Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə465/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   461   462   463   464   465   466   467   468   ...   490

 

534


barədə fikir həqiqətə daha yaxındır. Özü də buradaja dərhal qeyd etmək istəyirik ki, bu nəticə maddiləşmiş, 

əş

ya formasında olmalıdır. 



ş

in nəticəsi yeni əşyanın (məmulatın) hazırlanmasında ifadə oluna bilər. Məsələn, zərgər qızıl qırıntıla-

rından zərgərlik məmulatı hazırlayırsa, işin nəticəsi yeni hazırlanmış məmulatdan ibarət olajaqdır.  şin nəticəsi 

əş

yanın yenidən düzəldilməsində və qayrılmasında özünü büruzə verə bilər. Məsələn, mebelə yeni üzlük çə-

kilməsi, avtomobilin təkərlərinin dəyişdirilməsi, dərinin rənglənməsi və s. əşyanın yenidən düzəldilməsini ifadə 

edir.  şin  nəticəsi  özünü  artıq  mövcud  olan  əşyanın  istehlak  xüsusiyyətinin  yaxşılaşdırılmasında  və  bərpa 



edilməsində özünü göstərə bilər. Məsələn, soyuducunun təmiri, paltarın yuyulması, parketin qaşınması və digər 

hallarda əşyanın istehlak xüsusiyyətini yaxşılaşdırma və bərpa etmə işin nəticəsi sayılır. 

ş

in nəticəsi başqa hərəkətin edilməsində də ifadə oluna bilər. Elə bir hərəkətin ki, bu hərəkətin nəticəsi si-



farişçiyə verilməli olsun. Məsələn, sifarişçinin tapşırığı ilə bağ sahəsində ağajların əkilməsi podrat işinin (hərə-

kətin) görülməsini nümayiş etdirir. 

Podratçının  gördüyü  işin  yuxarıda  göstərilən  ifadə  formalarından  əlavə  elə  formaları  da  vardır  ki,  bunlar 

podratçının fəaliyyətinin bilavasitə fiziki şəxsin özünə yönəlməsini nəzərdə tutur. Məsələn, dəlləyin saç kəsmə-

si, üz qırxması, massacistin massac etməsi və digər hərəkətlərin nəticəsi bilavasitə fiziki şəxslə bağlı olur. 

Podrat müqaviləsinin predmeti əsasən üç xüsusiyyətlə xarakterizə olunur: 

 podrat müqaviləsinin predmeti kimi çıxış edən işin nəticəsi maddiləşmiş əşya formasında olmalıdır (yəni 



fiziki cəhətdən toxunulmaqla hiss edilən formada); 

 ikincisi, işin nəticəsi yalnız fərdi əlamətləri ilə müəyyən edilməlidir: 



 üçüncüsü, işin nəticəsi işi icra edən və görən şəxsin, yəni podratçının özündən ayrılmaq xüsusiyyətinə 

malik olmalıdır. Ona görə ki, işin nəticəsi sifarişçiyə təhvil verilməlidir. 

Podrat müqaviləsinin predmeti mövcud olan əşyanın emal və təmirindən, yeni əşyanın hazırlanmasından iba-

rətdir. Buna görə də podrat müqaviləsi praktikada geniş tətbiq edilir. Ən müxtəlif təsərrüfat məqsədlərinə məhz 

onun vasitəsilə nail olunur. Son zamanlar xarici ölkələrdə podratın «incinirinq» (engineering) adlı növü geniş 

yayılmışdır. « ncinirinq» dedikdə, elmi-tədqiqat, axtarış və layihə-konstruktor işlərinin yerinə yetirilməsi başa 

düşülür. Podrat müqaviləsi həm də «konsaltinq» (consulting) sahəsində tətbiq edilir. «Konsaltinq» dedikdə is-

tehsal-ticarətin elmi təşkili və idarə edilməsi, bazarın marketinq öyrənilməsi və s. sahəsində informasiya xidmə-

ti başa düşülür. 



3. Müqavilənin digər elementləri 

Müqavilənin elementlərindən biri sayılan podrat müqaviləsinin forması MM ilə xüsusi olaraq tənzimlən-

mir. Ona görə də podrat müqaviləsinin forması əqdlərin forması haqqında müddəalar əsasında müəyyən edilir. 

Belə ki, podrat müqaviləsi həşifahi, həm də sadə yazılı formada bağlana bilər. Təjrübədə çox vaxt, əksəriy-

yət hallarda sadə yazılı formalı podrat müqaviləsindən istifadə edilir. Bununla belə, notarial formalı podrat 

müqaviləsinin tətbiq edilməsinin mümkünlüyü prinsip etibarı ilə istisna olunmur. Belə ki, tərəflərin qarşılıqlı 

razılığı ilə  podrat müqaviləsi üçün notarial forma nəzərdə tutulmuş olmasa da, podrat müqaviləsi notariat qay-

dasında təsdiqlənə bilər (MM-in 329.1-ci maddəsi). 

Podrat müqaviləsinin müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Qanun müqavilə üzrə müddəti də xü-

susi olaraq nizama salmır. 

Podrat müqaviləsində müddətin müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Bu onunla izah olunur ki, si-

farişçinin öz tapşırdığı işin müəyyən bir müddət ərzində icra edilməsində marağı vardır. Elə hallar da olur ki, 

podrat  müqaviləsində  müddət  nəzərdə  tutulmur.  Bu,  müqavilənin  bağlanmış  hesab  olunmasını  istisna  etmir. 

Ona  görə  ki,  müddət  podrat  müqaviləsinin  mühüm  şərti  sayılmır.  Belə  halda,  yəni  podrat  müqaviləsində 

müddət  nəzərdə  tutulmadığı  hallarda,  sifarişçi  işin  dərhal  icrasını  tələb  edə  bilər,  podratçı  isə  onu  ağlabatan 

müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). 

Podrat  müqaviləsində  müddət  dedikdə  sifarişçinin  tapşırığı  əsasında  podratçının  gördüyü  işin  başlama  və 

qurtarma vaxtı başa düşülür. Müqavilədə həm işin başlama, həm də qurtarma vaxtı göstərilə bilər. Bununla be-

lə, müqavilədə işin sifarişçi tərəfindən qəbul edilməsi müddəti də nəzərdə tutula bilər. Əgər sifarişçi işi podrat-

çının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (MM-in 770-ci maddəsi). 

Podrat müqaviləsi üzrə tərəflər əlavə icra üçün müəyyənləşdirilmiş müddət barədə də razılığa gələ bilər-

lər.  Bu  müddət  podratçının  hazırladığı  məmulatda  sifarişçi  qüsur  aşkar  etdiyi  halda  müəyyənləşdirilir.  Əlavə 

icra müddəti məmulatdakı qüsuru aradan qaldırmaq və ya yeni məmulat hazırlamaq məqsədi ilə podratçıya ve-

rilən vaxt imkanıdır. Bu müddət nəticəsiz başa çatdığı halda, sifarişçi öz vəsaiti hesabına qüsuru aradan qaldırıb 

çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (MM-in 764.1-ci maddəsi). 

Qanun podratçının özünün hazırladığı məmulata qarantiya müddəti üzrə öhdəlik götürməsinin mümkünlüyü-

nü müəyyən edir (MM-in 774-cü maddəsi). Qarantiya müddəti elə bir vaxt müddətidir ki, bunun ərzində pod-



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə