Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   2   3   4   5   6   7   8   9   ...   148

________________Milli Kitabxana________________

nəğməni  növhənin əvəz  etdiyini  heyranlıq  və təəccüblə yox,  ibrətlə qarşılayır,  bu  ibrət

güzgüsündə Şərq intibahının ideallarını, İntibah ziyalılarının müdrikliyini, ürək ağrılarını,

insan haqqında düşüncələrini görməyə çağırır:

İbrətlə bax, ey könlüm, bu aləmə gəl bir an

Eyvani-Mədaini ayineyi-ibrət san

Yaxud

Xaqani, bu dərgahdan sən daima ibrət al,



Ta almaq üçün ibrət gəlsin qapına xaqan.

Xaqani  də dövrün  bir  çox  ziyalıları  kimi  birinci  növbədə hökmdarlara  təsir  elmək,

onları  qəflət  yuxusundan  ayıltmaq,  Mədaindən  ibrət  almağa  çağırmaq  istəmişdir.  Zalım

hökmdarlara qarşı şairin xəbərdarlıği burda nə qədər də guclüdür:

Biz ədl sarayıykən zülm ilə xarab olduq,

Zalımlar olan qəsrə gör neyləyəcək dövran?

Bu sətirlərin heç bir izaha ehtiyacı yoxdur. Zalım hökmdarlar humanist Xaqaninin ən

çox nifrət etdiyi adamlar idi. Şairin bu ecazkar qəsidəsi birinci növbədə onlara xəbərdarlıq

kimi  səslənir.  Böyük  intibah  şairinin  keçmiş,  bu  gün  və gələcək  haqqında  ürəkağrısı,

gözyaşı,  qəzəb  qığılcımları  ilə dolu  narahat  fəlsəfi düşüncələri,  yeri,  göyü  titrədən

haraydır. Bu şeirdə Mədain İran və Azərbaycanın antik əzəmət və vüsətinin simvolu kimi

götürülmüş, ona xitabən yeni, müasir İntibah duyğuları qələmə alınmışdır.

Xaqaninin  içtimai-fəlsəfi şeirləri  arasında  "Şiniyyə qəsidəsi"  ("Qəsideyi-şiniyyə")  də

mühüm yer tutur. Qafiyəli misraları "şin" hərfi ilə qurtardığı üçün belə adlandırılan bu şeir

insan  və onun  mənəvi  aləmi,  həqiqi  mahiyyətı,  zahiri  aldanışları  haqqında,  çoxcəhətli

məzmun  və mündəricə baxımından  zəngin  düşüncələrdən  ibarət  bir əsərdir.  Bu  qəsidədə

İki insan tipi qarşılaşdırılır. Biri dünyanı dördəlli tutanlar, nəfsə aldananlar, hamıya ağalıq

etmək  istəyənlər,  digəri  isə nəfs  adlı  aslanı  it  kimi  diz  çökdürənlər,  həm  mərdə,  həm  də

namərdə baş əyməyənlərdir.  Xaqani  özünü  ikincilərdən  sayır  və bununla  fəxr  edir.  Şair

həmin iki insan tiplərini müxtəlif baxımlardan müqayisə edir, dərviş və sultan obrazları ilə

məsələni bir qədər də konkretləşdirir. Şair bu əsəri yazarkən sufizm və əxiliklə bağlanmış,

yunan fəlsəfəsinə qarşı soyumuşdu. İndi onu sırf elmi məsələlərdən daha çox insan, onun

taleyi, mənəvi  aləmi ilə bağlı problemlər maraqlandırırdı. Şair bağlı



________________Milli Kitabxana________________

olduğu  sufi  dərvişləri,  özü  yoxsul  olsa  da,  başqalarına  qarşı  səxavətli  olan əxiləri  hakim

təbəqələrə, varlılar dünyasına qarşı qoyur:

Bəli, dərvişdə hümmət günəş misli gərək olsun,

Ki, o, şahlardan üstündür, nə yurdu var, nə sahmanı.

Cahanla can iki bütdür düşüb dərviş ayağına,

Tamamilə ehtiyac it tək olub zəncirli dərbanı.

Nə hind çibalı tək qurmuş sitəmlə qəsri-tağuti,

Nə Çin xaqanı tək zülm ilə düzmüş tacə mərcanı!

Şairin  yoxsul  dərvişlərlə xaqan  və çibalları  qarşılaşdırmasının,  üstünlüyü  dərvişlərə

verməsinin  səbəbi  var.  Çibal  və xaqanlar  tağut  saraylarını,  mərcanlı  taclarını  zülm  və

sitəmlə əldə etmişlər,  onların  cəlal  və əzəməti,  var  və dövləti  zülmün  nəticəsidir.  Dərviş

şairin gözündə məhz ona görə ucadır ki, o, öz ehtiyacı və tamahı  üçün başqalarına zülm

eləmir.


O İskəndərsifət Xızrın hava - taxtı, ağıl - tacı,

O aqil sərxoşa süfrə - rzadır, can – mehmanı

Xəzinədarı - fikir, ilbam; keşikçi-şərilə tövfiq,

Əsiri-nəfs ilə amal, qul etmiş çərxi, keyhanı.

Orta əsrin  xüsusiyyətçi  qanunlarına  qarşı  şair  gözütoxluq,  ağıllılıq  tələb  edir.

