Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

nümayəndəliklərinin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı 

olmayan şəxslərə verilir. 

 28.2. Əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

 28.3. Əmək vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində göstərilən 

sənədlər tələb olunur. 

  

M a d d ə  29. Müalicə məqsədi ilə verilən giriş vizası 



  

 29.1. Müalicə vizası Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul edən tərəf 

qismində  vəsatəti  əsasında  Azərbaycan  Respublikasında  müayinə  və  müalicə  olunmağa  gələn 

əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

 29.2. Müalicə vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

 29.3.  Müalicə  vizasının  rəsmiləşdirilməsi  üçün  dəvət  edilən  şəxsdə  müayinə  və  ya 

müalicə  olunacaq  xəstəliyin  olması  barədə  tibbi  arayış  və  bu  Məcəllənin  36-cı  maddəsində 

göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  30. Şəxsi səfər məqsədi ilə verilən giriş vizası 



  

 30.1.  Şəxsi  səfər  vizası  Azərbaycan  Respublikası  vətəndaşının,  Azərbaycan 

Respublikasında  daimi  yaşayan  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin,  Azərbaycan 

Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazəsi  olan  əməkçi  miqrantın  və  ya  təhsil  alan 

əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  (yalnız  həmin  əməkçi  miqrantın  və  ya  təhsil  alan 

əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  ailə  üzvləri  üçün)  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  rəsmiləşdirilmiş  dəvətnaməsi  əsasında  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 

şəxslərə verilir. 

 30.2. Şəxsi səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

 30.3.  Şəxsi  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  dəvət  edən  şəxsin  şəxsiyyətini  təsdiq 

edən  sənədin  surəti,  əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  səfəri  ilə  bağlı  maliyyə 

xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə 

biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi 

miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən 

sənəd və bu Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  31. Humanitar səfər məqsədi ilə verilən giriş vizası 



  


 31.1. Humanitar səfər vizası Azərbaycan Respublikasında humanitar niyyətli fəaliyyət ilə 

məşğul  olmaq,  humanitar  tədbirlər  keçirmək  və  ya  belə  tədbirlərdə  iştirak  etmək  üçün 

Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə  fəaliyyət  göstərən hüquqi şəxslərin 

qəbul  edən  tərəf  qismində  vəsatəti  əsasında  gələn  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə 

verilir. 

 31.2. Humanitar səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

 31.3.  Humanitar  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı  maddəsində 

göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  32. Mədəniyyət və idman məqsədləri ilə verilən giriş vizası 



  

 32.1. Mədəniyyət və idman vizası Azərbaycan  Respublikasında keçirilən mədəniyyət və 

idman  tədbirlərində  iştirak  etmək  üçün  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının,  bu 

sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə 

və vətəndaşlığı olmayan şəxslərə verilir. 

 32.2. Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən edilir. 

 32.3.  Mədəniyyət  və  idman  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  33. Turizm məqsədi ilə verilən giriş vizası 



  

 33.1.  Turizm  vizası  Azərbaycan  Respublikasına  turist  kimi  gələn  əcnəbilərə  və 

vətəndaşlığı olmayan şəxslərə verilir. 

 33.2. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. 

 33.3.  Turizm  vizasının  rəsmiləşdirilməsi  üçün  səfərin  turizm  məqsədi  ilə  həyata 

keçirildiyini  təsdiqləyən  sənəd  (turizm  vauçeri  və  ya  turizm  yollayışı,  yaxud  sərnişin  bileti  və 

mehmanxanada,  kempinqdə,  turist  bazasında  və  ya  digər  bu  kimi  obyektlərdə  yer  sifariş 

edilməsini  təsdiqləyən  sənəd)  və  bu  Məcəllənin  36-cı  maddəsində  göstərilən  sənədlər  tələb 

olunur. 

 33.4.  Turistlərə  elektron  vizaların  verilməsi  qaydası  bu  Məcəllənin  38-ci  maddəsi  ilə 

müəyyən edilir. 

  

M a d d ə  34. Tranzit vizası 



  


 34.1.  Tranzit  vizası  üçüncü  ölkələrə  gedən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə 

Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. 

 34.2.  Tranzit  vizasının  etibarlılıq  müddəti  30  günədək,  ölkədə  qalma  müddəti  isə  5 

günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü 

vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir. 

 34.3.  Tranzit  vizasının  rəsmiləşdirilməsi  üçün  təyinat  ölkəsinə  getmək  vizasının  (təyinat 

ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət 

olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün 

olduğu  təqdirdə)  və  ya  bu  səfəri  təsdiq  edən  digər  məlumatlar  və  bu  Məcəllənin  36-cı 

maddəsində göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  35. Viza blankında qeyd olunan məlumatlar 



  

 35.1. Viza blankında “Azərbaycan Respublikası” sözləri, dövlət gerbi, vizanın seriyası və 

nömrəsi,  növü,  kateqoriyası,  ölkəyə  gəlişin  məqsədi,  viza  sahibinin  adı,  soyadı,  pasportunun 

nömrəsi,  cinsi,  anadan  olduğu  tarix,  vətəndaşlığı,  onunla  gedənlərin  ümumi  sayı,  vizanın 

verildiyi  yer  və  tarix,  vizanı  verən  səlahiyyətli  şəxsin  imzası  və  müvafiq  dövlət  orqanının 

möhürü,  vizanın  etibarlılıq  müddətinin  başlandığı  və  bitdiyi  tarix,  girişlərin  sayı,  vizanın 

etibarlılıq müddəti ərzində gəlişlərin sayından asılı olmayaraq viza sahibinə ölkədə qalmaq üçün 

icazə verilmiş günlərin cəmlənmiş sayı, viza sahibinin biometrik identifikasiya tələblərinə uyğun 

üz təsviri əks olunur. 

 35.2.  Viza  blankında  nəzərdə  tutulmuş  parametrlərin  adları  Azərbaycan  və  ingilis 

dillərində yazılır. 

 35.3. Viza blankının nümunəsi, təsviri və spesifikasiyası müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən təsdiq edilir. 

 35.4.  Viza  blankının  fərdi  olaraq  doldurulması  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir. 

  

M a d d ə  36. Viza verilməsi üçün tələb olunan sənədlər 



  

 36.1. Viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 

 36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 

 36.1.2.  pasport  və  ya  digər  sərhədkeçmə  sənədi  (pasportun  və  ya  digər  sərhədkeçmə 

sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 

ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri; 

 36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm); 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə