Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə20/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   16   17   18   19   20   21   22   23   ...   490

 

24 


Mülki qanunvericilik sisteminin həm nəzəri, həm də mühüm praktiki əhəmiyyəti vardır. Ələlxüsus da nor-

mativ hüquqi aktların tətbiqi zamanı bu sistem vacib rol oynayır. Belə ki, hüquqtətbiqetmə təcrübəsində eyni 

cür məsələni bir-birindən fərqli qaydada həll edən, biri digəri ilə ziddiyyət təşkil edən müxtəlif normativ aktlara 

rast gəlinir. Qanunvericilik texnikasının qeyri-mükəmməl, mülki qanunvericilik aktlarının çoxsaylı olduüu bir 

şə

raitdə bu cür hallarla qarşılaşmaq mümkündür. Onda belə bir sual meydana çıxır: müvafiq hüquqi məsələyə 



aralarında  ziddiyyət  olan  iki  müxtəlif  normativ  hüquqi  aktdan  hansı  tətbiq  ediləcəkdir?  Bu  cür  halda  mülki 

qanunvericilik sistemi bizim köməyimizə gəlir. Belə ki, dərhal bu sistemə bir daha diqqət və nəzər yetirmək la-

zımdır. Göstərilən məqamda həmin məsələni dözgün həll etmək üçün mülki qanunvericilik sistemində şaquli is-

tiqamətdə daha yuxarıda yer tutan normativ hüquqi aktdan istifadə olunacaqdır. Ona görə ki, yuxarıda yer tutan 

normativ akt özündən sonra gələn akta nisbətən daha yüksək hüquqi qüvvəyə malikdir.  

2. Qanunlar (qanunvericilik aktları) mülki qanunvericilik 

sisteminin əsas tərkib hissəsi (elementi) kimi  

Qanun müasir qabaqcıl, mütərəqqi, demokratik və inkişaf etmiş dövlətlərin əsas və başlıca normativ hüquqi 

aktıdır. Hələ XX əsrin əvvəllərində tanınmış rus sivilist alimi G.F.Şerşeneviç yazırdı ki, indiki vaxtda bütün si-

vil xalqların hamısı hüququn mənbəyi (forması) kimi qanuna üstünlük verirlər. Qanun hüququn digər mənbələ-

rini (formalarını) tamamilə arxa plana keçirmişdir. Normal cəmiyyətin hamı üçün məcburi olan davranış qayda-

sı yaratmaq imkanı məhz qanunvericilik fəaliyyətində ifadə olunur. K.Marks belə hesab edirdi ki, qanunlar kül-

liyyatı azadlıq bibliyasıdır.  

Qədim Roma hüququ qanunları (leges) hüququn əsas mənbəyi hesab edirdi. O, yazılı hüququn əsası sayılır-

dı. Roma tarixçisi Tit Livi XII cədvəl qanunlarını bütün ümumi və xüsusi hüququn mənbəyi sayırdı. 

Həyatın sonrakı inkişafı hüququn mənbə növləri arasında qanunları birinci yerə çıxardı. 

Qanunlar roman-german hüquq ailəsi ölkələrində hüququn əsas və mühüm mənbə növü kimi tanınır. Onlar 

normativ aktların başında durur. Həmin ölkələrdə «yazılı hüquq» normaları müəyyən iyerarxiya sistemi halında 

birləşir. Daha doürusu, qanunlar bütün roman-german hüquq ailəsinin «skeletini», həmin ailəyə daxil olan bü-

tün ölkələrin milli qanunvericiliyinin əsasını və bünövrəsini təşkil edir. 

Ingilis-amerikan hüquq ailəsi ölkələrində, presedentlə bərabər, qanunlar hüququn əsas mənbələrindən biri ki-

mi çıxış edir. Onlar hüququn mənbələri arasında vacib yer tutur. Ingiltərə və Kanadada onları statut (statute), 

digər əksər ölkələrdə isə sadəcə olaraq qanun adlandırırlar.  

Azərbaycan  Respublikasında  qanunlar  vacib  normativ  hüquqi  akt  kimi  mülki  qanunvericilik  sistemində 

başlıca və əsas yer tuturlar. Onların bu sistemdə aparıcı rola malik olması bir sıra amillərlə bağlıdır. Birincisi, 

qanunlar yalnız qanunverici (nümayəndəli) dövlət hakimiyyət orqanı (Milli Məclis) tərəfindən qəbul edi-

lir. Onlar bilavasitə xalq tərəfindən referendum qaydasında da qəbul edilə bilər. Başqa bir orqanın qanun qəbul 

etmək səlahiyyəti yoxdur. 

kincisi, qanunlar yüksək hüquqi qüvvəyə malikdir. Bütün digər normativ aktlar qanunlara zidd olmama-

lıdır. Qanunu qəbul edən orqandan savayı, digər hər hansı orqanın onu ləğv etmək və ya dəyişdirmək ixtiyarı 

yoxdur. 

Üçüncüsü, qanunlar ictimai həyatın əsas, ən mühüm məsələləri özrə qəbul edilir. Onlar cəmiyyətin nis-

bətən daha vacib sahələrini tənzimləyir. Qanunlar elə məsələləri qaydaya salır ki, bu məsələlər vətəndaşların və 

hüquqi  şəxslərin  maraq  və  mənafeləri  ilə  bilavasitə  bağlı  olur.  Mülki-hüquqi xarakterli  və  yönümlü  qanunlar 

ə

mlak dövriyyəsi iştirakçılarının hüquqi vəziyyətini, əsas hüquq və vəzifələrini, onların əmələ gəlməsi əsasları-



nı, mülki hüquqların müdafiəsi qaydasını və digər məsələləri nizama salır. 

Dördüncüsü, qanunlar özündə əsas və başlanüıc xarakterli hüquq normalarını birləşdirir. Bütün digər 

hüquqi aktlar qanun normalarını (normativ göstərişləri) detallaşdırır və konkretləşdirir.  

Beşincisi,  qanunlar  xüsusi  prosessual  qaydada  qəbul  edilir.  Daha  doürusu,  onlar  xüsusi  qanunvericilik 

qaydasında qəbul olunur. Qanunların qəbul edilməsi bir neçə mərhələni əhatə edir ki, bu mərhələlər bir-biri ilə 

sıx surətdə bağlıdır.  

Beləliklə,  qanun  dedikdə,  ali  qanunverici  (nümayəndəli)  dövlət  hakimiyyət  orqanı  tərəfindən  xüsusi 

qaydada qəbul edilən elə bir normativ hüquqi akt başa düşülür ki, o, yüksək hüquqi qüvvəyə malik olub, 

daha vacib ictimai münasibətlərin tənzimlənməsinə yönəlir. Qanunlar ictimai həyatın ən mühüm cəhətlərini 

nizama salan hüquq normalarını özündə əks etdirir. Onların vasitəsi və köməyi ilə mülki hüquq normalarının 

ə

sas massivi və kütləsi yaranır. 



Qanunlar müxtəlifdir. Onları ayrı-ayrı meyarlar və əlamətlərə görə (hüquqyaratma subyekti, qüvvədə olduüu 

ə

razi, aid olduüu şəxslər və digər əsaslara görə) təsnifləşdirmək olar. Mülki qanunvericilik sistemində malik 



olduğəhəmiyyətə görə qanunların təsnifi xüsusi maraq doüurur. Bu əsasa və meyara görə qanunların iki növü 

fərqləndirilir: konstitusiya qanunları; adi qanunlar. Konstitusiya qanunları dövlət və ictimai quruluşun əsasla-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə