534
barə
də
fikir hə
qiqə
tə
daha yaxındır. Özü də buradaja dərhal qeyd etmək istəyirik ki, bu nəticə maddiləşmiş,
əş
ya formasında olmalıdır.
ş
in nəticəsi yeni əşyanın (məmulatın) hazırlanmasında ifadə oluna bilər. Məsələn, zərgər qızıl qırıntıla-
rından zərgərlik məmulatı hazırlayırsa, işin nəticəsi yeni hazırlanmış məmulatdan ibarət olajaqdır. şin nəticəsi
əş
yanın yenidən düzəldilməsində və qayrılmasında özünü büruzə verə bilər. Məsələn, mebelə yeni üzlük çə-
kilməsi, avtomobilin təkərlərinin dəyişdirilməsi, dərinin rənglənməsi və s. əşyanın yenidən düzəldilməsini ifadə
edir. şin nəticəsi özünü artıq mövcud olan əşyanın istehlak xüsusiyyətinin yaxşılaşdırılmasında və bərpa
edilmə
sində özünü göstərə bilər. Məsələn, soyuducunun təmiri, paltarın yuyulması, parketin qaşınması və digər
hallarda əşyanın istehlak xüsusiyyətini yaxşılaşdırma və bərpa etmə işin nəticəsi sayılır.
ş
in nəticəsi başqa hərəkətin edilməsində də ifadə oluna bilər. Elə bir hərəkətin ki, bu hərəkətin nəticəsi si-
farişçiyə verilməli olsun. Məsələn, sifarişçinin tapşırığı ilə bağ sahəsində ağajların əkilməsi podrat işinin (hərə-
kətin) görülməsini nümayiş etdirir.
Podratçının gördüyü işin yuxarıda göstərilən ifadə formalarından əlavə elə formaları da vardır ki, bunlar
podratçının fəaliyyətinin bilavasitə fiziki şəxsin özünə yönəlməsini nəzərdə tutur. Məsələn, dəlləyin saç kəsmə-
si, üz qırxması, massacistin massac etməsi və digər hərəkətlərin nəticəsi bilavasitə fiziki şəxslə bağlı olur.
Podrat müqaviləsinin predmeti əsasən üç xüsusiyyətlə xarakterizə olunur:
●
podrat müqaviləsinin predmeti kimi çıxış edən işin nəticəsi maddiləşmiş əşya formasında olmalıdır (yəni
fiziki cəhətdən toxunulmaqla hiss edilən formada);
●
ikincisi, işin nəticəsi yalnız fərdi əlamətləri ilə müəyyən edilməlidir:
●
üçüncüsü, işin nəticəsi işi icra edən və görən şəxsin, yəni podratçının özündən ayrılmaq xüsusiyyətinə
malik olmalıdır. Ona görə ki, işin nəticəsi sifarişçiyə təhvil verilməlidir.
Podrat müqaviləsinin predmeti mövcud olan əşyanın emal və təmirindən, yeni əşyanın hazırlanmasından iba-
rətdir. Buna görə də podrat müqaviləsi praktikada geniş tətbiq edilir. Ən müxtəlif təsərrüfat məqsədlərinə məhz
onun vasitəsilə nail olunur. Son zamanlar xarici ölkələrdə podratın «incinirinq» (engineering) adlı növü geniş
yayılmışdır. « ncinirinq» dedikdə, elmi-tədqiqat, axtarış və layihə-konstruktor işlərinin yerinə yetirilməsi başa
düşülür. Podrat müqaviləsi həm də «konsaltinq» (consulting) sahəsində tətbiq edilir. «Konsaltinq» dedikdə is-
tehsal-ticarətin elmi təşkili və idarə edilməsi, bazarın marketinq öyrənilməsi və s. sahəsində informasiya xidmə-
ti başa düşülür.
3. Müqavilə
nin digə
r elementlə
ri
Müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması MM ilə xüsusi olaraq tənzimlən-
mir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir.
Belə ki, podrat müqaviləsi həm şifahi, həm də sadə yazılı formada bağlana bilər. Təjrübədə çox vaxt, əksəriy-
yət hallarda sadə yazılı formalı podrat müqaviləsindən istifadə edilir. Bununla belə, notarial formalı podrat
müqaviləsinin tətbiq edilməsinin mümkünlüyü prinsip etibarı ilə istisna olunmur. Belə ki, tərəflərin qarşılıqlı
razılığı ilə podrat müqaviləsi üçün notarial forma nəzərdə tutulmuş olmasa da, podrat müqaviləsi notariat qay-
dasında təsdiqlənə bilər (MM-in 329.1-ci maddəsi).
Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xü-
susi olaraq nizama salmır.
Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, si-
farişçinin öz tapşırdığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır. Elə hallar da olur ki,
podrat müqaviləsində müddət nəzərdə tutulmur. Bu, müqavilənin bağlanmış hesab olunmasını istisna etmir.
Ona görə ki, müddət podrat müqaviləsinin mühüm şərti sayılmır. Belə halda, yəni podrat müqaviləsində
müddət nəzərdə tutulmadığı hallarda, sifarişçi işin dərhal icrasını tələb edə bilər, podratçı isə onu ağlabatan
müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi).
Podrat müqaviləsində müddət dedikdə sifarişçinin tapşırığı əsasında podratçının gördüyü işin başlama və
qurtarma vaxtı başa düşülür. Müqavilədə həm işin başlama, həm də qurtarma vaxtı göstərilə bilər. Bununla be-
lə, müqavilədə işin sifarişçi tərəfindən qəbul edilməsi müddəti də nəzərdə tutula bilər. Əgər sifarişçi işi podrat-
çının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi).
Podrat müqaviləsi üzrə tərəflər əlavə icra üçün müəyyənləşdirilmiş müddət barədə də razılığa gələ bilər-
lər. Bu müddət podratçının hazırladığı məmulatda sifarişçi qüsur aşkar etdiyi halda müəyyənləşdirilir. Əlavə
icra müddəti məmulatdakı qüsuru aradan qaldırmaq və ya yeni məmulat hazırlamaq məqsədi ilə podratçıya ve-
rilən vaxt imkanıdır. Bu müddət nəticəsiz başa çatdığı halda, sifarişçi öz vəsaiti hesabına qüsuru aradan qaldırıb
çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-in 764.1-ci maddəsi).
Qanun podratçının özünün hazırladığı məmulata qarantiya müddəti üzrə öhdəlik götürməsinin mümkünlüyü-
nü müəyyən edir (MM-in 774-cü maddəsi). Qarantiya müddəti elə bir vaxt müddətidir ki, bunun ərzində pod-