B i b l i o q r a f i y a
5
Remarkable people of Azerbaijan
MIR JALAL
(Pashayev Mir Jalal Ali oglu)
Bibliography
BAKU–2018
M i r C ə l a l
6
Project manager:
Abulfas Garayev,
Minister Of Culture And Tourism of
the Republic of Azerbaijan,
Ph.D in philosophy
Compiled by:
Medina Veliyeva,
Matanat Ibragimova
Scientific editor:
Karim Tahirov,
professor,
Honored сultural worker
Consultant:
Shamsaddin Akhundov,
Honored сultural worker
Editor:
Gulbaniz Safaraliyeva,
Honored cultural worker
Mir Jalal Pashayev: (Pashayev Mir Jalal Ali oglu):
bibliography /compiled by: M.Veliyeva, M.Ibragimova; project
manager A.Garayev; scientific editor K.Tahirov; consultant
Sh.Akhundov; editor G.Safaraliyeva.- Baku, 2018. - 496 p.
“Mir Jalal” bibliography, compiled by Azerbaijan National Library from
the series of “Eminent personalities of Azerbaijan” is dedicated to the 110
th
anniversary of the birth of Mir Jalal Pasahayev, one of the prominent
representatives of the Azerbaijani prose, Honored worker of science of
Azerbaijan, writer, literary-critic and professor. The bibliography contains rich
material related to the life and work of the outstanding writer and his
publications that preserved in the world libraries.
©Azerbaijan National Library named after M.F.Akhundov, 2018
B i b l i o q r a f i y a
7
Göstərici haqqında
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azər-
baycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı bu bibli-
oqrafiya Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbayca-
nın Əməkdar elm xadimi, yazıçı-alim, ədəbiyyatşünas, professor
Mir Cəlal Paşayevə həsr edilmişdir.
Dahi Azərbaycan yazıçısı Mir Cəlal haqqında ilk biblioqrafi-
ya 1968-cu ildə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanası tərəfindən nəşr olunmuşdur (tərt. ed. N.M.Teymuro-
va; red. M.M.Həsənova, İ.H.Səfərov). 1998-ci ildə M.F.Axundov
adına Milli Kitabxana tərəfindən görkəmli ədibin anadan olması-
nın 90 illiyi ilə əlaqədar olaraq 2-ci biblioqrafik göstərici tərtib
edilmişdir (tərt. R.Q.Muradova; red. N.P.Nağıyeva).
2006-cı ildə
Azərbaycan Milli Kitabxanası tərəfindən yazıçının biblioqrafiyası
yenidən çap edilmişdir (tərt.-müəl. N.P.Nağıyeva; elmi red.
Ş.Ə.Axundov; ixt. red. K.M.Tahirov; red. M.Ə.Vəliyeva)
Son on iki il ərzində görkəmli ədib haqqında kifayət qədər
əlavə materialların çap olunduğunu nəzərə alan M.F.Axundov
adına Milli Kitabxana ədibin anadan olmasının 110 illiyi münasi-
bətilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından daha
mükəmməl bir fundamental biblioqrafiya hazırlamağı qərara
almışdır. Oxuculara təqdim olunan bu yeni biblioqrafiya daha da
təkmiləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə edilmiş,
son on iki ilin materialları da əhatə olunmuşdur. Biblioqrafiyada
Mir Cəlalın kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə
çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi
və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar,
rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş
əsərləri, habelə ədibin həyat və yaradıcılığını əks etdirən bütün
nəşrlər verilmişdir.Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji
M i r C ə l a l
8
qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba
sırası gözlənilmişdir.
Biblioqrafiyada ilk dəfə olaraq verilmiş “Mir Cəlalın əsərləri
dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz
sənətkarın irsinin bütün dünyada çox geniş yayılmasınnın əyani
sübutdur. “Əlavələr” bölməsində isə toplanan “Mir Cəlal Paşaye-
vin Bakı şəhərində yerləşən “Ədibin evi” və Gəncə şəhərində yer-
ləşən ev-muzeyində mühafizə olunan arxiv materiallarının da
əhatə olunması biblioqrafiyanın əhəmiyyətini daha da artırır. İna-
nırıq ki, bu sənədlər oxucuların böyük marağına səbəb olacaqdır.
Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafi-
yanın sonunda çox zəngin məlumat aparatı-köməkçi göstəricilər
verilmişdir. Buraya görkəmli ədibin əsərlərinin və haqqında yazan
müəlliflərin əlifba göstəriciləri, tərcümə etdiyi, redaktoru və tərtib-
çisi olduğu, habelə uşaqlar üçün işlədiyi əsərlərin köməkçi göstə-
riciləri daxildir.
Rus dilində materialların çoxluğunu nəzərə alınaraq həmin
materiallar “Başqa dillərdə” bölməsindən ayrılaraq ayrıca böl-
mədə verilmişdir.
Göstərici haqqında rəy və təkliflərini bizə göndərən mütə-
xəssislərə və оxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
Bütün rəy və təkliflərinizi M.F.Axundоv adına Azərbaycan Milli
Kitabxanasına göndərməyinizi xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi, 57.
E-mail: contact@anl.az.