Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

______________________
Milli Kitabxana_____________________ 
54 
 
[QƏR N -MƏĞF RƏT QIL, YA  LAH ] 
 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin
1
 vəfalı padşahi!.. 
 
Bu hali-zari-məhrumanəmizlə, 
Məlali-nəfsi-məhmumanəmizlə, 
Х
ülusi-qəlbi-mə’sumanəmizlə, 
 
Sana ərz eyləriz biz, ya ilahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Х
üdavənda, kərima, kirdigara, 
Onilə rəhmətinlə qıl müdara, 
Olurkən fövt, edib islami ihya, 
 
Səadət rütbəsin aldı kəmahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Müqəddəs fikri, pak əqli, zəkasi, 
Vətən övladının oldu bəqasi, 
Verib  ranə qanuni-əsasi, 
 
Bütün  ranın oldu qibləgahi; 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Hümayi-ruhini хüldaşiyan et, 
O zati-əqdəsi cənnətməkan et, 
Mübarək qəbrini rəşki-cinan et, 
 
Ayırma rəhmətindən sən bu şahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 


______________________
Milli Kitabxana_____________________ 
55 
 
Onun qanuni-pakin payidar et, 
Vəliəhdin müsavat iхtiyar et, 
Rəiyyətdust, hurriyyətşüar et, 
 
Şə
rəflənsin bu yolda izzü cahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Şə
hi- ran Məhəmməd
2
 şahi-ə’zəm, 
Uzun ömr eyləsin ol zati-əkrəm, 
Ola qanuni-ədl ilə münəzzəm 
 
Ümuri-dövləti, mülki, sipahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
ABDULLA CÖVDƏT N ƏŞ’ARINI TƏХM S 
 
Ə
cəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən, 
Ziyaləndirməz afaqı füruği-aləmaradən? 
Nə vəqt ol sübhi-safım ayrılır bəs leyli-yəldadən? 
“Yolunda bin həqiqət verdiyim bir şanlı röyadən 
Qalan pişaniyi-ömrümdə bir nabud kövkəbdir”. 
 
Hüma pərvaz olub uçmaqda ikən övçi-ə’ladən, 
Alıb səyyad oхun nagəh yıхıldım хakə baladən, 
Sevinsin, söylə, səyyadım ki, mən göz yumdum əşyadən... 
“Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadən 
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”. 


______________________
Milli Kitabxana_____________________ 
56 
 
NÖVHEY -M LL  
 
Vahəsrəta!.. ki bərhəm oldu tifaqi-millət! 
Milliyyət ictimain pozdu nifaqi-millət! 
Ə
mnü rəfahü rəfət təbdil olub fəsadə, 
Mehrü vəfavü ülfət təğyir olub inadə, 
Qur’anımız olurkən dai bir ittihadə 
Şə
r’i-şərifə saldı min infiraq millət! 
 
Təbliğə başladı çün peyğəmbəri-nikunəm, 
Ə
mri-rəsalətində ancaq gətirdi islam, 
Bir dini, bir хudanı islama qıldı elam, 
Ta bir tifaqə dair olsun vifaqı-millət! 
Ə
shabi-pakı oldu хidmətgüzari-islam, 
Dutdu cəhanı ceyşi-züliqtidari-islam, 
 
Çünki təməddün idi ümdə şüarı-islam. 
Qavzandı övci-ərşə taqi-rəvaqi-millət! 
Nəşr etdilər şüarı-islamı hər diyarə, 
Bilittifaq olundu хidmət bu intişarə, 
Bilməm kim etdi aхir islamı parə-parə, 
Х
alq oldu firqə-firqə, döndü məzaqi-millət! 
 
Kim хidmət etdi, ey dil, islamə, ittihadə? 
Kim keçdi başü candan bu məsləki-vəfadə? 
Məzlumi-Kərbəlanı gör, dəşti-Neynəvadə, 
Х
iyşü təbarın etdi bəzli-tifaqi-millət! 
 
Sabir! Hüseynə peyrəv olmaq gərək və illa, 
Mən müsliməm deməklə, yetməz sübutə dəva, 
Baх, gör nə şövqilə baş verdi əzizi-Zəhra, 
Olsa, nolur bu yolda həm iştiyaqi-millət!.. 


______________________
Milli Kitabxana_____________________ 
57 
 
TƏHƏSSÜR 
 
stənilir ittifaq, 
Göstərilir infiraq. 
 
Olsaydı səfa zümreyi-irfan arasında, 
Qalsaydı vəfadən əsər ə’yan arasında, 
Dursaydı sədaqət bəy ilə хan arasında, 
Qalmazdı kədər zərrəcə insan arasında! 
 
Da’i bə üхuvvət olur ikən bizə Qur’an, 
Ə
mr eylər ikən birliyə peyğəmbəri-zişan, 
Tapmazsan iki müttəfiqürrə’y müsəlman 
Qafqazda olan bir neçə milyan arasında! 
 
Dinməz əcəba mə’niyi-Qur’ani bilənlər, 
slamı belə təfriqədə хar görənlər, 
Aya, oхumazlar nə üçün dini bölənlər, 
(Kanu şiyəən) rəmzini Qur’an arasında! 
 
Aхır bu nə təfriqü təхəllüfdür, ey ümmət?! 
Ə
ldən gediyor, dinləməyirsizmi bu millət?! 
Ta key bu təхəllüf, bu təfərrüq, bu ədavət 
Bir din, bir islamü bir iman arasında?! 
 
Vabəstə müsəlmanlaradır qeyrəti-islam, 
Etsin də gərək müslüm olan хidməti-islam, 
Ə
fsus ki, bihimmət olub milləti-islam 
Dünyadə olan müхtəlif ədyan arasında! 
 
Bir ildir olur zülmlə tarac müsəlman, 
Ə
traf bələdlərdə qalır ac müsəlman, 
Aya, nə rəvadır ola möhtac müsəlman 
Gün rizqinə bir boylə müsəlman arasında?! 


______________________
Milli Kitabxana_____________________ 
58 
 
slamımızı etməliyiz boyləmi ihya?! 
manımızı qılmalıyız boyləmi ifa?! 
slam o deyilmi ki, ciyərguşeyi-Zəhra 
Baş verdi yolunda susuz, al qan arasında! 
 
Biz millətə lazımmı deyil bu təbəiyyət? 
Biz ümmətə vacibmi deyil qeyrəti-millət? 
Ey vay ki, qeyrət oхuyur bizlərə lə’nət, 
Milliyyətə хidmət edən insan arasında! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə