Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   ...   24

 19.9.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisindən tranzitlə keçməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 

 19.10. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisindən 

tranzit  keçid  qaydalarına  əməl  etmədiklərinə  görə  qanunla  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyətə cəlb olunurlar. 

  

M a d d ə   20.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında müvəqqəti olması  

  

 20.1.  Viza  əsasında  Azərbaycan  Respublikasına  gələn  əcnəbilərin  və  vətəndaşlığı 



olmayan  şəxslərin  ölkədə  müvəqqəti  olma  müddəti  vizada  göstərilən  qalma  müddətindən,  viza 

tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin  isə  ölkədə  müvəqqəti  olma  müddəti,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. 

 20.2.  Bu  müddət  bitənədək  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə 

müvəqqəti  olma  müddəti  uzadılmamışdırsa,  onlara  müvəqqəti  yaşamaq  üçün  icazə 

verilməmişdirsə,  habelə  onlardan  müvəqqəti  olma  müddətinin  uzadılması  və  ya  müvəqqəti 

yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının 

ərazisini tərk etməlidirlər. 

  

M a d d ə   21.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasında olduğu yer üzrə qeydiyyata alınması 

  

 21.1.  Azərbaycan  Respublikasında  10  gündən  artıq  müvəqqəti  olan  əcnəbilər  və  ya 



vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil 

olan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində 

Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

iv[4]


 

 21.2.  Bunun  üçün  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  qaldığı  yerin 

(mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər 

belə ictimai  yerlər) müdiriyyəti və  ya mənzilin, digər  yaşayış sahəsinin sahibi (bundan sonra – 

“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün 

ərzində  həmin  şəxsin  olduğu  yer  üzrə  qeydiyyata  alınması  haqqında  ərizə-anketi  və  onun 

pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet 

informasiya  ehtiyatı,  elektron  poçt  vasitəsi  ilə  və  ya  şəxsən  müvafiq  icra  hakimiyyəti  orqanına 

təqdim etməlidir.

v[5]


 

 21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları 

üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. 

 21.4.  Ərizə  daxil  olduqdan  sonra  müvafiq  icra  hakimiyyəti  orqanı  dərhal  əcnəbi  və  ya 

vətəndaşlığı  olmayan  şəxs  barədə  məlumatları  Vahid  Miqrasiya  Məlumat  Sisteminə  daxil 



etməklə  onları  olduğu  yer  üzrə  qeydiyyata  alır  və  bu  barədə  1  iş  günü  ərzində  müraciət  edən 

şəxsə məlumat verir. 

 21.5.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  aşağıdakı  müddətlərə  qeydiyyata 

alınırlar: 

 21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; 

 21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. 

 21.6.  BMT-nin  Qaçqınlar  üzrə  Ali  komissarının  Azərbaycan  Respublikasındakı 

nümayəndəliyi  tərəfindən  himayəyə  götürülmüş  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

himayə  müddətinə  olduğu  yer  üzrə  qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

Nümayəndəliyin məlumatları əsasında aparılır. 

 21.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması 

üçün dövlət rüsumu ödənilmir. 

 21.8. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf 

və  ya  şəxs  özü  bu  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat  verir  və  bu  məlumat 

əsasında  onlar  olduğu  yer  üzrə  qeydiyyatdan  çıxarılırlar.  Qeydiyyat  müddəti  başa  çatdıqda, 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər. 

 21.9.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs  olduğu  yeri  dəyişdikdə,  o,  bu  Məcəllənin 

21.2–21.5-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada  yeni  olduğu  yer  üzrə  qeydiyyata 

alınmalıdır. 

  

M a d d ə   22.  Qeydiyyatı  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  aparılan 



əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

  

 22.1.  Xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  diplomatik 



nümayəndəlik  və  konsulluqlarının,  habelə  beynəlxalq  təşkilatların  nümayəndəliklərinin 

əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin 

Azərbaycan  Respublikasına  diplomatik  missiya  ilə  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda  xüsusi  missiya  ilə  səfər  edən 

əcnəbilərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

 22.2.  Bununla  əlaqədar  onlara  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq edilmiş müvafiq vəsiqə verilir. 

 22.3.  Müvafiq  icra  hakimiyyəti  orqanı  miqrasiya  uçotunun  aparılması  məqsədi  ilə  bu 

Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barədə məlumatları 10 gün müddətində 

müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 

  

M a d d ə   23.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının ərazisində olmasının arzuolunmaz hesab edilməsi 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə