Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 

 

 



 

 

 



 

 

 



II FƏS L.  K Ç K  QAFQAZIN  Ş MAL-ŞƏRQ YAMACINDA 

TORPAQLARIN  AĞIR METALLARLA Ç RKLƏNMƏS N NEKOLOJ  

ASPEKTLƏ 

 

2.1 Ərazidə yayılan ağır metalların xarakterik xüsusiyyətləri 

Tədqiq  etdiyimiz  ərazidə  bioloji  obyektlərə  təsirinə  və  çirklənmə  miqyasına 

görə çirkləndirici maddələr arasında ağır metallar xüsusi yer tutur. Bununla əlaqədar, 

hal-hazırda  torpaqların  ağır  metallarla  çirklənməsi  toksikoloji-təhlükəli  hallardan 

hesab olunur. 

Ağır  metallar  xüsusi  çəkisi  4,5  q/sm³-  dan  artıq  olub,  40-  dan  artıq  kimyəvi 

elementi  özündə  birləşdirir.  Bu  elementlərə  təbiətdə  karbonatlar,  silikatlar,  sulfatlar 

kimi stabil birləşmələr olaraq təsadüf edilir. Ətraf mühitdə müşahidə edilən əsas ağır 

metallar aşağıdakılardır: 

Pb, Hg, Cd, As, Ni, Cu, Zn, Mn, Cr, Sb, Bi, Ba 

Ağır  metallardan bəziləri  aşağı qatılıqda  normal  həyat  fəaliyyəti  üçün  lazımlı 

elementlərdir.  Odur  ki,  bəzi  maddələrin  əhəmiyyətli  və  zərərli  xassələrini  müəyyən 

edən edən dəqiq sərhəd yoxdur. 

Ağır  metalların  tərkibində  insan  həyatı  üçün  vacib  olan  metallarla               

(sink,  dəmir,  molibden,  mis,  selen,  manqan  və  s.)  yanaşı,  orqanizm  üçün  toksiki 



 

 

təsirli maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və s.) var. Bu metallar 



yüksək  konsentrasiyada  bitkilərə  və  canlı  orqanizmlərə  ciddi  təsir  göstərərək  ,  bir  

sıra problemlərin yaranmasına gətirib çıxarır.  

Qeyd  etmək  lazımdır  ki,  dəmir,  mis,  sink,  molibden  manqan  və  s.  elementlə  

yalnız    mikrodozalarda    orqanizm  üçün  zəruridir,  izafi  dozalarda  olduqca  təhlükəli 

xarakter  daşıyır.  Qurğuşun,  civə,  kadmium,  arsen  istənilən  konsentrasiyada  canlı 

orqanizmlər üçün zərərli təsirə malikdir.  

Belə ki, bu elementlər hətta birləşmələr halında orqanizmə daxil olduqda güclü 

zəhərlənmələr  baş  verir.  Onlar  qanda  olan  aminturşularla,  fermentlərlə  və 

vitaminlərlə  kompleks birləşmə əmələ  gətirərək, orqanizmin həyat fəaliyyətinə ciddi 

təsir göstərir. 

Ağır  metallarla  çirklənmə  zamanı  torpaqda  toplanan  yüksək  konsentrasiya 

bitkilər  vasitəsilə  qida  zəncirinə  keçir  və  nəticədə  heyvan  və                    insan 

orqanizmində  müxtəlif  pataloji  halların  yaranmasına  səbəb  olur.  Bu  baxımdan  ağır 

metalların yaratdığı çirklənməni qiymətləndirməli olsaq heç bir iqtisadi göstərici ilə 

bu ziyanı ifadə etmək olmaz və son nəticədə vəziyyətin belə davam etməsi torpağın 

üzvi aləminin məhv olmasına gətirib çıxara bilər. 

Bəzi sistemlərdə ağır metalların təsir mexanizmi konsentrasiyaya bağlı olaraq    

da  dəyişir.  Bu  cür  orqanizmlərdə  metalların  konsentrasiyası  nəzərə  alınmalıdır.        

