Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə21/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   17   18   19   20   21   22   23   24   ...   490

 

25 


rını, vətəndaşların və hüquqi şəxslərin hüquqi vəziyyətini müəyyən edir. Məsələn, «Azərbaycan SSR-in suve-

renliyi haqqında» 23 sentyabr 1989-cu il tarixli qanun Konstitusiya qanununa misal ola bilər. Bu qanunda mülki 

hüququn  subyektlərindən  biri  olan  dövlətin  mülkiyyət  hüququna  aid  normalar  əks  olunur.  «Azərbaycan  Res-

publikasının dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya aktını da bu qanuna şamil 

etmək olar. Bu qanunda mülki hüququn əsas anlayışlarından biri olan mülkiyyət münasibətlərinə toxunan xeyli 

hüquq normaları vardır: mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət kimi növləri 

vardır; xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir; xüsusi və kollektiv mülkiyyət məcburi 

surətdə  özgəninkiləşdirilə  bilməz;  əmlakın  tam  müsadirəsinə  yol  verilmir;  bütün  təbii  ehtiyatlar  Azərbaycan 

Respublikasına (dövlətə) məxsusdur. 

Konstitusiya qanunları arasında Konstitusiya (latınca contitutio — quruluş, təsisat) vacib yer tutur. O, dövlə-

tin  ən  mühüm  normativ  aktı,  əsas  qanunudur.  Konstitusiya  xalqın  iradəsini  əks  etdirir,  ictimai  quruluşun  və 

dövlət quruluşunun əsaslarını təsbit edir. O, ali hüquqi qüvvəyə malik olub, bütün cari qanunvericiliyin norma-

tiv bazasını təşkil edir. Bu, o deməkdir ki, bütün normativ hüquqi aktlara, o cümlədən qanunlara nisbətən Kons-

titusiyanın ali hüquqi qüvvəsi vardır, cari qanunvericiliyin bütün normaları və institutları konstitusiya normala-

rına və institutlarına uyüun olmalıdır. Normativ hüquqi aktların bütün sistemi Konstitusiya qaydaları əsasında 

qurulur.  

Mülki qanunvericilik Konstitusiyaya əsaslanır (MM-in 2-ci maddəsinin 1-ci bəndi). O, müvcud qanunverici-

liyin bütün sisteminin, o cümlədən mülki qanunvericilik sisteminin başında durur. 

Konstitusiya bütün hüquq sahələrinin əsası və mənbəyidir. O, özündə müxtəlif hüquq sahələrinin — konsti-

tusiya, inzibati, maliyyə, cinayət, əmək və digər sahələrin normalarını birləşdirir. Bunların arasında mülki hü-

quq normalarına da rast gəlmək mümkündür. Konstitusiyada mülki-hüquqi tənzimetmə üçün böyük əhəmiyyətə 

malik olan normalar vardır. 

Konstitusiya normaları, hər şeydən əvvəl, mülkiyyət hüququnun forma və məzmununu müəyyən edir. Onun 

13-cü,  29-cu  maddələri  mülkiyyət  münasibətlərinin  tənzimlənməsinə  həsr  edilmişdir.  Konstitusiyanın  30-cu 

maddəsi əqli mülkiyyət münasibətlərinə aid vacib müddəa ifadə edir. Onun şəxsi qeyri-maddi nemətlər hüququ 

(yaşamaq hüququ, azadlıq hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunul-

mazlıüı hüququ, şəxsi-ailə həyatının sirrini saxlamaq hüququ, saülamlıüın qorunması hüququ, şərəf və ləyaqətin 

müdafiəsi hüququ və s.) ilə bağlı əmələ gələn münasibətləri (yəni əmlak münasibətləri ilə bağlı olmayan şəxsi 

qeyri-əmlak münasibətlərini) qaydaya salan normaları prinsipial əhəmiyyətə malikdir. Burada mülki hüquq qa-

biliyyətinin (əmlaka malik olma, əmlakdan istifadə etmə, əmlakı vərəsəlik özrə vermə, əqli mülkiyyət obyektlə-

rinin müəllifi olmaq, özünə fəaliyyət növü, peşə, məşüuliyyət, iş və yaşayış yeri seçmək və s. hüquqlara malik 

olma qabiliyyətini) müəyyən edən normalara rast gəlmək olur. Konstitusiyanın 68-ci maddəsi delikt məsuliyyə-

tinin, yəni zərər vurmaqla bağlı yaranan mülki hüquq məsuliyyətinin əsaslarını nəzərdə tutur. Onun 59-cu mad-

dəsi azad sahibkarlıq hüququnu təsbit edir. 

Beləliklə, Azərbaycan Respublikasında normativ hüquqi aktlar sistemində, o cümlədən mülki qanunvericilik 

sistemində Konstitusiya mühüm və vacib yer tutur. Bu, roman-german hüquq ailəsi ölkələrində yaranan ənənə-

yə uyüundur. Belə ki, həmin ölkələrin iyerarxiya prinsipinə əsaslanan normativ aktlar sistemində Konstitusiya 

və Konstitusiya qanunları ən yuxarı pillədə dayanır. 



Adi qanunlar odur ki, onlar Konstitusiya qanunlarının əsasında və həmin qanunların icrası üçün qəbul edi-

lir,  ictimai  həyatın  müəyyən  və  məhdud  sahələrini  tənzimləyir.  Bu  cür  qanunlar  cari  qanunvericiliyi  təşkil 

edir.  Ona  görə  də  həmin  qanunları  çox  vaxt  cari  qanunlar  da  adlandırırlar.  Adi  qanunlar  ölkənin  iqtisadi, 

ictimai, mədəni və s. həyatının müxtəlif tərəflərini və cəhətlərini qaydaya salır. Əsasən kompleks xarakterə ma-

lik olan həmin qanunlarda, adətən, mülki hüquq normaları, hətta mülki hüquq institutları formulə edilir. Bu qa-

nunlara  «Sahibkarlıq  fəaliyyəti  haqqında»,  «Icarə  haqqında»,  «Torpaq  icarəsi  haqqında»,  «Qiymətli  kaüızlar 

haqqında», «Torpaq islahatının əsasları haqqında», «Sığorta haqqında», «Banklar və bank fəaliyyəti haqqında», 

«Patent haqqında», «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında», «Əmtəə nişanları və joğrafi göstəricilər 

haqqında» və digərlərini misal çəkə bilərik. Həmin qanunlar Konstitusiya müddəalarını konkretləşdirir. Bu qa-

nunların  əksəriyyəti  xüsusi  qanunlar  hesab  edilir.  Xüsusi  qanunlar  mülki  hüququn  predmetinə  daxil  olan 

ictimai münasibətlərin ayrıca növlərini nizama salır. Məsələn, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqın-

da» qanun elm, ədəbiyyat və incəsənət əsərlərinin, habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşki-

latlarının verilişlərinin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. «Patent haqqın-

da» qanun ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi 

ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. «Is-

tehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun istehlakçı vətəndaşlara mal satılması, iş görülməsi, xid-

mət  göstərilməsi  özrə  sahibkarlıq  münasibətlərinin  geniş  sahəsini  nizama  salır.  «Sığorta  haqqında»  qanun 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə