Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə10/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Postmodernizm  nəzəriyyəsi  məşhur  filosof  J.Liotarın,  Jak  Derridanın  və 

digərlərinin  fəlsəfi  konsepsiyası  əsasında  yaranıb.  Onun  fəlsəfəsinə  görə  "dünya-

mətndir",  "mətn-reallığın  yeganə  mümkün  modelidir".  Postmodernizmin  əsasında 

duran  ideya  mənbələrindən  bri  olan  Poststrukturalizmin  nəzəri  əsaslarının 

hazırlanmasına  filosof-kulturoloq  Mişel  Fukonun  və  başqalarının  böyük  rolu 

olmuşdur.  C.Bart,  T.Pinçon,  C.P.Danlivi,  D.Bartel  ("Qara  yumor  məktəbi"nin 

nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, U.Gibson,C.Barns,  .Kalvino 

və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar. 

Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz 

postmodernizm  anlayışları  mövcuddur  və  intellektual  əməyin  ən  müxtəlif 

sahələrində postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-

söhbətlər,  mübahisələr  aparılmaqdadır.  Riyaziyyatda  modernizm  hərəkatı  20-ci 

ə

srin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, 



o vaxt üçün vərdiş edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və 

deyək  ki,  günün bu günündə də bizim  Bakı  universitetlərində  həmin  bu qrandioz 

nəzəriyyələrin elementləri belə tədris olunmur (funksional analiz istisna olmaqla). 

Amma  20-ci  əsrin  sonlarından  başlayaraq  riyaziyyatçılar  uzun  nəzəriyyələri  yox, 

daha çox konkret nümunələri öyrənməyə meylləndilər. 

Ə

dəbiyyatda  postmodernizm  fəlsəfi  mənada  postmodernizmlə  və  daha  geniş 



sosial  mənada  işlənən  "postmodernizm"lə  sıx  bağlıdır.  "Biz  postmodern 

insanlarıq",  "biz  postmodern  dövrdə  yaşayırıq"  kimi  cümlələr  işlədə  bilərik,  və 

həqiqəti demiş olarıq. 

Modernizm  incəsənət,  ədəbiyyat,  siyasət,  fəlsəfə,  cəmiyyətin  bütün 

sahələrində  ənənəvi  dəyərlərə  etiraz  edib,  dünyanın  yenidən  təzə  prinsiblər 

ə

sasında  qurmaq  arzusunun  ifadəsi  oldu,  dünyanı  olduğu  kimi  təsvie  edən 



mimetizmdən  imtina  edib,  yaradıcı  müəllifin  maksimal  subyektivliyini  məqsəd 

kimi  görən  üslub  kultu  gətirdi.  Postmodernistlər  isə  bir  qədər  də  irəli  gedib, 

özlərini  nəinki  ənənəvi  dünya  fəlsəfəsi,  elmi  və  mədəniyyətinə,  həmçinin 

modernizmin  özünə  qarşı  qoydular,  dəyərlərin  inkarını  yox,  yenidən 

dəyərləndirilməsini, onlarla oyun prinsibini gündəmə gətirdilər. Modernistlər tarixi 



ə

nənənin  radikal  inkarçısı  kimi  çıxış  edirdilərsə,postmodernistlər  tolerant  şəkildə 

tarixi ənənəni yenidən başqa cür dərk etməyin tərəfdarı kimi çıxış etdilər. 

 

26.Azərbaycanda sosiomədəni situasiyanın spesifikliyi  

Qloballaşma 

dövrü 

özündə 


mədəni 

istiqamətlərin 

müxtəlifliyini 

sintezləşdirən  bəzi  xalqlar  və  dövlətlər  üçün  daha  təhlükədir.  ki  və  daha  çox 

sivilizasiyaların qovuşuğunda yaranan sosiomədəniyyətlər, öz müxtəlifliyi üzündən 

mədəni eyniliyi tamamilə aradan qaldıran qloballaşma proseslərinin təsirinə məruz 

qalır.  Azərbaycan  da  belə  ölkələrin  sırasındadır.  Qlobal  transformasiyalar 

kontekstində Azərbaycan gerçəkliyinin sosial-mədəni refleksiyaya ehtiyacı vardır, 

yəni millətin öz sosial varlığına nəzər salıb yeni dünya proseslərinin nəticələrinə nə 

dərəcədə hazır olduğunu yenidən dərk etməsinə dərin zərurət duyulur. Bu, təbii və 

məntiqi  sosial  dünyagörüşü  prosesidir,  ictimai  inkişafa  yeni  təkan  verən,  milli 

mənlik  şüurunu,  xalqın  mənəviyyatını  yeni  ideyalarla  zənginləşdirən  obyektiv 

reallığa    reaksiyadır.  XX  əsrin  sonunda  yenidən  milli  müstəqilliyinə  qovuşmuş, 

iqtisadi,  ictimai-siyasi,  mədəni-mənəvi  spektrlərinin  yüksək  potensialının  verdiyi 

imkan  baxımından  dünya-region  koordinatlarında  həmişə  layiqli  yer  tutmuş 

Azərbaycan  xalqının  həyatında  müasir  dünya  reallıqları  da  mühüm  yer  tutmağa 

başlamışdır.  Qloballaşan  dünyanın  lokal-regional  və  ümumdünya  mühitində 

Azərbaycanın  fəal  iştirakı  buna  canlı  sübutdur.  1994-cü  ildə  imzalanmış  “Əsrin 

müqaviləsi”,  “Bakı-Tbilisi-Ceyhan”  neft  və  “Bakı-Tbilisi-Ərzurum”  qaz 

kəmərlərinin reallaşdırılması, “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin 

həyata  keçirilməsi  istiqamətində  atılmış  uğurlu  addımlar,  tarixi  pək  yolunun 

bərpasında  ölkəmizin  iştirakı  Azərbaycanın  dünya  iqtisadi  məkanına 

inteqrasiyasının artıq real həyat hadisəsi kimi təzahür etməsinin əyani göstəricisinə 

çevrilmişdir.  Bunun  da  əhəmiyyəti  az  deyil:  qloballaşma  cəmiyyətin  və  ayrı-ayrı 

fərdlərin  qarşısında  duran  başlıca  məqsəd  və  vəzifələri  müəyyənləşdirir.  Bu 

məqsədlərə çatmaq üçün cəmiyyətin bütün daxili ehtiyatlarını səfərbər etmək çox 

zəruridir  —  hər  bir  vətəndaş  başa  düşməlidir  ki,  dövlətin  həyata  keçirdiyi 

islahatların son nəticəsi onun da öz vəzifələrini səylə və yüksək peşəkarlıqla yerinə 




yetirməyə  hazır  olmasından,  eləcə  də,  vətəndaş  kimi  mövqeyini  bildirməsindən 

asılıdır. Azərbaycan milli özünəməхsusluğun və bеynəlхalq qlоballaşmanın sintеzi 

yоlu ilə inkişaf еtməlidir. edirlər. 

 

27.Mədəni-maarif müəssisələrinin funksiyaları 

 

Mədəni maarif-müəssisələri, xüsusilə təhsil sferası mürəkkəbliyi, həm də öz 



daxili  struktur  komponentlərinin  qarşılıqlı  əlaqələri  ilə  fərqlənir.  Bu  sahə 

cəmiyyətdə  toplanmış  sosial  əhəmiyyətli  təcrübənin  yayılmasını  təmin  edən 

ixtisaslaşmış mədəniyyət sahəsidir, xüsusi, nisbi müstəqil submədəniyyətdir. Sosial 

planda  mədəni-maarif  müəssisələrinin  mahiyyətini  mütəxəssis  hazırlığına  verilən 

tələblər,  habelə  istehsal  proseslərinin  və  münasibətlərinin  təşkili  üçün  səciyyəvi 

olan  idarəetmə  və  münasibətləri  müəyyənləşdirirdi.  Onun  funksiyaları  - 

sosiallaşma,  təhsil,  qiymətləndirici, idraki,  dünyagörüşü,  tərbiyəvi,  kommunikativ 

və  s.vəzifələrin  həlli  üçün,  mədəniyyət  müəssisələrinin  çərçivəsində  yerinə 

yetirilən fəaliyyət növlərinin spesifik məcmusudur. Mədəni-maarif müəssisələrinin 

funksiyaları iki istiqamətdə səciyyələndirilə bilər: 

 

-bəşəriyyətin müxtəlifliyi, mədəni, mənəvi və intellektual zənginləşdirilməsi, 



sosial-siyasi,  konfessional  milli  özgələşmənin  aradan  qaldırılması,  sosial-mədəni 

funksiyaları;  Mənəvi-dəyər  potensialının  humanitar  mədəniyyətinin  səmərəli 

komponenti kimi inkişafı; Elmi dünyagörüşünün formalaşması, maarifləndirilməsi, 

qiymətləndirmə  və  normaları  ehtiva  edir;  Ənənəvi  xalq  mədəniyyətinin  qorunub 

saxlanılması  və  inkişaf  etdirilməsi,  tarixi  yaddaş,  bədii-yaradıcılıq  fəallığının 

inkişafı. 

 

-sosial  yönümlü-normativ  funksiyalar-  inteqrasiya,  sosial  hərəkət  və 



fəaliyyətin  stimullaşdırılması,  kommunikativ  mədəniyyətin  inkişafı,  təhsil  və 

tərbiyə sisteminin, sosial-ictimai fəallığının formalaşması. 

Bu  vəzifələrin  həlli  ilə  əlaqədar  mədəni-maarif  müəssisələri  aşağıda 

funksiyaları yerinə yetirir:  




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə