Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.

səhifə1/148
tarix14.07.2018
ölçüsü3,27 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   148



________________Milli Kitabxana________________

XAQANİ ŞİRVANİ

SEÇİLMİŞ

ƏSƏRLƏRİ

"LİDER NƏŞRİYYAT"

BAKI-2004



________________Milli Kitabxana________________

Bu kitab "Xaqani Şirvani. Seçilmiş əsərləri" (Bakı, Yazıçı, 1985)

kitabı əsasında təkrar nəşrə hazırlanmışdır.

Tərtib edəni:



Məmmədağa Sultanov

İzahların müəllifləri:



Əkrəm Cəfər

Məmmədağa Sultanov

Ön sözün müəllifi və

elmi redaktoru:

Xəlil Yusifli

894.361'1 - de 21

AZE

Xaqani Şirvani. Seçilmiş əsərləri. "Lİder nəşriyyat", Bakı, 2004,

672 səh.


Çoxəsrlik  və zəngin ədəbi ənənəyə malik  olan  Azərbaycan  xalqı dünya  şöhrəti

qazanmış  bir  çox  söz  ustadları  yetirmişdir.  Onların  sırasında  "Divan"  və "Külliyyat"

müəllifi Əfzələddin  Xaqani  Şirvaninin  özünəməxsus  yeri  var.  Xaqaninin  dərin

humanizmlə aşılanmış,  bir-birindən  gözəl əsərləri  Yaxın  və Orta  Şərq  xalqlarının böyük

marağına  səbəb  olmuş,  onun  son  dərəcə poetik  və fəlsəfi  məzmunlu  şeirlərinə şaırlər

çoxlu nəzirələr, bənzətmələr yazmışlar.

Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir.

Oxuculara  təqdim  olunan  bıı  kitabda  qüdrətli  şairin  ölməz ədəbi  irsinin  böyük  bir

hissəsi - "Töhfətül-İraqeyn" əsəri,  ruhu  oxşayan  lirik  qəzəlləri,  fəxriyyə,  mədhiyyə və

fəlsəfi  qəsidələri,  zəmanə və zəmanə əhlindən  şikayətləri,  qitə və rübailəri,  özü  və əsil-

nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.

ISBN 9952-417-23-1

© "LİDER NƏŞRİYYAT", 2004




________________Milli Kitabxana________________


________________Milli Kitabxana________________

XAQANİ ŞİRVANİ VƏ ƏDƏBİ İRSİ

Bir Əcəm türküyəm, dəricə deyən,

Yalvac tanıyanam. Tanrı istəyən,

Xaqani Şirvani

Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi dahi şair Xaqani

Şirvanidir.  O,  Nizamiyə qədər ədəbiyyata  güclü  ictimai-humanist  məzmun  və yüksək

sənətkarlıq  gətirmişdir.  Xaqani  Azərbaycan ədəbiyyatında  ilk  poemanın  müəllifi  olmuş,

çoxəsrlik  tarixə malik  qəsidə janrını əlçatmaz  bir  yüksəkliyə qaldırmışdır.  Onun əsərləri

çoxcəhətli humanist  məzmunu ilə seçilir. İlk dəfə Xaqani irsində şərin ehtiraslı inkarına,

xeyrin,  gözəlliyin  odlu-alovlu  təsdiqinə

rast  gəlirik.  Xaqaninin

əsərləri  dünya

ədəbiyyatının, xüsusən İntibah dövrü sənətkarlarının ən yüksək yaradıcılıq nümunələri ilə

yanaşı  durmağa  layiq  və qadirdir.  Şərqin Əmir  Xosrov  Dəhləvi, Əbdürrəhman  Cami,

Məhəmməd Füzuli kimi dahiləri Xaqani dühasına pərəstiş etmiş,  ondan təsirlənmiş, bəzi

əsərlərinə cavablar  yazmışlar. 15-20 il Nizamidən əvvəl  yaradıcılığa başlayan Xaqaninin

əsərlərində artıq Nizami poeziyasının  nəfəsi duyulur. XÜ əsr Azərbaycan İntibahı özünün

ən uca zirvələrinə Xaqani poeziyası ilə birgə yüksəlmişdir.

Əbu  Bədil Əfzələddin  İbrahim  İbn Əli  Nəccar  İbn  Osman İbn İbrahim  Həqaiqi

Həssanül-Əcəm  Xaqani  Şirvani 1126-cı  ildə Şamaxı  şəhərində anadan  olmuşdur.

Əsərlərində dönə-dönə Şamaxı  şəhərində,  hörmətli  bir  ailədə doğuluğunu  yazan  şairin

babası  toxucu,  atası  dülgər, əmisi  və əmisi  oğlu  isə həkim  və alim  idilər.  Şairin  anası

Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi. Anasının atası sərkərdə, babası isə Kiçik

Asiyanın Toqat şəhərindən olan möbid imiş. Atası, oğlu İbrahimi də dülgər etmək istəyir,

onun təlim-tərbiyəsinə az diqqət yetirirdi.

Əmisi  Kafiəddin  Ömər  ibn  Osman  onu  körpəlikdən  öz  himayəsinə alır,  Quranı,

fəlsəfə,  riyaziyyat  və başqa  elmləri  öyrədir.  15-16  yaşlarında  şeir  yazmaqda  mahir

olduğunu  görən əmisi  ona  Həssanül-Əcəm  (yəni Əcəm  Həssanı)  təxəllüsü  verir.

Təxminən, 18 yaşında saraya dəvət olunan sənətkar əvvəlcə sevinir, şadlanır, mədhiyyələr

yazır.  Sonradan  onun  mənəvi  aləmində bir  oyanma  baş  verir.  Xaqani  Şırvanşahlar

sarayından can qurtarmaq üçün  yollar arayır. Xorasana, İraqa getmək istəyir, ömrü boyu

Xorasana  can  atan  sənətkar  bu  arzusuna  nail  ola  bilmir. İki  dəfə Ərəb  və Əcəm İraqını

səyahət etmək üçün Kəbə ziyarətinə gedir. İki dəfə həbsxanaya düşür. Həbsxanada olduğu

vaxtlarda



________________Milli Kitabxana________________

Məşhur  "Həbsiyyə şeirləri"  silsiləsini  yaradır.  1151-ci  ildə Xaqaninin əmisi  Kafiəddin

Ömər vəfat edir. Xaqani əmisinin ili çıxandan sonra 1152-ci ildə bir kəndli qızı ilə evlənir.

Əbdülməcid  və Rəşid  adlı  oğlanları,  bir  neçə qızı  olur.  1176-cı  ildə Kəbə ziyarətindən

sonra Xaqani  vətənə qayıtmır,  ömürlük  Təbrizdə məskən  salır.  Şamaxıda  25  il  bir  yerdə

ömür sürdüyü sevimli  arvadını, 20 yaşlı oğlu Rəşidi, əmisi Kafiəddin Öməri, əmisi oğlu

Vəhidəddin  Osmanı  və başqa  yaxın  adamlarını  itirən  sənətkar  bir  də oraya  qayıtmaq

istəmir. Axsitan, Qızıl Arslan və başqaları onu saraylara dəvət edirlərsə də, dahi sənətkar

heç  bir  saraya  getmir,  müxtəlif  bəhanələrlə dəvətləri  rədd  edir.  Təbrizdə olarkən Xaqani

iki  dəfə evlənir.  Şair  1199-cu  ildə Təbrizdə vəfat  edir.  Məqbərətüş-şüərada  dəfn  olunur.

Qəbri indi də durur.

Xaqani  Təbrizdə yaşadığı  müddətdə Şərqin  bir  çox  ölkə və şəhərlərində yaşayan

dostları, qohumlari ilə yazışırdı. Hələ birinci Kəbə səfərindən sonra Dərbənd və Gəncədə

bir  növ  sürgündə olan  şair,  orada  çoxlu  dostlar  qazanır,  1159-cu  ildə Gəncədə ikən

qızdırma  xəstəliyinə tutulan  və Gəncəli  Şəmsəddin  Təbib  tərəfindən  müalicə edilən

Xaqani, ehtimal ki, onda 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşür, dostlaşır.

Ona  görə də Xaqani  ölən  zaman  Nizami  ona  mərsiyə yazır.  Həmin  mərsiyədən  hələlik

aşağıdakı bir beyt məlumdur:

Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar,

Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.

Xaqani  Şirvani əslən  bir  oğuz  türkü  ailəsində doğulmuşdur.  "Töhfətül-İraqeyn"də

bununla bağlı yazır: "Bir Əcəm türküyəm, dəricə deyən, yalvac tanıyanam, Tanrı istəyən".

Buradakı Əcəm türkü ifadəsi eynilə bugünkü Azərbaycan türkü, Azərbaycanlı sözlərinin

sinonimi  kimi  qəbul  edilə bilər. Maraqlıdır  ki,  şair  Allah  sözü  yerinə onun  türk  qarşılığı

kimi Tanrı və peyğəmbər sözünün də qarşılığı olan "yalvac" sözünü işlədir.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, "Töhfətul-İraqeyn"

poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbüdir

ki,  bunlar  Xaqani  irsinin  hamısı  deyildir.  Özünün  də dönə-dönə xatırladığı  kimi,  şairin

yaradıcılığı  bütün  Şərq ədəbiyyatı  üçün  yeni  hadisə idi.  Yenilikçi,  orijinal  sənətkar  olan

Xaqaninin  yaradıcılığının əsasını  dərin  və güclü  hümanizm  təşkil  edir.  "Uşaqlıqdan

adətim  bu  olmuşdur  ki,  inciyim,  ancaq  incitməyim".  Bu  sözlərin  sahibi  olan  şair  heç  də

şərə qarşı  laqeydlik,  mərhəmət  göstərməmişdir.  O,  həmişə xalqın,  həqiqətin,  gözəlliyin

tərəf-





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə