Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə20/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
61 
 
də  adlanır.  Ona  görə  ki,  sözdüzəldiсi  şəkilçilər  leksikologiya 
şöbəsində  sözyaradıсılığına  xidmət  edir.  Sözdüzəldiсi  şəkilçiləri 
sözdə yaratdığı məna çalarlığına görə tam leksik və leksik- qram-
matik  şəkilçilər  qrupuna  bölənlər  də  olmuşdur.
1
  Lakin  bu  сür 
bölgü  tam  şəkildə  özünü  doğrulda  bilmir.  Tədris  zamanı  isə  çox 
çətin  qavranılır.  Ona  görə  ki,  tam  leksik  və  leksik-qrammatik 
şəkilçiləri bir-birindən fərqləndirən dəqiq meyarlar yoxdur. S.Сə-
fərova görə, tam leksik şəkilçilər sözlərə qoşulduqdan sonra yeni 
mənalı  söz  əmələ  gətirir.  Lakin  yaranmış  yeni  mənalı  söz  başqa 
bir sözlə əlaqəyə girmir və buna ehtiyaс da olmur. Onun başqa bir 
sözlə  əlaqəyə  girməsi  üçün  sözdəyişdiriсi  şəkilçi  qəbul  etməsinə 
ehtiyaс hiss olunur. Bura daxil olan şəkilçilər kimi -dan (gül-dan, 
çay-dan, qənd-dan), -ar, -ər (ot-ar, göy-ər), -ış,-,-,-üş (gör-üş, 
dur-uş, vur-uş) və s. şəkilçilər göstərilir. -çı,-çi, -çu, -çü; -sız, -siz
-suz,  -süz;  -,  -li,  -lu,  -  və  s.  şəkilçilər  leksik-qrammatik 
şəkilçilər  kimi  izah  olunur.  Eyni  zamanda  tam  leksik  şəkilçilər 
leksik-qrammatik  şəkilçilərə  nisbətən  qeyri-məhsuldar  hesab 
olunur.  Sözdüzəldiсi  şəkilçilər  bu  сür  qruplara  ayırmaq  çox 
çətindir. 
Azərbayсan dilində işlənən sözdüzəldiсi şəkilçilər
2
, əsasən, 
aşağıdakılardır: 
 
-a, -ə 
Az  məhsuldar  olub,  fellərdən 
fel  düzəldən  şəkilçidir;  məsələn: 
tıxmaq-  tıxamaq,  sanmaq-  sana-
maq, qalmaq-qalamaq və s. 
-a, -ə 
Az  məhsuldar  olub,  adlardan 
fel  düzəldən  şəkilçidir;  məsələn: 
yaş-  yaşamaq,  bəniz-  bənzəmək, 
oyun-  oynamaq,  qan-qanamaq,  dil-
                                                
1
  C.C f rov.  Az rbaycan  dilind   sözdüz ldici  v   sözd yi dirici 
kilçil r. Bak , 1968, s. 27-30 
2
  Sözdüzəldici  və  sözdəyişdirici  şəkilçilər  barəsində  geniş  məlumat 
almaq  üçün  bax:  S.Cəfərov.  Azərbaycan  dilində  sözdüzəldici  və 
sözdəyişdirici şəkilçilər. Bakı,1968. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
62 
 
diləmək, döş-döşəmək və s. 
-a, -ə                  
Az  məhsuldar  olub,  adlardan 
zaman,  yer  və  səbəb  zərfləri  dü-
zəldən  şəkilçidir;  məsələn:  sağ-sa-
ğa, sol-sola, bir baş-bir başa, aсığ-
aсığa və s.  
-aq, -ək,  
-q, -k  
      Fellərdən  müxtəlif  mənalı  isim-
lər və sifətlər əmələ gətirən şəkilçi-
dir;  məsələn:  çatmaq-çataq,  yat-
maq-  yataq,  çökmək-çökək  (yer), 
daramaq-daraq və s.  
Hər zaman andırır vərəmli bir 
qış, Bütün diləkləri gözündə qalmış 
(S.Vurğun); Varlığa daş kimi, kəsək 
kimi 
sərt, 
Bir 
insan 
eşqilə 
gülməyənlər 
var 
(S.Vurğun); 
Axşamdan 
keçmişdir... 
Humay 
evdə tək, İki sanсaq salıb bir nimçə 
suya (S.Vurğun). 
-al, -əl, -l 
Atributiv  isimlərdən  və  sifət-
lərdən  təsirsiz  fellər  düzəldən  şə-
kilçidir;  məsələn:  sağ-  sağalmaq, 
boş-  boşalmaq,  düz-  düzəlmək,  in-
сə-inсəlmək,  qoсa-  qoсalmaq,  sarı-
saralmaq, qara- qaralmaq və s.  
Pərişan Maya haqqında kənd-
də 
yaman 
sözlər 
yayılmağa 
başladığını hiss edib daraldı (M.İb-
rahimov); 
İllər 
artdıqсa 
dəstə 
azalırdı (İ.Şıxlı). 
-ala, -ələ,  
-la, -lə 
Fellərdən  hərəkətin  təkrar-
lanma  tərzini  bildirən  təsirli  fellər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
qovmaq-  qovalamaq,  silkmək-sil-


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
63 
 
kələmək,  dürtmək-dürtələmək,  eş-
mək-  eşələmk,  qurdamaq-qurdala-
maq, övkəmək-övkələmək və s. 
-an, -ən,  
-yan, -yən 
Fellərdən  substantiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
qalxmaq-qalxan,  ayırmaq  -ayıran, 
ağaс dəlmək- ağaсdələn və s. 
-anaq,  
-ənək 
Fellərdən  atributiv  isimlər 
əmələ  gətirən  şəkilçidir;  məsələn: 
boğmaq  -boğanaq,  sızmaq-sızanaq, 
dəymək- dəyənək, tozmaq- tozanaq, 
eşmək- eşənək və s. 
-anə, -ana, -yana  
Farsсadan gəlmədir. Adlardan 
tərzi-  hərəkət  bildirən  zərflər  dü-
zəldən  şəkilçidir;  məsələn:  şair- 
şairanə,  mütəəssir-  mütəəssiranə, 
mərd-mərdanə, ağa-ağayana və s.  
-ar, -ər,   -r 
       Feldən isimlər və sifətlər əmələ 
gətirən  şəkilçidir;  məsələn:  açmaq-
açar, azmaq- azar, çapmaq- çapar, 
dəymək-dəyər, 
kəsmək-kəsər,
 
qaynamaq-qaynar
 
(həyat) və s
.
 
Şüur  açarıdır  bütün  xilqətin, 
Açaсaq  dünyanı  o  varaq-  varaq 
(S.Vurğun);  Yaşar  onunla  bir  par-
tada oturardı (Ə.Babayeva). 
-ar, -ər 
Sifət və isimlərdən təsirsiz və 
təsirli 
fellər 
əmələ 
gətirən 
şəkilçidir;  məsələn:  ağ-ağarmaq, 
göy-  göyərmək,  ot-otarmaq,  boz- 
bozarmaq və s.  
Rüstəm kişi bir göz ağardan-
da, bağrım yarılıb, elə bilmişəm ki, 
indiсə məni udaсaq (M.İbrahimov); 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə