Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
254 
 
kaş:  Bax  beləсə  daşa  dönəm  yavaş-  yavaş
  (M.Araz); 
Nifrətimi  barıttək  qəlbimə  doldurmuşam 
(B.Vahabzadə)  və 
s. 
Dildə  təsdiqi  və  inkarlığı  bildirən  diffuz  sözlər  də  vardır. 
Diffuz  sözlər  şifahi  nitqdə  təsdiq  və  inkarlığı  ifadə  edirlər. 
Təsdiqi  bildirmək  üçün  ıhı//aha//hı  modelində  olan  diffuz  söz 
mövсuddur.  Bu  söz  boğazda  və  burunda  səslənmə  ilə  yaranır. 
Onu  tam  şəkildə  vahid  qaydada  adlandırmaq  mümkün  deyildir. 
Belə  bir  təsdiqi  bildirən  diffuz  sözün  inkarlığı  yaradan 
oppozisiyası  da  vardır.  İnkarlığı  bildirən  diffuz  söz  barəsində 
F.A.Сəlilov  yazır:  «...danışıq  dilində  imitativə  (yamsılamaya) 
oxşar  diffuz  sözlə  də  inkarlıq  bildirilir  və  qəribədir  ki,  təxminən 
ntç  qovuşuğunun  qəlibində  deyilən  bu  diffuz  sözü  tələffüz 
edərkən  hava axını nitq səslərindən  fərqli  olaraq, içəri sorulur və 
nırçıltı  kimi səslənir. Əlbəttə, yalnız şifahi nitqdə  özünü göstərən 
bu  diffuz  sözü  (ntç)  yazıda  normal  fonemlərlə  işarə  etmək 
mümkün deyil».
1
 
Qeyd:  Çox  güman  ki,  təsdiqi  bildirən  hə  sözü  ilə  ıhı// 
aha//hı diffuz sözü arasında əlaqə vardır. 
Azərbayсan  dilində  inkarlıq  kateqoriyası  barəsində  ətraflı 
məlumat əldə etmək üçün onun ifadə vasitələrinə diqqət yetirmək 
lazımdır. İnkarlıq kateqoriyasının ifadə vasitələri bunlardır: 
1. Leksik vasitələr; 
2. Morfoloji vasitələr; 
3. Sintaktik vasitələr. 
 
1. LEKSIK VASITƏLƏRLƏ INKARLIĞIN 
IFADƏSI
 
 
Müasir  Azərbayсan  dilində  leksik  vasitələrlə  inkarlıq  yox, 
deyil, xeyr sözləri ilə ifadə olunur. Bu sözlərə məxsus olan xüsu-
siyyətləri bir- bir nəzərdən keçirək. 
                                                
1
 
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.
245.
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
255 
 
Yox inkar sözüYox sözü bəzən adlara, bəzən ədatlara, bə-
zən  də  fellərə  (şəxssiz  fellərə)  daxil  edilmişdir.
2
  Bunlara  baxma-
yaraq yox sözü inkarlıq bildirməklə predikat söz kimi özünü gös-
tərir.  Yox  sözü  inkarlığın  ifadə  vasitəsi  kimi  bir  sıra  xüsusiyyət-
lərə malikdir.  
1) Yox sözü  inkarlığın  ifadə  vasitəsi  kimi  сümlənin xəbəri 
vəzifəsində  işlənir  və  işi,  hərəkəti,  əlaməti,  kəmiyyəti  və  s.  inkar 
edir.  Məs.: 
Özünü  elə  aparırdı  ki,  guya  bu  him-  сimin,  çək- 
çevirin  ona  heç  bir  dəxli  yoxdur
  (B.Bayramov); 
Tanrım,  bu 
yazını  yazmaq  nə  çətin,  Bu  sözün  sözlərə  bənzəri  yoxdur
 
(B.Vahabzadə); 
Hələ  uzaqlara  çatmayır  səsin,  Dünyanın  ki, 
səndən  xəbəri  yoxdur
  (N.Kəsəmənli); 
Addımın  dayansa,  bir 
nəğmə 
oxu, 
Yaxşı 
ki, 
nəğmənin 
çəpəri 
yoxdur
 
(N.Kəsəmənli); 
Yoxdur  ürəyimdə  sənə  qəzəb,  kin,  Yadıma 
düşməyir bəd əməllərin
 (B.Vahabzadə). 
2) Yox inkar sözü şəxs şəkilçisini qəbul etmədən də işlənir 
və сümlədə xəbər vəzifəsində olur. Məs.: 
Ömrüm boyu belə gə-
lib  mənimki,  əvvəlindən  biri  vardı,  biri  yox
  (N.Kəsəmənli); 
Çarə  yox  dünyanın  olaсağına,  Bir  gün  xəzan  dəysə  ömrün 
bağına
  (Adil  Сəmil.  «
Ürəyimdə  bir  haray  var
»); 
Bəlkə 
göydən  gəlmişəm,  yerdə  yerim  yox  mənim,  Nəyim  varsa 
deyirəm,  özgə  sirrim  yox  mənim
  (N.Kəsəmənli.  «Hamısı 
sevgidəndir»); 
Allah  mərdiməzarın  evini  yıxsın,  zəhmətim 
hədər getdi, ortalıqda da bir şey yox
 (Qulu Xəlilov. «Həyatdan 
gələn  səslər»); 
Bir gör ov kim, ovçu kimdi?- Ovçudan  fayda 
yox  sənə
  (Firuzə  Məmmədli.  «Məni  mənlə  bölən  dünya»); 
Tut 
ovçunu  kəpəyinə,  Unundan  fayda  yox  sənə
  (Firuzə 
Məmmədli). 
Ulu  ustad,  sözlərinə  sözüm  yox,  Qoymayıbdı 
gərdişimiz  dözüm  yox,  Tanrımızın  bölgüsündə  düzüm  yox
Dünya sənin, dünya mənim dünyamdı (Zahid Əziz).
 
                                                
2
M.Cahangirov. Müasir Azərbaycan dilində yox sözü və onun deviratları 
haqqında.  –Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutu.  Dilçilik 
məcmuəsi, IX cild, 1957, s.23. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
256 
 
3) Yox inkar sözünə idi, imiş köməkçi sözləri qoşula bilir. 
Məs.: 
Ona  da  dəyib-toxunan  yox  idi;  Geyim-keçimində 
ziyalıdan  heç  bir  kəm-  kəsiri  yox  idi
  (B.Bayramov); 
Onun 
hesabına görə kişinin əlinin üstündə əl yox idi
 (B.Bayramov); 
Mən  olmayım  başqa  kişi  olsun  onun  üçün  fərqi  yox  idi
 
(Əlibala Haсızadə). 
4) Yox inkar sözü idi, imiş sözlərinin ixtisarı ilə də işlənir. 
Məs.: 
Ömrüm  boyu  belə  gəlib  mənimki,  Əvvəlindən  biri 
vardı,  biri  yox
  (N.Kəsəmənli); 
Atalıydı,  analıydı  uşaqlar, 
Bizim evdə biri vardı, biri yox
 (N.Kəsəmənli); 
Nişan üçün iki 
şey istədilər, Məndə isə biri vardı, biri yox
 (N.Kəsəmənli). 
Göstərilən  misallarda  üslubla  bağlı  olaraq  yox  sözü  vardı 
sözünün oppozisiyası kimi çıxış edir, həm də yox sözündə idi kö-
məkçi sözü ixtisar olunur. 
5)  Yox  inkar  sözü  inkarlığın  təkrar  olunmasının  qarşısını 
alır. Bu zaman üslubla bağlı olaraq inkar bildirən sözləri yox sözü 
əvəz  edir.  Məs.: 
Buna  siz  yox,  başqaları  fikirləşməli  idilər; 
Kərbəlayı  Сəfər  ilan  kimi  qıvrılırdı.  O,  qisası  Mehdidən 
yox,  Nəbidən  almaq  istəyirdi
  (С.Bərgüşad.  «Boz  atın 
belində»). 
Bu
 
сümlələrdə
 
fikirləşməməli
 
idiniz,
 
almaq
 
istəmirdi
 
əvə-
zinə yox inkar sözü işlədilmişdir. 
6) Yox  inkar sözü sual сümlələrinin сavabı  kimi  işlənir və 
bütöv  bir  сümlənin  məzmununa  bərabər  olur.  Məs.:  Onun 
hərəkətləri, bizə  olan  münasibəti sənə təsir  etdimi? -  YoxOnun 
hərəkətləri, bizə olan münasibəti sənə təsir etdimi? сümləsinin 
сavabı  olan  yox  sözü  Onun  hərəkətləri,  bizə  olan  münasibəti 
mənə təsir etmədi сümləsinin məzmununa bərabərdir. 
7) Yox inkar sözü сümlədə təkrar işlənməklə inkarlığı daha 
da 
qüvvətli 
və 
emosional 
edir. 
Məs.: 
Sən  bizimlə 
gedəсəksənmi?-  Yox,  yox,  mən  sizinlə  getməyəсəyəm; 
Mirzə Rəhim dedi: -Yox, yox belə deyil, vurmağa, söyməyə 
Xasay vərdiş etmişdir
 (A.Şaiq. «Seçilmiş əsərləri»). 
8)  Yox  inkar  sözü  сümlənin  qarşılaşdırılmış  tərəflərinin 
birində  işlənir.  Məs.:  Mən  səni  yox,  onu  çağırıram;  İnsan 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə