olub, 0,0001 mq təşkil edir.
Kadmium (Cd) Kadmiumun ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O,
ə
traf mühitə metallurgiya istehsalının tullantıları ilə, qalvanik istehsalının çirkab
suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar, piqmentlər,
boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindənistifadə edilməsi
nəticəsində daxil olur. nsan fəaliyyəti nəticəsində torpağa daxil olan kadmiumun 54-
58%-i fosforlu gübrələr, 39-41%-i atmosfer, 2-5%-i isə kənd təsərrüfatı fəaliyyəti
təşkil edir. Fosforlu gübrə istehsalında istifadə olunan xam fosfat qayalarındakı
kadmiumun 70-80%-i gübrə istehsalı zamanı sərf olunan məhsullara keçir. Bu
məhsulların istifadəsi zamanı kadmium birbaşa fosfor tərkibli gübrələrlə torpağa
daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında, təkərlərin sürtülməsi,
bəzi plastik məmulatların, boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində
mövcudur.
çməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən,
suhazırlığı mərhələsində reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının
miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil olan kadmiumun payı
ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.
Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m³, su mənbələri suyunda
0,001 mq/l, torpaqda –qumlu və qumluca, turş və neytral torpaqlarda uyğun olaraq
0,5, 1,0 və 2 mq/kq təşkil edir. Torpaqda 3 mq/kq-dan çox miqdarı toksiki təsirə
malikdir. [4]
Kadmium ətraf mühitin toksiki çirkləndiricilərindən biri olub, aşağı
konsentrasiyası su canlıları üçün olduqca zərərli təsirə malikdir. Əsasənekoloji
cəhətdən problemli olan dənizlərdə qida zəncirinin mühüm hissəsi olan balıqlar
tərəfindən toplanması və müxtəlif səviyyələrdə zərərli toksiki təsirlər meydana
gətirdiyi müəyyən olunub. Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik,
sperma, boruvari sümüklər və qismən dalaq hesab olunur. Kadmium əsasən
qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil
edir.Kadmiumun kanserogen effekti bu metalınistehsalı ilə məşğul olan fəhlələrdə
xərçəng xəstəliyinin əmələ gəlməsində təzahür olunur.
Arsen (As) Bu metal şərti olaraq esensial mikroelementi sayılır.Təbiihalda
onun bioloji transformasiyasının nəticəsi metilləşmiş birləşmələri halında
mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya istehsalı
tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrələri zavodlarından,
həmçinin arsentərkibli kömürün yandırılmasından, pestisidlərin, insektofunqisidlərin
istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib çöküntülərindən maye
fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.
Atmosfer havasında arsenin miqdarı kənd rayonlarında 0,001-0,01
mkq/m-
3
, şəhərlərdə 0,003-0,01 mkq/m-
3
-ə çatır. Yüksək konsentrasiyalı arsen
tərkibli kömürün yandırılması zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir. [4]
Ə
ksər su hövzələrinin suyundaarsenin konsentrasiyası YVK-nin səviyyəsindən
çox olmur, lakin bəzi regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların
arsen ilə zəngin təbii xam mədənlərdən keçməsi ilə əlaqədardır. Orqanizmə əsasən
çirkli sudan istifadə zaman daxil olur.
Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan
və toxumalarda toplanma dərəcəsindən asılıdır. şçilərdə xroniki arsen intoksasiyası
aşağıdakı simptomların kombinasiyası ilə səciyyələnir: əsəb, mədə-bağırsaq,
kardiovaskulyar və respirator pozuntuları, hemolit kənarlaşma, dəri zədələnməsi,
qaraciyər və böyrəklərin funksional pozulması.
Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-
100 mkq/m-
3
dərəcəsində xroniki təsiri (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin
baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və arsentərkibli pestisidlər
istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaret çəkmək arsenin
kanserogen effektini dərinləşdirir.
Nikel(Ni)Atmosfer
havasınametallurgiya
zavodlarının,
mədənçıxarma
müəssisələrinin, daş kömür və mazutla işləyən energetik qurğuları tullantıları ilə daxil
olur. Onun YVK-sı 1 mkq/m
-3
təşkil edir.
Nikel kanserogen maddə (I qrup) sayılır. ÜST-nin Avropa Bürosunun
tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8•10-
4
bərabərdir.
Nikelin və onun birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən
konsentrasiyası (TYK) torpağın tipindən asılı olaraq 20-60 mq/kq arasında dəyişir.
Orqanizmdə nikel zəruri elementlərdən biridir.Heyvanların qaraciyəri, dərisi və
endokrin vəzilərində olur.Müəyyən edilmişdir ki, o, fermentləri aktivləşdirir və
oksidləşdirmə proseslərinə müsbət təsir göstərir.Lakin normadan artıq olduqda
insanda müxtəlif xəstəliklərə səbəb olur.
Nikelə xroniki intoksikasiya burun-udlaq və ağciyər peşə xəstəliklərinin baş
verməsinə səbəb olur, bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır,
dərinin allergiya zədələnməsi (dermatit və ekzema) müşahidə edilir. [6]
Mis (Cu) Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq
edilir.Parçaların rənglənməsində, inşaat rənglərinin alınmasında mis birləşmələrindən
geniş istifadə olunur.Mis 2-sulfat duzundan qalvanoplastikada, yazı rənglərinin
hazırlanmasında, ağac materiallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün
hopdurucu maddə kimi istifadə edilir.
Bir sıra birləşmələri zəhərli olduğundan kənd təsərrüfatında insektofunksid
kimi tətbiq edilir. Mis duzlarının əksəriyyətinin 10 qramı insanlarda ölümlə
nəticələnən zəhərlənməyə səbəb ola bilər.
Mis atomları zəhərli olduğundan məişət qablarında xörək bişirilərkən
mütəmadi zəhərlənmə hadisələri baş veriridi. Bunun qarşısını almaq üçün mis
qablarıqalay örtüklə örtməyə başladılar.
Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri çox olur.Məs:
insektofunksid kimi tətbiq edilən mis duzları çox zəhərli olduğundan( 1-1,5 qramı
ölümlə nəticələnə bilər) onun istifadəsi və saxlanması zamanı təhlükəsizlik
texnikasına əməl olunmadıqda ekoloji çirklənmələr baş verir. Suda asan həll
Dostları ilə paylaş: |