Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   ...   148

________________Milli Kitabxana________________

darı olmuş,  hər  cür  şəri  isə ehtirasla  rədd  etmişdir.  Şair  dünyagörüşü  etibarilə əvvəllər

Ərəstü - İbn  Sina  fəlsəfəsinə rəğbət  bəsləmiş,  hikməti-məşşani  qəbul  etmiş,  Iakin  çox

erkən də bu mövqedən uzaqlaşmış və əxilik mövqeyinə keçmişdir. Onun yaradıcılığındakı

humanizmi,  yunan  fəlsəfəsinə tənqidi  münastbəti  də məhz  bu əxilik  dünyagörüşü  ilə

bağlılıq  nıüəyyənləşdirir.  Sufızmə,  məlamiliyə,  qələndəriyyəyə rəğbət  göstərən  sənətkar

əxilik  ideyaları  cəbhəsində daha  inamla  dayanmışdır. Əxilik  onun  yaradıcılığına  sağlam

və dərin humanizm, xəlqilik, demokratiklik bəxş etmişdir.

Xaqaninin  divanında  və ümumiyyətlə yaradıcılığında  qəsidə janrı  mühüm  yer  tutur.

Yaxın  və Orta  Şərqin  İntibah  dövrü ədəbiyyatında  qəsidə janrının ən  görkəmli

nümayəndəsi məhz Xaqanidir. Firdovsi və Nizaminin poema janrunda, Hafiz və Füzulinin

qəzəldə,  Ömər  Xəyyamın  rübaidə göstərdiyi  möcüzəni  Xaqani  qəsidə janrında

göstərmişdir.  Onun  qəsidələri  dərin  və çoxcəhətli  məzmun,  yüksək  sənətkarlıq

baxımından  diqqəti  cəlb  edir.  Bu  qəsidələrin  mövzuları,  yazılma  səbəbləri,  həcm  və

səviyyələri  müxtəlifdir.  Bunlarda  mədhiyyə,  mərsiyə,  fəxriyyə də var,  ictimai-əxlaqi,

fəlsəfi məzmunda  olanlar  da.  Xaqaninin  mədh  yazması  tamamilə təbüdir.  O, özünü

Xaqani-əzəm adlandıran Şirvanşah Mənuçöhrün  fərmanı ilə Xaqani (yəni xaqana məxsus

olan)  təxəllüsü  göturmüş,  Şirvanşah  Mənuçöhrə,  onun  oğlu, axsitana,  Qızıl  Arslana  və

başqa  hökmdarlara  və əsilzadələrə xeyli  mədhiyyə yazmışdır.  Ləyaqətli  şəxslərə həsr

ediləndə,  hamını  maraqlandıran  mühüm  hadisələrlə əlaqədar olanda  bu  mədhlər  yerinə

düşürdü.  Baqlani  bəndinin  tikilməsi,  Axsitanın  düşmənlə mübaribədə qazandığı  qələbə

münasibəti üə yazılan şeirlər buna misal ola bilər.

Ayrı-ayrı  şahlara  kor-koranə mədh  yazmaq  dövrü  Xaqani  yaradıcılığında  çox  az

davam edır. Artıq 23 yaşına qədərə qoyanda şairin mənəvi aləmində bir oyanma baş verir,

o,  məddahlığım  1157-58-ci illərdə yazdığı  "Töhfətül-İraqeyn"  poemasında  çox  ayıq

şəkıldə qiymətləndirərək yazır:

Əvvəllər şahları  mədh etdiyimçün,

Dilim bulanmışdı çirkaba bütün.

Məddahlığa  bu  ayıq  münasibət  şairi  ömrü  boyu  izləmişdir.  Şair  vaxtilə mədh  etdiyi

adamları divlər adlandırır, peşman olduğunu, mədhiyyəçiliyi rədd etdiyini bildirir:

Həyatım bir müddət divlərlə soldu.

İyirmi iki il ömrüm puç oldu.




________________Milli Kitabxana________________

Elə ki, özümü qapına saldım,

O ötən ömrümü gcriyə aldım.

Anladım səhvimi, oldum peşiman,

Rədd etdim o keçən monliyi, inan.

Düzdür,  Xaqani  bu  hadisədən  sonra  da  bəzən  mədhiyyələr  yazmışdır,  lakin  indi  bu

mədhiyyələr  başqa  başqa  səciyyəli  idi.  İndi  Xaqani  humanist  məqsədlər  üçün  ara-sıra

mədhiyyələr yazırdı. Şirvanşahlar sarayından qaçmağa çalışması, iki dəfə həbsə düşməsi,

1176-cı  ildə Təbrizə köçüb,  saraylardan  uzaq  həyat  keçirməsi,  müxtəlif  hökmdarların

dəvətini  rədd  etməsi  də şairin  söz  və fikirlərin  də ardıcıl  olduğunu  təsdiq edir.  Xaqani

ömrü  boyu  həyat  həqiqətlərini  güzgü  kimi əks  etdirməyə çalışmış,  məddahlığısına

yalançılıq hesab edib ondan üz döndərmişdir:

İlhamım yalanla xarab olmuşdu,

O, civə rəngində şərab olmuşdu.

İndi hər sözümdə bir həqiqət var,

O, güzgü, məhək tək olmuşdur meyar.

Xaqani  sarayları  və məddahlığı  rədd  etdikdən  sonra  başqa  bir  aləmə can  atmışdır.

İndi  onu  səyahətlər,  dövrün  ziyalıları  ilə görüşmək,  elmi  söhbətlər  aparmaq,  insan  və

zaman haqqında düşüncələrini bölüşmək maraqlandırırdı. O, gah İraqa, gah Xorasana can

atır. Şahlara rəğbəti olmadığını, alimlərlə görüşmək istədiyini dönə-dönə xatırladır.

Xaqaninin qəsidələri arasında ictimai, fəlsəfi şeirlər daha çoxdur. Əsrin narahat, əsəbi

həyəcanlarını,  yeri-göyü  titrədən  ürək  ağrılarını,  fəryadlarını əks  etdirən  bu  qəsidələr

müasirliyi ilə seçilir. Xaqaninin bu tıpli qəsidələri əsrin başı üzərində şimşək kimi çaxır,

ildırım  kimi  gurlayır.  Ümmanda  başlayan  güclü  bir  tufan  kimi  səslənir.  Belə şeirlərdən

biri  "Mədain  xərabələri"  adı  ilə məşhur  olan  qəsidədir.  İran  dövlətinin  keçmiş  paytaxtı

olan  Mədain  xərabələri  şairi  dərin,  sarsıdıcı,  ibrətli  düşüncələr  aləminə aparır.  Şairin

nəzərində Mədainin  xərabələri  ibrət  aynasıdır.  Bu  ayna  qarşısında  həyəcanlanmamaq,

sarsılmamaq, gözyaşı tökməmək  mümkün deyil.  Təkcə keçmiş üçün, xarabaya çevrilmiş

Mədain  üçün  yox,  bəlkə daha  çox  bu  gün  üçün,  bu  günün  şahlarından  tutmuş  adi

insanlarına  qədər  hamı  üçün.  Bu  mənzərə təbiəti  sarsıdır.  Dəcləni  ağrıdan  ilan  kimi

qıvrılmağa məcbur edirsə, insan bu mənzərəyə sakit-sakit necə baxa bilər? Çox vaxt gözə

görünməyən, dəbdəbə və hay-küy içində itən insan münasibətləri, həyatın və cə-




________________Milli Kitabxana________________

miyyətin amansız qanunları burda bir sükutla haray qoparır, uçuq tağlardakı daşların hər

naxışı  bir  tarix  danışır.  İndi  yerlə-yeksan  bu  dilsiz  xərabələr  bir  vaxt  dünyaya  meydan

oxumuş, bir çox şahlar bu astanaya baş əymişlər:

Bir vaxt bu eyvanın astanasını üzlər,

Saldıqları nəqş ilə etmişdi nigaristan.

Burda nökər olmuşdur Babil şahi illərlə

Bu qəsrə qulam olmuş bir vaxt şəhi-Türküstan.

Etmiş buradan bir gün şiri-fələkə həmlə

Cürətlə o aslan ki, yonmuşlar onu daşdan.

Zənn eylə o əyyamdır, fikr ilə nəzər sal, gör,

Dərgah haman dərgah, meydan haman meydan.

Bu əzəmət  və qüdrətin  sarsılmasını,  heçliyə varmasını  Xaqani  ancaq  özünəməxsus

əzəmi bir şeriyyətlə ifadə edir. Fili aciz edən şahların şahmatda mat qalması, Nuşirəvanın

qanını  Hörmüzün  qafa  tasında  şərab  kimi  torpağın  içməsi,  Kəsranın  narıncının, Pərvizin

tərxununun  torpağa  çevrilib  unudulmasını  Xaqani  hərarətlə

xatırlayır.  Pərvizin

bədənindən  küp  düzəldilir,  Şirinin  ürək  qanı  meyə çevrilir.  Təbiətin  bu  amansız  qanunu

şairi  həm  kədərləndirir,  həm  sevindirir.  Ona  görə ki,  Mədaini  bu  günə qoyan  amansız

qanunlar  zalım  şahları,  onların  zülm ərşə dayanan  saraylarını  da  amansızlıqla  məhv

edəcək,  heçə çevirəcəkdir.  Xaqani  Mədainin  məhv  olması  səbəbini  araşdırır,  öz-özünə

sual verir:

Sarsıtdı kim əflakə qalxan belə eyvani,

Göylərdəki qüvvətmi, etdi ya fələk viran?

Qəsidə butünlüklə bu  sualın  dərin  poetik  cavabından  ibarətdir.  Şairin  böyüklüyü

ondadır ki, o, Mədainin məhvində bir qanuna-uyğunluq görür:

Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə

İzlər bu cahan içrə, olma buna gəl heyran

Sordun hara getmişdir indi o böyük şahlar,

Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Udmuş nə qədər bilsən zalımları bu torpaq,

Lakin yenə doymaz bu acgöz adam udmaqdan.

Beləliklə,  Xaqani  mütəfəkkir  şair  kimi  Mədainin  məhvini,  Kufə və Bağdadın

yüksəlişini dialektikcəsinə izah edir, bülbülü bayquşun,




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə