bu tip torpaqlar üzərində yaşayan bitkilər üçün böyük bir potensial təhlükədir.
Buna görə də bu cür ağır metal çirkliliyi görülən torpaqlar üzərində təmizləmə
metodları tətbiq olunaraq məhsuldarlığın artırılmasına yönəldilmiş işlər
aparılmalıdır.
Ağır
metalların
torpaqda
yüksək
konsentrasiyası
təkcə
torpağın
məhsuldarlığı və ekosistem funksiyalarına deyil, eyni zamanda insan və heyvan
sağlamlığına ciddi təsir edir. Torpaqların ağır metallarla çirklənməsi
metallurgiyanın , dağ-mədən sənayesinin inkişafı, tullantı suların axıdılması
ilə olduqca ciddi problemə çevrilmişdir. Ağır metallarla çirklənmiş torpaqların
təmizlənməsi ekologiya mühəndisliyinin problemli istiqamətlərindən biridir.
Çirklənmiş
torpağın
kompleks
fiziki,
kimyəvi,
bioloji
xüsusiyyətləri,
çirkləndiricilərin torpaq mühitində yayılması və hərəkəti ilə bağlı məhdud
informasiyanın olması kimi faktorlar təmizləmə fəaliyyətinin maaliyyələşməsində
bir sıra çətinliklər yaratmış, eyni zamanda köhnə təmizləmə texnologiyalarının
tətbiqinə səbəb olmuşdur. Bununla əlaqədar torpaqların ağır metallardan
təmizlənməsində iqtisadi cəhətdən səmərəli və yüksək effektli texnologiyaların
tətbiqinə ehtiyac yaranır. [17]
zolyasiya,
immobilizasiya,
toksikiliyin
azaldılması,
fiziki
ayırma,
ekstraksiya torpağın təmizlənməsində əsas üsullar kimi qiymətləndirilir. Ağır
metallarla çirklənmiş torpaqların təmizlənməsində ərazinin xarakteristikası,
metalın növü, konsentrasiyası, çirklənmiş torpağın sonrakı istifadəsi kimi mühüm
faktorlar diqqətdə saxlanılmalıdır.
Ağır metallarla çirklənmiş torpaqları qismən yaxşılaşdırmaq üçün
aşağıdakı tədbirlər görülür:
1.
Mexaniki- Torpağın üst, ən çirklənmiş qatı kənar edilərək, 10sm qalınlığında
təmiz münbit qat tökülür.
2.
Kimyəvi- Çirkləndirici maddələr mütəhərrik formadan qeyri-mütəhərrik
formaya çevrilir. Torpağı əhənglədikdə turşuluğu aradan qaldırmaqla toksiki
metallar qeyri-mütəhərrik formaya çevrilir.
3.
Aqrokimyəvi- Üzvi gübrələr: yaşıl gübrə, peyin tətbiq etdikdə kadmium,
kobalt, nikelin mütəhərrikliyi azalır.
Ağır metalların yaratdığı çirklənmə ilə əlaqədar aparılan tədqiqatlar əsasən
ağır metalların mənbəyi, yayılma xüsusiyyətləri, insan sağlamlığı və ətraf mühitə
təsiri, çirklənmiş ərazinin tədqiqi və analizi, riskin qiymətləndirilməsi
ə
trafında cəmlənmişdir. Torpağın daha mürəkkəb və kompleks bir sistem olması
çirklənmə zamanı onun tərkib hissələri arasında uzun bir vaxt intervalında formalaşan
tarazlığın elə bir şəkildə pozulmasına səbəb olur ki, hətta çirklənmənin səbəbləri
aradan qaldırıldıqdan sonra uzun müddət ərzində həmin tarazlığı bərpa etmək çətin
olur.
Bu tədqiqatlarda həm ərazi üzrə tətbiq olunan, həm də təkmilləşdirmə işləri
davam edən texnologiyalardan istifadə olunur.
Ağır metallarla çirklənmiş torpaqlar üçün 4 nəzarət metodu mövcuddur:
1.
Çirkləndiricini olduğu kimi qoymaq, ərazinin istifadəsini yasaqlamaq;
2.
Çirkləndiricini ərazi daxilində immobilizə etmək və ərazini nəzarətdə
saxlayaraq digər ərazilərə keçməsinin qarşısını almaq;
3.
Çirklənmiş torpağı ərazidən kənarlaşdırmaq;
4.
Torpağı ərazi daxilində və ya xaricində təmizləmək;
Torpağın ağır metallardan təmizlənməsi ərazinin yenidən istifadəyə
yararlılığının bərpası baxımından iqtisadi alternativdir. Torpağın təmizlənməsiüçün
fiziki, kimyəvi, termiki, bioloji prosesləri özündə cəmləşdirən bir sıra metodlar
mövcuddur. [20]
Düzgün metod seçimi ərazinin xarakteristikasından, çirkləndirici metalın
növündən, konsentrasiyasından və ərazinin sonrakı istifadəyə yararlılığı kimi bir
sıra faktorlara bağlıdır. Torpağın təmizlənməsi əsasən ərazinin qazılması, izolə edilən
və ya təmizlənən torpağın təkrar yerinə doldurulmasıyla həyata keçirilir. Lakin son
illərdə torpağı qazmadan birbaşa ərazidə tətbiq olunan texnologiyalar daha da
sürətlənmişdir.
Dünya təcrübəsində ağır metallarla çirklənmiş ərazilərin təmizlənməsində
tətbiq olunan bahalı və ənənəvi mühəndislik texnologiyaları yerinə son illərdə
iqtisadi cəhətdən daha səmərəli yaşıl texnologiya (fitoremediasiya) tətbiq edilir.
Bu metodun tətbiqində adətən hiperakkumlyator bitkilər istifadə olunur. Bu
bitkilər yarpaq, budaq və gövdələrində torpaqdakı metalın konsentrasiyasından
50-500 dəfə daha çox metal toplamaq xüsusiyyətinə malikdir. Çiçəkli bitkilərin
0,2%-ni təşkil edən hiperakkumlyator bitkilərin sayı 450-ə qədərdir. [23]
Fitoremediasiya metodunda ağır metalları absorbsiya edən, toxumalarında
yüksək konsentrasiyada depolayan və müəyyən müddət sonra təsirsiz hala
gətirən hiperakkumlyator bitkilər istifadə olunur.
Son illər bir çox ölkələrdə tətbiq olunan fitoremediasiya metodu ağır metalların
təmizlənməsində passiv texnologiya kimi qiymətləndirilir. Müxtəlif təmizləmə
metodları ilə müqayisə edildiyində iqtisadi cəhətdən səmərəli olması, asan tətbiq
edilməsi və estetikliyi baxımından seçilir.
Fitoremediasiya orta və aşağı dərəcədə ağır metallarla çirklənməyə məruz
qalmış torpaqlarda genetik cəhətdən seçilmiş bitkilərin istifadəsini nəzərdə tutur.
Bu metod digər metodlarla birgə tamamlayıcı alternativ metod kimi tətbiq olunur.
Ağır metallarla çirklənmiş ərazilərdə tətbiq olunan fitoremediasiya metodu
ilə üzvi çirkləndiricilərlə çirklənmiş ərazilərin rekultivasiya metodları arasında bir
sıra fərqlər mövcuddur. Bitkilər tərəfindən torpaqdan absorbsiya edilən ağır
metallar ya torpaqda stabil hala keçirlər ya da torpaqdan kənarlaşdırılırlar.
Thlapsi,Urtica, Taraxacumofficinale, Chenopodium, Polygonumsachalase ve
Allyssim
cinsindən olan bir sıra bitki növləri kadmium, mis, qurğuşun, nikel və sink
kimi ağır metallari orqanizmlərində depolamaq xüsusiyyətinə malikdirlər.
Bununla əlaqədar, qeyd olunan cinsləri yetişdirilməsi çirklənmiş torpaqların
təmizlənməsində alternativ metod kimi kimi tətbiq olunur. [18]
Dostları ilə paylaş: |