Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix20.10.2017
ölçüsü0,72 Mb.
#5593
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

73 

 

Dövlət  Proqramının  2015  -  ci  il  üçün  icra  meyarlarını  təşkil    edən  hədəf 



göstəriciləri aşağıdakılardır: 

- dənli bitkilərin əkin sahəsi - 900 min hektar; 

- taxıl istehsalı - 2,8 milyon ton; 

- məhsuldarlıq - 32 sentner; 

- ət istehsalı – 340 - min ton 

- süd istehsalı - 2,4 milyon; 

- quş əti istehsalı - 80 min ton. 

 

3.2. Dunyanın ərzaq istehsalının  əsas problemləri və  onların 

aşağı salınması  yolları

 

II  Cahan  savaşının  bitməsindən  sonra  bəşəriyyət  daha  yeni  və  daha  kəskin 



olan  dünya  problemləri  ilə  üzləşdi.  Əslində  bu  problemlər  kiçikli-böyüklü  bütün 

sivilizasiya boyu insan fəaliyyətini təqib etmişdir. Lakin XX əsrin ikinci yarısından 

başlayaraq  dünya  dövlətləri  insan  və  ətraf  mühit  münasibətində  ekoloji,  ərzaq, 

enerji  və  xammal  resurslarının  tükənməsi  kimi  ümumbəşəri  problemlərin  həlli 

istiqamətində  təxirəsalınmaz  tədbirlərin  görülməsi  vəzifəsi  ilə  qarşılaşdılar.  Ötən 

ə

srin  70-ci  illərində  Amerika  alimi,  biofizik  xanım  Donella  Medouzun  (1941-



2001)  rəhbərlik  etdiyi  qrupun  Roma  klubu  üçün  hazırladığı  «Artım  hədləri» 

adlanan məruzəsində ümumi qəbul olunmuş «qlobal problem» anlayışı dövriyyəyə 

gəldi. Əslində məruzədə irəli sürülən ideyalar başlıca olaraq, Amerika kibernetika 

professoru 

Cey 

Forresterin 



(1918) 

«Dünya 


dinamikası» 

kitabından 

qaynaqlanmışdı. Bu əsərində C.Forrester bəşəriyyətin XXI əsrin əvvəllərində təbii 

resursların  tükənməsi,  ətraf  mühitin  çirklənməsi,  demoqrafik  partlayışlar  kimi 

qlobal  fəlakətlərlə  üzləşəcəyini  bildirmiş,  bununla  da  məşhur  ingilis  demoqraf 

alimi  Tomas  Maltusun  (1766-1834)  «Əhali  artıqlığı  nəzəriyyəsi»nə  rəğmən  XX 

ə

srin  sonunda  dünya  əhalisinin  4,5  milyard  nəfərlə  məhdudlaşdırılmasının 



zəruriliyi fikri ilə çıxış etmişdir. Qeyd edilməlidir ki, məhz Roma klubu üçün ilk 


74 

 

olan  bu  prezentasiya  məruzəsinə  təşəkkür  kimi  beynəlxalq  səviyyədə  müasir 



texnoloji sivilizasiyanın mövcudluğu və inkişaf məsələləri zəminində bəşəriyyətin 

qlobal problemlər konsepsiyası ümumi qəbul edilmiş oldu. [22] 

Qlobal  problemlər  spektri  geniş  olsa  da,  burada  daha  ciddi  ümumbəşəri 

olanlar  ayrılır.  Həmin  problemlər  içərisində  ərzaq  təhlükəsizliyi  problemi  öz 

kəskinliyi ilə fərqlənir. Bu problem həm də özünün birbaşa insanla bağlı fizioloji 

tələb  və  yaşam  tələbləri  baxımından  ön  sıraya  çıxır.  Problemin  etnogenezi  bəşər 

sivilizasiyasının  tarixi  köklərinə  qədər  irəliləyir.  Lakin  o,  son  yüz  ildə  daha 

miqyaslı və qlobal xarakter daşımaqdadır. Vurğulanmalıdır ki, ötən əsrdə əkinçilik 

və heyvandarlıqda təşkilati, texniki və texnoloji yeniliklərin tətbiqi ilə bağlı nəhəng 

nailiyyətlər  əldə  olunmasına  baxmayaraq,  dünya  əhalisinin  ərzaq  təminatlılığı 

problemi  qəti  həllini  tapmamış  qalmışdır.  Yeni  əsrdə  planetin  artan  əhalisi  ilə 

biosferin imkanları arasında disproporsiyaların dəyişməsi zəminində problem daha 

kəskin  xarakter  almışdır.  BMT  -  nin  təsisçisi  olduğu  Ərzaq  və  Kənd  Təsərrüfatı 

Təşkilatının  (FAO) məlumatlarına görə, son 40  ildə  aclıq  çəkən insanların sayı  1 

milyard  nəfəri  ötmüş  və  hazırda  bu  miqyas  bir  qədər  də  artmışdır.  Həmin 

insanların mütləq əksəriyyəti isə təbii ki, inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. 

Bunun nəticəsidir ki, son 4 - 5 il ərzində 60 - dan çox belə ölkələrdə aclıqla bağlı 

üsyanlar  qeydə  alınmışdır.  Qlobal  ərzaq  təhlükəsizliyi  probleminin  kəskin-

ləşməsində  ərzaq  çatışmazlığı  dayansa  da,  onun  digər  qütbündə  demoqrafik 

problem durur. Dünya əhalisi artır, ərzaq tələbləri də müvafiq olaraq yüksəlir.(22) 

Tarix bəyan edir ki, dünya əhalisinin 2 milyard nəfər olması üçün 4 milyon il 

keçmişsə, daha 2 milyard nəfər artım üçün 46 il, növbəti 2 milyard üçün isə 22 il 

lazım  gəlmişdir.  BMT  -  nin  proqnozlarına  görə  2020  -  ci  ildə  yer  kürəsinin 

ə

halisinin 7,5 milyard nəfərə, 2050 - ci ildə isə 9,0 milyard nəfərə çatacağı təxmin 



edilir. 

Ə

halinin  ərzaq  təhlükəsizliyi  problemi  çoxşaxəli  və  çoxplanlıdır.  O,  eyni 



zamanda təbii və sosial - iqtisadi motivlidir. Əhalinin ərzaq təhlükəsizliyi cəmiyyət 

həyatının  bütün  sahələrində  əks  olunaraq  çox  ölkələr  üçün  daha  böyük  ölçülü 

təhlükə kimi sürəkli qalmaqdadır. Məhz buna görə də, əhalinin ərzaq təhlükəsizliyi 



75 

 

problemi  dünya  birliyi  tərəfindən  daha  yüksək  səviyyədə  diqqətdə  saxlanılır, 



problem qlobal və regional təsisatlarda daimi müzakirə predmetinə çevrilir. Qeyd 

olunmalıdır ki, 1974 - cü ildə BMT Baş Assambleyası Ərzaq və Kənd Təsərrüfatı 

Təşkilatı  tərəfindən  işlənmiş  «Dünyada  ərzaq  təhlükəsizliyinin  təminatı  üzrə 

beynəlxalq  öhdəliy»i  bəyənmişdir.  Dünya  ədəbiyyatında  «ərzaq  təhlükəsizliyi» 

bütün insanların sağlam və aktiv həyat tərzi keçirmələri üçün zəruri olan kəmiyyət 

baxımından  yetərli  təhlükəsiz  qidaya  zamanın  hər  anında  fiziki  və  iqtisadi  giriş 

imkanlığı  situasiyası  kimi  interpretasiya  olunur.  «Dünya  ərzaq  təhlükəsizliyinin 

Roma  bəyannaməsində»  (Roma  13  noyabr  1996  -  ci  il)  hər  bir  insanın  ərzaq 

təhlükəsizliyi  hüququ  hər  bir  dövlətin  öhdəlikləri  sırasına  daxil  edilmişdir. 

Ə

halinin  ərzaq  təhlükəsizliyi  dövlətin  aqrar  və  iqtisadi  siyasətinin  əsas 



məqsədlərindən  biri  kimi  çıxış  edir.  O,  istənilən  milli  ərzaq  sisteminin  ideal 

vəziyyətə  götürülməsinin  hərəkət  vektorunu  formalaşdırır.  Buna  görə  də,  ərzaq 

təhlükəsizliyinə  nailolma  fasiləsiz  bir  proses  kimi  daim  cərəyan  edərək  öz 

növbəsində  ölkədə  aparılan  ərzaq  siyasətinin,  o  cümlədən  aqrar  strategiyasının 

reallaşmasının inkişaf prioritetlərini və icra mexanizmlərini dəyişikliklərə uğradır. 

Ə

halinin  ərzaq  təhlükəsizliyi  ilk  növbədə,  makroiqtisadi  situasiya,  ictimai 



istehsalın  və  əhali  gəlirlərinin  səmərəliliyi  ilə  dəyərləndirilir.  Onun  vəziyyəti  bir 

sıra  göstəricilərlə  xarakterizə  edilir.  Əgər  əvvələr  ərzaq  təhlükəsizliyinin  başlıca 

göstəriciləri  kimi  əhalinin  adambaşına  düşən  orta  gəlirləri,  ərzaq  taxılının  keçici 

qalıqları (taxılın 60 günlük ehtiyatı və ya ümumi illik istehlak həcminin 17-20%-i), 

ə

rzaq  resurslarında  idxalın  payı  olmuşdursa,  indi  bu  meyarlar  genişlənərək  daha 



mürəkkəb xarakter almışlar. Buraya aşağıdakılar daxil edilir: 

-  ayrı  -  ayrı  əhali  qruplarının  ümumi  xərclərində  ərzaq  xərclərinin  payının 

xüsusi çəkisi;

  

-  ərzaqlara  ərazi  girişi  imkanlığı  (ölkənin  müxtəlif  regionlarında  eyni 

ə

mtəələrin pərakəndə qiymət səviyyəsinin müqayisə edilməsi yolu ilə ölçülür); 



-  ərzaq  «rahatlığı»  səviyyəsi  (ev  təsərrüfatında  itkiləri  azaldan  və  iş  vaxtına 

qənaət edən müasir ərzaq növlərinin istehlak payı); 

- məhsulun «təbiiliyi» və keyfiyyətliliyi səviyyəsi; 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə