2
M Ü N D Ə R C A T
Giriş .................................................................................................................... 3
Fəsil 1. Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları .................................. 7
1.1.
Maliyyə menecmentinin yaranma tarixi........................................................ 7
1.2.
Maliyyə menecmentinin konseptual əsasları........................... ................... 22
1.3 Müəssisə maliyyəsinin təşkilinin nəzəri əsasları ........................................31
FƏS L 2. Müəssisədə maliyyə resurslarının formalaşması strategiyası..................42
2.1 Maliyyə resurslarının formalaşması prosesinin idarə edilməsi......................42
2.2 Müəssisələrdə divident siyasəti .....................................................................47
2.3 Müəssisənin maliyyə resurslarının istifadə istiqamətləri .............................55
Fəsil 3. Müəssisədə maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsinin
başlıca istiqamətləri ................................................................................... 60
3.1.
Müasir şəraitdə maliyyələşdirmə metodlarının təkmilləşdirilməsi .............60
3.2
Pul axınlarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi...................67
3.3 nflyasiya şəraitində maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi 77
Nəticə və təkliflər ............................................................................................... 88
stifadə edilmiş ədəbiyyat .................................................................................... 90
3
Giriş
Mövzunun aktuallığı.
Qlobal maliyyə böhranının təsiri maliyyə sistemində daha
çox psixoloji xarakterli olmuş və maliyyə institutlarının inkişaf strategiyalarını
yenidən nəzərdən keçirməyə sövq etmişdir. Maliyyə sistemi çərçivəsində maliyyə
resurslarının yenidən bölüşdürülməsi həmişə müəyyən məqsədlərin əldə
olunmasına yönəldilmişdir. O, idarəetmənin müəyyən sxeminin yaradılmasını tələb
edir.
Maliyyə siyasətinin əsas məqsədləri: səmərəli dövlət və bələdiyyə
idarəçiliyinin maliyyə təminatı, dövlət siyasətinin prioritet istiqamətlərində
maliyyə resurslarının cəmləşdirilməsi, milli sərvətlərin və əvəzedilməz resursların
istifadə olunması üçün rasional rejimin müəyyən olunması, dövlətin maliyyə
sabitliyinin və maliyyə təhlükəsizliyinin təmin edilməsi, əhalinin dövlətin sosial
siyasət tapşırıqlarına cavab verən normativ həyat səviyyəsinin təmin olunmasıdır.
qtisadi sistemin transformasiyası şəraitində Azərbaycanda bazar prinsipləri
ə
sasında fəaliyyət göstərən iqtisadi cəhətdən təhlükəsiz və sivil cəmiyyətin
qurulması zərurəti xeyli dərəcədə ölkənin maliyyə potensialının formalaşması, ölkə
iqtisadiyyatının aparıcı sahələri üzrə onların düzgün bölüşdürülməsi və istifadəsi
ilə müəyyən olunur. nkişaf etmiş ölkələrin iş təcrübəsi göstərir ki, maliyyə
potensialından istifadə problemi mürəkkəb və sistemli bir prosesdir. Keçid iqtisadi
şə
raitində maliyyə potensialının formalaşması və istifadəsi özünə dövlətin və
təsərrüfat subyektlərinin iqtisadi mənafelərinin uzlaşdırılmasını daxil edir. Deməli,
maliyyə potensialından səmərəli istifadə mexanizmini həm ölkə, həm onun
regionları səviyyəsində, eləcə də təsərrüfat subyektləri üzrə qarşılıqlı fəaliyyət
halında müəyyən edilməlidir. Bu proses isə öz növbəsində biznes mühitinin
yaradılması ilə bilavasitə bağlıdır.
Maliyyə menecmentinin müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət
kimi formalaşmasına biznesin idarə edilməsində yaranmış meyllərin reallığına
alimlərin və praktiklərin təbii reaksiyası səbəb olmuşdur. Biznesin idarə