Xaqaniyə görə o adam ki, zahirini bəzəyir, əlvan paltarlarla öyünmək istəyir, o, ilandan da

əksikdir.  Qoy  belə adamlar  heç  olmasa əfi  ilandan ibrət  alsınlar,  çanaqlı  bağaya

bənzəməsinlər:

Nolardı bircə bilsəydim bıı dünyada nəyin artar

Yeyib-içsən gecə-gündüz, şərabi, noğlu, reyhanı?

Əmirə söylə bilsin ta ki, nəfs - it, cifə sərvətdir,

İtə həmkasə olmaqla gedər badə şərəf, şanı.

Ölər bağa çanağında, çıxar əfi qılafından,

İlandan kəm deyilsənsə, soyun bu rəxti-əlvanı.

Süleymanam demə, əvvəl yanından divləri rədd et,

Və ya zəncirlə, ya öldür, ya qov quli-biyaban

Əlvan  geyimlərlə,  ləzzətli  yeməklərlə öyünmək,  onların əsiri  olmaq  divlər,  şeytanlar

əlində qul  olmaqdır,  öz  insanlığını,  dəyanətini  itirməkdir.  Nə üçün  insanın  ruhu  tamah,

həvəs zindanında dustaq olmalıdır. Şair əxilər və sufilər kimi dünyaya, onun nemətlərinə

bənd olmağı qəbul etmir, burda insana zidd olan güclü bir sifət, iblislik görür. "Bacarsan

bu dünyanın cəlalına aldanma, bu murdar daşı əlinə alıb şeytanı sevindirmə", "Mərdlərin,

yəni əxilərin ayaq torpağını başına tac elə, ancaq qızıl tac alıb gizli sirrini bildirmə", "Şah

tacına



________________Milli Kitabxana________________

məftun olan kəs dərviş deyil, gərək dərviş yoxsulla şahı bir gözlə görə". "Torpaq

sənin  dayən  olub,  südünü əmmisən,  o  da  sənin  qanını əməcək.  Sənin  qanın

dayənin  verdiyi  süddəndir. Əlində tutduğun  badə cavanlar  qanıdır,  içmə,

Zalımların  nəfsi  kimi  bu  qaniçən  dünyanın  içi  məzarıstan,  eşiyi  isə bağ-

bağçadır".

Qəsidənin  hər  beyti,  hər  sözü  humanizmlə,  feodal  orta əsrinin  qayda-

qanunlarının  inkarla  doludur.  Hər  beytdə dərin  və geniş  məzmun,  yığcamlıq  və

konkretlik var. Başqa əsərlərində olduğu kimi burada da şairin əsas tənqid hədəfi

zülm  və ədalətsizlikdir.  Qəsidədə zalımlara  nifrət,  qəzəb  hər  dəfə yeni  bir

ehtirasla  özünü  biruzə verir.  Xaqani  də dahi  müasiri  Nizami  kimi  zalımları

düşünməyə, peşiman olmağa səsləyir:

Tökər sübhə qədər qan yaş gözündən sel kimi məzlum,

Boğar zalımları rahat yataqda qanli tufanı

Əlac axtar qəza təqdirinə, sən əzdiyin aciz,

Düşübsə torpağa, ahı yıxar ərşi-müəllanı.

Salıbsan Bijəni həbsə, sən ey Əfrasiyab, yatma,

Durubdur pusquda Rüstəm, əlində tiği-bürranı.

Edibsən it kimi pislik, peşiman ol, çağır "əl-əfv",

Ki, it də söyləyər "əf-afv", nəyin olsa peşimanı.

Xaqani  şeri  coşqun,  ehtiraslı  poeziyadır.  Bu  poeziyada  gözəlük  ehtirasla

təsdiq olunduğu  kimi eybəcərlik, şer, zülm də eyni ehtirasla inkar edilir, üstəlik

onda  inkar  daha  güclüdür.  "Qəsideyi-şiniyyə"  bu  baxımdan müstəsnalıq  təşkil

etmir.  Bu  zəngin  məzmunlu əsərdə də şairin  dövrünə məxsus  eybəcərlik  və şer

rəngarəng  boyalarla  qələmə alınır,  inkar  edilir.  Burda  "Mədain  xərabələri"  ilə

səsləşən parçalar da çoxdur.

Xaqaninin ən  iri  həcmli əsəri  "Töhfətül-İraqeyn"  poemasıdır.  Azərbaycan

ədəbiyyatı  tarixində ilk  poema  olan  bu əsəri,  bəziləri  yanlış  olaraq  mənzum

səfərnamə hesab edir, onun iki İraqa - Əcəm və Ərəb İraqına səyahətdən alınan

təəssürat əsasında  yazıldığını  düşünürlər.  Halbuki,  poemaya  "Töhfətül-İraqeyn"

adı sonra  verilmişdir.  Xaqani əsərini,  Yəhya  Qərib  nəşrindəki  dibaçədən  də

aydın  olur  ki,  "Töhfətül-xəvatir  və zibdətül-zəmair"  adlandırmışdır.  Seyyid

Hüseyn  Amuzqar  isə onu  "Töhfətül-xəvatir  və zibdətül-nəvazir"  adı  ilə çap

etdirmişdir.  Bir  həqiqətdir  ki,  poema  ancaq  səfərnamə,  yaxud  səfər  xatirələri

deyil.  Şair əsəri  yazana  qədər  keçirdiyi  həyat,  qarşılaşdığı  adamlar  haqda

xatirələrini,  müxtəlif  məsələlər ətrafında  düşüncələrini əks  etdirir.  Şirvan  və

onun əhalisi haqqında düşüncələr



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə