Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə49/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   45   46   47   48   49   50   51   52   ...   147

M i r   C ə l a l  

 

162 



2010 

991. İsmayılov,  Y.  Mir  Cəlalın  yaradıcılığı  /Yaqub  İsmayı-

lov;  elmi  red.  Ş.Alışanlı;  AMEA,  Nizami  ad.  Ədəbiyyat  İn-tu.- 

Bakı: Elm, 2010.- 291, [1] s.: portr. 

Müəllif kitabı “Mir Cəlalın yaradıcılığı” (Elm, 1975) monoq-

rafiyası  əsasında  işləmiş,  təkmilləşdirmiş  və  nəşrə  hazırlamışdır. 

Burada müəllim, yazıçı, alim istedadı simasında birləşən görkəm-

li ədəbi-tarixi şəxsiyyətin dövrü, mühiti, çoxcəhətli fəaliyyəti və 

zəngin irsi tədqiq olunur. 



 

2011 

992. Eminov, A. Mir Cəlalın poetikası: 3 cilddə  /Allahverdi 

Eminov; naşiri və red. Ə.Sayılov.- Bakı: Araz, 2011.- C.I.- 334, 

[2] s., [8] v. fotoşək.: portr. 

Müəllif monoqrafiyada böyük yazıçımız Mir Cəlal Paşayevin 

yaradıcılığında  əslində  araşdırılmamış  nəsr  poetikasından  bəhs 

edir. 


993. Hacıyev,  A.  Poeziyadan  nəsrə:  (Mir  Cəlal  nəsrinin 

poetik əsasları) /Aqil Hacıyev; elmi red. N.Cəfərov.- Bakı: [s.n.], 

2011.- 37, [1] s.: portr., fotoşək., faksimile. 

Kitab  Mir  Cəlalın  yaradıcılığı  və  poetikası  haqqındadır. 

Onun  bizə  gəlib  çatan  poetik  irsi  orijinaldır.  Mir  Cəlalın  poetik 

tapıntıları müəyyən mənada katalizator rolunda çıxış edərək onun 

poeziyadan uzaqlaşıb nəsrə gəlməsini təmin etmişdir. 

994. Həsənzadə,  N.  İllər...  pillələr...  talelər...  /Nəriman 

Həsənzadə;  tərt.  və  red.  N.Həsənzadə.-  Bakı:  Oğuz  Eli,  2011.- 

198, [2] s., [10] v. fotoşək.: şək., portr. 

Müəllif  kitabını  böyük  yazıçı-mütəfəkkir  Mir  Cəlal  Paşaye-

və, onun ailəsi ilə olan ən səmimi münasibətlərinə həsr etmişdir. 

995. Hüseynov, Ə. Mir Cəlalın bədii nəsri: məqalələr toplusu 

/Əhəd Hüseynov; tərt. ed. Z.Əhədqızı; elmi red. və ön söz müəl. 

T.Salamoğlu.- Bakı: Elm və təhsil, 2011.- 193, [3] s.: portr. 

Kitabda  görkəmli  tənqidçi  və  ədəbiyyatşünas  alimin  Mir 

Cəlalın bədii nəsri ilə bağlı məqalələri toplanmışdır. 



 

B i b l i o q r a f i y a

   

 

163



2012 

996. Abdulla,  M.  Əbədiyyət.  An:  fəlsəfi  esselər  /Mahirə 

Abdulla; red. Nihalə.- Bakı: Apostoroff, 2012.-156, [3] s. 

Kitabda  görkəmli  Azərbaycan  yazıçısı,  alim,  pedaqoq  Mir 

Cəlal Paşayevin romanlarında milli şüur və həmrəylik problemi, 

erməni məsələsi, humanizm fəlsəfəsi mövzuları araşdırılır. 

 

2013 

997. Mir  Cəlal  görkəmli  yazıçı  və  ədəbiyyatşünas  kimi

məqalələr  toplusu  /layihənin  rəh.  Ş.Şəmşirli;  ön  sözün  müəl. 

Ş.H.Alışanlı;  tərt.  H.Misirov;  red.  Ə.Cabbarlı.-  Bakı:  Elm  və 

Təhsil, 2013.- 108 s. 



998. Pənah,  G.  Mir  Cəlalın  elmi-nəzəri  görüşləri  /Gülxani 

Pənah;  elmi  red.:  Q.Namazov,  İ.Əliyeva,  R.Rüstəmzadə;  red. 

A.Arif  qızı;  ön  söz  Fikrət  Qoca,  C.Abdullayev.-  Bakı:  “Poeziya 

günü” NE, 2013.- 524, [1] s.: portr. 

Müəllifin  bu  əsərində  Mir  Cəlalın  elmi  yaradıcılığı,  ədəbi 

tənqidi görüşləri geniş şəkildə öz təhlilini, şərhini tapmışdır. Mo-

noqrafiyada  həm  klassik,  həm  də  XIX-XX  əsr  ədəbi  prosesi,  bu 

dövrün sənətkarları haqqında alimin apardığı tədqiqat işləri araş-

dırılır,  tədqiq  edilir.  Mir  Cəlalın  bir  çox  görkəmli  sənətkarların 

yaradıcılıq  yolunu,  sənətkarlıq  keyfiyyətlərini,  onların  dil-üslub 

xüsusiyyətlərini  orijinal  bir  şəkildə  təhlil  və  tədqiq  etdiyi 

araşdırılmış, müqayisələr aparılmış, bir ədəbiyyatşünas kimi söy-

lədiyi dəyərli fikirləri tədqiqata cəlb edilmişdir. 

 

2014 

999. Əhmədov,  T.    Mir  Cəlal:  2  cilddə  /Teymur  Əhmədov 

(tərt.  ed.);  red.  Ə.Paşayeva;  naşir  H.İ.Allahverdi.-  C.1:  Həyatı, 

mühiti,  ədəbi,  elmi  və  pedaqoji  fəaliyyəti.-  Bakı:  Nurlar,  2014.- 

347, [1] s.: fotoşək., portr. 

Kitab  Azərbaycan  xalqının  sevimli  yazıçısı,  görkəmli  peda-

qoq,  ədəbiyyatşünas  alim  və  publisist  Mir  Cəlal  Paşayevin  əziz 

xatirəsinə həsr edilib. Orijinal tərtibatlı kitab iki cilddən ibarətdir. 

Birinci  cilddə  Mir  Cəlal  haqqında  müasirlərinin  ədəbi-nəzəri 




M i r   C ə l a l  

 

164 



düşüncələri və xatirələri, Mir Cəlala həsr olunmuş poetik nümu-

nələr yer almışdır. 



1000. Əhmədov,  T.  Mir  Cəlal:  2  cilddə  /Teymur  Əhmədov 

(tərt.  ed.);  red.  Ə.Paşayeva;  naşir  H.İ.Allahverdi.-  Bakı:  Nurlar, 

2014.- C.2: Fotosənədlər, əlyazmalar, epistolyar irs.- 379, [1] s.: 

fotoşək., portr. 

Kitab  Azərbaycan  xalqının  sevimli  yazıçısı,  görkəmli  peda-

qoq,  ədəbiyyatşünas  alim  və  publisist  Mir  Cəlal  Paşayevin  əziz 

xatirəsinə həsr edilib. Orijinal tərtibatlı kitabın ikinci cildində Mir 

Cəlalın həyatı və mühiti fotoşəkillərlə müşayiət olunmuşdur. 



1001. Hüseynova, H. Mir Cəlalın aforizmləri /Həcər Hüsey-

nova;  elmi  red.:  T.Hüseynov,  B.Xəlilov;  ing.  dilinə  tərc.  ed. 

T.Quliyeva; rus dilinə tərc. ed. K.İslamova.- Bakı: Elm və təhsil, 

2014.-  165,  [3]  s.:  fotoşək.,  portr.-  Mətn  Azərbaycan,  ingilis  və 

rus dillərindədir. 

Kitabda oxucular böyük yazıçı, alim və pedaqoq Mir Cəlalın bi-

zə  ədəbi  miras  qoyduğu,  çətin anlarda  köməyimizə  çatan, qaranlıq 

yolumuzu işıqlandıran müdrik kəlamları ilə tanış ola bilərlər.  



 

2016 

1002. Cəfərov,  N.  Keçən  günlərin  dastanı  /Nizami  Cəfərov; 

red.  S.Şəmil;  ön  söz.  müəl.  N.Həsənzadə;  naşir  M.Xan;  rəssam 

V.Səftərov; dizayn və qrafika T.Fərzi.- Bakı: Xan, [2016].- 210, 

[6] s.: fotoşək., - K.27. “XAN” Xatirə Ədəbiyyatı silsiləsindən. 

Kitabdakı “Keçən günlərin tərcümeyi-halı” xatirələr əsərində 

həm  orta  məktəbdə,  həm  də  ali  məktəbdə  müəllifin  dərs  aldığı 

böyük  dilçi  alimlərdən,  eləcə  də  Mir  Cəlaldan  eşitdikləri  və 

gördükləri hadisələr qələmə alınmışdır. 



1003. Hüseynova,  H.  Bədii  əsərlərin  üslubi  sintaksisi:  Mir 

Cəlalın  bədii  əsərləri  əsasında:  dərs  vəsaiti  /Həcər  Hüseynova; 

red. B.Xəlilov.- Bakı: ADPU, 2016.- 232 s.  

Kitabın  içindəkilər:  Giriş;  I  fəsil:  Söz  birləşmələrinin 

üslubi-dinamik  xüsusiyyətləri;  II  fəsil:  Cümlə  üzvlərinin  üslubi-

dinamik xüsusiyyətləri; III fəsil: Bəzi sintaktik vahidlərin üslubi 

xüsusiyyətləri: Təkrarların üslubi xüsusiyyətləri; Xitabların üslu-




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə