21
- beynəlxalq nəqliyyat qovşaqlarının kəsişdiyi ərazilərdə yerləşən rüsumsuz
zonalar;
- xarici ticarətə yönəlmiş ixracyönümlü sənaye zonaları;
- tətbiq edilən ölkədə mövcud olan elmi-texniki potensial əsasında
yaradılan texnoloji-inkişaf parkları, yəni texnoparklar;
- iqtisadiyyatın əhəmiyyətli sferalarından sayılan bank və sığorta xidməti
zonaları;
- idxal-sənaye zonaları və idxaləvəzedici məhsullar istehsal edilən zonalar.
Təcrübədə isə heç də iqtisadi zonaların fəaliyyəti yalnız yuxarıda sadalanan
özünəməxsus xüsusiyyətlərlə məhdudlaşmır. Demək olar ki, iqtisadi zonaların
bütün növlərində digərlərinə məxsus cəhətlərə rast gəlmək mümkündür. Misal
üçün, inanmaq çətin olar ki, texnoloji inkişaf parklarında bank xidmətləri, sığorta
və ticarət əməliyyatları kimi xidmətlər göstərilməsin.
Hazırda azad iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələrin böyük
ə
ksəriyyəti ciddi kapital qoyuluşlarına ehtiyac duyan yüngül sənaye sahəsini təmsil
edən müəssisələrdir. Onlar əsasən tekstil və paltar, məişət elektronikası, idman
malları, plastik kütlə məmulatları, mebel, ərzaq, içki istehsal edirlər.
Lakin elə azad zonalar da vardır ki, onların ərazilərində daha çox ağır
sənaye müəssisələrinin inkişaf etdirilməsinə səy göstərilir. Misal üçün, trinidad və
Tobaqodakı ixracyönümlü sənaye zonasında neft və neft-kimya emalı müəssisələri
üstünlük təşkil edirlər. Qrenadadakı azad iqtisadi zonalarda fəaliyyət göstərən
müəssisələr burada hasil edilmiş boksit və alüminiumun emalı ilə məşğul olurlar.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi zonalarında kimya, neft-kimya və avtomobil
ş
irkətləri üstünlük təşkil edirlər. Göstərilən ölkələrin azad zonalarında ağır sənaye
müəssisələrinin yaradılması təbii ki, ilk növbədə bu ölkələrin təbii resursları ilə
ə
laqədardır. Qrenadada – boksit, Trinidad və Tobaqoda – neft, Birləşmiş Ərəb
Ə
mirliklərində - neft və təbii qaz. Ancaq yenə də qeyd etmək yerinə düşər ki,
göstərilən üç ölkənin hakim dairələrinin siyasəti heç də öz ölkələrində yaradılmış
azad iqtisadi zonalarda ağır sənayenin inkişaf etdirilməsinə yox, əksinə, artıq
mövcud olan ağır sənaye müəssisələrinin əsasında ixracyönümlü sənaye
22
zonalarının yaradılmasına yönəldilmişdir. Bu ələlxüsus da ilk iki ölkəyə daha çox
aiddir.
Birləşmiş Ərəb Əmirliklərinə gəldikdə isə deyə bilərik ki, burada sözün əsl
mənasında qanunauyğun təkamül baş vermişdir: neft və qazın hasilatı və emal
edilməsi ilə əlaqədar müəssisələrin yaradılması sonradan ağır sənayenin digər
sahələrində, xüsusən də maşınqayırma sahəsində müəssisələrin meydana gəlməsi
ilə nəticələndi. Bir çox azad iqtisadi zonaların sənaye inkişafının xarakterik
cəhətlərindən biri də odur ki, burada yerləşən şirkətlər bir qayda olaraq yerli
resurslardan istifadəyə daha az yer ayırırlar. Bu şirkətlərin fəaliyyət göstərdikləri
ölkələrin yerli müəssisələri ilə zəif əlaqələr qurmalarının səbəbi kimi, iqtisadi
zonaların qapalı xarakteri, orada fəaliyyət göstərən müəssisələrin istehsal profili və
milli təchizatçıların zəif inkişaf etmiş potensiallarının olması izah edilir. Bu hal
yuxarıda misal kimi göstərilən ölkələrə xas deyildir.
Eyni zamanda da inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən bir çox
xarici şirkətlər yerli xammallardan və onların əsasında yaradılmış
yarımfabrikatlardan istifadə etməkdə maraqlı olurlar. Onların bir çoxu bu ölkələrin
azad iqtisadi zonalarında yerli xammalı emal edəcək iri sənaye zavodları
yaratmışlar.
Bundan başqa daha bir amil də özünü göstərir: bir qayda olaraq, yerli
xammaldan istifadə edən emaledici müəssisələr bu xammalların mənbələrinin
yaxınlığında yerləşirlər (bu şaxta, neft quyusu və ya su elektrik stansiyası ola
bilər). Eyni zamanda da ixracyönümlü sənaye zonaları adətən iri məskunlaşma
məntəqələrinə və ya sənaye mərkəzlərinə qonşu ərazilərdə formalaşırlar. Xammal
resurslarının emalı ilə məşğul olan şirkətlər əsasən iri müəssisələr olur və öz
fəaliyyətlərini bir neçə il irəliyə planlaşdıraraq uzunmüddətli müqavilələr əsasında
çalışırlar. Bununla da onlar azad iqtisadi zonada elektron məmulatların yığımı ilə
məşğul olan adi zavoddan və ya paltar tikən ixtisaslaşmış müəssisələrdən
fərqlənirlər. Adətən belə hesab edilir ki, azad iqtisadi zonalara daha çox iri və
güclü reputasiyaya malik şirkətlər birbaşa investisiyalar yatırırlar. Lakin digər
tərəfdən də, dünya praktikası göstərir ki, güclü transmilli korporasiyalar heç də
azad zonaların üstünlükləri və imkanlarına ehtiyac duymurlar. Onlar istənilən
23
ölkədə və istənilən adi şəraitdə belə öz fəaliyyətlərini qura bilərlər. Əgər hansısa
ölkədəki mühit və şərtlər kifayət qədər əlverişli deyilsə belə, yenə də çətin ki azad
iqtisadi zonalar tərəfindən təklif edilən üstünlüklər bu cür korporasiyaların
beynəlxalq inkişafa dair strategiyalarını dəyişə bilsin.
Bunun da əsas səbəblərindən biri də odur ki, bir çox ölkələrin azad iqtisadi
zonalarında investorlar iri, məşhur transmilli korporasiyalar deyil, əksinə, xarici
investisiyalar bazarına birinci dəfədən çıxan böyük olmayan firmalardır.
Öz ərazilərindəki azad iqtisadi zonalara kiçik xarici investorları cəlb
etməyə çalışan Meksika, Yamayka, Mavriki kimi ölkələrin təcrübəsi sübut edir ki,
sənaye cəhətdən inkişaf etmiş ölkələrə məxsus orta və ya kiçik firmalar bir növ iri
ş
irkətlərin fəaliyyətini tamamlayırlar.
Kiçik firmalar tez dəyişilən mühitə vaxtında reaksiya verir və ona daha
rahat uyğunlaşırlar və bu ölkələrin daxili bazarının tələbatlarını ödəmək iqtidarına
malik olurlar. Xarici kapitalın cəlb edilməsi baxımından inkişaf etməkdə olan
ölkələr belə kiçik firmaların fəaliyyətindən daha tez yararlanmışlar, belə ki, bu cür
ş
irkətlər iri transmilli korporasiyalardan fərqli olaraq bu sahədə daha sürətlə
hərəkət edirlər.
Ağır iqtisadi vəziyyətdə olan regionlarda bizneslə məşğul olmaq arzusunda
olan sahibkarlar üçün vergiqoyma sahəsində bir sıra güzəştlər verilməyə başlandı,
onların fəaliyyəti isə daha az məhdudlaşdırıldı. Bundan başqa, biznesmənlər
burada adətən yerli qanunvericilik normativləri ilə qadağan edilən bəzi
ə
məliyyatları da həyata keçirmək hüququ aldılar. Belə zonaların sərhədləri
daxilində banklar azad surətdə istədikləri valyuta ilə əməliyyatlar apara bilər və
zona xaricində yaşayan müştərilərlə işgüzar münasibətlər yarada bilərdilər. Belə
desək, burada valyuta mübadiləsi, kapitalın hərəkəti və s. üzərində nəzarət
qoyulmurdu. Uzun müddət ərzində azad iqtisadi zonalar ərazisində əsasən
kommersiya fəaliyyəti xarakterik idi. qtisadi zonalarda mallar anbarlara yığılır və
yalnız o əməliyyatlara məruz qalırdılar ki, bu zaman onların keyfiyyəti yüksəldilsin
və xarici görkəmi yaxşılaşdırılsın və yalnız 60-cı illərin əvvəllərində azad iqtisadi
zonalar ərazisindəki malların emalına icazə verildi. Adətən bu zaman bu və ya
Dostları ilə paylaş: |