28
münasibətlərin dairəsi, mülki hüququn prinsipləri, mülki qanunvericiliyin zamana, məkana və şəxslərə görə
qüvvəsi, mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları, mülki hüquqların müdafiəsi barədə hüquqi göstə-
rişlər ifadə olunur. Burada mülki hüququn iki kateqoriya subyekti — fiziki şəxslər və hüquqi şəxslərin hüquqi
statusunu müəyyən edən normalara rast gəlirik. Ümumi hissə normaları mülki hüquq subyekti haqqında vacib
göstərişlər formulə edir. O, əqdlər, müddətlər və s. barədə müddəalar ifadə edir.
Ümumi hissə özündə əşya hüququna və öhdəlik hüququnun ümumi hissəsinə daxil olan normaları birləşdirir.
Qanunvericinin (hüquqyaratma orqanının) bu cür mövqeyini qüsurlu hesab etmək olar. Belə mövqe bizdə təəccüb
və anlaşılmazlıq doüurur. Ona görə ki, hüquq doktrinasına görə MM-in strukturu mülki hüquq sahəsinin ob-
yektiv olaraq müvcud olan sisteminə
ə
saslanır.
Ə
vvəllər də qeyd etdiyimiz kimi, fəlsəfi planda əgər mülki hüququn sistemi mülki hüquq adlı hüquqi hadisə-
nin məzmunudursa, onda mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi bu hadisənin təzahür, ifadə
formasıdır.
Fəlsəfi kateqoriyalar olan məzmun və forma bir-biri ilə vəhdətdədir. Lakin onların vəhdətində məzmun əsas
və aparıcı yer tutur. Bu, onu ifadə edir ki, mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi (strukturu)
mülki hüququn sistemi ilə şərtlənir və ona əsaslanır. Əgər MM-in strukturu mülki hüququn sistemi özrə qurul-
malıdırsa, onda nə üçün əşya hüququ və öhdəlik hüququ MM-in ümumi hissəsinə daxil edilməlidir? Axı, əşya
hüququ və və öhdəlik hüququ mülki hüququn ümumi hissəsinə yox, onun xüsusi hissəsinə aiddir. Dözdür, mül-
ki hüququn xüsusi hissəsi anlayışını işlətmək dəb deyil. Xüsusi hissə əvəzinə, mülki hüququn yarımsahələri ka-
teqoriyasından istifadə olunur. Ona görə də təklif edirik ki, qanunverici əşya hüququnu və öhdəlik hüququnun
ümumi hissəsini MM-in xüsusi hissəsində yerləşdirsin.
MM-in xüsusi hissə
sində
ayrı-ayrı xüsusi xarakterli münasibətləri tənzimləyən maddələr birləşdirilmişdir.
Buraya müqavilə öhdəliklərinin ayrı-ayrı növlərini (alqı-satqı, kirayə, icarə, bağışlama, dəyişmə, podrat, tapşı-
rıq, komissiya, sığorta, kredit, borc, əvəzsiz istifadə, bank əmanəti, bank hesabı və s. müqavilələrdən əmələ gə-
lən öhdəlikləri), birtərəfli hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlikləri (xüsusi mükafatlandırma, tapşırıq-
sız fəaliyyət, müsabiqə, oyunların və mərclərin keçirilməsi ilə bağlı öhdəlikləri), habelə müqavilədənkənar (hü-
quqqoruyucu) öhdəlikləri (delikt və ya zərər vurmaq nəticəsində əmələ gələn öhdəlikləri və əsassız varlanma
öhdəliyini) nizama salan maddələr daxildir.
Mülki Məcəllənin xüsusi hissəsi özündə vərəsəlik münasibətlərini qaydaya salan maddələri də birləşdirmiş-
dir. Bu maddələrdə mülki hüququn əsas anlayışlarından biri olan vərəsəlik hüququna aid qaydalar ifadə olun-
muşdur.
Qiymətli kaüızlar haqqında müddəaları əks etdirən maddələr də xüsusi hissəyə daxil edilmişdir. Bu, qanun-
vericinin qüsurlarından biridir. Ona görə ki, mülki hüququn obyektləri ümumi xarakterli məsələdir və bu ob-
yektlər barədə normalar mülki hüququn ümumi hissəsinə şamil olunur. Qiymətli kaüızlar isə mülki hüququn
obyekt növlərindən biridir. Ona görə də təklif edirik ki, qiymətli kaüızlar barədə müddəaları əks etdirən maddə-
lər MM-in ümumi hissəsində yerləşdirilsin.
MM-in sistemini (strukturunu) nəzərdən keçirdikdə görürük ki, o, mülki hüququn bütün institutları haqqında
müddəaları özündə əks etdirməmişdir. Məsələn, mülki hüququn əsas institutlarından biri olan müəlliflik hüququ
və əlaqəli hüquqlar institutu, fərdiləşdirmə vasitələri institutu və s. MM-də ifadə olunmamışdır. Deməli, mülki
hüququn sistemi ilə MM-in sistemi arasında uyüunsuzluq, döz gəlməmə, üst-üstə düşməmə halı yaranmışdır.
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Həmin hal müasir sivilistikanın problemlərindən biri-
dir. Bütün mülki hüquq institutları və ya bu institutların əksəriyyəti barədə müddəaları əks etdirən maddələri
MM-in sisteminə daxil etməklə qanunverici bu problemi həll etməlidir. Bu, müasir məcəllələşdirmənin qarşı-
sında duran məsələlərdən biridir.
Beləliklə, Mülki Məcəllə dedikdə elə bir sahəvi məcəllələşdirilmiş qanunvericilik aktı başa düşülür ki,
o, özündə
mülki dövriyyə
üçün normativ bazanın ə
sası rolunu oynayan, ə
mlak münasibə
tlə
rini və
şə
xsi
qeyri-ə
mlak münasibə
tlə
rini tə
nzimlə
yə
n hüquq normalarının ə
ks olunduüu maddə
lə
ri birləş
dirir. O, 10
bölmə, 74 fəsil, 1325 maddədən ibarətdir.
Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi ölkəmizin mülki qanunvericiliyini sivil və mütərəqqi öl-
kələrin qanunvericiliyinə xeyli dərəcədə yaxınlaşdırır. O, qabaqcıl xarici ölkələrin qanunvericilik ənənələrini və
vərdişlərini ifadə edir. MM-ə ictimai münasibətləri sivil qaydada tənzimləyən hüquq normalarının əks olunduüu
maddələr daxildir.
MM ölkə
nin ikinci — «iqtisadi Konstitusiyası» rolunu oynayır. O, vətəndaş cəmiyyəti ideyasını ifadə
edir. Burada bu cəmiyyətin əsasını təşkil edən xüsusi mülkiyyət, bazar münasibətləri, iqtisadi azadlıq, sahibkar-
lıq və digər atributlar öz əksini tapmışdır. Bunlar vətəndaş cəmiyyətinin elə ayrılmaz atributlarıdır ki, onları bü-
tün sivil dünya qəbul edir və tanıyır.