Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   28   29   30   31   32   33   34   35   36

Ömürdən düşən yarpaqlar 
 
205
Mizi: Məşi, gün keçir, elə olsun ki, qayıda bilək.  
Molla Məşi: A kişi, bir sussana! 
Arakel:  Hə,  gəlin  dostlar,  mən  hazır,  oturun  maşına  ge-
dək. (Gedirlər, maşın çatıb qapıda dayanır. Arakel Anuşu 
səsləyir). 
Anuş: Xoş gəlmisiniz.  
Arakel: Yemək hazırdırmı, Anuş? 
Anuş: Yemək hazırdır, keçin stola. (Süfrəyə yeməklər dü-
zülür, içki gətirilir) 
Arakel:  Qardaşlar,  gəlin  mən  sizi,  Anuşla  tanış  edim. 
(Arakel molla Məşini, Mizini Anuşla tanış edir) Qardaşın 
Surenin dostları molla Məşi və Mizidir. 
Anuş:  Ay  sizə  qurban  olum  mən.  Gələn  ayaqlarınıza  ca-
nım  qurban,  nə  xoş  gündür!  (Arakelə  deyir  ki,  qonaqlara 
qulluq elə) 
Arakel:  Qardaşlar, görürsünüz ki, stolun üstündə hər şey 
var.  Oturanların  hamısı  yaxın  qohum-əqrəbadır.  Stolda 
qoyun ətindən tutmuş, “parasyonok”a qədər, yeməklər var. 
İçkilərdən də, çaxırdan tutmuş, “tutovka”ya qədər var. 
Anuş: Arakel, qonaqları incitmə, qoy ürəkləri istədiklərini 
özləri  yesin-içsin!  “Parasyonok”,  “tutovka”  çox  müsəl-
manlara xoş gəlmir. Bunlarınkı ibadət, ibadətdir. 
Molla  Məşi:  (Qalxır  ayağa,  özünü  təqdim  edir,  üzünü 
məclis əhlinə tutaraq) Tutovka, parasyonok, hamısı bu lə-
ləşiniz üçündür. 
Mizi: (Məşinin pencəyini dartır) Ə, Məşi, az iç, lazım de-
yil içmək! 
Molla  Məşi:  Ə,  bəsdir  Mizi,  otursana  yerində,  qoysana 
qardaşlarla yeyək-içək! 
Mizi: Ta özün bilərsən, bundan sonra, sənin işinə qarışan 
deyiləm. Ə, tamahına “dur”desənə.(Gülüşürlər) 
 


Məhəmməd Bəylər Aranlı  
 
206
Molla  Məşi:  (Keflənmiş halda Miziyə baxır) Əə, papağı-
nı,  pencəyini  çıxarıb  bir  yerə  atsana!  Papaq  zəhrimar  da, 
başına  iki  dəfə  böyükdür.  Lap  qulaqlarını  basıb,  salladıb. 
(Hamı gülür) 
Arakel:  Vallah,  qardaşlar,  bayaq  mən  deyəcəkdim,  açığı 
deməyə utandım. Qardaşımın papağı başından iki dəfə bö-
yükdür. Lazımdırsa, onu beş dəqiqəyə göndərim, kiçiltsin-
lər.  
Molla  Məşi:  Yox,  Mizi  özü  də,  gözəl  sənətkardır.  Elə 
bunun  gözlərini  də  kor  edən  iynə-sap  olub.  Bütün  sənət 
adamları tör-töküntü olur. (Gülürlər) 
Mizi:  Məşi,  gəlsənə,  bir  az  tezləşdirək  məclisi,  bir  saat, 
para  saat  dincələk,  biz  yola  çıxasıyıq.  Söhbəti  tamamla 
qurtar!  (Molla  Məşi  keflidir,  ayaq  üstə  çətinliklə  durur, 
Surenlə  dostluğundan  söhbət  edir,  Türkiyədəki  işindən, 
güzəranından danışır, söz verir ki, inşallah, növbəti il üçün 
də, qayıdaram buralara, kommunistlərə lənət olsun! Hamı 
susur, və əlavə edirlər ki, yox, yox, belə deməyin, biz də 
kommunistlərdənik,  elə  yediyimiz  çörək  kommunistlərin  
çörəyidi ) 
Arakel:  (Qalxır,  Məşinin  qoluna  girir,  Məşi  artıq  başını 
stola  qoyub,  özünü  itirib)  Uşaqlar  kömək  edin,  qardaşı 
qaldıraq otağa, bir az, istirahət etsin. (Məşini otağa qoyub, 
otaqdan çıxırlar) 
Mizi: Əcəb biabır olduq. Gəl, indi geri qayıt Mizi, görüm 
necə  qayıdacaqsan?  (Saata  baxır)  Hə,  qayıtmağa  imkan 
var. (Yataqda dirsəklənir, huşa gedir) 
Molla  Məşi: (Ayılır, görür ki, Mizi yatıb, səssiz-səmirsiz 
subaşına gedir, baxır ki, qapıda böyük bir it yatıb, fırlanır, 
qayıdır  geri.  İtin  qorxusundan  batırdığı  paltarları  zənbil-
dəki  vərəqlərə  bükərək,  qoyur  meşin  zənbilə,  Mizini  səs-
ləyir) 


Ömürdən düşən yarpaqlar 
 
207
Mizi:  Hə,  hə,  durmusan  Məşi,  nə  yaxşı,  gedək!  Ə,  mən 
sən  deyiləm,  boş  yerə  vaxt  keçirəm.  Qalx,  qalx,  hazırlaş 
gedək.(Hər ikisi dururlar, Arakeli, Anuşu səsləyirlər) 
Anuş: Qardaşlar, nə üçün belə tez gedəsi oldunuz? Qalsa-
nız, yaxşı olardı. 
Molla Məşi: Yox, bacı, gedəsiyik, mən səhər gərək Bakı-
da olam, vizanın vaxtını artıram. 
(Hər üçü enirlər aşağı, Arakeli qapıda görürlər) 
Arakel: Doğurdan da gedirsiniz, qardaşlar? Yaxşı yol, 
gedin, sağ-salamat. (Əlindəki pay-parçanı meşin zənbilə 
qoyur) Yolda yeyib-içərsiniz! 
Molla Məşi: Hə, lap yaxşı. Mizi, pay-püşü qoy zənbilə, 
yolda yeyib-içərik. 
Mizi: Əə, bu qədər əti, payı, bu zənbilə necə yerləşdirək? 
Bu “parasyonoka” bir zənbil lazımdır.  
Anuş: Qardaşım, sən Allah, tələsmə, yerləşdir zənbilə! Məşi 
qardaşımın bayaq gördüm “parasyonok”dan çox xoşu gəlir.  
Molla Məşi: Mamaya bax, bacıya bax, elə “parasyonok” 
bizim yeməyimizdir də. (Gülürlər) 
Anuş: (Qəmlənir, ah çəkir, gözünün yaşın silir) Hə, qardaş-
lar, sağolun! Qardaşıma məndən çoxlu salam deyin. Qoydu-
ğum pay-parçadan az da olmuş olsa, qardaşıma çatdır. Sizi 
Allaha tapşırıram! (Görüşürlər, ayrılırlar) 
Arakel: Anuş, qardaşları yola salıb qayıdıram. 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
208
 
 
 
 
 
 
 
 
            


Ömürdən düşən yarpaqlar 
 
209
 
ÜÇÜNCÜ PƏRDƏ 
         
Gecə saat ikinin yarısıdır. Molla Məşi Dəmiryol vağza-
lında var-gəl edir. Miziyə arabir tənəli sözlər deyir. Gecəni 
sərin havası Məşiyə xoş gəlir.  
Molla Məşi: (Miziyə üzünü tutaraq)Ə, mənə bir sərin su 
tapıb gətirsənə, bilmirsən mən paxmeləm? (Mizi su gətirir
Məşi suyu içir) Hə, bu yaxşı oldu, vaqon da gəldi. 
(Qalxırlar vaqona) 
Mizi:  Ə,  canın  üçün,  bu  səs-küydən  elə  yorulmuşam  ki, 
yatsam, çətin oyanacam.  
Molla Məşi: Ə, bayaqdan demirsin gedək, gedək? İndi yı-
xıl yat da! 
Mizi:  Yox,  Məşi  yata  bilmirəm,  necə  yatım,  bu  qədər 
oyundan, fırıldaqdan sonra. 
Molla Məşi: Ə, niyə yata bilmirsən?  
Mizi: Canına azzar niyə! (Əlini stola çırpır) 
Molla  Məşi:  Lap  ağ  elədin,  danışsan,  dilini  kəsərəm. 
(Gülür) 
Mizi:  Ə,  otur  aşağı,  yekə-yekə  danışma,  mən  indi  başa 
düşdüm  ki,  sən  bu  neçə  gündə  nəyə  görə  mənim  dalıma 
düşmüsən, özünə havadar axtarırsan. Sən hara, Suren hara, 
Türkiyə hara? Dələduz, hatəmlik biz müsəlmanlara aiddir. 
Ermənilər  iki  almasalar,  bir  verməzlər.  Yaxşı  başa  düş. 
Sənin Orta Asiyadan dənliyinə yığıb gətirdiyin boş cəfən-
giyyat kimin nəyinə lazımdır? 
Molla  Məşi:  Ə,  sənə  dedimdə,  canına  azzar,  yapışmısan 
ətəyimdən, imkan verirsən ki, söhbət edəm? Qaş düzəldən 
deyildin, vurdun gözü də çıxartdın.  
Mizi: Haqlısan! 
Molla Məşi: Əlbəttə, haqlıyam! 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə