2
Redaktor:
Azərbaycan Milli Elmlər Akademiyasının
akademiki V.M.Məmmədəliyev
Rəy verənlər:
1. Biologiya elmləri doktoru, professor Q.T.Mustafayev
2. Biologiya elmləri doktoru, professor E.A.Axundova
Prof. Xudaverdi Qənbərov. Qurani-Kərimdə bioloji
fikirlər. Bakı – 2009, 68 s.
Kitabçada biologiya ilə bağlı bir çox elmi fikirlərin 1400
il bundan əvvəl müqəddəs Qurani-Kərimdə verilməsi göstərilir.
Bu fikirlər təkamül təlimi, embriologiya, klonlaşdırma, insan
anatomiyası və fiziologiyası, dermatologiya, genetika və
botanikaya aid olan məsələləri əhatə edir. Burada bioloji fikirlər
olan Quran ayələri, onların açıqlaması və bu fikirlərin müasir
elmi sübutları verilir.
Kitab elmi işçilər, müəllimlər, dini təhsil alan tələbələr,
habelə geniş oxucu kütləsi üçün faydalı ola bilər.
2009
)
07
(
658
2001000000 −
Q
©
«Bakı Universiteti» nəşriyyatı, 2001, 2009.
3
İKINÇI NƏŞRƏ ÖN SÖZ
Qurani-Kərim alimlər tərəfindən araşdırılıb öyrənildikcə
tükənməyən, əksinə daha da müəmmalı görünən, elmi kəşflər
artdıqca, elmdə köklü dəyişiliklər və inqilabi sıçrayışlar baş
verdikcə yenidən intəhasızlıq kəsb edən bir möcüzəvi kitabdır.
Burada elmin müxtəlif sahələrinə dair bir çox ayələr
mövcuddur.
Hesab edirəm ki, alimlərin – fiziklərin, kimyaçıların,
bioloqların, geoloqların və başqalarının əsas vəzifələrindən biri
də Qurani-Kərimdə olan ayələrin elmiliyini sübut edən müasir
elmi dəlilləri toplamaq və onları bəşəriyyətin diqqətinə qabarıq
şəkildə çatdırmaqdır. Əlbəttə, hər bir alim öz işlədiyi elmi
sahəsi ilə bağlı olan Quran ayələrini daha dürüst dərk edib,
onun elmi dəlillərini daha dəqiq və mükəmməl şərh edə bilər.
Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri
doktoru Xudaverdi Qənbərovun bu səpgidə apardığı
araşdırmalar çox zəhmət tələb edən bir iş və çox təqdirəlayiq
bir xidmətdir. Son dövrlərdə elmin sürətlə inkişafı insan zəkası
üçün qaranlıq qalan Quran ayələrinə tədricən aydınlıq gətirir.
X.Qənbərovun 2001-ci ildə nəşr olunmuş “Qurani-Kərimdə
bioloji fikirlər” adlı kitabının 2-ci nəşrinə yaranmış
ehtiyaclardan biri də məhz son elmi yeniliklər olmuşdur.
Şübhəsiz ki, biologiya sahəsində yeni elmi kəşflər üzə çıxdıqca
bu kitabın yenidən işlənməsinə və əlavələr edilməsinə ehtiyac
həmişə yaranacaq. Müəllifə öz axtarışlarında uğurlar diləyirəm.
Akademik V.M.Məmmədəliyev
4
BIRINCI NƏŞRƏ ÖN SÖZ
Qurani-Kərim ecazkar bir ilahi kitab olub Allah
tərəfindən insanlara qiyamət gününə qədər gələcək bütün
dövrlər üçün göndərilmişdir. Qurani-Kərim öz dərin qatlarında
elmin bütün sahələri üzrə çoxlu səhih fikirlər ehtiva edir.
Dünyanın bir çox tanınmış alimləri Qurani-Kərimdə olan bir
çox fikirlərin elmi sübutlarını vermişlər və belə axtarışlar indi
də davam etdirilir.
Qurani-Kərimin müqəddəs ayələrində verilən fikirlərin
mənaları ayrı-ayrı insanların təsəvvür etdiklərindən daha dərin
və zəngindir. Buna görə də ayrı-ayrı alimlərin Qurani-Kərimin
ayələri üzərində işləməsi çox vacibdir. Bu nəinki müqəddəs
ayələrdə olan mənaların dərk olunmasına xidmət edir, hətta
yeni elmi kəşflər üçün zəmin yaradır.
Bu baxımdan biologiya elmləri doktoru, professor
X.Q.Qənbərovun "Qurani-Kərimdə bioloji fikirlər" adlı
kitabçası çox faydalı və diqqətəlayiqdir. Müəllif Qurani-Kərim
ayələrində mövcud olan bir çox bioloji fikirləri ayırd etmiş və
müasir elmi ədəbiyyatda olan faktları axtarıb tapmaqla onların
elmi sübutlarını vermişdir.
Ayrı-ayrı mənbələrdən Qurani-Kərimin ayələrində olan
elmi, o cümlədən, bir çox bioloji fikirlərin müasir elmi sübutları
məlumdur. Lakin X.Q.Qənbərovun tərtib etdiyi bu kitabça
özünəməxsusluğu ilə seçilir. Belə ki, burada yalnız elmin bir
sahəsinə, yəni biologiyaya aid məsələlər toplanılıb geniş oxucu
kütləsinə çatdırılır. Digər tərəfdən, bioloji fikirlərin elmi
sübutları öz orjinallığı ilə seçilir.
Əlbəttə, burada Qurani-Kərimdə olan bütün bioloji
fikirlərin verilməsini hesab etmək olmaz. Bu sahədə müəllifə öz
axtarışlarını davam etdirməyi arzulayıram.
Akademik V.M.Məmmədəliyev
5
G İ R İ Ş
Qurani-Kərim, müsəlmanların əsas müqəddəs kitabı olub,
dünya ədəbiyyatının özünə məxsus yeganə bir incisi hesab
olunur. O, dünyanın inkişaf etmiş bir çox xalqlarının dilinə tər-
cümə olunmuş və bu ölkə xalqları öz inkişafında onun mənəvi
və elmi dəyərlərindən istifadə edirlər. Bütün bəşəriyyət üçün,
həm alimlər, həm də sadə insanlar üçün Quran, ilk növbədə
əvəzedilməz bilik mənbəyidir.
Son əsrlərə qədər Quran, müqəddəs dini bir kitab kimi
məlum olmuşdur. Müasir elm inkişaf etdikcə, xüsusən 19-20-ci
əsrlərdə elmin inkişafı böyük vüsət aldıqdan sonra onun həm də
dərin bir elmi kitab olması sübuta yetirilmişdir. Elmin elə bir
sahəsi yoxdur ki, Quranda ona toxunulmasın. Elmin bu və ya
digər sahəsi ilə bağlı olan Quran ayələrini dərk etmək və onun
doğruluğunu sübut edən dəlillər əldə etmək üçün alimlər
tərəfindən yüz illərlə tədqiqatlar aparılması tələb olunur. Buna
görə də Quranın bəşəriyyət üçün əhəmiyyətini bütövlükdə dərk
etmək və onu qiymətləndirmək ayrı-ayrı alimlərin öhdəsinə
düşə bilməz.
Quran ayələrinin açılması və dərk olunması üzərində
fizika, kimya, biologiya, geologiya, coğrafiya, astronomiya,
tarix, fəlsəfə, psixologiya və digər elm sahələrində çalışan
alimlərin birgə işləməsi (tədqiqatlar aparması) daha düzgün
nəticələr verə bilər.
Özünü müsəlman sayan hər bir alimin əsas vəzifələrindən
biri də Quranın elmi kitab olduğunu, ilk növbədə, təsdiq etmək
və onun, biliyi, dərin elmi əsaslara söykənən məişət
münasibətlərinin və sağlamlığın yollarını insanlara öyrədən bir
kitab olduğunu xalqa çatdırmaqdan ibarət olmalıdır.
Diqqətinizə təqdim olunan bu kitabçada Quranın müxtəlif
ayələrində müəllif tərəfindən dərk olunmuş bioloji fikirlər və
bu fikirlərin müasir elmi sübutları verilir. Göstərilən məsələlər,
ilk növbədə, yer üzərində həyatın yaranması, təkamül təlimi,