Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə34/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   30   31   32   33   34   35   36   37   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

81

bazarlar  üzrə  idarəetmə  təşkilatı  daha  münasib  olacaq.  Bazarlar  üzrə 

idarəetmənin  təşkili  məhsullar  üzrə  idarəetmənin  təşkilinə  anolojidir. 

Bazarlar  üzrə  menecerlər  məsul  olduğu  bazarlarda  perspektiv  və  illik 

satış  və  mənfəət  planlarının  tərtibinə  cavabdehdirlər.  Belə  sistemin  əsas 

üstünlüyü kompaniyanın konkret müştəri qruplarının tələbatlarına uyğun 

təşkil  olunmasıdır. 

 

1992-ci  ildə  Unilever  kompaniyasının  şəxsi  gigieyna  məhsulları 



bölməsi  Elida-Gibbs  satışın  inkişafı  və  brend  üzrə  menecer  vəzifəsini 

ləğv  etdi.  Onların  Pears,  Faberge  Brut,  Signal  və  Timotei  kimi  çoxlu 

güclü  brendləri  var  idi  və  onlar  pərakəndə  tacirlərə  təqdim  etdikləri 

xidmətin səviyyəsini yüksəltməkdə və brendlərin inkişafına böyük diqqət 

göstərməyə qərarlı idilər. Bunun üçün iki yeni vəzifə yaradıldı: brendlə-

rin inkişafı üzrə menecer və müştərilərin inkişafı üzrə menecer. ştə-



rilərin inkişafı üzrə menecerlər müştərilərlə sıx əlaqədə işləyir; bundan 

başqa, onlar, üzərlərinə əvvəllər brend üzrə menecerlərin gördüyü bir çox 

öhdəliklər  götürdülər.  Beləliklə,  satışın,  əməliyyat  fəaliyyətinin  və  mar-

ketinq kampaniyasının koordinasiyasının yaxşılaşması imkanları yarandı. 



Brendlərin  inkişafı  üzrə  menecerlərin  yaradılması  innovasiyaların  və 

brendlərin starteji inkişafına daha çox vaxt ayırmağa imkan verdi. Onlar 

layihələrin  həyata  keçirilməsi  üçün  texniki  və  idarəetmə  resurslarını 

birləşdirmək hüququna malikdir. 

 

Elida-Gibbsin 

yenidən  təşkili  marketinq  və  satış  sərhədlərini 

keçir. Bu yanaşmada müxtəlif qrupların kollektiv işi əsas hesab edilir və 

bu  cəhət  ticarət  zallarına  da  yayılır.  Kompaniya  artıq  özündə  aparılmış 

dəyişikliklərin  müsbət  təsirlərini  hiss  edir.  Müştərilərin  inkişafı  üzrə 

menecerlər  düzgün  doldurulmuş  blankların  sayını  72%-dən  90%-dək 

artırmağa  nail  olmuşlar.  Brendlərin  inkişafı  üzrə  menecerlər  isə  altı  ay 

ə

rzində  -  adi  vaxtın  yarısından  da  az  vaxta    Aquatonici  (aerozol  dezod-



rantları) hazırlamışlar. 

Bundan  başqa,  dəyərlərin  yaradılması  və  onların  müştərilərə 

təqdim  edilməsinin  həlledici  prosesləri  əsasında  qurulmuş  təşkilati 

yanaşmaya ənənəvi struktur və mexanizmlərə nisbətən daha böyük diqqət 

verilir.  Təşkilatın  ənənəvi  iş  metodları  həddən  artıq  ləngdir,  dəyişik-

liklərə qarşı kütdür və sürətlə dəyişən bazarlarla, internet-kompaniyaları 

tərəfindən  olan  rəqabətin  yeni  tipləri  ilə  və    əməkdaşlıq  və  birliklər 

ə

sasında qurulmuş strategiyalarla bacarmaq üçün həddən artıq ətalətlidir. 



Misal  üçün,  belə  yanaşmalardan  biri  vençur  marketinqi  təşkilatıdır 

(Aufreiter et al., 2000) Məhz elə bu yanaşma nəticəsində  Starbucks bir 

ildən  də  az  müddətdə  milli  səviyyədə  özünün  Frappucinosunu  –  xətti 

menecer ideyasını aça bildi. Frappucino bazarda  dövriyyəsinin ilk ilində 



Starbucksa 

ABŞ-dakı  bütün  satışının  11%-ni  gətirdi.  Əgər  məsələdən 

ümumi  planda  danışsaq,  indi,  bəzən,  təşkilatın  ənənəvi  strukturları  ilə 

hesablaşmayaraq,  dəyər  yaradılması  prosesi  ətrafında  təşkilatın  bütün 




                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

82 


resurslarının  səmərəli  inteqrasiyasını  təşkil  etmək  lazımdır  (Hulbert  et 

al

., 2003). 

 

Kompaniyanın  hər  hansı  strukturu  və  ya  təşkilatı  seçməsindən 



asılı  olmayaraq  ona  müxtəlif  marketinq  tapşırıqlarını  həyata  keçirmək 

üçün  səriştəli  insanlar  lazım  gələcək.  Kadr  resurslarının  iki  mənbəyi 

mövcuddur: kompaniyanın öz heyəti və  ya kənardan cəlb edilmiş mütə-

xəssislər. Yeni bazarlara çıxma zamanı kənardan peşəkarların cəlbi daha 

az  vaxt  və  güc  xərci  tələb  edən  lazımi  səriştəliliyin  əldə  edilməsi  ola 

bilər. Səriştəliliyi kompaniya tərəfindən və ya kadrların hazırlanması üzrə 

müstəqil  təşkilatlar  tərəfindən  aparılan  təhsil  proqramları  vasitəsilə 

yaxşılaşdırmaq və inkişaf etmək olar. 



 

2.5.3 Nəzarət  

Marketinq  strategiyasının  reallaşdırılması  zamanı  marketinq  bölməsi 

vacib rol oynayır (fəaliyyətə nəzrət və monitorinq).  

Nəzarət  işlərini  iki  əsas  üsulla  həyata  keçirmək  olar:  bazar  fəa-

liyyəti  üzrə  və  maliyyə  fəaliyyəti  üzrə.  Satış,  bazar  payı,  müştərilərin 

münasibəti və onların loyallığı, həmçinin, onların vaxt ərzində dəyişməsi 

kimi  bazar  göstəricilərini  aparılan  strategiyanın  əsas  məqsədləri  ilə  ye-

nidən əlaqələndirmək olar. Lakin  təşkilatın bu məqsədlərə çatmağa can 

atması  nəticəsində  daha  vacib  nəticələri  əldən  buraxmamasını  təmin 

etmək  üçün,  fəaliyyət  nəticələri  göstəriciləri  məqsədin  müəyyənləşdi-

rilməsi zamanı istifadə olunan amilləri özünə daxil etməməlidir. 

Maliyyə  fəaliyyəti  nəticələri  məhsuldan  verimin  bu  verimin  əldə 

edilməsində  istifadə  olunan  resurslara  nisbəti  vasitəsilə  müəyyən  edilir. 

Ə

ksər hallarda marketinq və maliyyə fəaliyyəti bir-biri ilə ziddiyyət təş-



kil  edir.  Marketinq  məqsədləri  bazarda  uzunmüddətli  hökmranlığı  nə-

zərdə  tutanda  qısamüddətli  maliyyə  fəaliyyəti  zərər  çəkir.  Əgər  mene-

cerlərin mükafatlanması (əmək haqqının artırılması və ya vəzifənin yük-

səldilməsi)  qısamüddətli  maliyyə  fəaliyyətinə  əsaslandıqda  istisna  deyil 

ki,  uzunmüddətli  marketinq  məqsədləri  qısamüddətli  mənfəətə  qurban 

veriləcək.  Birləşmiş  Krallığın  bir  neçə  bazarında    yapon  kompaniyaları 

ilə  Britaniya  kompaniyalarının    apardıqları  strategiyaları  müqayisə  edə-

rək Doyl və b.-ları (Doyle et al., 1986) bu qənaətə gəlmişlər ki, yaponlar 

qısamüddətli mənfəətə istiqamətlənmiş Britaniya firmalarına nisbətən öz 

bazar  fəaliyyətlərini  daha  uzaq  perspektivi  nəzərə  almaqla  qurmağa 

meyllidirlər.  

Son  zamanlar  təşkilatın  maliyyə  gəlirləri  ilə  marketinq  fəaliyyə-

tini  daha  yaxşı  əlaqələndirmək  üçün  “marketinq  göstəricilər  sistemi” 

hazırlanır (Ambler, 2000).  Embler kompaniyanın istifadə etdiyi ən vacib 

marketinq göstəricilərini verir: 

Müştərilərə görə keyfiyyətin nisbi səviyyəsi; 




Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə