Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə8/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

təsisatlar, yəni nəşriyyat, kinostudiya, yaradıcılıq birlikləri, dərnəklər və s. mənəvi 

istehsal  üçün  yaradılır.  Digər  təsisatlardan,  yəni  kinoteatr,  lektoriyalar,  konsert 

birlikləri mədəniyyəti yaymaq üçün istifadə edilir. 

Mədəniyyət, həmçinin insanın evristik məqsədlərinin yerinə yetməsinə: onun 

yeniliyi dərk etməyin daha məhsuldar formalarının axtarılmasına, yaşadığı həyatın 

yeni yonlarının və metodlarının tapılmasına,  insanın  təbiətin  kortəbii  qüvvələri  

üzərində hökmranlığının güclənməsinə kömək edir. Mədəni tərəqqi obyektiv tarixi 

qanunauyğunluğun mədəniyyət varisliyinin təsiri səbəbindən baş verir. O, ictimai-

iqtisadi  formasiyalar  dəyişən  zaman  keçmiş  dövrlərin  mədəni  nailiyyətlərinin 

qorunub saxlanmasını, yaradıcılıqla mənimsənilməsini və bunun da əsasında yeni 

ictimai tələblərə uyğun mədəniyyətin yaranmasını təmin edir. 

Müasir  informasiya  cəmiyyətində  mədəni  dəyərlər  problemi  daha  aktualdır. 

Müasir dördə informasiya bolluğu insanların mədəni dəyərlərə yiyələnmək imkanı 

xeyli  artırsa  da,  bunun  müəyyən  fəsadları  da  ortaya  çıxmaqdadır.  Bu  da  milli-

mənəvi  dəyəərlərin  qorunub  saxlanılması  ilə  bağlıdır.  nteqrasiya  prosesinin 

qaçılmaz  olduğu  bir  zamanda  milli-mənəvi  əxlaqi  və  tərbiyəvi  dəyərlərimizin 

qorunmasına qayğı və maraq daha da artmışdır. Çunki qloballaşmanın ziddiyyətli 

gedişatından doğan bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. 

Buna  görə  də  biz  milli-mənəvi  dəyərləri  aşınmalardan  qorumalı,  milli 

mədəniyyətimizi  millətin  qloballaşmadan  özünü  müdafiə  vasitəsinə  çevirməliyik. 

Yalnız  birgə  səmərəli  fəaliyyət  nəticəsində  mədəniyyətəl  milli  ozunəməxsusluğu, 

milli-mədəni dəyərləri qorumaq və muhafizə etmək mümkündür. 

 

 

 



22.Mənəvi dəyərlərin yayılması və təbliği vasitələri 

Mənəvi dəyərlərin yayılma və təbliği aşağıdakı şəkildə həyata keçirilir: 

l)Təhsil sistemi: 

2)Kütləvi-informasiya vasitələri; 

3) Mədəniyyət müəssisələri vasitəsi ilə. 

Təhsil sisteminin üç mərhələsi cəmiyyətin həyatında əsas rol oynayır. 

1  )Məktəbəqədər  uşaq  müəssisələri.  Bu  müəssisələrdə  kiçik  yaş  qruplarında 

biliklərin əsası həm oyun, həm də məşq vasitəsilə qoyulur. Məsələn, rəsm, musiqi 

və s. Orta hazırlıq qruplarında isə oxumaq, yazmaq, hesab və sairlə. 

Təhsil  sisteminin  II  mərhələsi  isə  müxtəlif  tipli  orta  ümumtəhsil 

müəssisələrində  həyata  keçirilir.  (kimya,  riyaziyyat,  təmayüllü  məktəblər).  Orta 

təhsildə peşə məktəblərinin də müstəsna yeri vardır. Bu tipli tədris müəssisələrində 

eyni zamanda həm təhsil, həm də müəyyən sənət verilir. 

Təhsil sisteminin III mərhələsi isə orta ixtisas və ali məktəblərdə elmi biliklərin 

yüksəldilməsi, informasiyaların artırılması şəklində həyata keçrilir. 

Mənəvi  dəyərlərin  yayılmasında  kütləvi  informasiya  və  kommunikasiya 

vasitələrinin  də  xüsusi  rolu  vardır.  Bu  vasitələrdən  biri  radio-informasiyanın 

müəyyən məsafəyə elektromaqnit dalğaları vasitəsilə verilməsi üsuludur. Müstəqil 

bir  dövlət  kimi  artıq  XXI  əsrə  qədəm  qoyan  Azərbaycan  Respublikası  istiqlalını 

qorumaq,  demokratik  dövlət  qurmaq,  azad  bazar  iqtisadiyyatlı  bir  vətəndaş 




cəmiyyəti  yaratmaq  uğrunda  irəliləyir.  Bu  yolda  ən  çevik  informasiya  kanalları 

olan radio və televiziyanın da özünəməxsus yeri var. Radio güclü kommunikasiya 

vasitəsi  olmaqla  cəmiyyətin  həyatına  daxil  oldu.  Efirdə  səslənən  rəngarəng 

verilişlər  sübut  etdi  ki,  radio  həm  kütləvi  informasiya  vasitəsi,  həm  də 

mədəniyyətin  yorulmaz  təbliğatçısıdır.  O,  bəşər  münasibətlərinə,  mədəniyyət 

normalarına,  həyat  və  fəaliyyətin  hər  bir  sahəsinə  mahiyyət  etibarilə  o  qədər 

yenilik bəxş etdi ki, bu ilk zamanlarda həqiqətən də real möcüzə idi. 

lk  dəfə  Azərbaycan  radiosu  1926-cı  il  noyabrın  6-da  Respublika  Elmlər 

Akademiyasının  indiki  stiqlal  küçəsində  yerləşən  binasından  efirə  çıxmışdır. 

“Danışır  Bakı!”  sözləri  ilə  ödkəmizdə  radio  verilişlərinin  təməli  qoyulmuşdur. 

1927-ci ilin fevralında isə Bakıda radio verilişlərinə həsr olunmuş xüsusi müşavirə 

keçirilmiş,  1928-ci  ilin  aprelində  respublikanın  böyuk  şəhər  və  rayonlarının 

radiolaşdırılması planı təsdiqlənmişdi. 

Mədəniyyətin  inkişafında  mədəniyyət  müəssisələrinin  də  özgün  yeri  vardır. 

Bədii-tamaşa təşkilatları və mədəni – maarif ocaqları belə müəssisələrdəndir. 

Bədii  tamaşa  təşkilatlarının  aşağıdakı  tipləri  vardır:  teatrlar,  konsert  qostrol 

birlikləri,  sirk.  Bu  təşkilatların  vəzifəsi  peşəkar  sənət  əsərlərini  hazırlayaraq 

yaymaqdan ibarətdir. 

Mədəni-maarif  müəssisələrinə  isə  klublar,  muzeylər,  kitabxanalar  daxildir. 

Bunlar isə aşağıdakı funksiyaları yerinə yetirir: 

1) Mədəni-maarif işi vasitəsilə mənəvi sərvətləri yaymaq; 

2)  nsanları müxtəlif formalarda yaradıcılığa cəlb etmək. 

 

23.Texniki tərəqqi və mədəniyyə

XX əsrin 

ortalarından 

etibarən 

təbiət-cəmiyyət 

münasibətlərində 

keyfiyyətcə yeni,  dördüncü  mərhələ özünü  göstərir.  Onun  səciyyəvi  cəhətini 

müasir  elmi-texniki  tərəqqi  şəraitində  cəmiyyətlə  təbiət  arasındakı  ziddiyyətlərin 

kəskinləşməsi  təşkil  edir.  Bu,  öz  ifadəsini  müasir  ekoloji  böhranda,  bəşəriyyətin 

gələcək  mövcudluğuna  artmaqda  olan  təhlükəsində  tapır.  Ekologiya  elminin 

yaranması  da  elə  məhz  ekoloji  problemlərin  kəskinləşməsi  ilə  bağlı  olmuşdur. 

“Ekologiya”  elmi  bir  tədqiqat  sahəsi  olaraq  canlı  orqanizmlərin  ətraf  muhitlə 

murəkkəb qarşılıqlı təsir kompleksini öyrənir. «Ekologiya» terminini Ernst Hekkel 

1866-cı  ildə  «Ümumi  morfologiya»  monoqrafiyasında  işlətmişdir.  Hekkel 

«ekologiya»  deyərkən,  müəyyən  ərazidə  yaşayan  heyvanlar  və  bitkilərin  əlaqəsi, 

onların  bir-birinə  və  yaşadıqları  mühitə  münasibətləri  haqqında  elmi  nəzərdə 

tuturdu.  Bu  еlmin  inkişаfındа  S.I.Vаvilоv,  B.N.Sukаçеv,  Y.N.Pаvlоvskinin  və 

digər аlimlərin хidmətləri vаrdır. V.I.Vеrnаdskinin bu təlimin öyrənilməsində rоlu 

dаhа böyükdür. 

Ekoloji ziddiyyətin spesifikliyi ondadır ki, burada iki müxtəlif cinsli tərəflər, 

səviyyələr  bir-birinə  təsir  göstərir.  Təbiətdə  baş  verən  immanent  dəyişikliklər  öz 

növbəsində  cəmiyyətə  cavab  reaksiyası  verir,  ekoloji  ziddiyyətin  inkişafına  təsir 

göstərir, onun kəskinləşməsinə səbəb olur.  

Təbiət-cəmiyyət  münasibətləri  arasındakı  ziddiyyətlərin  kəskinləşdiyini  bir 

neçə faktlarda göstərək. Hesablamalar göstərir ki, ildə orta hesabla dünya okeanına 

20  mlrd.  ton  zərərli  vasitələr  axıdılır.  Belə  hallar  Baltik,  Azov,  Xəzər  və  Qara 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə