səbəbiylə digər üsullarla birləşdirilərək gələcəkdə tətbiq olunması düşünülür.
Pirometallurgiya texnologiyası Pirometallurgik proseslərdə çirklənmiş
torpaqdakı metalları buxarlandımaq üçün yüksək temperatur sobaları istifadə
edilir. Çirkləndiricilərin buxarlanması üçün 200-700°C istilik tətbiq olunur və
buxarlanmanın ardından metallar geri qazanlılr və ya immobilizə edilir. Bu metod
xüsusilə, yüksək temperaturda metallik formasına asanlıqla çevrilən civə üçün
uyğundur. Qurğuşun, arsen, kadmium və xrom kimi digər metallar üçün
ə
riməni sürətləndirəcək maddələr ilə ilkin təmizləmə aparılmalıdır.
Çirkləndiricinin buxarlandırılmasına və geri qazanılmasına əsaslanan bu üsul
xüsusilə çirkliliyin sıx olduğu (5-20%) və metal əldə olunmasının qazanclı olduğu
yerlərdə istifadə olunur. Bəzi hallarda, pirometallurgiya metodundan əvvəl torpaq
yuma və ya fiziki proseslərlə torpaqdakı çirkləndirici konsentrə edilir. Civə aşağı
konsentrasiyada belə asanlıqla geri qazanıla bilər.
Elektokinetik metod Metallarla çirklənmiş torpaqların elektrokinetik yolla
təmizlənməsi, zərərli maddələri yüklü ionlar olaraq mobilizə etmək üçün
torpağa yerləşdirilən elektrodlarla həyata keçirilir. onlar və kiçik yüklü hissəciklər
elektrodlar arasında suyla birlikdə daşınarlar. Anionlar müsbət yüklü elektroda,
kationlar isə mənfi yüklü elektroda doğru hərəkət edirlər. Tətbiq olunan axının
torpaqdakı yüklü növləri, hissəciklər və ionları hərəkət etdirməsi elektromiqrasiya,
elektroforez və elektroliz vasitəsilə həyata keçirilir.
Elektrokinetik metod incə dənəcikli və yüksək dərəcədə keçiriciliyi olan
torpaqlardakı çirkləndiricilərin ekstraksiyasında olduqca təsirlidir. Çirkləndiricinin
hərəkətinin istiqaməti və dərəcəsi; çirkləndiricinin tipi və konsentrasiyası, torpağın
tipi və quruluşu kimi bir çox faktor tərəfindən müəyyənləşdirilir. Texnologiyanın
səmərəsini artırmaq üçün su və ya bəzi uyğun duz məhlulları sistemə əlavə oluna
bilər. [21]
Metodun ən böyük üstünlüyü, həm torpağın yerindəcə təmizlənməsində,
həm də torpağın qazılmasından sonra həyata keçirilməsində aşağı xərcli bir
proses olmasıdır.Lakin, torpaq kütləsi içində keçirici bir məsamə mayesinin
olması zərurəti metoda ərazi xüsusiyyətlərinə bağlı məhdudiyyətlər gətirir.
Su-duru mə hlulla tə mizlə mə Çirklənmiş ərazinin təmizlənməsində tətbiq
olunan bir digər üsul torpaqdan fiziki yolla ayrılması və uzaqlaşdırılmasıdır. Fiziki
ayırma çirkləndiriciləri torpaqdan ayıran duru məhlulla həyata keçirilir. Bu üsul
vasitəsilə torpaqdakı çirkləndiricilər su il və ya duru məhlulla ekstraksiya olunur.
stifadə olunan su və ya digər həlledici çirkləndiricini həll edərək miqrasiyalarını
artırır və ekstraksiya olmalarını asanlaşdırır. Məhlulun torpağın səthiylə yanaşı,
ağır metallarla çirklənmiş torpağın daxili səthinə də tətbiq edilə bilər. Prosesin
sonunda istifadə olunmuş su çirkli ərazinin altındakı yeraltı sulardan nasos
vasitəsilə alınır. Xrom kimi suda asan həll ola bilən çirkləndiricinin
kənarlaşdırılmasında təkcə suyun tətbiqi kifayət edirdisə, bir sıra çirkləndiricilərin
həll olunmasını asanlaşdırmaq məqsədilə qatqı maddələrindən istifadə olunur.
Bu maddələrin tətbiqi nəticəsində torpağın pH-ı tənzimlənir və toksik kationlarla
toksik olmayan kationların yerdəyişməsi baş verir.
Bu metodun effektivliyi yüksək konsentrasiyalı çirkləndirici ilə həlledici
arasındakı təmasa bağlıdır. Prosesin effektivliyinə təsir göstərən digər amillər
təmizlənmə potensialının olması və torpağın keçiriciliyidir. Metdodun uğurlu
şə
kildə tətbiq oluna bilməsi üçün torpaq kimyası, hidrogeologiya və nisbi
keçiriciliyi bilmək lazımdır. Duru məhlulla təmizləmə üsulu əsasən, qumlu
torpaqlarda daha yaxşı nəticə verir. Metod üçün uyğun məhlul seçimində kapilyar
prosesləri, suyun tərkibi və hidrolitik keçiricilik arasındakı əlaqəni bilmək lazımdır.
Torpaq yuyulması metodu Qazılmış torpağa tətbiq olunan və torpaqdakı
bir çox çirkləndiricilərin üzvi, ağır metalların, radioaktiv çirkləndiricilərin
kənarlaşdırılmasında fiziki-kimyəvi və ekstraksiya metodlarını özündə birləşdirə
olduqca
təsirli
texnologiyadır.
Suya
ə
saslanan
bu
metod
torpaqdakı
çirkləndiriciləri ayırmaq üçün mexaniki proseslər və ya çirkləndiricilərin həllolma
xüsusiyyətinə əsaslanır. Prosesin sonunda çirkləndiricilər sərbəst hala gətirilərək
torpağın 5-40%-ə qədəri həcmində konsentrə olunurlar və konsentrə olunmuş
hissə digər təmizləmə metodları ilə təmizlənir.
Başqa bir sözlə ifadə etsək, proses çirkləndiriciləri yox edən bir proses deyil,
onları konsantrə edərək, həcmini əhəmiyyətli dərəcədə azaldan və dolayı yolla
digər metodların maliyyə dəyərini aşağı salan metoddur.
Torpağın yuyulması prosesi torpağın qazılması və nümünə torpağın
hazırlanması ilə başlayır. Torpağın hazırlanma mərhələsi qaya, böyük hissəciklərin,
daş qırıntılarının torpaqdan ayrılamsı üçün tətbiq olunan mexaniki süzmədən
ibarətdir. Çirkləndirici hissəcikləri ayırmaq üçün duru ayırıcılar, mexaniki tutucular
və süzgəclərdən istifadə olunur. Prosesdə ayrılan fraksiyaların tutulması üçün
sistemlər mövcuddur. Qazma və hazırlıq mərhələsindən sonra nümunə torpaq
çirkləndiricilərinin ayrılması üçün suyla və su əsaslı həllediciylə qarışdırılır. Daha
sonra torpaq istifadə olunan həlledicidən ayrılır və nisbətən yüksək həcmli qaba
qum və gil fraksiyası olaraq geri qazandırılır. Son mərhələdə geriyə qalan gil
fraksiyası çökdürmə üsulu ilə təmizlənir.
Bəzi hallarda çirkləndiricini daha qısa zamanda təmizləmək üçün məhlula
turşu və spirt kimi kimyəvi maddələr əlavə olunur. Bunların içərisində turş sularla
yuyulmaya daha çox təsadüf edilir. Turş sular ağır metallarla qüvvətli kompleks
birləşmə əmələ gətirməsinə və yeraltı sularda bioloji parçalanmaya daha az
məruz qalmasıyla səciyyələnir.
Torpağın təmizlənməsi və immobilizasiyası metodları içərisində fiziki
bariyerlərin istifadəsi (ərazidə qalması prinsipinə əsasən) iqtisadi cəhətdən
ə
lverişlidir. Lakin bu üsulun tətbiqi zamanı çirkləndirici tam olaraq təmizlənmir.
Çirkləndiricilərin immobilizasiyasını təmin edən stabilizasiya və vitrifikasiya
prosesi maliyyə cəhətdən yüksək olmasına baxmayaraq əraziyə birbaşa tətbiq
olunduqda nisbətən ucuz başa gəlir. Stabilizasiya üsulunun maliyyə dəyəri
çirkləndiricinin dərinliyi və torpağın homogenliyi ilə bağlıdır. Bu üsul çirklənmənin
çox dərin olmadığı ərazilər üçün istifadə olunan texnologiyadır. Vitrifikasiya isə,
Dostları ilə paylaş: |