67
Ə
rzaq məhsullarına olan tələbatın ödənilməsi baxımından ölkənin potensial
imkanlarının qiymətləndirilməsində əsas göstəricilər kimi istehsalın həcmi,
adambaşına düşən istehlakın həcmi, ölkənin əsas məhsulları ilə özünütəminatı,
import və eksportun səviyyəsini göstərmək olar. Ölkənin ərzaq məhsulları ilə
özüntəminetmə səviyyəsi ümumi istehsalın istehlaka nisbəti, fizioloji qida norması
ilə müqayisədə faiz göstəricisi ilə müəyyən olunur.
Ə
KTT dünyanın ərzaq təhlükəsizliyinin səviyyəsini qiymətləndirmək üçün
xüsusi metodiki bazadan istifadə edir. Qeyd edək ki, ƏKTT - Beynəlxalq Ərzaq
Təhlükəsizliyi Komitəsi qlobal səviyyədə ərzaq probleminin həlli üçün strateji və
taktiki yanaşmalar üzərində işləyən bir təşkilatdır. Bu metodiki baza 7 göstəriciyə
ə
saslanır:
I. Dünya taxıl ehtiyatlarının dünya səviyyəsində taxıl istehlakına olan nisbəti.
II. Dünya ərzaq təhlükəsizliyi o zaman təmin edilmiş hesab edilir ki, dünya
ə
halisinin illik istehlakının 17% - i həcmində taxıl ehtiyatı mövcud olsun. Başqa
sözlə. taxıl resursu illik istehlakdan əlavə dünya əhalisinin daha 60 günlük
tələbatını təmin etmək imkanı versin.
Digər 5 göstərici taxıl idxal və ixrac edən əsas ölkələrdə vəziyyəti xarakterizə
edən göstəricilərdir.
Taxıl ixrac edən ölkələr üçün aşağıdakı göstəricilər xarakterikdir:
III. 5 əsas ixracatçı ölkənin (Argentina, Avstraliya, Kanada, ABŞ, AB)
təklifinin tələbata olan nisbəti;
IV. Bu ölkələrdə taxıl ehtiyatının ümumi istehlakın həcminə nisbəti-ümumi və
növlər üzrə differensiallaşdırılmış göstəricilər: buğda (Argentina, Avstraliya,
Kanada. ABŞ, AB) yemlik taxıl (Argentina, Avstraliya, Kanada, ABŞ, AB) və
düyü (Çin, Pakistan, Tailand, ABŞ, Vyetnam).
dxalçı ölkələr üçün:
V.Taxıl istehsalında dəyişikliklər (Çin, Hindistan və MDB dövlətləri)
VI.Çin və Hindistan istisna olmaqla, inkişaf edən ölkələrdə taxıl istehsalında
dəyişikliklər ;
68
VII.Sonuncu göstərici buğda, qarğıdalı və düyünün orta illik eksport
qiymətləridir .
Tələbatın 60 günlük həcminə bərabər olan taxıl ehtiyatları ərzaq
təhlükəsizliyinin kritik həddi hesab olunur: “ dxal təhlükəsi meyarı”. Bu hədd 0.3-
ə
bərabər götürülür.
Araşdırmalar göstərir ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq aqrar
sahənin inkişafı təbii şəraitlə bağlı olduğuna görə bu sahədə məhsuldar qüvvələrin
tam formalaşdırılmasında çətinliklər yaranır. Aqrar sahədə məhsuldar qüvvələrin
inkişaf səviyyəsi iqtisadiyyatın digər sahələrindən fərqli olaraq zəif inkişaf edir.
Aqrar sahədə əmək məhsuldarlığının səviyyəsi digər sahələrlə müqayisədə aşağı
olur. Bunun da başlıca səbəblərindən biri aqrar sahənin inkişafının təbii amillərinin
təsirinə məruz qalmasıdır. Elə buna görə də kənd təsərrüfatının inkişafının
tənzimlənməsi bir tərəfdən dövlət himayəsinə ehtiyacı olan sahə olub bilavasitə
dövlətin köməyi ilə inkişaf etdirilir və formalaşır. Digər tərəfdən sahibkarlığın
maddi-texniki vasitələrə, infrastruktur maddələrinə, suvarma suyuna, məhsulların
emalına, satışına, yeni məhsuldar sortların toxumuna, cins mal-qaraya, mütərəqqi
texnologiyaların tətbiqinə, təşkilati işlərə, idarəetmə strukturunun bazar
münasibətlərinin tələbləri əsasında yenidən qurulmasına, kadr hazırlığına və s. olan
tələbatları əsasında yenidən qurulması nəticəsində aqrar sahədə maliyyə çətinlikləri
yaranır ki, bu da nəticədə maliyyə asılılığına gətirib çıxarır.
Dünya ölkələri arasında iqtisadi əlaqələrin intensiv olaraq genişlənməsi
dövlətlərarası əmtəə məhsulları mübadiləsinə və sərbəst fəaliyyətin həyata
keçirilməsinə imkan yaranır, beynəlxalq aləmdə məhsulların, informasiyaların
bolluğuna, azad ticarət və alqı-satqının genişlənməsinə səbəb olur.
Ölkənin ərzaq təhlükəsizliyi problemi daxili və xarici mənbədən olan zərərli
tendensiyaların təsiri nəticəsində yaranır. Daxili və xarici mənbədən olan zərərli
təsirlər ölkənin ərzaq kompleksində destruktiv proseslərə gətirib çıxarır və dövlət
paralel olaraq sosial qeyri-stabillik şəraitini yaşayır. Aqrar iqtisadiyyata, o
cümlədən ölkənin ərzaq təhlükəsizliyinə zərərli təsir göstərən daxili faktorlar daha
çox mənfi təsirə malik olur. Problemə sırf Azərbaycan reallıqlarından yanaşdıqda
69
belə qənaətə gəlmək olar ki, ərzaq təhlükəsizliyi probleminin daxili amilləri
respublika iqtisadiyyatında kifayət qədər fəal rol oynamışdır. Belə ki, 80 - ci illərin
sonu 90 - cı illərin əvvəllərindən etibarən məhsul istehsalının ilbəil azalması,
onilliklər ərzində mərkəzləşdirilmiş iqtisadi əlaqələr sisteminin dağılması, xammal
və material resursları ilə təchizatın pisləşməsi. Qiymətlərin səviyyəsinin
yüksəlməsi və iqtisadiyyatda inflyasiya təmayüllərinin genişlənməsi, maliyyə-
kredit sektorunda deformasiyalar və nəhayət respublika daxilində etnik-milli,
hərbi - siyasi münasibətlərin gərginləşməsi nəticəsində ölkə ərazisinin 20% - ə
qədərinin işğala məruz qalması ərzaq təhlükəsizliyi problemində daxili amillərin
daha qabarıq təsirinə əyani sübutdur.
Ümumilikdə, yuxarıda göstərilmiş faktorlar və ərzaq təhlükəsizliyi
istiqamətləri nəzərə alınaraq Azərbaycan dövləti məhz əhalinin ərzaq məhsulları ilə
etibarlı surətdə təmin edilməsi üçün 2008 - 2015 - ci illərə dair proqram qəbul
etmişdir.
Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və
məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları
ilə tam təmin edilməsinə nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- ölkədə ərzaq məhsulları istehsalının artırılması;
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi;
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi;
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və
sahibkarlıq mühitinin yaxşılaşdırılması;
Yuxarıda göstərilən başlıca və mühüm vəzifələrin yerinə yetirilməsi üçün
həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin
formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına,
ə
rzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir
vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməsi.
Dostları ilə paylaş: |