Ağır  metalların  yol  verilən  həddən  artıq  konsentrasiyası  toksiki  təsir  göstərir.               

Bu    ümumi  prosesin  əksinə  ağır  metallar  yalnız  konsentrasiyadan  asılı  olaraq            

təsir göstərmirlər, təsir eyni zamanda canlının növünə və metal ionunun quruluşuna      

da  bağlıdır  (kimyəvi  quruluşu,  redoks  və  kompleks  yaratması  qabiliyyəti,  bədənə     

alınış  şəkli,  ətraf  mühitdə  çoxluq  ehtimalı,  lokal  pH  dəyəri  və  s.).  Bununla         

ə

laqədar,  içməli  sularda  və  qida  məhsullarında  ağır  metalların  konsentrasiya            



həddi  müəyyən  olunmuşdur  və  bu  normalara  lazımi  qurumlar  tərəfindən  nəzarətin 

təşkili zəruridir. 

Ağır  metallar  qlobal  çirklilik  faktoru  olaraq  insanın  və  bütün  canlıların 

həyatında  təhlükə  və  risk  meydana  gətirir.  Məruz  qalınan  doza,  genetik  quruluş, 

insanın  immunitet sistemi, sağlamlığı, yaş, qidalanma səviyyəsi kimi faktorlara bağlı 



 

 

olaraq insanlarda ən başda xərçəng olmaq üzrə müxtəlif xəstəliklərə səbəb olur. Ağır 



metalların  insan  orqanizminə  daxil  olması  qida  zəncirindən  başqa,  tənəffüs  və  dəri 

yolu ilə də baş verir.  

Ölkəmizdə,  xüsusilə  tədqiq  etdiyimiz  ərazinin  torpaqlarında  təhlükə  meydana 

gətirən  ağır  metalların  səbəb  olduğu  torpaq  çirkliliyini  minimuma  endirmək  üçün 

təcili  tədbirlər  görülməlidir.  Bunun  üçün    mədən  və  digər  sənaye  istehsalı,  digər 

torpaq çirkləndirici fəaliyyətlər və istehsal üsulları torpağın ekoloji strukturuna ən az 

zərər verəcək, hətta heç zərər verməyəcək şərtlərdə edilməlidir. 

Ağır  metallar  bioloji  proseslərdə  iştirak  dərəcələrinə  görə  həyati  və  qeyri-

həyati olaraq təsnif olunur. Həyati olaraq qeyd olunan ağır metalların   orqanizmdə 

müəyyən  bir  konsentrasiyada  olması  tələb  olunur  və  bu  metallar                  bioloji 

reaksiyalarda  iştirak  etdiklərinə  görə  nizamlı  olaraq  qida  vasitəsilə  qəbulu  

məcburidir. Məsələn, mis heyvanlarda və insanlarda qırmızı qan hüceyrələrinin və bir 

çox  oksidləşmə  və  reduksiya  prosesinin  ayrılmaz  parçasıdır.  Bununla    müqayisədə 

qeyri-həyati  ağır  metallar  çox  aşağı  konsentrasiyada  belə,  orqanizmə  ciddi  təhlükə 

törədərək sağlamlıq problemlərinə gətirib çıxarır. 

Ağır  metalları  əsasən  bir  sıra  göstəricilərinə  xüsusilə,  təhlükəlilik  miqyasına 

görə təsnifləşdirirlər. 

Təhlükəlilik dərəcəsinə görə ağır metallar 3 sinifə bölünür: 

1.

  Yüksək təhlükəli 



2.

  Mülayim təhlükəli 

3.

   Zəif təhlükəli 



Cədvəl 2 

 

Sıra 

 

 



         Sinif 

 

                Ağır metallar 

 

1. 



 

Yüksək təhlükəli 

Civə, qurğuşun, arsen, kadmium, sink, selen 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə