23
cəmiyyətin ən varlı və kasıblar təbəqəsinə parçalanmasına, sosial gərginliyin
artmasına səbəb ola bilər. Digər iqtisadçılar, məsələn M.Fridman, Dj.Xiks və
başqaları isə əksinə iqtisadi proseslərə dövlətin müdaxiləsinin yolverilməz
olduğunu söyləyirlər. Onlar hesab edirlər ki, biznes fəaliyyəti ilə məşğul olan
firmanın əsas funksiyası tələb olunan məhsulun buraxılışı və mənfəətin
alınmasıdır. Yalnız dövlətin müdaxiləsindən azad iqtisadi münasibətlər istehsalın
səmərəliliyinin yüksəldilməsini və demokratik cəmiyyətin inkişafını təmin edir.
Real iqtisadi proseslər isə axırıncı nöqteyi-nəzərə yol vermir. qtisadi
münasibətlərin inkişafı təkcə xüsusi kapitalın nəzarəti altında gedə bilməz, bu
prosesdə dövlət, fəhlələrin həmkarlar ittifaqı, istehlakçılar qrupu və başqa ictimai
təşkilatlar iştirak etməlidirlər.
Hazırda elə bir ölkə yoxdur ki, iqtisadiyyatın inkişafının idarə edilməsində,
maliyyə fəaliyyətinin tənzimlənməsində, uçot stavkalarına nəzarətdə dövlətin bu və
ya digər dərəcədə rolu hiss edilməsin.
Obyekt-məqsədli yanaşmanın əsasını idarəetmə obyektlərinin strukturi-
zasiyası təşkil edir, yəni məntiqi sual yaranır: «Maliyyə meneceri nəyi idarə
etməlidir?».
Prosedur-məqsədli yanaşma maliyyə menecmentinin prosedurlarının
strukturizasiyasına əsaslanır, yəni məntiqi sual yaranır: «Müəssisənin fəaliyyətinin
ə
sas məqsədinə nail olunması üzrə tədbirlər sistemində hansı əsas prosedurları
maliyyə meneceri yerinə yetirməlidir?».
Obyekt-prosedur yanaşması maliyyə menecerinin fəaliyyətinin statik və
dinamik aspektlərinin birləşdirilməsi hesabına yuxarıda deyilənləri sintez edir.
Burada məntiq aydındır və ona əsaslanır ki, birinci və ikinci yanaşmalarda zəif
cəhətlərin olması istisna deyil.
Maliyyənin idarə edilməsinin nəzəriyyəsi və praktikası sahəsində baxılan
yanaşmalar ingiltərə-amerika məktəbinin din nümayəndələrinin ideyalarına
ə
saslanır.
Məqsədi pul axınlarını optimallaşdırmaq olan maliyyənin idarə edilməsi
sisteminə ikisəviyyəli model kimi baxmaq məqsədəuyğundur:
24
− makrosəviyyə – dövlətin və yerli idarəetmə orqanlarının maliyyələrinin
idarə edilməsi;
− mikrosəviyyə – təsərrüfat subyektlərinin maliyyələrinin idarə edilməsi.
Makrosəviyyədə maliyyənin idarə edilməsinin əsas vəzifəsi dövlət və
bələdiyyə büdcələri və kreditlərini idarə etmək, monitar və fiskal siyasəti hə-yata
keçirməkdir. Makrosəviyyədə maliyyənin idarə edilməsinin məntiqi və prinsipləri
sahibkarlıq sektorunun, yəni təsərrüfat subyektlərinin maliyyəsi-nin idarə
edilməsində baza parametrlərini və məhdudiyyətləri müəyyənləş-dirirlər. Bununla
belə istənilən müəssisə bəzi sistemləri, təsərrüfat subyekt-lərinin maliyyəsinin
idarə olunması sisteminin konseptual əsasları kimi təsnifləşdirilən müəyyən
standartlar və qaydaların nəzəri ümumiləşdirilməsi üzrə həyata keçirilən
maliyyənin idarə olunmasını ifadə edir. Sözsüz ki, təsərrüfat subyektləri çoxlu
parametrlərinə: fəaliyyət növlərinə, müəssisənin ölçüsünə, aktivlərin strukturuna,
maliyyə strukturuna və s. görə fərqlənirlər ki, bu da hər bir konkret müəssisədə
maliyyənin idarə edilməsi sisteminə bilavasitə təsir edir, lakin onun fəaliyyət
məntiqi variantsız olaraq qalır.
Məhz bu məntiqin təsviri elmi istiqamət kimi maliyyə menecmentinin
məzmununu zənginləşdirir; bununla belə onun digər tərəfi – maliyyənin idarə
edilməsinin metod və üsullarının praktiki realizasiyası mövcuddur. Başqa sözlə,
maliyyə menecmentini həm elmi, həm də praktiki aspektdən xarakterizə etmək
olar. Birinci halda söhbət bu elmi istiqamətin konseptual əsaslarının təsviri, ikinci
halda isə təsərrüfat subyektinin maliyyəsinin idarə edilməsinin konkret metod və
üsulları barədə gedir.
Maliyyə menecmentinin mahiyyəti mümkün nəticənin alınması məqsədilə
maliyyə axınlarını optimallaşdırmaqdan ibarətdir. Çoxlu axınların, xüsusilə
müəssisəyə kənardan daxil olanların rəqs etməsi, bir qayda olaraq, maliyyə
müqavilələri şəklində tərtib olunmuş bəzi maliyyə münasibətlərinin qurulmasının
nəticəsidir. Axının iki əsas xarakteristikası olur: axının əvvəli, yəni maliyyə
resursları haradan alınmışdır; axının sonu, yəni bu resurs hara yatırılıb. Bundan
başqa, nəqədərki axınların çoxluğu və qarşılıqlı əvəz olunması vardır, maliyyə
25
menecmenti çərçivəsində həm yaranma mənbələri üzrə, həm də investisiyalaşdırma
variantları üzrə axınların optimal stukturu barədə məsələ ortaya qoyulur. Beləliklə,
maliyyə menecmenti maliyyə mexanizmləri, resurslar, maliyyələşmə mənbələri,
maliyyə nəticələri, cari pul axınları kimi baza elementlərinə ayrılır.
Məlum olduğu kimi, elm həqiqət haqqında obyektiv biliklərin formalaşması
və nəzəri cəhətdən sistemləşdirilməsi üçün insanın fəaliyyət sferasını ifadə edir.
Təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinə həmçinin bu subyektin
xüsusiyyətlərinə münasibət üzrə variantlaşmış müəyyən qanunauyğunluqlar xasdır.
Maliyyə menecmenti çərçivəsində həmin qanunauyğunluqlar sistemləşdirilir və
buna görə də maliyyə menecmenti öz kateqoriya aparatı və alətləri olan müstəqil
elmi istiqaməti ifadə edir.
Maliyyə menecmentinin konseptual əsasları dedikdə əhatə olunan siyasi-
iqtisadi mühit kontekstində təsərrüfat subyektinin maliyyə fəaliyyətinin idarə
edilməsi sisteminin fəaliyyət məntiqi, strukturu və prinsiplərini müəyyənləşdirən
nəzəri biliklərin məcmusu başa düşülür.
Maliyyə menecmentinin konseptual əsaslarını (CFjm) qarşılıqlı əlaqəli
səkkiz elementlərdən ibarət olan model şəklində təqdim etmək məqsədəuyğundur
CFjm = {S1, OT, SC, BC, FP, MM, SS},
harada, S1 – iştirakçıların maraqları;
OT – maliyyənin idarə edilməsi sisteminin məqsədlərinin ierarxiyası;
SC – kateqoriya sistemi;
BC – baza (fundamental) konsepsiya sistemi;
FP – maliyyə prosesləri;
MM – elmi-praktiki instrumentariya (metodlar, modellər, üsullar və
alətlər);
FM – maliyyə mexanizmləri;
SS – təminedici altsistemləri.
ş
tirakçıların maraqları. Təsərrüfat subyekti insan amilinin mütləq və üstün
iştirakı ilə resursların məcmusu kimi müəyyən edilən sosial-iqtisadi sistemi ifadə
Dostları ilə paylaş: |