Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

səbəbiylə  digər  üsullarla  birləşdirilərək  gələcəkdə tətbiq olunması düşünülür. 



Pirometallurgiya  texnologiyası  Pirometallurgik  proseslərdə  çirklənmiş 

torpaqdakı  metalları  buxarlandımaq  üçün  yüksək  temperatur  sobaları  istifadə           

edilir.  Çirkləndiricilərin  buxarlanması  üçün  200-700°C  istilik  tətbiq  olunur  və 

buxarlanmanın  ardından    metallar  geri  qazanlılr  və  ya  immobilizə  edilir.  Bu  metod 

xüsusilə,  yüksək  temperaturda  metallik  formasına  asanlıqla  çevrilən  civə  üçün 

uyğundur.  Qurğuşun,  arsen,  kadmium  və  xrom  kimi  digər  metallar  üçün               

ə

riməni sürətləndirəcək  maddələr ilə  ilkin təmizləmə  aparılmalıdır. 



Çirkləndiricinin  buxarlandırılmasına  və  geri  qazanılmasına  əsaslanan  bu  üsul 

xüsusilə  çirkliliyin  sıx  olduğu  (5-20%)  və  metal  əldə  olunmasının  qazanclı  olduğu 

yerlərdə  istifadə  olunur.  Bəzi  hallarda,  pirometallurgiya  metodundan  əvvəl  torpaq   

yuma  və  ya  fiziki  proseslərlə  torpaqdakı  çirkləndirici  konsentrə  edilir.  Civə  aşağı 

konsentrasiyada belə asanlıqla geri qazanıla bilər. 

Elektokinetik  metod  Metallarla  çirklənmiş  torpaqların  elektrokinetik  yolla 

təmizlənməsi,  zərərli  maddələri  yüklü  ionlar  olaraq  mobilizə  etmək  üçün              

torpağa  yerləşdirilən  elektrodlarla  həyata  keçirilir.  onlar  və  kiçik  yüklü  hissəciklər 

elektrodlar  arasında  suyla  birlikdə  daşınarlar.  Anionlar  müsbət  yüklü  elektroda, 

kationlar  isə  mənfi  yüklü  elektroda  doğru  hərəkət  edirlər.  Tətbiq  olunan  axının 

torpaqdakı  yüklü  növləri,  hissəciklər  və  ionları  hərəkət  etdirməsi  elektromiqrasiya, 

elektroforez və elektroliz vasitəsilə həyata keçirilir. 

Elektrokinetik  metod  incə  dənəcikli  və  yüksək  dərəcədə  keçiriciliyi  olan 

torpaqlardakı  çirkləndiricilərin  ekstraksiyasında  olduqca  təsirlidir.  Çirkləndiricinin 

hərəkətinin    istiqaməti və dərəcəsi; çirkləndiricinin tipi və konsentrasiyası, torpağın 

tipi  və  quruluşu    kimi  bir  çox  faktor  tərəfindən  müəyyənləşdirilir.  Texnologiyanın 

səmərəsini artırmaq     üçün su  və  ya  bəzi uyğun  duz  məhlulları  sistemə  əlavə oluna 

bilər. [21] 

Metodun  ən  böyük  üstünlüyü,  həm  torpağın  yerindəcə  təmizlənməsində,            

həm    də  torpağın  qazılmasından  sonra  həyata  keçirilməsində  aşağı  xərcli  bir            



 

 

proses  olmasıdır.Lakin,  torpaq  kütləsi  içində  keçirici  bir  məsamə  mayesinin          



olması  zərurəti metoda ərazi xüsusiyyətlərinə bağlı məhdudiyyətlər gətirir. 

Su-duru  məhlulla  təmizləmə  Çirklənmiş  ərazinin  təmizlənməsində  tətbiq   

olunan bir digər üsul torpaqdan fiziki yolla ayrılması və uzaqlaşdırılmasıdır.  Fiziki 

ayırma  çirkləndiriciləri  torpaqdan  ayıran  duru  məhlulla  həyata  keçirilir.  Bu      üsul 

vasitəsilə  torpaqdakı  çirkləndiricilər  su  il  və  ya  duru  məhlulla    ekstraksiya  olunur. 

stifadə  olunan    su  və  ya  digər  həlledici  çirkləndiricini  həll  edərək  miqrasiyalarını    

artırır  və  ekstraksiya  olmalarını  asanlaşdırır.  Məhlulun  torpağın      səthiylə  yanaşı,        

ağır  metallarla  çirklənmiş  torpağın  daxili  səthinə  də  tətbiq  edilə  bilər.  Prosesin   

sonunda  istifadə  olunmuş  su  çirkli  ərazinin  altındakı  yeraltı  sulardan  nasos        

vasitəsilə  alınır.  Xrom  kimi  suda  asan  həll  ola  bilən  çirkləndiricinin 

kənarlaşdırılmasında  təkcə  suyun  tətbiqi  kifayət  edirdisə,  bir  sıra  çirkləndiricilərin     

həll  olunmasını  asanlaşdırmaq  məqsədilə  qatqı  maddələrindən  istifadə  olunur.             

Bu  maddələrin  tətbiqi  nəticəsində  torpağın  pH-ı  tənzimlənir  və  toksik  kationlarla    

toksik olmayan kationların yerdəyişməsi baş verir. 

Bu  metodun  effektivliyi  yüksək  konsentrasiyalı  çirkləndirici  ilə  həlledici 

arasındakı  təmasa  bağlıdır.  Prosesin  effektivliyinə  təsir  göstərən  digər  amillər 

təmizlənmə    potensialının  olması  və  torpağın  keçiriciliyidir.  Metdodun  uğurlu      

şə

kildə  tətbiq  oluna  bilməsi  üçün  torpaq  kimyası,  hidrogeologiya  və  nisbi       



keçiriciliyi  bilmək  lazımdır.  Duru  məhlulla  təmizləmə  üsulu  əsasən,  qumlu 

torpaqlarda  daha  yaxşı  nəticə  verir.  Metod  üçün  uyğun  məhlul  seçimində  kapilyar 

prosesləri,  suyun tərkibi və hidrolitik keçiricilik arasındakı əlaqəni bilmək lazımdır. 

Torpaq  yuyulması  metodu  Qazılmış  torpağa  tətbiq  olunan  və  torpaqdakı         

bir  çox  çirkləndiricilərin  üzvi,  ağır  metalların,  radioaktiv  çirkləndiricilərin 

kənarlaşdırılmasında  fiziki-kimyəvi  və  ekstraksiya  metodlarını  özündə  birləşdirə 

olduqca 


təsirli 

texnologiyadır. 

Suya 

ə

saslanan 



bu 

metod 


torpaqdakı          

çirkləndiriciləri  ayırmaq  üçün    mexaniki  proseslər  və  ya  çirkləndiricilərin  həllolma 

xüsusiyyətinə  əsaslanır.  Prosesin  sonunda  çirkləndiricilər  sərbəst  hala  gətirilərək 



 

 

torpağın  5-40%-ə  qədəri  həcmində  konsentrə  olunurlar  və  konsentrə  olunmuş          



hissə digər təmizləmə metodları ilə təmizlənir. 

Başqa bir sözlə ifadə etsək,   proses çirkləndiriciləri yox edən bir proses deyil, 

onları  konsantrə  edərək,  həcmini  əhəmiyyətli  dərəcədə  azaldan  və  dolayı  yolla         

digər metodların maliyyə dəyərini aşağı  salan  metoddur. 

Torpağın  yuyulması  prosesi  torpağın  qazılması  və  nümünə  torpağın   

hazırlanması  ilə  başlayır.  Torpağın  hazırlanma  mərhələsi  qaya,  böyük  hissəciklərin,    

daş  qırıntılarının  torpaqdan  ayrılamsı  üçün  tətbiq  olunan  mexaniki  süzmədən      

ibarətdir.  Çirkləndirici  hissəcikləri  ayırmaq  üçün  duru  ayırıcılar,  mexaniki  tutucular     

və  süzgəclərdən  istifadə  olunur.  Prosesdə  ayrılan  fraksiyaların  tutulması  üçün     

sistemlər  mövcuddur.  Qazma  və  hazırlıq  mərhələsindən  sonra  nümunə  torpaq 

çirkləndiricilərinin ayrılması üçün suyla və   su əsaslı həllediciylə qarışdırılır. Daha 

sonra  torpaq  istifadə  olunan  həlledicidən  ayrılır    və  nisbətən  yüksək  həcmli  qaba        

qum    və  gil  fraksiyası  olaraq  geri  qazandırılır.  Son  mərhələdə  geriyə  qalan  gil   

fraksiyası çökdürmə üsulu ilə təmizlənir. 

Bəzi  hallarda  çirkləndiricini  daha  qısa  zamanda  təmizləmək  üçün  məhlula      

turşu  və  spirt  kimi  kimyəvi  maddələr  əlavə  olunur.  Bunların  içərisində  turş  sularla 

yuyulmaya  daha  çox  təsadüf  edilir.  Turş  sular  ağır  metallarla  qüvvətli  kompleks 

birləşmə    əmələ    gətirməsinə  və  yeraltı  sularda  bioloji  parçalanmaya  daha  az          

məruz qalmasıyla   səciyyələnir. 

Torpağın  təmizlənməsi  və  immobilizasiyası  metodları  içərisində  fiziki 

bariyerlərin  istifadəsi  (ərazidə  qalması  prinsipinə  əsasən)  iqtisadi  cəhətdən     

ə

lverişlidir.  Lakin  bu  üsulun  tətbiqi  zamanı  çirkləndirici  tam  olaraq  təmizlənmir. 



Çirkləndiricilərin  immobilizasiyasını  təmin  edən  stabilizasiya  və  vitrifikasiya       

prosesi  maliyyə  cəhətdən  yüksək  olmasına  baxmayaraq  əraziyə  birbaşa  tətbiq 

olunduqda  nisbətən  ucuz  başa  gəlir.  Stabilizasiya  üsulunun  maliyyə  dəyəri 

çirkləndiricinin dərinliyi və torpağın homogenliyi ilə bağlıdır. Bu üsul çirklənmənin   

çox  dərin  olmadığı  ərazilər  üçün  istifadə  olunan  texnologiyadır.  Vitrifikasiya  isə, 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə