 

ə

sas  yeri  mənfəət  vergisi  tutur.  Bu  vergi  üzrə  güzəştlər  vergi  dərəcələrinin 



azaldılması  və  ya  onun  ödənilməsindən  uzunmüddətli  azadolmalar  formasında 

tətbiq  edilə  bilər.  Demək  lazımdır  ki,  bir  sıra  ölkələrdə  bu  müddət  kifayət  qədər 

uzundur.  Məsələn,  Hindistanın  zonalarında  bu  güzəşt  mənfəətin  bəyan 

edilməsindən sonra 5 il müddətinə, Peruda isə 15 il müddətinə tətbiq olunur. Vergi 

dərəcələrinin azaldılması da böyük əhəmiyyət kəsb edir. Təbii ki bu cür güzəştlər 

tətbiq edilərkən müəssisənin növü və onun fəaliyyət göstərdiyi sahənin prioritetliyi 

nəzərə  alınmalıdır.  Misal  üçün,  Çində  azad  iqtisadi  zonalarda  fəaliyyət  göstərən 

müəssisələr  üçün  mənfəət  vergisi  15%  həcmindədir,  halbuki  daxili  bazarda 

eyniadlı verginin dərəcəsi 33% təşkil edir. Bolqarıstanda “Rüsumsuz azad zonalar” 

haqqında  qərara  görə,  istehsal,  ticarət  və  digər  fəaliyyət  nəticəsində  əldə  edilən 




 

20

mənfəət yalnız məhsulun zonanın daxilində və ya onun xaricində reallaşdığı zaman 



vergidən azad edilə bilər.  

Mənfəət  vergisindən  başqa,  həmçinin  əmlak,  dövriyyə  və  digər  vergi 

növlərinin  də  ödənilməsində  güzəştlər  tətbiq  olunur.  Braziliyanın  Manaus  azad 

zonasında buraya gətirilmək üçün nəzərdə tutulan və bu ərazinin xaricində istehsal 

edilən, həmçinin bu ərazidə istehsal edilib ölkənin daxili bazarında satılmaq üçün 

nəzərdə tutulan, o cümlədən zonada satılmaq üçün yerli xammaldan istehsal edilən 

məhsullar vergilərdən azad edilir.  

Azad iqtisadi zonalarda həmçinin dolayı güzəştlər də tətbiq edilir. Bu, ilk 

növbədə  icarə,  kommunal  və  digər  xidmətlərdən  istifadıyı  görə  tariflərin 

azaldılmasına  aiddir.  Dolayı  güzəştlərin  növləri  çoxdur  və  onlar  azad  iqtisadi 

zonanın yaradılma məqsədlərindən asılı olaraq müəyyən edilir.  

Azad  iqtisadi  zonaların  xarakterik  cəhətlərindən  biri  də  onların  ölkənin 

gömrük  sərhədlərindən  ayrılması  və  mal  və  xidmətlərin  idxal-ixracına  xüsusi 

tənzimləmə rejiminin tətbiq edilməsidir. Bir qayda olaraq, zonaya istehsal prosesi 

üçün lazım olan istehsal vasitələrinin, komplekt materialların, xammalın, həmçinin 

ölkə  daxilində  satılmaq  üçün    istehlak  mallarının  və  ərzaq  məhsullarının  idxalı 

rüsum tətbiq edilmədən həyata keçirilir. Bəzi ölkələrin azad iqtisadi zonalarında isə 

hətta ixrac rüsumları da yığılmır.  

Bir  sıra  ölkələrdə,  məsələn,  Çin,  Çili,  Peruda  azad  iqtisadi  zonaların 

müəssisələri  tərəfindən  həyata  keçirilən  idxal-ixrac  əməliyyatlarının  və  daxili 

bazarda  hesablaşmaların  aparılması  üçün  həm  sərbəst  dönərli  valyuta,  həm  də 

ölkənin milli valyutası tətbiq edilir. Misal üçün, Çinin azad iqtisadi zonalarında bir 

neçə ödəniş valyutasından istifadə olunur – yuan, honqkonq dolları, sərbəst dönərli 

valyuta.  Bu  zaman  subyektlərin  valyuta  fəaliyyəti  hakimiyyət  dairələrinin  sərt 

nəzarəti  altında  olur.  Sahibkarlar  istənilən  valyutada  hesablaşmalar  aparmaq 

hüququna  malikdirlər.  Beləliklə  də,  valyuta  rejimi  də  azad  iqtisadi  zonaların 

xarakterik cəhətlərindən hesab olunur.  

Azad  iqtisadi  zonaların  klassik  formaları  içərisində  hazırda  daha  geniş 

yayılanları kimi aşağıdakıları misal göstərmək olar: 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə