11
tempi və bundan yaranan ehtiyaclar məhz miqrasiyanı zəruri
etməkdədir. Miqrasiya proseslərinin geniş vüsət alması
beynəlxalq əmək bazarını, beynəlxalq əmək bölgüsünü
formalaşdırır. Ölkələri isə öz daxillərində beynəlxalq əmək
bazarının tələblərinə cavab verəcək kadrların hazırlanmasına
cəlb edir. İqtisadi inteqrasiyanın, həm də mədəni inteqarsiyanın
təmin olunmasında ixtisaslı işçilərin, mədəniyyət və incəsənət
adamlarının ölkələrə köç etmələri önəmə malikdir. Onlar
müəyyən elementləri özləri ilə daşıyırlar.
Miqrasiya prosesləri bu proseslərdə iştirak edən və
prosesləri formalaşdıran mərkəzlərin təsnifatını (mərkəzlərin
hansı əsaslar üzrə formalaşmasını) da meydana gətirmişdir.
Miqrasiyanın müxtəlif iqtisadi, sosial səbəbləri özündə
cəmləşdirən fərqli məkan formaları meydana gəlmişdir.
Məsələn, son zamanlarda inkişaf etmiş ölkələrə total axınla
müəyyən olunan miqrasiya, kasıb ölkələrdən inkişaf etməkdə
olan ölkələrə total axın miqrasiyası, inkişaf etmiş ölkələrdən
mütəxəssislərin və ucuz həyat şəraiti axtaran şəxslərin inkişaf
etməkdə olan ölkələrə miqrasiyası (məsələn, Avropadan
Türkiyəyə köç edənləri buna nümunə göstərmək olar. İngiltərə
və Fransadan Türkiyədə yaşamaq istəyənlərin sayı artır.
16
) kimi
məkan formaları meydana gəlmişdir. Miqrasiyanın məkan
formalarında iqtisadi, sosial-mədəni faktorlar, siyasi amillər
mühüm rol oynayır. Burada ekoloji-siyasi faktorların rolu da
danılmazdır.
Miqrasiya prosesləri dəyişikliyə uğramaqla yanaşı, öz
tarixi mahiyyətini də qoruyub saxlaya bilmişdir. Məsələn,
səbəb kimi rahat həyat şəraiti axtarmaq, gündəlik ehtiyaclara
olan tələbatları ödəmək, dəyərli insan kimi dünyada yaşamaq
istəkləri və zərurəti, eləcə də məcburiyyəti, eyni zamanda
müharibələrin, münaqişələrin yaratdığı məcburi ölkədaxili və
16
Avrupalılar ‘gurbetçi’ oluyor. Deutsche Welle Türkçe.
www.posta.com.tr/ekonomi/HaberDetay/Avrupalilar--gurbetçi--
oluyor.htm?ArticleİD=170772
12
ölkələrarası miqrasiyalar əvvəlki əsrlərdə olduğu kimi bu gün
də öz mövcudluğunu qoruyub saxlamaqdadır. İnsanlar tarixi
keçmişdə olduğu kimi, bu gün də oxşar səbəblərdən miqrasiya
edə bilirlər. Ümumiyyətlə isə qeyd etmək olar ki, miqrasiyanın
məcburi, zəruri, könüllü mahiyyəti və bu səbəblərdən irəli
gələn tarixi formaları bü gün ənənə şəkilində öz mövcudluğunu
saxlamaqdadır. Bu da təbii ki, cəmiyyətin və insanların, ayrı-
ayrı qrupların və dövlətin öz mahiyyətini, fəaliyyətinin və
mövcudluğunun tarixi forma və məzmununu qoruyub
saxlamasından irəli gəlir. Miqrasiya prosesləri keçidlər edərək
həm tarixin meydana gəlməsində rol oynayır, həm də öz
tarixini (dünyanın və ölkələrin miqrasiya tarixi-daxili və
beynəlxalq miqrasiya tarixi) meydana gəririr.
İnsanlar ehtiyaclarının ödənilməsindən ibarət olaraq,
xoşbəxt həyatlarını təmin etmək üçün dünyanın ayrı-ayrı
ölkələrini, cəmiyyətlərini özləri üçün seçim obyektinə və
məkanına çevirirlər. Asiyadan Avropa və Amerikaya, Rusiya
və neft ölkələrinə, Avstraliyaya böyük axınlar müşahidə
olunmaqdadır. Qloballıqdan və iqtisadi inkişafdan meydana
gələn bu seçim imkanları, köç etmək istəkləri və istəklərin
təmin olunması məqsədilə atılan müvafiq addımlar proseslərin
sistemli və ardıcıl şəkildə müxtəlif mərkəzlər arasında axın
xarakteri almasına gətirib çıxarır. Dünyada axın istiqamətləri
(bu istiqamətlərə miqrasiya tranzitləri kimi ad vermək olur)
miqrasiya mərkəzləri şəbəkəsini formalaşdırır. Miqrasiya
proseslərinin zaman ardıcıllığı ilə sistemli axını ümumən
dünyada insanların yaşayış yerləri üzrə dəyişən hərəkətlərinin
(yaşayış və iş yerlərinin dəyişməsi ilə xassələnən hərəkət-
lərinin) əsaslarını ortaya qoyur. Könüllü, eləcə də istəklərdən
irəli gələn zəruri miqrasiya (iradələrdən meydana gələn köç
etmək istəkləri) ideallığın axtarılmasını və rahat həyatın təmin
olunmasını qarşısına məqsəd kimi qoyur.
Miqrasiya proseslərinə dünya informasiya şəbəkələri də
təkanverici rol oynayır. İnkişaf etmiş ölkələr haqqında dolğun
13
məlumatların digər ölkələrdə yayılması miqrasiyaya güclü
təkan verir. Miqrasiya informasiyadan meydana gəlməklə
yanaşı, miqrasiyanın bir proses olaraq özü də məlumatların
axmasına səbəb olur. Miqrasiya prosesləri haqqında olan
məlumatlar miqrasiya proseslərinin zəruri xarakter almasına
gətirib çıxarır. Köç haqqında kütləvi məlumatlar müəyyən
müddət üçün köçün ardıcıl olaraq baş verməsini zəruri edir.
Eləcə də əvvəlcədən verilən hidrometeoroloji məlumatlar
ölkədaxili fövqəladə miqrasiyanın (məcburi-zəruri məzmunlu)
baş verməsinə ilkin səbəbləri meydana gətirir.
Miqrasiya prosesləri dünyanın mədəni, iqtisadi və sivil
əsaslarla bütövləşməsinə və vəhdətləşməsinə gətirib çıxarır.
İnsanlar öz ölkələri ilə yanaşı, digər ölkələrdə də yaşamağı
özlərinin əsas azadlıq və təbii yaşamaq hüquqlarının tərkib
hissəsi kimi görürlər. Bu nöqteyi-nəzərdən də yaşayış
məkanları
böyüyür.
Ölkələrarası
miqrasiya
sayəsində
mədəniyyətlərin
qarışması
ilə
yanaşı,
ümumdünya
sərvətlərindən, maddi və mədəni irslərindən birgə istifadə
meyarları meydana gəlmiş olur.
Dünyanın ayrı-ayrı regionları iqtisadi cəhətdən inkişaf
etdikcə həmin regionlar insanları da özlərinə cəlb edirlər.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr əldə olunan
resurslar hesabına öz inkişaflarına əlavə impulslar qatırlar,
resurs çatışmazlığını aradan qaldırırlar. Resurslarla bağlı
müəyyən səviyyədə ödənilən tələbat ayrı-ayrı ölkələrin təkrar
olaraq sürətlə inkişafına gətirib çıxarır. Burada iqtisadi inkişaf
səviyyəsi hüquqların təmin olunması üçün müqayisədə daha
çox komponentləri meydana gətirir ki, bu komponentlər də
insan hüquqlarının təmin olunması üçün maddi-mənəvi
kompozisiyanın, resurs ehtiyatları bütövünün əsaslarını təşkil
edir. İqtisadiyyat inkişaf etdikcə hüquqların təmin olunması
resursları da artır. Həmçinin iqtisadi inkişaf şərtləri və şəraitləri
azad yerdəyişmə hüququnu şərtləndirir. Dünyanın maddi və
mədəni irsinin xalqlar tərəfindən birgə mənimsənilməsi haqqı
Dostları ilə paylaş: |