Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

Məlum  olduğu  kimi,  ağır  metallar  torpağa  təbii  və  texnogen  proseslərin 



nəticəsində  daxil  olur.  Bu  baxımdan  fitoremediasiya  metodu  çirkləndiricinin 

təbiətinə görə qruplaşdırılır. 



FitoekstraksiyaTorpağı  çirkləndirən  ağır  metalların  bitkinin  kökləri      

vasitəsilə  alınması  üsuludur.  Bitkilər  torpaqdakı  zərərli  maddələri  mənimsəməkdə 

müxtəlif  xüsusiyyətlərə  malikdirlər.  Bununla  əlaqədar  çirkləndiricilərin  yüksək 

konsentrasiyasına  dözümlülük  göstərən  bitkilərdən    istifadə  olunmalıdır.  Bu  üsul 

yüksək    konsentrasiyada ağır metallarla   çirklənmiş torpaqlarda mühüm əhəmiyyət 

kəsb edir. Yüksək miqdardaçirklənməyə məruz qalmış torpaqlarda hiperakkumlyator 

bitkilər  eyni  zamanda  absorbsiya  səviyyəsinin  yüksək  olması  ilə  əlaqədar  istifadə 

olunur.  Çirklənməni  müəyyən  səviyyəyə  endirmək  üçün  bu  üsul  tez-tez 

təkrarlanmalıdır.  Bəzi  hallarda      fitomininq  adlandırılan  üsulun  köməyilə  bəzi 

metalların yenidən işlənərək  istifadəyə yararlılığı təmin olunur. [19] 

Sink,  mis  və  nikel  kimi  ağır  metal  tərkibli  birləşmələr  fitoekstraksiya          

metodu  vasitəsilə  təmizlənir.  Bitkilər  bu  metalların  yüksək  konsentrasiyasını        

kökləri  vasitəsilə  torpaqdan  alaraq,  vegetativ  orqanlarında  depolayırlar.  Bu       

səbəbdən,  fitoekstrasiya      üsulunun      tətbiqinə      yararlı      hiperakkumlyator  bitkilər 

istifadə  olunur.  Daha  sonra  bu  bitkilər  yığılaraq  yandırılır  və  ya  başqa  metodlar 

vasitəsilə zərərsizləşdirilir. 

Fitoekstraksiya  metodunun  effektivliyi  bitkinin  biokütlə  hazırlama  sürətinə        

və  ağır  metalları  gövdə  hissəsində  absorbsiya  edə  bilməsinə  əsaslanır.  Bu  metoda  

uyğun  hiperakkumlyator  bitkilərin  seçilməsi,  genetik  tədqiqatar  əsasında  bitkilərin 

təkmilləşməsi fitoremediasiya texnologiyasının əsas istiqamətlərindəndir. 



Rizofiltrasiya  Bu  üsulun  tətbiqində  bitkilərdə  filtr  funksiyası  yerinə           

yetirən  güclü  kök  sisteminin  olması  zəruridir.  Bu  üsuldan  daha  çox  ağır            

metallarla  çirklənmiş  suların  təmizlənməsində  istifadə  olunur.  Çirkləndirici  ya     

bitkinin  kök  səthində  absorbsiya    olunur  ya  da  köklər  vasitəsilə  udularaq  bitkinin     

digər  orqanlarına  nəql  olunur.  Rizofiltrasiya  metodu  üçün  istifadə  ediləcək 



 

 

hiperakkumlyator  bitkilər  əvvəlcədən  başqa  bir  çirkəndirici  mühitə  adaptasiya       



olunur. 

Fitostabilizasiya  Bu  metod  adətən  eroziya  baş  verən  ərazilərdə  eroziyanın  

yayılmasını  və  yeraltı  sulara  çirkləndiricilərin  keçməsinin  qarşısını  almaq        

məqsədilə    tətbiq  olunur.  Bu  metodda  bitkilər  kökləri  vasitəsilə  çirkləndiriciləri        

fiziki  və  kimyəvi  yolla  immobilizə  edir.  Fitostabilizasiya  texnologiyasının  tətbiqi      

ağır  metallarla  çirklənmiş  torpaqlarda  böyüyə  bilən  və  torpağın  fiziki,  kimyəvi,     

bioloji  xüsusiyyətlərini  daha  az  dəyişən  bitkilərin  istifadəsinə  əsaslanır.  Bu        

metod  üçün  istifadə  olunacaq  bitkilər  güclü    kök  sisteminə  malik  olmalı,  ağır 

metalların      yüksək  konsentrasiyası  şəraitində  yüksək  miqdarda  biokütlə  hazırlaya 

bilməlidir. 

Fitoremediasiya  metodunun  müxtəlif  növlərinin  tətbiqi  üçün  bir  sıra  bitki    

növləri  mövcuddur  ki,  bu  bitkilərin  hər  biri  müxtəlif  kimyəvi  elementlərin     

udulmasına qarşı  daha  həssasdırlar. 

Fitoremediasiya  texnologiyası  vasitəsilə  hiperakkumlyator  bitkilər  tərəfindən 

mənimsənilən  çirkləndiricilər  təbiətinə  görə  bir  neçə  yerə  bölünür:  metallar               

(Ag,  Cd,  Co,  Cr,  Cu,  Hg,  Mn,  Mo,  Ni,  Pb,  Zn),  metalloidlər  (As,  Se),       

radionukleidlər  (90Sr,  137Cs,  239Pu,  238U,  234U)  və  digər  üzvi  çirkləndiricilər. 

Bitkilər  tərəfindən  təbii  çirkləndiricilərin  və  ya  ağır  metalların  mənimsənə  bilməsi    

üçün  ilkin  olaraq,  ekoloji  şəraitin  bitkilər  üçün  optimal  səviyyədə  olması            

lazımdır.  Bununla  yanaşı  digər  edafik  və  biotik  faktorlar  da  uyğun  olmalıdır.   

Torpaqdan  ağır  metalları  mənimsəmə  gücü  yüksək  olan  bitkilərin  lokal                

olaraq  yayıladıqları  və  özlərinə  xas  yaşayış  şəraitinin  olduğu  müəyyənləşmişdir.     

Lakin  çox  geniş  ərazilərdə  yayılan  və  fitoremediasiya  metodunda  istifadə  edilən   

bitkilər də mövcuddur. [22] 

Bitkinin  kökləri  vasitəsilə  mənimsənilən  ağır  metalların  bir  qismi                     

bitki  orqanizmində  fermentlərin  köməyilə  kimyəvi  tərkibini  dəyişir,  digər  bir      

qismi  isə  torpaqdan  aldığı  çirkləndiriciləri  transpiasiya  yolu  ilə  kənaslaşdırır.       




 

 

Mənimsənilən  ağır  metalların  digər  bir  qismi  isə  heç  bir  kimyəvi  dəyişikliyə    



uğramadan  bitkinin  yerüstü  orqanlarında  toplanır  və  yığım  vaxtı  torpaqdan 

kənarlaşdırılır. 

Fitoremediasiya  metodunun  tətbiqində  bir  sıra  müsbət  və  mənfi  cəhətlər      

vardır. 


Müsbət cəhətləri aşağıdakılardır: 

•  Digər təmizləmə metodları ilə müqayisadə iqtisadi cəhətdən səmərəlidir. 

•  Tullantıların kənarlaşdırılması üçün əlavə sahələrə ehtiyac yoxdur. 

•  Digər  metodlarla  müqayisədə  insanlar  tərəfindən  qəbul  edilən  estetik 

görüntüyə malikdir. 

•  Yerindəcə  təmizləmə  xüsusiyyətinin  olmasına  görə  çirklənmiş  torpağın  başqa 

bir yerə köçürülməsinə ehtiyac qalmır. 

•  Bir növ çirkləndiriciylə yanaşı, bir neçə növ çirkləndiriciyə qarşı eyni zamanda 

mübarizə aparılır. 

Mənfi cəhətləri aşağıdakılardır: 

•  Metodun effektivliyi bitkilərin ərazinin edafik və biotik şəraitinə uyğunlaşması  

ilə yanaşı, çirkləndiriciyə qarşı müqavimətinə də bağlıdır. 

•  Yarpaqda toplanan çirkləndiricilər xəzan vaxtı yenidən torpağa qarışa bilər. 

•  Yanacaq  odun  olaraq  istifadə  edilən  bitkilərin  toxumalarında  çirkləndirici 

toplanması ehtimalı var 

•  Digər təmizləmə metodları ilə müqayisədə təmizləmə prosesi uzunmüddətlidir. 

•  Çirkləndiricinin  həll  olaraq  suyla  qarışması  nəticəsində  torpağa  qarışması 

ehtimalı  arta bilər. 

Fitoremediasiya  metodu  çirkləndiricilər  içərisində  ağır  metallar  və  təbii 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə