Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   23   24   25   26   27   28   29   30   31

 

 

22.



 Blaylock M.J., Huang J.W.,  Phytoextraction of Metals, Phytoremediation of 

Toxic Metals: New York, Wiley 2000. 

23.

 Brooks R.R., (Ed.), Plants that hyperaccumulate heavy metals: their role in 



phytoremediation,  microbiology,  archaeology,mineral  exploration  and 

phytomining, CAB International, New York 1998, 380 s. 

24.

 Mirsalia,  (  2004),  Soil  pollution:  origin,  monitoring  and  remediation



Springer–Verlag Berlin Heidelberg

.

 



25.

 Clemens  S.,  (2006),  Toxic  metal  accumulation,  responses  to  exposure  and 



mechanisms of tolerance in plants

, Biochimie, 88 

26.

 Abumaizar, R.J. and Smith, E.H. (1999) Heavy metal contaminants removal 



by soil washing, Journal of Hazardous Materials, 86. 

27.


 Lasat  M.M.,  (2000),  Phytoextraction  of  metals  from  contaminated  soil:  A 

review  of  plant/soil/metalinteraction  andassessment  ofpertinent  agronomic 

issues

, Journal of Hazardous substance Research

/

 

28.



 

www.eco.gov.az

 

29.


 

www.cografiya.info

 

30.


 

www.ecology.com

 

 

 



 

 

XÜLASƏ 



 

Magistr  dissertasiyası  80  səhifədə  çap  edilmiş,  giriş,  3fəsil,  nəticə  və 

təkliflərdən , həmçinin ədəbiyyat siyahısından ibarətdir. 

Tədqiqat işinin yerinə yetirilməsində müqayisəli-coğrafi, riyazi-statistik, fiziki-

kimyəvi metodlardan istifadə olunmuşdur. 

Tədqiqatın  “Giriş”  hissəsində  mövzunun  aktuallığı,  tədqiqatın  məqsədi, 

tədqiqatın elmi yeniliyi, tətbiq sahələri ətraflı təhlil edilmişdir. 



 

 

Fəsillər  daxilindəki  mövzular  məntiqi  ardıcıllıqla  yerinə  yetirilmişdir. 



Mövzuların  yerinə  yetirilməsində  zəngin  xarici  ədəbiyyatlardan  və  tədqiqat 

materiallarından istifadə edilmişdir.  

Tədqiqat işinin sonunda nəticə və təkliflər qeyd edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

РЕЗЮМЕ



 

Магистерская

  диссертация  состоит  из  80  стр.,  ведение,  3  глав,  выводов 

рекомендация

 также списка литературы.  

При


  выполнение  исследовательской  работы  были  использованы 

сравнительно

-геогрфический,  математичиско-геогрфический,  математико- 

статистический

, физико-химический методы. 



 

 

В



  Ведении  сделано  всесторонный  анализ  по  актуалностье.  Темы, 

областей


 использование результатов исследование, навизна работы. 

В

  диссертайии  использованы  богатый  материал  зарубежной  литературы  



и

 исследовательских работ. 

В

 конце диссертации дано выводы и предложении. 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

REFERAT

 

 



Torpaqların  ağır  metallarla  çirklənməsi  torpağın  içərisinə  daxil  olan    toksiki 

kimyəvi  elementlərin  torpağın  ekoloji  strukturunu  pozmasıdır.  Bu  çirklənmə  növü 

xarakterinə  görə  kimyəvi  çirklənmə  qrupuna  aid  edilir.  Torpağın  ağır  metallarla 

çirklənməsi  zamanı  torpağın  kimyəvi,  fiziki-kimyəvi,  bioloji  xüsusiyyətlərinin 

sıradan çıxması nəticəsində ekoloji tarazlıq pozulur.

 



 

 

Torpaqların  mədəniləşdirilməsi  və  əkinçiliyin  intensivləşdirilməsi  məqsədilə 



elmi  cəhətdən  zəif  əsaslandırılmış  tədbirlər,  otlaqların  və  meşələrin  səmərəsiz   

yollarla  istifadəsi,  intensiv  sənayeləşmə  və  urbanizasiya  torpaqların  ağır  metallarla 

çirklənməsinə səbəb olmuşdur.

 

Tədqiq  etdiyimiz  ərazidə  metallurgiya  sənayesinin  inkişafı,  yanacaq  istehsalı 

və  emalı,  nəqliyyat,  əkinçilik,  heyvandarlığın intensivliyi  ilə  əlaqədar  torpaqlar  ağır 

metallarla  çirklənməyə  məruz  qalmış  və  xüsusilə  metallurgiya  sənayesinin        

inkişaf  etdiyi  Gədəbəy,  Daşkəsən  rayonlarının  ərazisində  bu  çirklənmə  intensiv  hal 

almışdır.



 

Kiçik  Qafqazın  şimal-şərq  yamacı  torpaqlarında  ekoloji  mühitin  və  sabitliyin          

pozulmasının  başlıca  səbəblərindən  biri  dağ-mədən  sənayesinin  intensiv    inkişafı 

olmuşdur.  Dağ-mədən  sənayesinin  təsiri  ilə  dağ-çəmən  və  quru-çöl  landşaftı  ciddi 

struktur  pozuntularına,  bəzən  isə  kökündən  dəyişmiş  arzuolunmaz    texnogen 

landşaftlara  çevrilmişdir.  Texnogen  amillərin  təsiri  ilə  dağ-çəmən-çöl  landşaftı 

antropen parçalanmış və təbii estetikliyini itirmişdir.

 

Daşkəsəndə  dağ-mədən  və  filizsaflaşdırma  kombinatı  fəaliyyət  göstərir. 

Burada  filiz hasilatının açıq üsulla həyata keçirilməsi ətraf dağ-çəmən landşaftında 

ciddi struktur pozuntuları əmələ gəlmişdir. 

Daşkəsənin  dəmir  filizi  və  mərmər,  Zəyliyin  alunit,  Göygölün  bentonit  gili, 

Xoşbulağın  əhəngdaşı,  Yuxarı  Hacıkəndin  gips  daşı,  Daşsalahlının  bentonit  gili       

və  s.  təbii  ehtiyatların  istismarı  ilə  inkişaf  edən  dağ-mədən  sənayesi    yataqları       

dağ-çəmən  landşaftlarının  texnogen  pozulmasında  əsas  rol  oynayır.  Əmirvar-Qazax 

kəndlərinin  estetik  gözəlliyi  və  rekreasiya  potensialı  ilə  seçilən  dağ  çəmənləri 

landşaftları Alunitdağın mədən tullantıları ilə yararsız vəziyyətə düşmüşdür. Zəylik, 

Alunitdağ  mədənlərinin  istismarı  nəticəsində  hündürlüyü  20-30  m  olan  tullantılar 

müxtəlif  texnogen  relyef  formaları  əmələ  gətirmişdir.Dağ-çəmən  landşaftı daxilində 

ə

mələ  gələn  texnogen  dəyişmələr  və  pozuntular  təbii  fon  landşaftını  kəskin 



dəyişdirmiş, onun rekreasiya potensialını tam zəiflətmişdir. 

Daşkəsən  filizsaflaşdırma  kombinatı  sahəsində  600  hektardan  çox  sahə 

texnogen  relyef  formaları  ilə  örtülmüşdür.  Daşkəsən  dəmir  filizi  mədənlərinin 



 

 

istismarı  ilə  əlaqədar  olaraq  1,2  min  hektar  sahədə  meşə  və  çəmən  torpaqları    



yararsız  hala  düşmüşdür  ki,  bunun  da  0,5  min  hektarı  süxur  tullantıları         

altındadır.Dağ-mədən  tullantıları  və  ona  yaxın  ərazilərdən  götürülmüş  torpaq 

nümünələrinin  analizi  göstərir  ki,  torpağın  tərkibində  mikroelementlərin  və  ağır 

metalların  miqdarı  təbii  landşaftlara  nisbətən  xeyli  yüksəkdir.  Tullantı  süxurlarının 

səth  suları  ilə  yuyulması,  habelə  filtrasiya      nəticəsində  aktiv  kimyəvi  elementlər 

miqrasiya  edərək  torpağa  çökür  və  onu  çirkləndirir.  Təbii  torpaqlara  nisbətən 

tullantılarla  təmasda  olan  torpaqlarda  həmin  elementlərin  miqdarı  4-9  dəfə  artıqdır. 

Dəmir  mədən  tullantılarında  və  onların  təmas  etdiyi  torpaqlarda  sink,  mis,  kobalt, 

manqan,  bor  və  civənin  miqdarı  yol  verilən  konsentraiyadan  4-9dəfə  artıqdır. 

Qurğuşunun miqdarı isə 40 dəfədən  çoxdur. 

Kompleks  filiz  yataqlarından  çıxarılan  bəzi  metalların  emal  edilməsi  çox 

böyük  çətinliklər  yaratdığından,  zənginləşdirmə  texnologiyasının  aşağı  olması 

səbəbindən  tullantıya  göndərilən  son  materialda  itkilərin  miqdarı  yüksək  olurdu  və 

sonda  ümumi  yataq  üzrə  itkilər  yüksək  həddə  çatırdı.  Daşkəsən  filiz  yatağından 

çıxarılan  yüksək  tərkibə  malik  dəmir  filizinin  emal  olunduqdan  sonra  atılan 

tullantısının  tərkibi  belə,  zəngin  olaraq  qalırdı.  Belə  ki,  tullantı  hesab  edilən  bu 

məhsulda  böyük  miqdarda  filiz  atılırdı  ki,    inkişaf  etmiş  ölkələrdə  yataqlardan 

çıxarılan  filizin  miqdarı  bəzən    bu  tullantıların    tərkibindən  aşağı  olurdu.  Ona  görə 

istər  iqtisadi  səmərəlilik  baxımından  istərsə  də  ətraf  mühitə  dəyə  biləcək  ziyanın 

aradan  qaldırılması  baxımından  sənaye  tullantıları  üzərində  nəzarətin  düzgün 

təşkilinə riayət etmək lazımdır 

Dağ-mədən  filizsaflaşdırma  kombinatının  tullantıları  bilavasitə    buradan      

keçən  Qoşqarçay  dərəsinə  axıdılır.  Nəticədə,  bu  tullantılar  Qoşqarçay  dərəsininin    

landşaftında  ekoloji  gərginliyi  artırmış  və  landşaft  reaksiya  potensialını         

itirmişdir.Qeyd  etmək  lazımdır  ki,  uzun  illər  ərzində  Daşkəsən  yatağının  istismarı 

dövründə  Qoşqarçayın  dərəsində  30  mln.  tondan  artıq    tullantılar  yığılmışdır  ki,  bu 

tullantıların tərkibində külli miqdarda  qiymətli  kobalt vardır. 

Daşkəsən  və  Zəylikdə  açıq  üsulla  hasilatın  davam  etdirilməsi  gələcəkdə  

burada  ekoloji  gərgin  ocaqların  artmasına,  texnogen  sürüşmələrin  fəallaşmasına, 



 

 

məhsuldar  torpaqların  sıradan  çıxmasına  səbəb  olacaqdır.  Ərazinin  mühüm  



rekreasiya  rayonu  olduğunu  nəzərə  alaraq  dəmir  filizi  və  alunit  hasilatının  şaxta  

üsulu  ilə  aparılması  və  yararsız  vəziyyətə  salınmış  torpaqların  rekultivasiyası 

vacibdir. 

Ağır metalların birbaşa təsiri bitkilərdə yaratdığı problemlərlə, dolayı təsiri isə   

bu  bitkilərlə  qidalanan  insan  və  heyvan  orqanizmində  yaranan  problemlərlə  

ə

laqədardır.  Ağır  metalların  yalnız  müəyyən bir qismi  az  miqdarda konsentrasiyada 



bitkilər  üçün  əhəmiyyətlidir.  Bu  elementlərin  artıq  miqdarı  bitkilərdə  bir  sıra  

proseslərin  pozulmasına gətirib çıxarır.   

Bitkilər  fizioloji  inkişaflarını  tamamlamaqda  ehtiyac  duyduqları  maddələri 

torpaqdan asanlıqla mənimsəyirlər. Bu maddələr bitkilərdə mövcud olduğu formada 

torpaqda  da  vardır.  Bitkinin  qidalanmasında  hər  bir  qida  elementinin  rolu  olduqca 

müxtəlifdir. Torpaqda ağır metalların konsentrasiyası artdıqca, bitkilər bu elementləri 

passiv  şəkildə  mənimsəyərək  qida  zəncirinə  daxil  edir.  Bunun  nəticəsində  ağır    

metallar  bitkilərə  və  bitki  ilə  qidalan  insan  və  heyvanlara  toksiki  təsir  göstərir.  Bu 

onunla  əlaqədardır  ki,  bitkilər  yetişdikləri  torpaqda  özləri  üçün  lazım  olan  və  ya 

olmayan elementləri az miqdar olsa belə öz orqanizmlərində depolaya bilirlər. 

Ağır  metalların  tərkibində  insan  həyatı  üçün  vacib  olan  metallarla              

(sink,  dəmir,  molibden,  mis,  selen,  manqan  və  s.)  yanaşı,  orqanizm  üçün  toksiki 

təsirli maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və s.) var. Bu metallar 

yüksək  konsentrasiyada  bitkilərə  və  canlı  orqanizmlərə  ciddi  təsir  göstərərək  ,  bir  

sıra  problemlərin  yaranmasına  gətirib  çıxarır.  Qeyd  etmək  lazımdır  ki,  dəmir,  mis, 

sink,  molibden  manqan  və  s.  elementlə    yalnız    mikrodozalarda    orqanizm  üçün 

zəruridir,  izafi  dozalarda  olduqca  təhlükəli  xarakter  daşıyır.  Qurğuşun,  civə, 

kadmium,  arsen  istənilən  konsentrasiyada  canlı  orqanizmlər  üçün  zərərli  təsirə 

malikdir.  Belə  ki,  bu  elementlər  hətta  birləşmələr  halında  orqanizmə  daxil  olduqda 

güclü  zəhərlənmələr  baş  verir.  Onlar  qanda  olan  aminturşularla,  fermentlərlə  və 

vitaminlərlə  kompleks birləşmə əmələ  gətirərək, orqanizmin həyat fəaliyyətinə ciddi 

təsir göstərir. 




 

 

Canlı  orqanizmlərdə  ağır  metallar  az  miqdarda  bioloji  aktiv  maddələrin 



tərkibinə daxil  olub onun  həyat  fəaliyyəti  proseslərini normal  gedişini  nizama  salır. 

Texnogen  çirklənmə  nəticəsində  bu  müvazinət  pozularaq  canlı  orqanizmlər  üçün 

mənfi,  bəzən  fəlakətli  nəticələrə  səbəb  olur.  nsan  orqanizminə  daxil  olan  ağır 

metallar əksər halda qaraciyərdə, böyrəklərdə toplanır.  

Bitkiyə  daxil  olduqda  ağır  metallar  onun  orqan  və  toxumalarında  olduqca  

qeyri  bərabər  yayılır.  Məsələn,  bitkinin  kök  sistemində  sink  yerüstü  hissəsinə 

nisbətən  çox  yığılır,  yerüstü  orqanlarda  sink  əksər  halda  köhnə  yarpaqlarda     

toplanır.  Buğda  bitkisinin  kökləri  yarpağına  nisbətən  yüksək  miqdarda  qurğuşun      

və kadmium toplanması ilə fərqlənir. 

Ağır 


metallarla 

çirklənmə 

zamanı 

torpaqda 



toplanan 

yüksək          

konsentrasiya  bitkilər  vasitəsilə  qida  zəncirinə  keçir  və  nəticədə  heyvan  və          

insan  orqanizmində  müxtəlif  pataloji  halların  yaranmasına  səbəb  olur.  Bu      

baxımdan  ağır  metalların  yaratdığı  çirklənməni  qiymətləndirməli  olsaq  heç  bir 

iqtisadi  göstərici  ilə  bu  ziyanı  ifadə  etmək  olmaz  və  son  nəticədə                  

vəziyyətin  belə davam etməsi torpağın üzvi aləminin məhv olmasına gətirib  çıxara 

bilər. 


Ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi ekologiya mühəndisliyinin 

problemli  istiqamətlərindən  biridir.    Çirklənmiş  torpağın  kompleks  fiziki,  kimyəvi, 

bioloji xüsusiyyətləri,      çirkləndiricilərin torpaq mühitində yayılması və hərəkəti ilə 

bağlı  məhdud  informasiyanın  olması  kimi  faktorlar    təmizləmə  fəaliyyətinin 

maaliyyələşməsində      bir sıra çətinliklər yaratmış, eyni zamanda köhnə təmizləmə 

texnologiyalarının    tətbiqinə  səbəb  olmuşdur.  Bununla  əlaqədar  torpaqların  ağır 

metallardan  təmizlənməsində  iqtisadi  cəhətdən  səmərəli      və      yüksək      effektli  

texnologiyaların tətbiqinə ehtiyac yaranır.  

zolyasiya, 

immobilizasiya, 

toksikiliyin 

azaldılması, 

fiziki 

ayırma,        



ekstraksiya  torpağın  təmizlənməsində  əsas  üsullar  kimi  qiymətləndirilir.  Ağır    

metallarla  çirklənmiş  torpaqların  təmizlənməsində  ərazinin  xarakteristikası,         

metalın  növü,  konsentrasiyası,  çirklənmiş  torpağın  sonrakı  istifadəsi  kimi  mühüm 



 

 

faktorlar diqqətdə saxlanılmalıdır. 



 

Torpağın  ağır  metallardan  təmizlənməsi  ərazinin  yenidən  istifadəyə 

yararlılığının  bərpası  baxımından  iqtisadi  alternativdir.  Torpağın  təmizlənməsi  üçün 

fiziki,  kimyəvi,  termiki,  bioloji  prosesləri  özündə  cəmləşdirən  bir  sıra  metodlar 

mövcuddur. 

Düzgün 


metod 

seçimi 


ə

razinin 


xarakteristikasından, 

çirkləndirici                

metalın  növündən,    konsentrasiyasından  və  ərazinin  sonrakı  istifadəyə  yararlılığı      

kimi  bir  sıra  faktorlara  bağlıdır.  Torpağın  təmizlənməsi  əsasən  ərazinin  qazılması,    

izolə  edilən  və  ya  təmizlənən  torpağın  təkrar  yerinə  doldurulmasıyla  həyata        

keçirilir.  Lakin  son  illərdə  torpağı  qazmadan  birbaşa  ərazidə  tətbiq  olunan 

texnologiyalar daha da sürətlənmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə