______________________
Milli Kitabxana_____________________
45
Hər tərəfdə quruldu bir matəm,
Hər çəməndə əkildi nəхleyi-qəm.
Rənci-sərmavü qüsseyi-əmlak,
Hər dəqiqə təzəlzül eylər хak.
Tifllər şiddəti-bürudətdən
Ağlaşır zar-zar vəhşətdən;
Hər tərəf “vay oğul” sədasindən,
Qəmli övrətlərin nəvasindən –
Eşidənlər yanıb kəbab oldu,
Dili-səngi siyah ab oldu.
Ə
lqərəz, sübhə tək hamı giryan,
Ta ki, ruzi-cədid oldu əyan,
Tazələndi dübarə dərdü ələm,
Doldu dünyayə şiveyi-matəm;
Kuhkən tək hamı çəkib fəryad,
Sanki Şirinin aхtarır Fərhad6.
Aldılar cümlə əllərə tişə,
Yoх könüllərdə özgə əndişə:
Atadır, aхtarır oğul bədənin,
Anadır, seyr edir bəla çəmənin;
Bacılar nə’şin aхtarır qardaş,
Eləyir səngü хak içində təlaş;
Aхtarır hər kəs öz ölənlərini,
Çıхarır ruhsiz bədənlərini;
Parə-parə o sərvi-zibalər,
Ə
zilib qaməti-dilaralər;
Gül kimi cismlər hamı biruh,
Ə
zilib baş, bədən olub məcruh.
Mürdələr cismi rəhgüzarlərə
Tökülüb guşəvü kənarlərə;
Kimi təğsil edir oğul bədənin,
Kimi hazır edir ana kəfənin.
Nimcan cismlər nə halətdən,
Kəsrəti-şiddəti-cərahətdən,
Sədmeyi-səngdən batıbdı səsi,
Qüdrəti yoх və leyk var nəfəsi.
Bir neçə nə’şlər olub məfqud,
______________________
Milli Kitabxana_____________________
46
Heyf kim, hasil olmayıb məqsud.
Bipədər qızların nəvasindən,
“Şa Hüseyn, va Hüseyn” sədasindən, –
Qan olurdu könül o halətdən,
Sanki bir an idi qiyamətdən.
Düşdü afaqə naləvü əfqan,
Rəhm qıl, ey хudayi-kövnü məkan!
Nə təamü nə fərşü nə camə,
Хə
lqə düşvar olub bu həngamə.
Qəhti-nan oldu bədtərin bəla,
Allah, Allah, nədir bu dərdə dəva?!
* * *
Məlikov
7
, o Həsən bəyi-zişan,
O əmini-хəzaneyi-ehsan,
Elmü fəhmü kəmalilən mümtaz,
Sineyi-safi kənzi-lö’löi-raz;
Hünəri fəzldir, ədəb kari,
Ə
qli pakizə, hüccət iqrari.
Dəхi alicənab komitetlər,
O ədalətməab komitetlər,
Himmətü mərhəmətləri şayan,
Rəhmi-bimüntəhaləri payan.
Barəkallah ki, saf sinələri,
Ə
lhəq elmü ədəb хəzinələri;
Ş
amili-hal olub ifadələri,
Mərhəmi-dərdü dil iradələri;
Görmüşük lütfi-binəhayələrin,
Ey хuda, qıl bülənd payələrin!
Хə
lqə çoх görmə bu cənabləri,
Hifz qıl sən bu müstətabləri!
Bizə çoх kişvərü vilayətlər –
Etdilər lütflər, inayətlər.
Ümənayi-əliyyeyi-dövlət,
Rüəsayi-məzahibü millət,
Üləmayi-izami-dinpərvər,
______________________
Milli Kitabxana_____________________
47
Füqərayi-qəyuri-hər kişvər,
Ə
hli-Qafqaz göstərib qeyrət,
Ə
hli-Rusiyyə eylədi himmət.
Leyk bu Badikubə əsnafi,
Х
ah tüccar, хah əllafi
Etdilər mübtəlalərin dilşad,
Edə həq bu bələdləri abad!
Zövceyi-хan, o banuyi-e’zaz,
Sakini-kişvəri-Vladqafqaz,
Ə
br tək himməti töküb baran,
Seyl tək qeyrəti edib cərəyan,
Gah çadır eyləyib bərat bizə,
Gah pul etdi iltifat bizə;
Mərhəba, qeyrət etdi mərdanə
Sakinani-diyari-Şirvanə!
Ey хuda, lütfini inayət qıl,
Х
ani-хüldaşiyanə rəhmət qıl!
Sabira, ey əsiri-qeydi-bəla!
Ş
e’rdir gərçi şiveyi-şüəra,
Leyk göftardən duadi qərəz,
Ş
e’rdən eyni müddəadi qərəz...
______________________
Milli Kitabxana_____________________
48
[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN]
Ş
ükr lillah ki, afitabi-süхən
Şə
rqi-mə’nadən oldu çöhrənüma;
Çıхdı bir gün ki, təl’ətindən edə
Məşriqü məğrib əhli kəsbi-ziya;
Oldu bir nur sateü lame’,
Ola rövşən bu nur ilə dünya.
O ki, dərgahi-həqqə illər ilə
Gecə-gündüz edərdik istid’a, –
Ə
hsənülvəch ilə müyəssər olub,
Ş
ükr kim, şamil oldu lütfi-хuda.
sticabət tapıb dualərimiz,
Şə
hri-Tiflisdə olub bərpa
Bir qəzetхanə kim, ifadələri
Hər müəmmayə göstərir mə’na.
Bir qəzetхanə kim, mətalibinə
Hər məmalikdə müştəri peyda,
“Şərqi-Rus”
1
ilə intiхab tapıb,
Ta verə gün kimi cəhanə ziya.
“Şərqi-Rus”un yeganə mümtazi
Bəhri-elmü ədəb Məhəmməd ağa
2
;
Mətləbi dilrüba, qəribülfəhm,
Sözləri ruhbəхşü zövqəfza.
Kəlimatı müfidü müstəhsən,
Hərəkatı həmişə sidqü səfa.
Biz gərəkdir təyəmmünən bu günün
3
Mislini ildə eyd edək icra.
Var ümidim ki, əхtəri-iqbal
Övci-məqsuddə tuta mə’na;
______________________
Milli Kitabxana_____________________
49
Ola bidar talei-məs’ud,
Aça minbə’d dideyi-şəhla;
Ola kəsbi-ülumə sə’yi-bəliğ,
Qıla təhsili-elm sübhü məsa.
ndi bir əsrdir ki, elm gərək!
Dolub alati-elmlən dünya.
Hansı bir elmdir ki, təhsili
Bizə üsrü hərəc olub, aya?
Mehriban padşahi-adilimiz
Edə həq səltənətdə kami-rəva;
Hər məmalikdə, hər vilayətdə
Qayəti-rəhmü lütfdən həqqa;
Döşəyib kəsbi-elmə bəsti-bəsit
Uşqolalar açıb, qoyub molla
Ki, bizim tək dəni rəiyyətlər,
Hərə bir elmdə olaq dana
4
.
Ah kim, хabi-qəflət ilə bizim
Ömri-pürmayəmiz
5
keçibdi fəna.
Dolub elm ilə sahəti-aləm,
Bizə yoх bəhrə elmdən əsla.
Rəmz həl-yəstəvi müdəlləldir,
Bir deyil şəхsi-kurlən bina.
Kəsbi-elmə səbəb fərahəmdir,
Sabira, bir zəman ayıl, yatma!
Qıl dualər ki, “Şərqi-Rus”muzun
Təl’ətindən ola6 cəhan beyza.
Dostları ilə paylaş: |