24
işləmək üçün gələnlərdir. Onun sözlərinə görə, miqrantların 40
faizi qanuni, 60 faizi isə qeyri-qanuni işləyir.
28
Belə bir fikir var ki, miqrasiya XXI əsrin
qlobal
hadisələrindən biridir, hansı ki, bu miqyasda bu günkü əhali
yerdəyişməsini tarix heç zaman görməmişdir. 1965-1990-cı
illər ərzində dünya üzrə miqrantların sayı 45 milyon nəfər
təşkil etmişdirsə, bu gün bu rəqəm lap çoxalmışdır.
29
İqtisadi və
sosial məsələlər üzrə BMT Departamentinin 11
sentyabr 2013-cü il tarixli məruzəsinə əsasən, dünyada 232
milyon nəfər miqrant yaşayır. Bu, dünya əhalisinin 3,2 faizini
təşkil edir. Ən böyük miqrasiya koridoru Meksika-ABŞ,
Rusiya-Ukrayna, Ukrayna-Rusiya, Qazaxıstan-Rusiya və s.
dir.
30
Neft istehsal edən ölkələr (Səudiyyə Ərəbistanı, Küveyt,
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər) əmək imiqrasiya-
sının yeni rayonlarına çevrilmişdir. Bu ölkələrə Misirdən,
Yəməndən, Suriya və Sudandan, Hindistan, Pakistan və
Banqladeşdən, eləcə də digər ölkələrdən işləmək üçün üz
tuturlar.
XX əsrdən başlayaraq miqrasiya proseslərinin qloballaş-
mağa doğru getməsi, eləcə də ümumdünya qloballaşma
proseslərinin tərkibini təşkil edən komponentlər rolunu
oynaması və dünya ölkələri arasında beynəlxalq əhəmiyyətli
məsələyə çevrilməsi bu prosesin tənzimlənməsinin xüsusi
təşkilati əhəmiyyətini zəruri etmişdir. Bu baxımdan 1951-ci
ildə miqrasiya sahəsində hökumətlərarası təşkilat olan
Beynəlxalq Miqrasiya Təşkilatı yaradıldı.
31
28
Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu. 25.02.2014.
http://news.lent.az/news/157060
29
О миграции. http://moscow.iom.int/russian/raboutmigration.html
30
Миграция населения. http://wikipedia.org
31
Международная организация по миграции. (МОМ).
http://www.unrussia.ru/ru/agencies/mezhdunarodnaya-organizatsiya-po-
migratsii-mom