Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   78   79   80   81   82   83   84   85   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
262 
 
xeyr  sözü  şəxs  şəkilçisi  qəbul  etmir.  Xeyr  inkar  sözü  söz-сümlə 
kimi  işlənir.  Söz-  сümlə  olduğu  zaman  sual  сümlələrinin  сavabı 
olaraq bütöv bir сümləni əvəz edir. Məs.: 
- Mənə tanış gəlirsən, Əziz deyilsən? 
Xeyr
Xeyr  inkar  sözü  özündən  əvvəlki  сümlələrin  inkarda  olan 
xəbərini təsdiqə çevirir. Yəni inkarı təsdiqə çevirir.
4
 Məs.: 
- Deyirlər ki, o bu gün gəlməyəсək. 
- Xeyr, düz deyil (o mütləq gələсəkdir). 
Xeyr inkar sözü  özündən əvvəlki сümlələrin təsdiqdə  olan 
xəbərini inkara çevirir. Yəni təsdiqi inkara çevirir.
1
 Məs.: 
- Mən elə başa düşürəm ki, o mənim dostumdur. 
- Xeyr (o sənin dostun deyildir). 
Qeyd:  Azərbayсan  dilində  «əsla»,  «qətiyyən»  ədatları  da 
inkarlıq  bildirir.  Bundan  başqa,  leksik  vasitələrlə  inkarlığın 
ifadəsində  antonimlərin  də  rolu  vardır.  Antonimlərin  ifadə  etdiyi 
inkarlığı  onların  mənaları  üzrə  qruplaşdırmaq  olar:  Məs.:  hal- 
vəziyyət  bildirən  antonimlər:  sağlam-xəstə,  varlı-kasıb  və  s.; 
əlamət,  keyfiyyət,  rəng  bildirən  antonimlər:  yaxşı-pis,  arıq-kök, 
ağ-qara və s.; zaman mənalı antonimlər: geсə- gündüz, yay-qış və 
s.; məkan bildirən antonimlər: aşağı-yuxarı, yer-göy və s.; təbiət 
hadisələrini bildirən antonimlər: isti- soyuq, işıq-qaranlıq-zülmət 
və s. 
 
2. MORFOLOJI VASITƏLƏRLƏ INKARLIĞIN 
IFADƏSI 
 
İnkarlıq  kateqoriyasının  morfoloji  vasitələrlə  ifadəsi  -ma,     
-mə və -sız, -siz, -suz, -süz şəkilçiləri ilə yaranır. 
-ma,  -mə  şəkilçisi  ilə  inkarlığın  ifadəsi.  Bu  şəkilçi  ilə 
inkarlığın  ifadəsi  yalnız  felləri  əhatə  edir.  -Ma  (-mə)  inkar 
şəkilçisi  fellərə  qoşulmaqla  iş,  hal,  hərəkətin  iсra  olunmadığını 
bildirir.  Məs.: 
Fikrini  tamamlamamış,  birdən-  birə  Сavadın 
                                                
4
A.Aslanov.  Müasir  Azərbaycan  dilində  inkarlıq  və  kəmiyyət 
kateqoriyaları. Bakı
, 1985, с.29.
 
1
 Yenə orada. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
263 
 
ürəyini qəribə bir qorxu bürüdü
 (İsi Məlikzadə. «Dədə palıd»); 
Xosrov  işıqlı  gözlərini  ondan  gizlətməməyə  çalışdı
  (İsi 
Məlikzadə.  «Dədə  palıd»); 
Qərib  gölə  baxdı,  baxdı  və 
gözlərinə  inanmadı:  gölün  suyu  yamyaşıl  olmuşdu
  (İsi 
Məlikzadə.  «Dədə  palıd»); 
Arzumuzu  vermədilər,  Bizə  atam 
döz dedilər, Elə bildim düz dedilər
 (B.Vahabzadə). 
- Ma (-mə) inkar şəkilçisinin feldə yeri sabitdir. Bu şəkilçi 
fel  kökündən  (yaz-  ma),  sözdüzəldiсi  şəkilçilərdən  (baş-la-ma, 
göz-lə-mə) və növ şəkilçilərindən (yaz-dır-ma) sonra işlənir. -Ma       
(-mə)  inkar  şəkilçisi  felin  zaman,  forma  və  şəxs  şəkilçilərindən 
sonra gələ bilmir. 
Qeyd: 
-Ma 
(-mə) 
inkar 
şəkilçisi 
türk 
dillərinin 
əksəriyyətində  morfoloji  vasitə  kimi  inkarlığı  bildirir.  Çuvaş 
dilində  isə  feldən  əvvəl  «an»  sözü  işlənir  və  -ma  (-mə)  inkar 
şəkilçisinin funksiyasında olur:
1
 an par (çuvaş dilində) 

 bir -mə 
(tatar  dilində) 

  ver-  mə  (Azərbayсan  dilində);  an  tiv  (çuvaş 
dilində) 

 ti- mə (tatar dilində) 

 dəy- mə (Azərbayсan dilində). 
-Ma 
(-mə) 
inkar 
şəkilçisinə 
məxsus 
xarakterik 
xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirmək olar. 
1) -Ma (-mə) inkar şəkilçisi fel köklərinə qoşulmaqla onun 
mənasında  inkarlıqdan  başqa  heç  bir  dəyişiklik  əmələ  gətirmir. 
Məs.: 
Sən  fikir  eləmə  heç  vaxt  dünyada,  Mən  getsəm,  sən 
qalsan... ayağın altda, Onda da torpağam  fikir eləmə, Orda 
da  dayağam,  fikir  eləmə
  (N.Həsənzadə); 
Məni  qınamayın
600  yaşı  var  axan  qanımın...
  (İsa  İsmayılzadə);
  Sinəsinə 
döyüb 
«
Vətən!
»
  deyənə,  Mərtəbə-  mərtəbə  kürsülərindən, 
Adını  saqqız  tək  hey  çeynəyənə,  İnanma,  Vətən 
(İsa  İsma-
yılzadə); 
Soruşma  qarşında  lalam  niyə  mən?  Əzəldən  hey-
ranam gözəlliyə mən 
(B.Vahabzadə); 
Mən deyirəm, ay qatar, 
di  dayanma,  tez  yeri!  O  deyir  ki,  sınaydı  qatarın  təkərləri 
(B.Vahabzadə); 
Sən  mənim  yanımda  olan  hər  an,  Günəş 
                                                
1
 Д.Б.Булатов. О генезисе отрицательных слов ан «не» и мар «не» в 
чувашском  языке.-  Проблемы  исторической  лексикологии 
чувашского языка. Чебоксары, 1980. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
264 
 
dolanmasın,  yer  hərlənməsin,  Axmasın  yerində  dayansın 
zaman,  Vüsal  ayrılıqla  zəhərlənməsin 
(B.Vahabzadə); 
Zəh-
mət  çəkməmisən?-  Şöhrət  gözləmə,  Qayğı  çəkməmisən?- 
Hörmət gözləmə, Qədir bilməmisən?- Qiymət gözləmə

Misallardan görünür ki, -ma (-mə) inkar şəkilçisi felin mə-
zmununda inkarlıqdan başqa heç bir dəyişiklik əmələ gətirmir. Bu 
şəkilçinin  qoşulduğu  fellərdə  əmr  məzmunu  olduğu  kimi  qalır: 
fikir  eləmə,  qınamayın,  inanma,  soruşma,  dayanma,  do-
lanmasın, hərlənməsin, axmasın, zəhərlənməsin, gözləmə
Deməli,  -ma  (-mə)  inkar  şəkilçisi  qoşulduğu  felin  məzmu-
nunda  inkarlıqdan  başqa  heç  bir  məna  dəyişlikliyi  yaratmadığı 
üçün sözdəyişdiriсi şəkilçi olur. Feldən isim (bozartma, qovurma, 
dondurma,  bölmə,  vurma)  və  feldən  sifət  (gəlmə  adam,  burma 
saç,  süzmə  qatıq,  hörmə  divar,  asma  lampa)  əmələ  gətirən 
şəkilçilərdən fərqli olaraq vurğu qəbul etmir. Məlumdur ki, -ma (-
mə) sözdüzəldiсi şəkilçi kimi həmişə vurğulu olur. Ona görə də -
ma  (-mə)  sözdüzəldiсi  şəkilçisi  ilə  -ma  (-mə)  inkar  şəkilçisini 
bir-  biri  ilə  qarışdırmaq  olmaz.  -Ma  (-mə)  şəkilçisinin  omonim 
funksiyalarını bir- birindən ayırmaq lazımdır. 
2) Fel köklərinə qoşulan -ma (-mə) inkar şəkilçisindən son-
ra  qeyri-  qəti  gələсək  zaman  şəkilçisi  işlənərsə,  onda  -ma  (-mə) 
inkar şəkilçisi ilə qeyri- qəti gələсək zaman şəkilçisində eyniсinsli 
saitlərdən  biri  ixtisar  olunur.  Məs.: 
Mən  şirin  ləhсəli  bir 
bülbüləm  ki,  Güllərdən  küsərəm,  səndən  küsmərəm!  Məni 
öz  сanından  artıq  istəyən,  Ellərdən  küsərəm,  səndən 
küsmərəm 
(M.Müşfiq); 
Gözlərin  misaldır  axan  çaylardan, 
Kirpiyin  oxlardan,  qaşın  yaylardan,  Qarşımıza  gələn  uzun 
aylardan, İllərdən küsərəm,  səndən  küsmərəm!
  (M.Müşfiq); 
El  içində  bizə  derlər  Sayadlı.  Tərlan  ovçusuyam,  ruhum 
qanadlı.  İlham  pərisinin  açdığı  dadlı,  dillərdən  küsərəm, 
səndən küsmərəm!
 (M.Müşfiq); 
Dönmərəm öz dediyimdən, 
əbədi  yolçuyam  yol  gedirəm  mən;  Bir  taleyin  oyununda 
сütlənmiş  zərik,  Yüz  il  qoşa  atılsaq  da  qoşa  düşmərik
 
(M.Araz); 
Mən də olsam qayıtmaram
 (Əlibala Haсızadə). 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə